Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   50   51   52   53   54   55   56   57   ...   62

9. Пияшева Л., Исаев А., Отдать бесплатно: докладная российскому Президенту о 
наиболее разумном способе приватизации. Известия ,1992 15 февраль,  стр.,3 
10. Акбашев  Б., Теоретические  подходы и практическая требования к 
приватизационному  процессу, Российский  эконмический журнал, 1993 №7, стр., 70-
79
11. Оcновные  итоги  приватизации  в  РФ  /по  состоянию    на  1  февр.  1997//  Рос.  инвест. 
вестник. Приложению к №21 газ., "ЭЖ", 1997 май стр., 15
12. С позиции здравомысл //Экономика и жизнь, 1996 № 10
13. Крат.стат.сб.//Госкомкстатистика Росии. М.Финансы и статистика, 1996 г.
14. Инвестиционные конкурсы  и торги в 1993 году, Экономика и жизнь 1994,№5
15. Иван Устинов., Приватизация по-российски, Независимая газета, 17.04.2001
16. Козаржевсий 
П., 
Приватизация 
промышленности 
в 
Кыргызской 
Республике,«Исследование и анализ», №118,  Варшава, CASE, 1997
17. www. qtz.de/lexinfosys  интернент сайтында йерляшдирилмиш  Гырьызыстан 
Республикасынын юзялляшдирмяйя даир ганунвериъилик актлары
18. Гейд: Юзял бюлмяйя йалныз юзялляшдирмя нятиъясиндя йарананлар дейил,  hям дя  
йени  мцяссисяляр дя дахилдир.
19. Лукашова  И.,  Григори  Ф.,  Козаржевсий  П.,  Кан  О.,Куклин  С.,  Приватизация 
промышленных  предприятий  Кыргызстана,  «Исследование  и  анализ»,  №221,  
Варшава, CASE, 2000
20. Пасхавер А. Приватизация на Украине: промежуточные итоги , «Исследование и 
анализ», №202,  Варшава, CASE, 2000
21. Мухамеджанов К.М., Инвестиционная стратегия  приватизация государственных 
предприятий, Алматы 1998
22. Приватизация  за любую  цену.Анализ опыта  Республики Грузия в 1997-1998 годах,
Под редакцией Влодзимежа Панькува и Барбары Гончаж, Варшава CASE, 1998, №141
23. Емир Джугели, Ираклий Гварамадзе.,  «Нулевые» аукционы: цели и анализа  
результатов, Варшава  CASE 1998,  №140
24. Оразов М., Халова Г.,  Программа  реформирования экономики  Туркменистана: 10 
лет  стабильности, ВЭ, 1995 №10 стр., 95-99 
25. Приватизация по-восточноазиатски. «Круглый стол»,  в центре азиатских 
исследований Института Международных экономических и политических  
исследовании АН   СССР, Вопросы Экономики, 1991 №11 стр 136-152


V fəsil. Azərbaycanda mülkiyyətin dövlətsizləş-dirilməsinin və müəssisələrin 
özəlləşdirilmə-sinin səmərəli təşkili problemləri
5.1. Azərbaycanda özəlləşdirmə modelinin konseptual  və hüquqi - normativ  əsasları
SSRİ dağıldıqdan sonra yenidən suverenlik qazanan Azərbaycan Respublikası iqtisadiyyatda bazar 
mexanizmlərinin tətbiqinə yönələn iqtisadi islahatlar kursu götürdü.  İlk növbədə qiymətlər 
üzərində dövlət nəzarətinin ləğvi yolu ilə iqtisadiyyatın liberallaşdıırılmasına üstünlük verıldi. Hələ
1992-ci ildə Azərbaycanda qiymətlərin 80%-i liberallaşdırılmışdı. Azərbay-canın bazar 
iqtisadiyyatı istiqamətinə yönələn  kurs götürməsi ilkin olaraq mülkiyyət məsələlərini və əmlak 
münasibətlərini aktiv müzakirə obyektinə çevirdi. Bu zaman Azərbaycan Respublikası Baltikyanı 
Respublikaların restitusiya tədbirlərindən, Çexiya və Rusiyanın sürətli özəlləşdirmə kurslarından, 
Polşa və  Macarıstanın pilot dövlətsizləşdirmə proqramlarından fərqli olaraq, bir çox səbəblərdən 
mülkiyyətdə struktur islahatlarına münasibətdə özünəməxsus yol seçdi.
Bunu şərtləndirən başlıca cəhətləri daha çox tarixi və mənəvi  amillərlə izah etmək mümkündür. 
Belə ki, Azərbaycanda sosializmin start götürdüyü ötən əsrin 20-ci illərindən etibarən mülkiyyət 
üzərində xüsusi sahibkarlıq hüququ şəhərlərdə mülklərdən tutmuş, kəndlərdə işçi mal-qara da daxil 
olmaqla bütün sahələr dövlətin xeyrinə milliləşdirlildi. Xüsüsi mülkiyyətçilər sinfi isə sosializmin 
sinfi düşməni kimi məhv edildi. Bütün bunlar bolşeviklərin rəhbərliyi altında şəhərdə
sənayeləşdirmə,  kənddə isə kollektivləşdirmə adı altında həyata keçirildi.
Lakin, 60-cı illərdən başlayaraq əmlak münasibətlərində yeni formalar meydana çıxmağa başladı. 
Kənd yaşayış məntəqələrində özəl mənzil fondu, həyətyanı ərazilərdə xırda sahibkarlıq formaları 
meydana gəldi. Şəhərə gəlincə, bu proseslər qeyri-leqal formada daha çox kiçik və  orta səviyyəli 
xidmət, ticarət və istehsalat sahələrində  müşahidə olunurdu. Artıq direktorlar və rəislərin 
timsalında gizli sexlərin və  obyektlərin faktiki olaraq şəxsi sahibləri yaranmağa başlamışdı. Bu 
sahibkarlar özlərinin şəxsi  pul vəsaitlərini hətta istehsalın, xidmətin genişləndirilməsinə
yönəltməkdən belə  çəkinmirdilər.
Onlar hökumətin nümayəndəsi timsalında müəssisələrin rəsmi rəhbərləri kimi çıxış edərək, özlərini  
əsil sahibkar kimi aparır,  hətta "halallıq"  əsasında "alqı-satqı" da həyata keçirirdilər. Bu qayda 
qeyri-leqal formada olsa da, qanuni hakimiyyət orqanları tərəfindən də "normal" qəbul edilirdi.
90-cı ilin əvvəllərində postsosialist məkanında dövlət mülkiyyətinin  özəlləşdirməsi  start 
götürərkən, Azərbaycanda qeyri-leqal sahibkarlara məxsus  əmlakının dövlətsizləşdirilməsi prosesi 
gündəmə gəlsə də, heç bir ciddi problemlə müşaiyyət olunmadı. Əksər hallarda köhnə sahibkarlar 
yeni özəl şirkətlərin leqal sahiblərinə çevrildilər. Kiçik müəssisələrin özəlləşdirilməsi zamanı çox 
nadir hallarda rəqabətli hərraclara rast gəlindi. Demək olar ki, onların 99 faizi əvvəlki sahiblərinin 
adına alternativsiz özəlləşdirilmişdi. Daha çox milli mentalitet keyfiyyətindən irəli gələn bu 
məsələlərin kökünü islami dəyərlərdə də axtarmaq mümkündür. Müqəddəs  Quranın  ayələrindən 
birində qeyd olunur ki, ədalətsiz metodlarla varlanmaq, başqa vasitələrlə əmlaka malik olmaq, öz  
təsərrufat tərəfdaşını aldatmaq birbaşa cəhənnəmə düşmək deməkdir1. Quran mülkiyyət  
münasibətləri ilə, bir sözlə iqtisadi fəaliyyətlə bağlı bütün məsələlərə münasibətdə ədalətlilik  
xəttinə önəm verməklə istehsalçıları və istehlakçıları,  işçiləri və tərəfdaşları əmlaka və maddi 
nemətlərə layiqincə sahib durmağa  və "halallıq məcəllə"sinə riayət etməyə çağrır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə