Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

Sxem 5.1. Azərbaycanda özəlləşdirmə prosesinin normativ-hüquqi bazası
Azərbaycan Respublikasında (AR) 
Əmlakının özəlləşdirilməsi 
haqqında AR Qanunı
I
I
AR dövlət əmlakının 
özəlləşdirilməsinin 
II Dövlət Proqramı>>>>>AR Prezidentinin fərmanı ilə
…………………………..təsdiq edilmiş normativ aktlar, 
…………………………..qaydalar, əsasnamələr (əlavə)
>>>>>>>>>>>>>>>>>>>Nazirlər Kabinetinin Qərarı ilə 
……………………………təsdiq edilmiş tövsiyələr, 
……………………………nizamnamələr və s. (əlavə)
>>>>>>>>>>>>>>>>>>>DƏK sədrinin təsdiq etdiyi təlimatlar, 
...........................................sərəncamlar, əmrlər (əlavə)
İkinci mərhələ 1999-cu ildən başlayaraq indi də davam edir. Bu dövrdə özəlləşdirmənin tempi xeyli 
aşağı düşmüş, onun gedişində fasilələr müşahidə olunmuşdur. Dövr ərzində özəlləşdirmənin yeni 
hüquqi bazası yaradılmış və sonrakı proseslər dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni 
Qanununa və II Dövlət Proqramının müddəalarına uyğun tənzimlənir. Özəlləşdirmə prosesinin 
təşkilati məsələlrinin təşkili və idarəedilməsi səviyyələrində də dəyişikliklər bu dövrə təsadüf etmiş 
və nəticədə Dövlət Əmlakı Komitəsi Nazirliyə çevrilmiş, sonradan isə ləğv  edilərək,  onun və
digər bir neçə iqtisadi yönlü  dövlət idarəetmə institutlarının bazasında İqtisadi İnkişaf Nazirliyi 
yaradılmış və dövlət əmlakının özəlləşdirilməsi səlahiyyəti həmin nazirliyin müvafiq 
Depatamentinə həvalə olunmuşdur. Bu dövrdə əksəriyyəti rentabelli və strateji  baxımdan 
əhəmiyyətli 450-dək   iri müəssisə və 50-dən çox  birgə müəssisə özəlləşdirilməyə açılsada prosesin 
gedişində sürətli dəyişikliklər müşahidə olunmamışdır. Dövr ərzində özəlləşdirmə paylarının 
dövriyyə müddəti bitdiyindən onun uzadılması ilə bağlı prezident fərmanı verilmişdir. Beləliklə də
Azərbaycanda əsasən 1996-cı ildən start götürən və 5 il davam edən özəlləşdirmə prosesi kütləvi 
özəlləşdirmə modelindən kənara çıxa bilməmişdir. Bu isə dünya özəlləşdirmə praktikasında oxşarı  
olmayan hadisədir.
5.2. Özəlləşdirmənin  yekunlarının sosial-iqtisadi konteksdə qiymətləndirilməsi və retrospektiv 
təhlili
Son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda öz əhəmiyyətinə, miqyasına və
cəmiyyətin transformasiya proseslərindəki roluna görə dövlət mülkiyyətində olan  obyektlərin 
özəlləşdirilməsi xüsusi yer tutur. Bu proses ölkə əhalisinin bütün təbəqələrinin maraq və
mənafelərinə az və ya çox dərəcədə toxunduğundan onun gedişi hamı tərəfindən maraqla 


izlənir.1993-cü ildə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanun və  1995-1998-ci illərdə
dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı qəbul edildikdən sonra Azərbaycanda 
dövlətsizləşdirmə prosesinin birinci və əsas mərhələsinə start verilmişdir. Bu   proqramın 1995-ci 
ilin noyabrında qəbul edilməsinə baxmayaraq, onun praktikada gerçəkləşdirilməsinə 1996-cı ilin 
martından başlanılmışdır. Həmin ilin avqustuna qədər bir neçə yanacaq doldurma məntəqəsi 
özəlləşdirilsə də, yalnız Dövlət Əmlak Komitəsində (DƏK) aparılan kadr dəyişikliyindən sonra 
1996-cı ilin sentyabrından etibarən kiçik özəlləşdirmə sürətlənməyə doğru start götürmüşdüp. 
Əhaliyə özəlləşdirmə payları 1997-ci ilin mart ayının  1-dən verilməyə başlanmışdır. Əgər nəzərə
alsaq ki, birinci özəlləşdirmə proqramının fəlsəfəsi çek özəlləşdirilməsinə söykənir (mövcud 
qanunvericiliyə görə özəlləşdiriləcək dövlət mülkiyyəti obyektlərinin 70 faizi çeklərə dəyişilməli 
idi), onda onun faktiki reallaşdırılmasına məhz bu tarixdən başlanıldığını demək olar. 
Qanunvericilikdə çeklərin dövriyyə müddətinin 3 il müəyyənləşdirildiyi (yəni 2000-ci il avqustun 
16-dək) nəzərə alınmaqla, birinci proqramın müddətinin də 2000-ci ilin sonuna qədər uzadılması 
məqsədəuyğun olsa da, o hüquqi müstəvidəki ömrünü 1999-cu ildə başa vurmuşdur. Bu, həm də
1999-cu il yanvarın 1-dən sonra özəlləşdirmə prosesinin faktiki olaraq dayanmasının qarşısını alar 
və  çek özəlləşdirilməsini  davam etdirməklə prosesin birinci mərhələsini (yəni çek özəlləşdirilməsi 
mərhələsini) tam başa çatdırmağa imkan verərdi. Beləliklə də 2001-ci ildən özəlləşdirmənin 
keyfiyyətcə fərqli yeni mərhələsinə keçmək olardı.
Azərbaycanda özəlləşdirmə prosesi demək olar bütün postsosialist ölkələrindən gec başlasa da 
təssüflər olsun ki, özəlləşdirmə proqramı hazırlanarkən həmin ölkələrin islahat təcrübəsi kifayət 
qədər öyrənilməmişdir. Proqramın hazırlanması və müzakirəsində yerli mütəxəssislərin iştirakı 
lazımi səviyyədə təmin edilməmişdir. Birinci proqramı əsasən rusiyalı mütəxəssislər 
hazırladığından,  onun fəlsəfəsini Rusiyada keçirilən vauçer özəlləşdirilməsi təşkil edirdi. 
Proqramın konsepsiyası daha çox ideoloji xarakter daşıyırdı, iqtisadi nəticələr ən arxa plana 
keçirilmişdi. Proqramın gələcək uğursuzluğunun bünövrəsi də elə onun konsepsiyasında 
qoyulmuşdu. İndi birmənalı şəkildə demək olar ki, kiçik özəlləşdirmə istisna edilməklə, birinci 
özəlləşdirmə proqramı qarşıda duran məqsədləri tamamilə reallaşdıra bilmədi. Nəticədə  onun 
qarşısında duran siyasi və sistemli dəyişikliklərlə bağlı məqsədlərə nail olunsada,  sosial və
effektivlik baxımından ciddi nəticələr əldə edilmədi. Bunu aşağıdakılar sübut edir.
Dövlət əmlakının özəlləşdirilməsinin birinci  proqramında nəzərdə tutulan 30 min  kiçik dövlət 
müəssisəsi və obyektdən onun əhatə etdiyi müddət ərzində 22.193- ü və ya 74 faizə qədəri 
özəlləşdirilmişdir. Özəlləşdirilmiş müəssisələrin təqribən 99 faizi əmək kollektivi tərəfindən  
alınmışdır.  Nəticə etibarılə,  həmin dövrdə kiçik özəllşdirmədən xüsusi büdcə hesabına  211,3 
milyard manat vəsait  daxil olmuşdur.
Dövlət Əmlak Nazirliyinin (DƏN) 2001-ci il yanvarın 1-nə  olan məlumatına görə,  kiçik 
özəlləşdirmə mərhələsində 31.*26 kiçik dövlət müəssisəsi, obyekt və avadanlıq özəlləşdirilib. 
Bunların arasında 9421 məişət xidməti obyekti, 2257 ticarət, 649 ictimai iaşə müəssisəsi, 514 
yanacaq doldurma məntəqəsi, 500-dən çox çörək ticarəti və çörəkbişirmə obyekti (avadanlığı), 605-
dək sənaye və 300-dək tikinti müəssisəsi (avadanlığı), 14320  nəqliyyat vasitəsi, 160-dan çox aptek 
və s. obyektlər var. 
Kütləvi  özəlləşdirmənin birinci mərhələsində orta və iri dövlət müəssisələrinin bazasında 1.092 
səhmdar  cəmiyyət yaradılmışdır. Birinci Dövlət özəlləşdirmə Proqramı çərçivəsində 982 səhmdar 
cəmiyyətinin səhmləri 38 çek hərracına və 55 pullu hərraca çıxarılmışdır. Bu dövr ərzində 1.039 
səhmdar cəmiyyətdə qapalı abunə yazılışları  keçirilmiş və 6 investisiya müsabiqəsinin nəticələri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə