Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   54   55   56   57   58   59   60   61   62

səhmlərin  hamısı (15% zəmanətli  ehtiyat investisiya fonduna, 10% isə qapalı investisiya fonduna 
yönəldilməli idi) çek və ya pul hərraclarına yönəldilmişdır. Məhz  məsələyə bu  aspektdən düzgün 
yanaşmamaq bir tərəfdən vasitəçilik funksiyasını yerinə yetirən, səhmlərin səmərəli bölüşdürülməsi 
mexanizmlərinə xidmət edən, bir sözlə nəinki vətəndaşların, həm də investorların özəlləşdirmədə
iştirakının riskini azaldan maliyyə institutlarının fəaliyyəti ilə əlaqədar nəzərdə tutulmuş 
məqsədlərin praktiki həllini tapa bilməməsinə, digər tərəfdən isə məhz səhmlərin düzgün sxem üzrə
bölüşdürülməməsinə gətirib çıxardı. İkinci nəticə üzrə xeyli dərəcədə ciddi olan mənfi 
tendensiyanın formalaşması müşahidə olunmaqdadır. Belə ki, ilk əvvəllər 55 %-lik nəzarət səhm 
paketinə ixtisaslaşdırılmış çek hərracları vasitəsilə  sahib olan investorda sonradan 30%-lik səhm 
paketinə  heç bir maraq qalmır. Məhz səhmlərin düzgün sxem üzrə bölüşdürülməməsinin nəticəsi 
olaraq birinci özəlləşdirmə proqramı çərçivəsində səhmdar cəmiyyətə çevrilmiş 955 dövlət 
müəssisəsinin 70%-ə qədərinin, konkret olaraq 663-nün səhmlərinin 30%-i satılmamış qalmışdır. 
Beləliklə də, bu prosesdən itirən başlıca olaraq dövlət büdcəsi və yenicə yaranmış özəl şirkətlər 
olmuşdur. Elə bu səbəbdən də hazırda özəlləşdirmədən əldə olunmuş vəsaitin ümumi məbləğində
səhm satışından daxil olan vəsaitin xüsusi çəkisi 35% olmuşdur. Son statistik məlumatlara görə, 
özəlləşdirmədə bütün mənbələr üzrə daxil olan vəsaitlərin həcmi 100 mln. ABŞ dollarını ötmüşdür. 
Halbuki, Polşada yalnız 1997-ci ildə dövlətin özəlləşdirmədən gəliri 1,9 mlrd., Rusiyada 1998-ci il 
üzrə müvafiq göstərici 4.1 mlrd. ABŞ dolları təşkil etmişdir.
Bununla yanaşı, Azərbaycanda özəlləşdirmə vasitəsilə xarici investisiyaların ölkəyə axını ilə bağlı 
gözlənilənlər də özünü doğrultmamışdır.1990-95-ci illərdə Macarıstan özəlləşdirmə vasitəsilə ölkə
iqtisadiyyatına 11 mlrd. dollar, Çexiya isə 6,7 mlrd. dollar  vəsait cəlb etdiyi halda Azərbaycanda 
bu göstərici 10 milyonlarla dollarla ölçülür. Azərbaycanda özəlləşdirmənin nəticələrinə sosial-
iqtisadi konteksdə qiymət verərkən əksər müəssisələrin taleyinin bu prosesdən sonrakı dövrdə
acınacaqlı olması, bəzilərinin isə tamamilə dayanması diqqəti çəkən məqamlardan biri hesab oluna 
bilər. Statistik məlumatlara görə özəlləşdirmədən sonra keçmiş "Ticarət-sənaye" konserninin 10 
müəssisəsi üzrə istehsal 5, "Azyeyintisənaye" DK-nin 14 müəssisəsi üzrə 4, "Xalq üçün mallar" 
DK-nin 22 müəssisəsi üzrə 2 dəfə aşağı düşmüşdür. Vaxtı ilə respublikada fəaliyyət göstərmiş, illik 
istehsal gücü 60 min ton olan 90 broyler fabrikin özəlləşdirilməsindən sonra yalnız 9-10-u istehsal 
güclərinin 30-35%-i  həcmində işləyir.
 Özəlləşdirmənin sahəvi xüsusiyyətlərinin nəzərə alınma-ması, prosesə "indi özəlləşdirək, sonra 
tənzimləyərik" prinsipi ilə yanaşma da onun nəticələrinin keyfiyyət müstəvisində qiymətini aşağı 
salır. Belə ki, sahəvi xüsusiyyətlərdən danışarkən ilk növbədə aqrar sahədə gedən proseslər diqqəti 
cəlb edir. Bu sahədə emal müəssələrinin özəlləşdirilməsinin torpaq islahatından əvvəl aparılmaması  
və bu prosesdə istehsalçıların maraqlarının təmin olunmaması kənd təsərrüfatında strateji təyinatlı 
məhsulların istehsalının aşağı düşməsinə təsir göstərən amillərdən hesab olunur. Kənd təsərrüfatı 
məhsullarının emalı üzrə ixtisaslaşan dövlət müəssisələrinin özəlləşdirilməsinin yubadılması bir 
tərəfdən onların əmlakının dağıdılması, digər tərəfdən isə özəlləşdirmədən sonrakı dövrdə fəaliyyət 
imkanlarının məhdudlaşdırılması ilə nəticələnmişdir ki, bu da ölkənin ərzaq müstəqilliyinin 
təminatına və ixrac potensialının artımına  mənfi təsir göstərmişdir.
Bəzi sahələr üzrə özəlləşdirmədən sonra inhisarların meydana gəlməsi vəziyyəti daha da 
gərginləşdirilmişdir. Bu baxımdan pambıq təmizləmə zavodlarının taleyi də acınacaqlı sonluqla 
xarakterizə olunur. Fikrimizcə, bu sahə üzrə özəlləşdirmə  emal sferasında istehsalçıların pay 
iştirakı təmin olunmaqla aparılmalı və mülkiyyət formalarından asılı olmayaraq hər bir təsərrüfat 
subyektinin  mənafeləri nəzərə alınmalı idi. Bir çox ölkələrin özəlləşdirmə təcrübəsində, o 
cümlədən Rusiya, Ukrayna və Qazaxıstanda belə hallara əməl edilmişdir.


Hazırda özəlləşdirmə sahəsində yeni dəyişikliklər müşahidə olunmaqdadır. Belə ki, 30 mart 2001-
ci ildə prezident sərəncamı ilə "Azərkimya", "Azərbalıq" dövlət şirkətlərinin, maşınqayırma və
yanacaq-energetika kompleksinin bir çox müəssisələri özəlləşdirilməyə buraxılmışdır. Mövcud 
sərəncamla 450 adi və 52 birgə müəssisə özəlləşdirilmək üçün açıq elan edilmiş və onların 
dövlətsizləşdirilməsi üsulu kimi investisiya müsabiqələrinə və fərdi layihələrə üstünlük verilməsi 
məqsədəuyğun hesab edilmişdir. Həmin müəssisələrin özəlləşdirilməsində xarici investorların da 
iştirakına icazə verilmişdir.
Fikrimizcə, növbəti mərhələ üzrə  özəlləşdirmənin keyfiyyət göstəricilərini yüksəltmək məqsədi ilə
aşağıdakı təkliflərə diqqət yetirilməsi məqsədəuyğundur.
Əvvəla, özəlləşdiriləcək müəssisələrin sağlamlaşdırılması və özəlləşdirmədən sonra 
restrukturizasiyası tədbirlərinin bütövlükdə milli iqtisadiyyatın sağlamlaşdırılması siyasəti ilə
müşayiət olunması daha səmərəli nəticələrin əldə olunmasına hşərait yarada bilər.
İkincisi, əhalinin geniş təbəqəsini özəlləşdirmə proseslərinə cəlb etmək və cəmiyyətdə  
özəlləşdirmə islahatlarına qarşı radikal əhval-ruhiyyəni neytrallaşdırmaq məqsədilə rentabelli və
perspektivli müəssisələrin bəzilərinin səhm nəzarət paketinin əmək kollektivinə verilməsi, 
digərlərində isə kollektivin əmlak payının artırılması, bu məqsədlə ESOP (Employee Stock 
ownership Plan) layihələrinin reallaşdırılması məqsədəuyğun olardı.
 Üçüncüsü, ölkədəki sosial durumu yaxşılaşdırmaq, sosial rifahı yüksəltmək üçün  özəlləşdirmə
prosesinə strateji investorlarla yanaşı pensiya fondlarının timsalında institutsional investorların  da 
cəlb olunması daha çox səmərə verə bilər .
Dördüncüsü, özəlləşdirmədən sonra müəssisələrin effektli fəaliyyətini təmin etmək üçün korporativ 
idarəetmə mexanizmi və nəzarət sisteminin tətbiqinə üstünlük verilməsi menecerlərin özəlləşdirmə  
prosesində və ondan sonrakı dövrdə mülkiyyət hüquqlarının bölgüsü, eləcə də yenidən bölgüsü 
mərhələsində  iştirakının stimullaşdırılması müsbət nəticələrin əldə olunmasında əhəmiyyətli rol 
oynaya bilər.
Beşincisi, investisiya ehtiyaclarının ödənilməsində yerli imkanlardan daha səmərəli istifadə üçün 
vasitəçi investisiya fondlarının və maliyyə institutlarının fəaliyyətinə şərait yaradılması 
məqsədəüyğundur.
Altıncısı, əmək kollektivinin bütün üzvlərinin sahib olduqları səhmlərin üç il ərzində satışı, 
bağışlanılması, bir sözlə özgəninkiləşdirilməsinin qadağan olunması, "sabit səhmdarlar bloku"nun 
formalaşdırılması və  xırda səhmdarların mənafeyinin müdafiəsi baxımından ciddi səmərə verə
bilər.
Yeddincisi, yüksək inkişaf göstəricilərinə malik olan dövlət müəssisələrinin səhmlərinin  fond 
birjasında mərhələli satışına üstünlük verilməsi  onların real dəyərinin müəyyənləşdirilməsi və
özəlləşdirmədən dövlət büdcəsinə daxil olmaların çoxaldılması nöqteyi nəzərdən 
məqsədəuyğundur.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə