Quran elmleri dersliyi indd


Ubəyy ibn Kə`bin mushəfinin əsas xüsusiyyətləri



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə40/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   110

122
Ubəyy ibn Kə`bin mushəfinin əsas xüsusiyyətləri
1. “Tuvəl” surələrin ardıcıllığında “Yunus” surəsi “Ənfal” surəsindən qabaq gəlir.
2. Onun mushəfində birinci surə “Həmd” surəsi və sonuncu iki surə 
“Muəvvəzəteyn”dir (“Nas” və “Fələq” surələri). Bu cəhətdən onun mushəfi ilə 
hal-hazırkı mushəf  arasında fərq yoxdur.
3. Ubəyy ibn Kə`bin mushəfində iki dua mövcuddur ki, onları da “surə” hesab 
etmişlər. Bu surələr “ﻊْﻠَﺧ” və “ﺪْﻔَﺣ” adlanmışdır. 
“ﻊْﻠ َﺧ” surəsi belədir:
.َﻙُﺮُﺠْﻔَﻳ  ْﻦَﻣ ُﻙُﺮْﺘَﻧ َﻭ ُﻊَﻠْﺨَﻧ َﻭ .َﻙُﺮُﻔْﻜَﻧ  َﻻ َﻭ َﻚْﻴَﻠَﻋ ﻰِﻨْﺜُﻧ َﻭ .َﻙُﺮِﻔْﻐَﺘْﺴَﻧ َﻭ َﻚُﻨﻴِﻌَﺘْﺴَﻧ ﺎﱠﻧﺇ ﱠﻢُﻬﱠﻠﻟَﺍ .ِﻢﻴِﺣﱠﺮﻟﺍ ِﻦ ٰﻤْﺣﱠﺮﻟﺍ ِﷲ ِﻢْﺴِﺑ
“Bağışlayan və mehriban Allahın adı ilə. Ey Allahım, yalnız Səndən köməklik 
və bağışlanma diləyirik. Sənə şükür edirik və Sənə qarşı küfr etmirik. (Biz) günah 
edənlərdən uzaqlaşır və onları tərk edirik.”
“ﺪْﻔ َﺣ” surəsi isə belədir:
 َﻭ .َﻚَﺑﺍَﺬَﻋ  ٰﻰَﺸ ْﺨَﻧ .ُﺪِﻔ ْﺤَﻧ َﻭ  ٰﻰَﻌْﺴَﻧ َﻚْﻴَﻟﺇ َﻭ .ُﺪُﺠْﺴَﻧ َﻭ ﻰﱢﻠَﺼُﻧ َﻚَﻟ َﻭ .ُﺪُﺒْﻌَﻧ َﻙﺎﱠﻳﺇ ﱠﻢُﻬﱠﻠﻟَﺍ .ِﻢﻴِﺣﱠﺮﻟﺍ ِﻦ ٰﻤْﺣﱠﺮﻟﺍ ِﷲ ِﻢْﺴِﺑ
.ٌﻖَﺤْﻠُﻣ ِﺭﺎﱠﻔُﻜْﻟﺎِﺑ َﻚَﺑﺍَﺬَﻋ ﱠﻥﺇ .َﻚَﺘَﻤْﺣَﺭ ﺍﻮُﺟْﺮَﻧ
“Bağışlayan və mehriban Allahın adı ilə. Ey Allahım, yalnız Sənə ibadət 
edirik. Yalnız Sənə namaz qılır və  səcdə edirik. Yalnız Sənə doğru addım atır 
və  tələsirik.  Əzabından qorxuruq. Rəhmətinə ümidvarıq. Sənin  əzabın mütləq 
kafirləri bürüyəcək.”
Bu hesabla, Ubəyy ibn Kə`bin mushəfində 116 surə olur. Cəlaləddin Siyuti deyir:
“Ubəyy ibn Kə`bin mushəfində surələrin sayı 115-dir, çünki o, “Fil” və “Qu-
reyş” surələrini bir surə hesab etmişdir. Səxavi “Cəmalul-qurra” əsərində İmam 
Sadiqdən (ə) və Əbu Nuhəykdən bu iki surənin birləşdirildiyi  barədə hədis nəql 
etmişdir.”
1
Bəli, Siyutinin dedikləri doğrudur. Çünki Məsum  İmamlar (ə) bu iki surəni 
namazda birgə oxumağın lazımlı olduğunu buyurmuşlar. Necə ki, “Zuha” və “İn-
şirah” surələri barədə  də eyni hökmü vermişlər.
2
 Lakin bu, Ubəyy ibn Kə`bin 
mushəfində 115 surə olduğunu deməyə əsas vermir. Çünki əgər bu iddianı qəbul 
etsək, onda qəbul etməliyik ki, Məsum İmamlar (ə) Quranda 112 surənin olduğuna 
etiqad edirlər. Siyutinin bu səhvi, mushəfdə surələrin yazılması ilə onların namaz-
da oxunması arasında fərq qoymamasından irəli gəlmişdir. Surələrin sayı barədə 
əhli-sünnə və şiə arasında heç bir fikirayrılığı yoxdur. Mübahisəli məsələ, yalnız 

 “əl-İtqan”, c.1, s.207. 

 “Məcməul-bəyan”, c.10. s.695.


123
“Fil” və “Qureyş”, “Zuha” və “İnşirah” surələrinin namazda birgə oxunmasının 
vacibliyindən ibarətdir. Bəzi tədqiqatçılar da Siyutiyə istinad edərək eyni səhvə 
yol vermiş və Ubəyy ibn Kə`bin mushəfində 115 surə olduğunu söyləmişlər.
1
  
“ət-Təmhid” əsərində qeyd edilmişdir ki, Ubəyy ibn Kə`bin mushəfində “Fil” 
və “Qureyş” surələri arasında “Bismillah” yazılmamışdır. Bu mətləb isə nə “əl-
Fihrist”, nə də ki, “əl-İtqan” əsərində qeyd edilməmişdir. Əlbəttə, şeyx Təbərsi 
“Məcməul-bəyan” əsərində istinad etdiyi mənbəni göstərmədən bu mətləbi qeyd 
etmişdir. Bu səhv bais olmuşdur ki, “ət-Təmhid”də surələrin mündəricatında 
“Fil” və “Qureyş” surələri bir-birinin ardınca 106-cı  və 107-ci surələr olaraq 
yerləşdirilmişdir. Halbuki, “əl-Fihrist” və “əl-İtqan” əsərlərində bu iki surə ara-
sında başqa surələr vardır.
2
 
Surələrin sayı barədə olan fikirayrılığından əlavə, Ubəyy ibn Kə`bin mushəfində 
“ﻊْﻠَﺧ” və  “ﺪْﻔَﺣ” adlı surələrin olmasının səbəbi də mübahisəli məsələdir. Quran 
tədqiqatçılarının əksəriyyəti bu qənaətdədir ki, bunlar qunutda oxunan dualar idi. 
Məhəmməd ibn Nəsr Mərvəzi “Səlat” adlı kitabında Ubəyy ibn Kə`bdən nəql 
edir ki, o, namazların qunutunda bu iki duanı oxuyarmış  və  həmin duaları öz 
mushəfində də yazıbmış.
3
 
Həmçinin rəvayət olunur ki, Peyğəmbər (s) bu duaları qunutda oxuyarmış. 
Ubəyy ibn Kə`b də bu duaları unutmamaqdan ötrü onları öz mushəfində qeyd 
edibmiş. Lakin sonralar bəziləri elə güman ediblər ki, bu iki dua onun mushəfinin 
tərkib hissəsidir.
4
4. Ubəyy ibn Kə`bin mushəfində  ləhcədən irəli gələn fərqli qiraətlər nəzərə 
çarpır. Məsələn, o, Ali-İmran surəsi 120-ci ayədə: “ْﻢُﻫُﺪْﻴَﻛ ﻢُﻛﱡﺮُﻀَﻳ ﻻ” ifadəsindəki 
“ﻢُﻛﱡﺮُﻀَﻳ” felini Hicaz ləhcəzinə uyğun olaraq idğamsız, yəni “ْﻢُﻛْﺭُﺮْﻀَﻳ” oxuyurmuş. 
Yaxud “َﺮِﺜْﻌُﺑ” felini “ﺮِﺜ ْﺤُﺑ”, “َﻙﺎﻨْﻴَﻄْﻋﺍ ﺎّﻧﺇ” felini “َﻙﺎﻨْﻴَﻄْﻧﺍ ﺎّﻧﺇ” qiraət edirmiş.
5
  
5. Ubəyy ibn Kə`b bəzən ayələrdə eyni mənalı (sinonim) sözlər işlədirdi. 
Məsələn: 
       ﻦﻴﱢﻟﺎّﻀﻟﺍ ِﺮْﻴَﻏ ـ ﻦﻴﱢﻟﺎّﻀﻟﺍ ﻻ َﻭ
٦
ﻪﻴِﻓ ﺍ ْﻮَﻀَﻣ ـ ِﻪﻴِﻓ ﺍْﻮَﺸَﻣ
۷ﺎﻨﱠﺒَﻫ  ْﻦﻣ ـ ﺎﻧِﺪَﻗ ْﺮَﻣ  ْﻦِﻣ ﺎﻨَﺜَﻌَﺑ  ْﻦَﻣ

 Dr. Ramyar, “Tarix-e Quran”, s.347; “ət-Təmhid”, c.1, s.323.
2
  “ət-Təmhid”, c.1, s.331.

 “əl-İtqan”, c.1, s.206.
4
  Dr. Ramyar, “Tarix-e Quran”, s.350.
5
  Dr. Ramyar, “Tarix-e Quran”, s. 348.
6
  Bəqərə surəsi, ayə: 20.

 Yasin surəsi, ayə: 52.


124
Abdullah ibn Məs`udun mushəfi
İbn Nədim “əl-Fihrist” və Siyuti “əl-İtqan”  əsərində Abdullah ibn Məs`uda 
mənsub mushəfdə surələrin mündəricatını qeyd etmişdirlər.
1
 Siyuti öz əsərində İbn 
Məs`uda mənsub mushəfdə surələrin mündəricatını “tuvəl”, “məun”, “məsani”, 
“həvamim”, “mumtəhinat” və “mufəssəl” surələrə qruplaşdırılmış şəkildə qeyd 
etmişdir. Bu iki mənbəni (“əl-Fihrist” və “əl-İtqan” əsərlərini) müqayisə etdikdə, 
“tuvəl” və “məun” surələr qrupunda surələrin ardıcıllığı - kiçik fərqləri nəzərə 
almasaq – demək olar ki, eynidir:
“Tuvəl” surələr: Bəqərə, Nisa, Ali-İmran, Ə`raf, Ən`am, Maidə və Yunus.
“Məun” surələr: Bəraət, Nəhl, Hud, Yusuf, Kəhf, Bəni-İsrail, Ənbiya, Taha, 
Mu`minun, Şuəra, Saffat.
“Məsani” surələr: Əhzab, Həcc, Qəsəs, Ta-sin ən-Nəml, Nur, Ənfal, Məryəm, 
Ənkəbut, Rum, Yasin, Furqan, Hicr, Rə`d, Səba, Məlaikə, İbrahim, Sad, Əlləzi͠nə 
kəfəru͂ (Qital), Loqman, Zumər.
“Həvamim” surələr:  Ha-mim  əl-Mu`min (Ğafir), Zuxruf, Ha-mim Səcdə 
(Fussilət), Ha-mim ayn-sin-qaf (Şura), Əhqaf, Casiyə, Duxan.
2
 
“Mumtəhinat” surələr:  İnnə͂  fətəhnə͂  ləkə (Fəth), Həşr, Səcdə, Təlaq, Nun 
vəl-Qələm, Hucurat, Təbarək (Mulk), Təğabun, İzə͂ cə͂əkəl-munə͂fiqun (Munafi-
qun), Cumuə, Səff, Qul u͂hiyə (Cinn), İnnə͂ ərsəlnə͂ (Nuh), Mucadilə, Mumtəhinə 
və Yə͂ əyyuhən-nəbiyyu limə tuhərrimu (Təhrim).
“Mufəssəl” surələr: Abdullah ibn Məs`udun mushəfində “mufəssəl” surələr “ər-
Rəhman” surəsi ilə başlayıb iki surə - “Qul huvəllah” və “İnşirah” surələri ilə bitir.
“əl-İtqan”da qeydə alınmayan surələr bunlardır: Fatihə, Qaf, Hədid, Haqqə, 
Fələq, Nas.
“əl-Fihrist”də qeydə alınmayan surələr bunlardır: Fatihə, Hicr, Kəhf, Taha, 
Nəml, Şura, Zəlzələ, Fələq, Nas.
İbn Nədim deyir:
“Mən saysız mushəflər gördüm ki, bu mushəfləri yazanlar onun İbn Məs`uda 
mənsub olduğunu söyləyirdilər. Lakin bu qədər mushəf arasında bir-birinə ox-
şar iki mushəf görə bilmədim. Onların  əksəriyyəti vərəqlərdə idi və üzərində 
çoxlu düzəlişlər aparılmışdı. İki yüz il tarixi olan bir mushəf gördüm ki, həmin 
mushəfdə “Fatihətul-Kitab” surəsi də mövcud idi. Mən öz müşahidələrimi qeyd 
etmək fikrindən daşınaraq Quran və  hədis sahəsində tanınmış  şəxsiyyətlərdən 
olan Fəzl ibn Şazanın nəzərini nəql etdim.”
3

 “əl-Fihrist”, s.29; “əl-İtqan”, c.1, s. 202-203.
2
  İbn Nədimin “əl-Fihrist” əsərində “Şura” surəsi qələmdən düşmüşdür.
3
  “əl-Fihrist”, s.29.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə