Quran elmleri dersliyi indd


İbn Məs`udun mushəfinin əsas xüsusiyyətləri



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə41/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   110

125
İbn Məs`udun mushəfinin əsas xüsusiyyətləri
1.  Hər iki mənbəyə istinadən (“əl-İtqan” və  “əl-Fihrist”) Abdullah ibn 
Məs`udun mushəfində “Ənfal” surəsi iyirminci surə olub “məsani” surələr qru-
punda yerləşmişdir. Halbuki, bu surə Ubəyy ibn Kə`bin mushəfində “Tövbə” 
surəsindən qabaq yerləşmiş və “məun” surələrin birincisidir.
2.  İbn Məs`udun mushəfində surələr həcmcə böyükdən kiçiyə doğru – 
“həvamim” surələr istisna olmaqla – sıralanmışdır.
3. İbn Məs`udun mushəfində “Fatihətul-Kitab” və “muəvvəzəteyn” surələri qeyd 
olunmayıb. İbn Sirin belə deyir: “Abdullah ibn Məs`ud “Fatihətul-Kitab” və “muəv-
vəzəteyn” surələrini öz mushəfində yazmırdı.”
1
 Onun “Fatihətul-Kitab” surə si ni  öz 
mushəfində yazmamasının səbəbi heç də onu bir surə kimi qəbul etməməsi deyildi. 
Ümumiyyətlə, Quranın yazılmasında məqsəd, surələrin unudulmaması  və qorunub 
sax lanması olmuşdur və “Fatihətul-Kitab” surəsini müsəlmanlar hər namazda oxuduq-
larından onun unudulması barədə heç bir nigarançılıq yox idi. “Fələq” və “Nas” surələri 
barədə İbn Məs`udun əqidəsi bu idi ki, bu iki surə sehr və ya bədnəzəri dəf etmək üçün 
bir hirzdir (mühafizə edən, qoruyan zikrlər). Hədislərin birində yazılır ki, Peyğəmbər 
(s) yəhudilərin sehr-cadusundan qorunmaq üçün bu iki surəyə pənah aparmışdı.
2
4. “Əqna” əsərinin müəllifi qeyd edir ki, İbn Məs`udun mushəfində “Bəraət” 
surəsinin əvvəlində “Bismillah” var idi.
3
5. İbn Məs`udun mushəfində bir sözü eynimənalı sözlə əvəz etmək icazəli he-
sab olunurdu. Oun ibn Abdullah deyir: 
“İbn Məs`ud bir kişiyə Quran təlim edirdi. O, Duxan surəsinin 43-44-cü 
ayələrini tilavət etdi:
.ﻢﻴِﺛﻷﺍ ُﻡﺎﻌﻁ .ﻡﻮﱡﻗﱠﺰﻟﺍ ِﺕَﺮَﺠَﺷ  ﱠﻥﺇ
“Bəli, zəqqum ağacı, günahkarların yeməyi.”
O kişi dedi: 
 .ﻢﻴِﺘَﻴْﻟﺍ ُﻡﺎﻌَﻁ
İbn Məs`ud ayəni yenidən tilavət etdi. Lakin həmin kişi “ﻢﻴِﺛﻷﺍ” sözünü tələffüz 
edə bilmədi. Abdullah ibn Məs`ud ondan soruşdu: “ﺮِﺟﺎﻔْﻟﺍ ُﻡﺎﻌﻁ deyə bilərsənmi?” O 
kişi: “Bəli” - deyə cavab verdi. İbn Məs`ud dedi: “Elə isə bu cür oxu!”
4
İbn Quteybə nəql edir ki, İbn Məs`ud “Qariə” surəsinin 5-ci ayəsini belə oxuyurdu: 
ﺵﻮُﻔْﻨَﻤْﻟﺍ ِﻑْﻮَﺼْﻟﺎَﻛ ُﻝﺎﺒِﺠْﻟﺍ  ُﻥﻮُﻜَﺗ َﻭ ـ ﺵﻮُﻔْﻨَﻤﻟﺍ ِﻦْﻬِﻌْﻟﺎﻛ ُﻝﺎﺒِﺠﻟﺍ  ُﻥﻮُﻜَﺗ َﻭ

 “əl-Fihrist”, s.29.
2
  “ət-Təmhid”, c.1, s.314. 

 “əl-İtqan”, c.1, s.204.
4
  “əl-İtqan”, c.1, s.149.


126
Çünki “ِﻦْﻬِﻋ” sözü ilə “ِﻑْﻮَﺻ” sözü eyni mənanı bildirir və sözün mənası “yun” 
deməkdir.
6. Onun mushəfində  bəzi hallarda sözlərin yeri dəyişdirilib, qabağa və ya 
geriyə atılıb. Məsələn:
1
 ٍﺭﺎّﺒَﺟ ٍﺮﱢﺒَﻜَﺘُﻣ ﱢﻞُﻛ ِﺐْﻠَﻗ  ٰﻰﻠﻋ ُﷲ ُﻊﺒﻄﻳ َﻚﻟﺬﻛ ـ ٍﺭﺎّﺒَﺟ ٍﺮﱢﺒَﻜَﺘُﻣ ِﺐْﻠَﻗ ﱢﻞُﻛ  ٰﻰﻠﻋ ُﷲ ُﻊﺒﻄﻳ َﻚﻟﺬﻛ
7. Onun mushəfində təfsir yönlü əlavələr mövcud idi. Məsələn, o, “Hud” surəsi-
nin 71-ci ayəsində “ﺪﻋﺎﻗ َﻮُﻫ َﻭ” ifadəsini “ﺔﻤﺋﺎﻗ ﻪﺗﺃﺮﻣﺍ َﻭ” ifadəsinə əlavə etmişdir.
2
8. Əksər hallarda İbn Məs`uda nisbət verilən fərqli qiraətlər, sözləri öz ləhcəsində 
qiraət etməsi ilə əlaqədar idi. Məsələn, bəzən o,  ءﺎﺣ” hərfini ﻦﻴﻋ” tələffüz edirdi və 
“ﻰّﺘﺣ” sözünü “ ٰﻰّﺘﻋ” kimi qiraət edirdi. Yaxud aşağıdakı sözləri belə tələffüz edirdi:
ﻖﻴِﻌَﻣ ـ ﻖﻴﻤﻋ
ﺭﻮﻓﺎﻗ ـ ﺭﻮﻓﺎﻛ
ﺮﻗﺎﺑ ـ ﺮَﻘَﺑ
Ubəyy ibn Kə`b və Abdullah ibn Məs`ud kimi iki tanınmış  səhabənin 
mushəflərinin əsas xüsusiyyətləri bunlardan ibarət idi. Surələrin qruplaşdırılması 
baxımından digər səhabələrin mushəfləri də demək olar ki, bir-birinə oxşardır. 
Lakin bəzi səhabələrin mushəfində surələr nüzul ardıcıllığı ilə  sıralanmışdı. 
Müfəssir Şəhristani öz təfsirinin müqəddiməsində Əli ibn Əbu Talibin (ə) yetirməsi 
olan İbn Abbasın mushəfinin belə xüsusiyyətə malik olduğunu qeyd edir.
Şəhristani İmam Sadiqə (ə) mənsub mushəfin də həmin şəkildə tərtib edildi-
yini qeyd edir: İqrə, Nun, Muzzəmmil, Muddəssir, Təbbət, Kuvvirət, Ə`la, Ləyl, 
Fəcr, Zuha, Ələm nəşrəh, Əsr, Adiyat, Kövsər, Təkasur...Tövbə və Maidə.
3
Fəslin əsas mətləbləri:
1. Quran xüsusunda “cəm” (ﻊْﻤَﺟ) sözü (və eyniköklü sözlər) dörd mənada 
işlənibdir: Quranı  əzbərləmək, Peyğəmbərin (s) dövründə ayələrin surələrdə 
yazılması, Peyğəmbərin (s) vəfatından sonra Quranın bir kitab şəklində  tərtib 
edilməsi və yığılması, qiraətlərin cəm edilməsi (vahid mushəfin yaradılması).
2. Quran alimləri arasındakı fikirayrılığı Quranın Peyğəmbərin (s) vəfatından 
əvvəl, yoxsa sonra “mushəfdə cəm edilməsi” (bir kitab şəklində tərtib edilməsi) 
barədədir.
3. Saysız dəlillər və tarixi faktlara əsasən, Qurani-Kərim Peyğəmbərin (s) 
vəfatından sonra birinci xəlifə Əbu Bəkrin dövründə Zeyd ibn Sabit tərəfindən 
“mushəfdə cəm edilmişdir”. 
1  
“əl-İtqan”, c.1, s.148.
2
  Dr. Ramyar, “Tarix-e Quran”, s.362.

 Zəncani, “Tarixul-Quran”, s.77-79.


127
4. Qurani-Kərim Peyğəmbərin (s) dövründə kitab şəklində tərtib edilməmişdi, 
çünki: 
a) Şiə və sünni qaynaqlarında olan saysız hədislərdə qeyd edilir ki, Peyğəmbər 
(s) Əli ibn Əbu Talibə (ə) onun vəfatından sonra Quranı cəm etməyi vəsiyyət et-
mişdir. Əli (ə) də onun bu vəsiyyətinə əməl etmişdir.
b) Bildiyiniz  kimi,  Peyğəmbərin (s) ömrünün son günlərinə  qədər ona vəhy 
nazil olmuşdur. Ayələrin tədrici nazil olması, Quranın Peyğəmbərin (s) dövründə 
kitab şəklində tərtib edilməsinə icazə vermirdi.
c) Hədislərə istinadən,  Əli ibn Əbu Talib (ə) Peyğəmbərin vəfatından son-
ra Quranı mushəfdə  cəm etdi və onun mushəfində surələr nüzul ardıcıllığı ilə 
yerləşdirilmişdi.  Əgər qəbul etsək ki, Peyğəmbər (s) həyatda ikən hal-hazırda 
mövcud olan mushəfi tərtib etmişdir, bu o deməkdir ki, Əli ibn Əbu Talib (ə) 
Peyğəmbərin (s) vəfatından sonra onun mushəfini qəbul etməyib özü bir mushəf 
cəm etmişdir. Bu isə qəbul edilə biləcək bir iddia deyildir!
d) Bir çox səhabələr mushəf cəm etmişlər və onların mushəfləri arasında fərqli 
cəhətlər çoxdur. Bu isə, Peyğəmbərin (s) dövründə vahid bir mushəfin olmadığını 
göstərir.
5. Birinci xəlifə Əbu Bəkrin dövründə Quranın kitab şəklində tərtib edilməsinə 
səbəb, Yəmamə döyüşü oldu. Bu döyüşdə ən azı 70 Quran hafizi öldürüldü. 
6. Peyğəmbərin (s) dövründə Quranın mushəfdə cəm edildiyini qəbul edənlərin 
ortaya qoyduqları dəlillərin heç biri qaneedici deyildir.
7. Uca məqamlı səhabələr olan Ubəyy ibn Kə`b və Abdullah ibn Məs`ud Qu-
ran hafizlərindən və qarilərindən, həmçinin “vəhy katibləri”ndən olmuşlar. Onlar 
Quranın təlimi və təfsiri, hədis və fiqh sahəsində böyük ustadlar idilər. Hər zaman 
Peyğəmbərin (s) kənarında olmuş və Əhli-beytə (ə) vəfalı şəxslər olmuşlar. Onla-
rın mushəfləri müsəlmanlar arasında xüsusi mövqeyə malik idi. 
8.  Ubəyy ibn Kə`b və Abdullah ibn Məs`udun mushəflərinin hər birinin 
özünəməxsus xüsusiyyətləri vardır. Ümumilikdə demək olar ki, onların hər iki-
si surələri belə qruplaşdırmışlar: tuvəl, məun, məsani, həvamim, mumtəhinat, 
mufəssəlat.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə