Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə43/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   110

130
mübahisələr aparır və səhvlərə yol verirlər. Ey Peyğəmbər (s) ardıcılları, bir yerə 
toplaşıb camaat üçün vahid bir mushəf (imam mushəf) yazın...”
1
 
B) Vahid mushəf yaradılması üçün təşkil edilən heyət
Vahid qiraətin yaranması üçün “vahid mushəf”in yaradılması təklifi Huzeyfə 
tərəfindən verildi. Qeyd etdiyimiz kimi, o, Mədinəyə gəlməmişdən öncə öz fikrini 
Kufədə olan Peyğəmbər (s) səhabələrinə açıqladı və İbn Məs`uddan başqa hamı 
onun fikrini dəstəklədi. Xəlifə Osman da bu işin zəruriliyini başa düşürdü. Lakin 
bu, asan bir iş deyildi. Çünki bu işi həyata keçirməkdən ötrü İslam məmləkətinin 
hər bir tərəfində müsəlmanlar arasında mövcud olan bütün mushəflər, hətta ta-
nınmış səhabələrin mushəfləri də yığışdırılmalı idi. Bu səbəbdən, xəlifə Osman 
səhabələri məşvərət üçün bir yerə topladı və onlar bu işin çətinliyinə rəğmən onun 
həyata keçirilməsini zəruri hesab etdilər. 
Nəhayət, müsəlmanların xəlifəsi Osman ibn Əffan qəti qərar verdi. Elə bi-
rinci mərhələdə Həfsənin (Ömər ibn Xəttabın qızı və Peyğəmbərin (s) zövcəsi) 
yanına adam göndərdi və üzünü köçürməkdən ötrü birinci xəlifənin cəm etdi-
yi mushəfi ondan əmanət kimi istədi (çünki həmin mushəf birinci xəlifə vəfat 
etdikdən sonra ikinci xəlifənin ixtiyarına keçmiş və o da vəfat etdikdə həmin 
mushəfi öz qızına vermişdi). Onu əmin etdi ki, iş tamamlandıqdan sonra onu 
geri qaytaracaqdır.
2
 
Bunun üçün xəlifə Osman dörd nəfərdən ibarət bir heyət yaratdı. Heyət üzvləri 
bu şəxslər idi: Zeyd ibn Sabit, Abdullah ibn Zubeyr, Səid ibn As və Əbdurrəhman 
ibn Haris.
3
 Xəlifə Osman onlara göstəriş verdi ki, əgər qiraətdə Zeyd ibn Sabitlə 

 “əl-İtqan”, c. 1, s. 187-188; “əl-Mizan”, c. 12, s. 122.
2  
“əl-Burhan”, c. 1, s. 330; “əl-İtqan”, c. 1, s. 187; “Səhih-Buxari”, c. 6, s. 581; “əl-Kamilu fit-tarix”, c. 3, s. 112. 

  Dr. Ramyar, “Tarix-e Quran”, s. 417-419.
Heyət üzvlərinin hamısı üçüncü xəlifənin yaxın qohumları idilər. 
Zeyd ibn Sabit: O, ənsardan və Xəzrəc qəbiləsindən idi. Bu heyətdə təkcə o, Qüreyşdən deyildi. Onun on bir 
yaşı olanda Peyğəmbər (s) Mədinəyə hicrət etmişdi. Xəlifələr ona böyük e bar bəsləmişlər. O, Peyğəmbərin 
(s) vəhy ka blərindən olmuşdur. “Bəni-Saidə səqifəsi” hadisəsində mühacirlərin xeyrinə çıxış edən cavan 
ənsar idi. Xəlifə Ömərin dövründə o, qazi və mü i mənsəbinə seçildi və xəlifə şəhərdən kənarda olduğu 
günlərdə onun yerinə əyləşərdi. Xəlifə Osmanın dövründə o, beytül-malın məsulu təyin edildi. O, xəlifə 
Osmana vəfadar qalıb Həzrət Əliyə (ə) beyət etmədi.
Səid ibn As: O, hicri 1-ci ildə dünyaya göz açmışdır. Onun atası Bədr döyüşündə Həzrət Əli (ə) tərəfindən 
qətlə ye rilmişdi. Ye m qaldığı üçün Osman ibn Əffanın himayəsində böyümüşdü. Günlərin birində Ömər 
ibn Xə ab ona dedi: “Sənin atanı mən öldürməmişəm, Əli ibn Əbu Talib öldürüb.” O, belə cavab vermişdi: 
“Sən öldürsəydin də, sən haqq idin və o, ba l.” Ömər ibn Xə ab onun bu cavabından məmnun qalmış 
və sonralar Süfyan ibn Üveyfin qızını ona ərə vermişdi. Daha sonra o, Əbdurrəhman ibn Harisin də qızını 
zövcəliyə almışdı. Hicri 30-cu ildə xəlifə Osman onu Kufənin valisi təyin etdi. (“əl-Kamilu fit-tarix”, c. 3, s. 
107.) Səid, Müaviyənin dövründə  Mədinədən üç mil uzaqlıqda yerləşən sarayında vəfat etdi.
Abdullah ibn Zubeyr: O, Mədinədə dünyaya göz açan ilk mühacir övladı idi. Çirkin və tünd xasiyyətli bir 
şəxs idi. Xalası Aişə onu çox istəyirdi. 
Əbdurrəhman ibn Haris: Səidlə həmyaşıd idi. Atası hicri 18-ci ildə Şamda vəfat etdi və Ömər ibn Xə ab 
onun anasını zövcəliyə aldı. On səkkiz yaşından e barən o, Ömər ibn Xə abın evində böyümüş və bunu 
özünə i ixar hesab edirdi. 


131
onlar arasında fikirayrılığı yaransa, Quranı öz ləhcələrində yazsınlar, çünki Quran 
Qüreyş ləhcəsində nazil olmuşdur.
1
Bəzi mənbələrdə qeyd edilir ki, adı çəkilən dörd nəfər “vahid mushəf” yaradıl-
ması üçün təşkil olunan heyətin ilk üzvləri idilər və sonra bu heyətə daha bir neçə 
nəfər daxil edildi.
Məhəmməd ibn Sirin qeyd edir ki, Osman ibn Əffan “vahid mushəf” yara-
dılması  işinə on iki nəfəri təyin etdi və onlar bir neçə mushəf yazdılar. Tarixi 
mənbələrdə həmin on iki nəfərin adı dəqiq qeyd edilməsə də, rəvayətləri araşdır-
dıqda bu nəticə əldə olunur: Zeyd ibn Sabit, Səid ibn As, Abdullah ibn Zubeyr
Əbdurrəhman ibn Haris (bu şəxslər heyətin ilk dörd üzvü idi), Ubəyy ibn Kə`b, 
Malik ibn Əbi Amir, Kəsir ibn Əfləh, Ənəs ibn Malik, Abdullah ibn Abbas və 
Abdullah ibn Əmr.
2
C) Heyətin apardığı işin mərhələləri
Vahid mushəfin yaradılması üçün heyət hicri 25-ci ildə təşkil edildi.
3
 İbn Hicr 
deyir:
“Vahid qiraətin yaradılması hicri 25-ci ildə baş verdi. Bizim müasirlərimizdən 
bəziləri bu məsələni lazımınca araşdırmamış  və heç bir dəlil göstərmədən bu 
hadisənin hicri 30-cu ildə baş verdiyini güman etmişlər.”
4
Vahid mushəfin yaradılması üçün görülən birinci iş xəlifə Osmanın göstərişi 
ilə vüsətli  İslam məmləkində mövcud olan bütün Quran mushəflərinin və 
əlyazmalarının toplanması oldu. Üçüncü xəlifə  hətta Ömər ibn Xəttabın qızı 
Həfsədə olan mushəfi də ondan istədi. Həmin mushəf xəlifə Əbu Bəkrin dövründə 
cəm edilən mushəf idi ki, Əbu Bəkrdən sonra ikinci xəlifəyə çatmış və o da onu öz 
qızına vermişdi. Həfsə həmin mushəfi vermək istəmirdi və elə buna görə də xəlifə 
Osman ibn Əffan onu geri qaytaracağına and içdi. Mənbələrdə qeyd olunur ki, 
həmin mushəf “vahid mushəf”in yaradılması üçün təşkil olunan heyətin istinad 
etdiyi mənbələrdən biri olmuşdur.
Maraqlısı budur ki, Zeyd ibn Sabitdən başqa üç heyət üzvü Qüreyşdən və  xəlifə Osmanın yeznələri idi. 
Osman xəlifə olduğu dövrdə qızı Məryəmi Əbdurrəhmana ərə verdi. Ümmü-Əmri də Səidə ərə vermişdi. 
Osman ibn Haris vəfat ed kdən sonra Abdullah ibn Zubeyr onun sabiq zövcəsi və Osmanın qızı olan Aişəni 
aldı. 
Şübhəsiz ki, bu seçim bəzilərinin e razına səbəb olacaqdı. Tarixi mənbələrə is nadən, xəlifə Osmanın 
qarşıya qoyduğu məqsəd hamı  tərəfindən, hə a  Əli (ə) tərəfindən müsbət qiymətləndirilmişdi. Lakin 
Abdullah ibn Məs`ud kimi bəzi şəxsiyyətlərin Osmana qarşı çıxamalarının səbəbi heyət üzvlərinin seçilmə 
meyarına görə idi. Abdullah ibn Məs`ud bunu açıqcasına bildirib demişdi: “Quranın cəm edilməsi işində 
məni kənarda qoyurlar, bir halda ki, mən Peyğəmbərin (s) şəxsən özündən 70 surəni təlim almışam. Həmin 
vaxtlarda Zeyd ibn Sabit uşaqlarla oynayırdı.” (Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.446.)        

 “əl-Burhan”, c.1, s.330; “əl-İtqan”, c.1, s.187; “Səhih-Buxari”, c.6, s.581; “əl-Kamilu fit-tarix”, c.3, s.112.

 “əl-İtqan”, c.1, s.188; Dr. Ramyar, “Tarix-e Quran”, s.420; “ət-Təmhid fi Ulumil-Quran”, c.1, s.339.

 Dr. Ramyar, “Tarix-e Quran”, s.433-435; “ət-Təmhid”, c.1, s.333-335.

 “əl-İtqan”, c.1, s.187.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə