Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə45/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   110

134
öz məntəqlərində “imam mushəf” hesab olunurdu, çünki bu mushəflər orada digər 
Quran nüsxələrinin istinad mənbəyi idi. 
D) Osmani mushəflərin əsas xüsusiyyətləri
1. Osmani mushəflərdə surələr, səhabələrin mushəflərindəki ardıcıllıqla tərtib 
edildi. Yəni “tuvəl”, “məun”, “məsani”, “mumtəhinat” və “mufəssəlat” surələr 
qrupu şəklində qruplaşdırıldı. Bu mushəflərdə surələrin ardıcıllığında nəzərə çar-
pan fərqli cəhət “Ənfal” və “Tövbə” surələrinin bir surə hesab edilməsi və yanaşı 
yazılaraq “Səb`u tuvəl” surələr (yeddi böyük surə) sırasında yerləşdirilməsi idi. 
Əvvəlki mushəflərin heç birində belə bir iş görülməmişdi. 
İbn Abbas deyir: “Mən Osmandan soruşdum: “Axı siz nə üçün “məsani” 
surələrdən olan “Ənfal” surəsini “məun” surələrdən olan “Bəraət” surəsi ilə ya-
naşı yazdırıb (“Ənfal” surəsi və ardınca “Bəraət” surəsi), onlar arasında “Bismil-
lah” yazdırmadınız və bunu “Səb`u tuvəl” surələr sırasında yerləşdirdiniz?” Os-
man belə cavab verdi: “Quran surələri tədrici olaraq Peyğəmbərə (s) nazil olurdu. 
Vəhy nazil olduqca Peyğəmbər (s) vəhy katiblərindən bəzilərini çağıtdırıb onla-
ra buyurardı: “Bu ayələri filan xüsusiyyətləri olan surədə yerləşdirin!” “Ənfal” 
surəsi hicrətin əvvəllərində Mədinədə nazil olan surələrdən idi. “Bəraət” surəsi 
isə Mədinədə sonuncu nazil olan surədir. Amma bu iki surənin hekayəti bir-birinə 
oxşardır. Peyğəmbər (s) vəfat etdi və “Bəraət” surəsinin “Ənfal” surəsinin bir 
hissəsi olduğunu bizə açıqlamadı. Odur ki, mən də bu iki surəni yanaşı və ardıcıl 
yazdırıb aralarında “Bismillah” yazdırmadım.””
1
Bu rəvayərin doğruluğu şübhə doğurur, çünki bu rəvayətdən belə əldə olunur 
ki, xəlifə Osman öz şəxsi rəyi ilə “Bəraət” surəsinin əvvəlində “Bismillah”ı yaz-
dırmamışdır, bu gümanla ki, “Ənfal və Bəraət” surələrinin hekayəti oxşar olduğu 
üçün onlar bir surəni təşkil edir.
Lakin  İbn Abbas Əli ibn Əbu Talibdən (ə) “Bəraət” surəsinin  əvvəlində 
“Bismillah”ın yazılmaması səbəbini soruşduqda o həzrət belə cavab vermişdir: 
““Bismillə͂hir raḥmə͂nir raḥi͠m” aman və rəhmət deməkdir. “Bəraət” surəsi isə qı-
lınc çəkilməsinə əmr edir və orada aman yoxdur.”
2
2. Osmani mushəflərdə yazı xətti ibtidai idi. Belə ki, hərflərin nöqtələri yox idi. 
Sözlərdə hərəkələr və işarələr mövcud deyildi. Elə bu səbəbdən də, sonralar fərqli 
qiraətlər yenidən ortaya çıxdı. 
E) Osmani mushəflərin aqibəti
Görəsən Osmani mushəflərdən bir əsər-əlamət qalıbdırmı? 
Aparılan geniş tədqiqatlara, həmçinin Quranın tarixi zəminində şərqşünasların 
apardıqları araşdırmalara istinadən demək mümkündür ki, bəzi məscidlərdə, ki-
1
  “əl-Burhan”, c.1, s.329; “əl-İtqan”, c.1, s.190.

 “əl-Burhan”, c.1, s.360.


135
tabxanalarda və muzeylərdə bir çox Quran əlyazmalarını “Osmani mushəf” he-
sab etmişlər, lakin Osmani mushəflərin hal-hazırkı dövrə  qədər gəlib çatdığını 
qətiyyətlə söyləmək qeyri-mümkündür. Bəzi tarixi mənbələrdən əldə olunur ki
Osmani mushəflərdən bəzisi hicri 6-cı və 7-ci ərədək gəlib çatmışdır. 
İbn Cubeyr (vəfat tarixi: hicri 614-cü il) Dəməşqin cami məscidində bir mushəf 
xəzinəsini görmüşdür ki, Şama göndərilən Osmani mushəf də orada imiş. Hər gün 
namazdan sonra bu xəzinə açılar və mushəfləri ziyarət etmək üçün orada izdiham 
yaranardı. Deyəsən, həmin mushəfi yaxından görən Yaqut Həməvi demişdir ki, 
orada belə deyirdilər: “Bu mushəfi Osman öz dəst-xətti ilə yazmışdır.”
1
 
Elə  həmin illərdə  İbn Kəsir də bu mushəfi görmüş  və daha ətraflı  məlumat 
vermişdir: 
“Osmani mushəflərdən biri hal-hazırda Şamda cami məscidinin şərq sütunu yaxın-
lığında yerləşir. Bu mushəf əvvəl Təbəriyyə şəhərində imiş və təxminən hicri 518-ci 
ildə Dəməşqə gətirilib. Mən onu yaxından gördüm. Bu dəyərli kitab olduqca böyük 
və qalın idi. Zənnimcə dəvə dərisindən olan səhifələrdə gözəl xətlə yazılmışdı.”
2
Təəssüflər olsun ki, bu mushəflər zamanın keşməkeşli hadisələrində  məhv 
olub aradan getmişdir.
Ə) Surələrin ardıcıllığı “toqifi” idimi?
Bu sual təkcə xəlifə Osmanın dövründə cəm edilən mushəf üçün deyil, həm də 
birinci xəlifə Əbu Bəkrin dövründə cəm edilən mushəf üçün yarana bilər. Qeyd 
etdik ki, “vahid mushəf” yaradılarkən səhabələrin, eləcə  də, birinci xəlifənin 
dövründə cəm edilən mushəflərə istinad olunmuş və surələr həmin mushəflərdəki 
ardıcıllıqla yerləşdirilmişdir. Amma görəsən, istər birinci və istərsə  də üçüncü 
xəlifənin dövründə surələrin ardıcıllığı və sıralanması toqifi idimi? Yəni surələrin 
belə sıralanmasını Peyğəmbər (s) göstəriş vermişdirmi? Yoxsa toqifi deyil, ictiha-
di idi (yəni şəxsi rəy əsasında idi)? 
Bu sualın cavabı  əvvəlki fəsillərdə aydınlaşdı. Lakin bəziləri surələrin ardı-
cıllığının toqifi olduğunu qəbul edirlər.  Əbu Cəfər Nəhhas deyir: “Hal-hazırkı 
mushəfdə surələrin ardıcıllığı Peyğəmbərin (s) buyurduğu kimidir.”
Vasilə ibn Əsqə Peyğəmbərdən (s) belə nəql edir: 
 ،ﻰِﻧﺎَﺜَﻤﻟﺍ ِﻞﻴِﺠْﻧﻹﺍ  َﻥﺎَﻜَﻣ  ُﺖﻴِﻄْﻋُﺍ َﻭ ، َﻦﻴِﺌَﻤﻟﺍ ﺭﻮُﺑﱠﺰﻟﺍ  َﻥﺎَﻜَﻣ  ُﺖﻴِﻄْﻋُﺍ َﻭ ،ﻝَﻮﱡﻄﻟﺍ َﻊْﺒﱠﺴﻟﺍ ﺓﺍَﺭْﻮﱠﺘﻟﺍ  َﻥﺎَﻜَﻣ  ُﺖﻴِﻄْﻋُﺍ
.ﻞﱠﺼَﻔُﻤْﻟﺎِﺑ  ُﺖْﻠﱢﻀُﻓ َﻭ
“Tövratın müqabilində mənə “yeddi böyük surə” verildi, Zəburun müqabilində 
mənə “məun” surələr verildi, İncilin müabilində mənə “məsani” surələr verildi və 
mən “mufəssəl” surələr ilə üstün edildim.”

 Dr. Ramyar, “Tarix-e Quran”, s.468-469.
2
  Əvvəlki qaynaq.


136
Bu hədis surələrin ardıcıllığının Peyğəmbərin (s) dövründən götürüldüyünə 
dəlalət edir.
1
 
Bir çoxları, o cümlədən,  Əbu Məhəmməd ibn Ətiyyə, Beyhəqi və Kermani 
də bu fikirdədirlər.  İbn  Ətiyyənin nəzərincə, Peyğəmbərin (s) dövründə Quran 
surələrinin əksəriyyətinin ardıcıllığı məlum idi və qalan az bir qisminin sıralan-
ması ümmətə həvala olunmuşdur.
2
Lakin sübutlar və faktlar bu nəzəri rədd edir. Siyuti deyir: “Alimlərin əksəriyyəti 
Quran surələrinin ardıcıllığının ictihadi olduğunu qəbul edirlər.”
3
 
Ubəyy ibn Kə`b və Abdullah ibn Məs`udun mushəflərini, həmçinin Osmani 
mushəfləri araşdırdıqda görürük ki, bu mushəflərdə surələrin tərtibi bir-birilə 
fərqlənir. Əgər surələrin tərtibi toqifi olsaydı, belə fərqlilik mövcud olmazdı. Əbu 
Abdullah Zəncani də deyir: “Ayələrin tərtibindən fərqli olaraq surələrin tərtibi 
ictihadi olmuşdur.”
4
 
Əllamə Təbatəbai “əl-Mizan” təfsirində yazır: “Xəlifə Əbu Bəkrin və Osma-
nın dövründə cəm edilən mushəflərdə surələrin ardıcıllığı birmənalı olaraq icti-
hadi olmuşdur. Buna dəlil olaraq, xəlifə Osmanın “Ənfal” və “Bəraət” surələrini 
“Ə`raf” və “Yunus” surələri arasında yerləşdirməsini göstərmək olar. Başqa bir 
dəlil isə səhabələrin mushəfləri ilə xəlifə Əbu Bəkrin və Osmanın dövründə cəm 
edilən mushəflərdə surələrin ardıcıllığı arasında fərqlərin mövcud olmasıdır.”
5
F) Məsum İmamların (ə) “ikinci cəm” və “üçüncü cəm” barədə nəzərləri 
Təbii ki, şiə  məzhəbinin ardıcılları olaraq Məsum  İmamların (ə) xəlifə  Əbu 
Bəkr və Osmanın dövründə cəm edilən mushəflər barədə nəzərini bilmək bizim 
üçün çox önəmlidir. Bu həqiqəti tarixi mənbələrə müraciət etməklə üzə çıxarmaq 
mümkündür. 
Baxmayaraq ki, Əli ibn Əbu Talib (ə) onlardan qabaq Qurani-Məcidi nüzul 
ardıcıllığı ilə  cəm edərək müsəlmanlara təqdim etmiş  və onun mushəfi qəbul 
olunmamışdı, həmçinin nə “birinci cəm” (Əbu Bəkrin dövründə Quranın cəm 
edilməsi), nə də “ikinci cəm”də (Osmanın dövründə Quranın cəm edilməsi)
6
 o, 
heyətə daxil edilməmişdi, lakin cəm edilən mushəfləri qəbul etmiş və ömrünün 
axırınadək, hətta öz xilafəti dövründə belə, onların əleyhinə bir söz söyləməmişdi. 
Bu böyük şəxsiyyətin övladları  və canişinləri olan digər Məsum  İmamlar (ə) 
Qurani-Məcidin etibarını kölgə altına salan bir söz əsla söyləməmiş, daim özləri 

 “əl-Burhan”, c.1, s.356; “əl-İtqan”, c.1, s.197.
2
  “əl-Burhan”, c.1, s.355; “əl-İtqan”, c.1, s.196.
3
  “əl-İtqan”, c.1, s.194.

 “Tarixul-Quran”, s.79.
5
  “əl-Mizan”, c.12, s.126.
6
   Əllamə Təbatəbai Quranın Həzrət Peyğəmbərin (s) dövründə cəm edildiyini qəbul etmədiyi üçün “birinci 
cəm” terminində Quranın  Əbu Bəkrin dövründə  cəm edilməsini, “ikinci cəm” terminində isə Quranın 
Osmanın dövründə cəm edilməsini nəzərdə tutmuşdur.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə