Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə47/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   110

140
Şərqşünasların fikrincə ərəb yazı xətti 2 qismə ayrılır: “siryani” yazı xəttindən 
qaynaqlanan “kufi” yazı xətti və “nəbti” yazı xəttindən qaynaqlanan “hicazi” və 
ya “nəsx” yazı xətti.
“Kufi” yazı  xətti “istərəncili” yazı  xəttinin bir şaxəsidir. Kufə  şəhəri salın-
dıqdan və bu yazı  xətti orada təkmilləşdikdən sonra “kufi xətti” adı ilə tanın-
dı. Müsəlmanlar bu yazı xəttindən adətən Quranı yazmaq üçün istifadə edirdilər. 
Sonralar isə mehrabların və  məscid qapılarının yuxarısında,  şəhərin mühüm 
tikililərinin üzərində həkk olunan kətibələrin yazılmasında, həcmi böyük mus həf-
lərdə surələrin adının yazılmasında istifadə etdilər.
1
Baxmayaraq ki, ilk əvvəl “kufi” yazı xətti “nəsx” yazı xəttindən daha məşhur 
idi və geniş yayılmışdı, lakin tədricən “kufi” yazı  xətti öz yerini “nəsx” yazı 
xəttinə verdi və müsəlmanlar artıq Quranı bu xətlə yazmağa başladılar. Beləcə, bu 
xətt getdikcə təkmilləşdirilib gözəlləşdirildi. Hicri dördüncü əsrin sonları və be-
şinci əsrin əvvələrinədək Quran “kufi” yazı xətti ilə yazılırdı. Sonralar isə Quran 
“nəsx” yazı xətti və ondan şaxələnən müxtəlif xətlərlə yazılmağa başladı. Bəlkə 
də bu xətt, “kufi” yazı xəttini aradan qaldırdığı üçün “nəsx” adlandırılmışdır.
2
B) Quranda sözlərin hərəkələnməsi (erab) və hərflərin nöqtələnməsi (ecam)
Quranın yazılması  və  yığılması barədə olan bəhslərdə qeyd etdik ki, Qura-
nın yazı xəttində heç bir işarə yox idi. Bunun səbəbi isə, “kufi” və “nəsx” yazı 
xətlərinin mənşəyi sayılan “siryani” və “nəbti” yazı xətlərində işarələrin olmama-
sı idi. Bu da Quranın müxtəlif qiraətlərinin ortaya çıxmasına səbəb oldu. Məsələn, 
“ﺍﻮﻠﺘﺗ” sözü belə oxuna bilərdi: “ﺍﻮُﻠْﺘَﻳ”, “ﺍﻮُﻠْﺘَﺗ”, “ﺍﻮُﻠْﺒَﻧ”. 
İlk əvvəl ərəblər güclü hafizələrinə söykənərək – baxmayaraq ki, yazı xəttində 
heç bir işarə yox idi - Quranı düzgün qiraət edirdilər. Lakin İslam məmləkətinin 
əraziləri İran və Roma imperiyaları daxilinə qədər genişləndikdən və qeyri-ərəblər 
İslam dininə iman gətirdikdən sonra ərəb dili ilə digər dillərin qarşılıqlı  təsiri 
nəticəsində ərəb dili öz fəsahət və orijinallığını itirdi. Belə ki, qeyri-ərəblərlə qay-
nayıb qarışan ərəblər artıq danışıqda və yazıda səhvlərə yol verirdilər. Bu səbəbdən 
də “Osmani yazı xətti”
3
 ilə yazılan Quranın qiraətində səhvlərə yol verildi. 
Ümumiyyətlə, ərəb dilində sözlərin hərəkələrinin və “erabı”nın dəyişməsi ilə 
məna dəyişir. Odur ki, sözlərin düzgün qiraəti çox böyük əhəmiyyət daşıyır. 

 Əvvəlki qaynaq, həmçinin Zəncaninin “Tarixul-Quran” əsəri, s.53-60.

 Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.212.

  Xəlifə Osmanın dövründə heyət tərəfindən yazılan mushəflərin yazı  xə  “Osmani yazı  xə ” adlanır. 
Bu yazı  xə ndə  də heç bir işarə mövcud deyildi və eyni zamanda bir çox hallarda sözün yazılışı onun 
oxunuşunu ifadə etmirdi. Bu yazı xə  Peyğəmbərin (s) səhabələrinin yazı xə  olduğu üçün müsəlmanlar 
onu təbərrük olaraq qoruyub saxlamışlar.


141
Quranda sözlərin hərəkələnməsi
Bu işi ilk dəfə Əbul-Əsvəd Duəlinin
1
 həyata keçirdiyi qeyd edilir. Bu barədə 
ən qədim rəvayət  Əbul-Təyyib Luğəvinin rəvayətidir. Həmin rəvayətdə deyilir 
ki, Ziyad öz övladlarının ləhcə problemi ilə əlaqədar Əbul-Əsvəddən köməklik 
istədi. O da hərfləri nöqtələməyi qərara aldı. 
Mədaininin  Əbul-Fərəc  İsfahanidən nəql etdiyi rəvayət daha yığcam və 
aydındır. Həmin rəvayətdə deyilir ki, “Ziyad” Əbul-Əsvəd Duəliyə Quran 
mushəflərində “erab” işini aparmağı tapşırdı. O da həmin işi yerinə yetirdi və 
“nəhv” elmi sahəsində müəyyən qaydalar yazdı. 
İbn Əsakir isə əhvalatı Müaviyəyə bağlayır. Belə ki, günlərin birində Müaviyə 
Ziyadı  oğlu Ubeydullahın ləhcəsinə görə danlayır. Buna görə  də Ziyad Əbul-
Əsvədi hiylə ilə bu işə vadar edir.
2
Ziyad ibn Suməyyə Bəsrə və onun ətraf məntəqələrinin valisi idi (hicri 50-53-
cü illər). Ətbi deyir: “Əməvi xəlifəsi Müaviyə Ziyada məktub yazıb ondan oğlu 
Ubeydullahı Şama göndərməsini istəyir. Ubeydullah Müaviyənin görüşünə gedir. 
Müaviyə onunla söhbət etdikdə, onun ərəb sözlərini düzgün tələffüz etmədiyini 
sezir. Müaviyə onu atasının yanına geri göndərir və Ziyada yazdığı  məktubda 
oğlunun təhsilinə səhlənkarlıq göstərdiyinə görə onu danlayır. Buna görə də Zi-
yad oğluna təhsil vermək fikrinə düşür. Əbul-Əsvədi yanına çağıtdırıb ərəb dili-
nin başqa dillərin təsiri altına düşüb dəyişdiyini onunla müzakirə edir. Sonra ona 
təklif edir ki, Quranda sözləri hərəkələsin. Əbul-Əsvəd bu işdən boyun qaçırır. 
Lakin Ziyad öz fikrindən dönmür və bir kişiyə tapşırır ki, Əbul-Əsvədin yolu 
üstündə otursun və o, keçdiyi vaxt bu ayəni:
1
   Məşhur şair və tabein (Peyğəmbərin (s) səhabəsini görən şəxsə deyilir) Əbul-Əsvəd Duəli İmam Əlinin (ə) 
səhabəsi və “nəhv” elminin banisi kimi tanınır. Onun ən məşhur adı və soyu Zalim ibn Əmr ibn Sufyandır. 
Zalim adından başqa onu Osman və Əmr deyə də çağırırdılar. O, “Bəni-Kənanənin Muzər tayfası”ndandır. 
İslamın şərqə doğru fəthlərindən sonra Muzər tayfası İraqda, xüsusilə də, Bəsrə şəhərində məskunlaşdı. 
Bu tarixi fakt isə, Ömərin xilafə  dövründə Əbul-Əsvədin Bəsrəyə köçməsi barədə olan rəvayə  təsdiqləyir. 
Əmirəl-möminin Əlinin (ə) xilafə  dövründə kiçik bir dönəmdə Əbul-Əsvəd müəyyən hadisələrdə iş rak 
etmişdir. Əmirəl-möminin Əliyə (ə) olan sədaqə  və vəfadarlığı, Cəməl döyüşündə iş rak etməsi, İmam 
Əlinin (ə) və  İmam Hüseynin (ə) mədhində söylədiyi  şeir və ya mərsiyyə  səbəb olmuşdur ki, o, Əli (ə) 
aşiqlərindən biri kimi tanınsın.  Əbul-Əsvədin adı “nəhv” elminin (ərəb dilçiliyi) yaranma tarixi ilə  sıx 
bağlıdır. Bu barədə tarixi mənbələrdə saysız rəvayətlər vardır. İbn Səlam (v.t.: h.q. 231-ci il) “Təbəqat” adlı 
əsərində yazır: “Ərəb dilçiliyi elminin təməlini qoyan və onun qanunlarını yazan şəxs  Əbul-Əsvəd Duəli 
olmuşdur.” İbn Səlamın dövrünədək kimsə Əbul-Əsvədin nəhv elminin banisi olduğuna işarə etməmişdi. 
Hicri dördüncü yüzilliyin ikinci yrısından e barən  Əbul-Təyyib Luğəvi,  Əbul-Fərəc  İsfahani və Sirafinin 
rəvayətləri nə cəsində qəfildən saysız və bəzən də ziddiyyətli rəvayətlər ərəb ədəbiyya  kitablarında və 
“Təbəqat”larda görünməyə başladı. Bu rəvayətlərdə nəhv elminin banisi kimi bir neçə şəxsin adı çəkilirdi: 
İmam Əli (ə), Əbul-Əsvəd, Nəsr ibn Asim, Yəhya ibn Yə`mər, İbn Hurmuz. Əbul-Əsvədin ölüm tarixi barədə 
də onun həya nın başqa hadisələri kimi müxtəlif rəvayətlər qeyd edilmişdir. Mənbələrin çoxunda onun 
ölüm tarixi h.q. 69-cu il qeyd edilmişdir. Bəziləri isə onun Həccacın hakimiyyə  və Ömər ibn Əbdul-Əzinin 
xilafə  dövrünədək yaşadığını qeyd etmişlər. (Böyük İslam ensiklopediyası, c.5, s.179-188.)      
2
  “Böyük İslam ensiklopediyası”, c.5, s.189.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə