Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə55/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   110

164
1. Birinci amil Zərkeşinin vurğuladığı  məsələdir, yəni Quran və qiraətin iki 
ayrıca həqiqət olduğuna baxmayaraq, bəziləri Quran ilə qiraətləri qarışdırmış-
lar. Onlar “Quran”ın mütəvatir olması barədəki nəzərlərini “qiraətlər”ə  də aid 
etmişlər. Halbuki, “Quran nəssi” ilə bu nəssin “qiraəti” fərqli məsələlərdir. 
2. İkinci amil, qiraətlər ilə “ﺔَﻌْﺒَﺳ ﻑُﺮ ْﺣﺍ” (əhrufu-səb`ə) hədisini qarışdırmaqdan 
ibarətdir. Bəziləri yeddi qarinin qiraətlərini “əhrufu səb`ə” hesab etmişlər. Belə ki, 
əhli-sünnə hədislərinə əsasən, Quran “yeddi hərf”də nazil olmuşdur. Halbuki, bu 
ikisi arasında heç bir əlaqə mövcud deyil. Bir qədər irəlidə aydınlaşdıracağıq ki, 
yeddi qari və onlara mənsub qiaətlərin məşhurlaşması hicri dördüncü əsrdə  İbn 
Mücahidin təşəbbüsü ilə gerçəkləşmişdir. Bir halda ki, çoxlarının fikrincə, həmin 
dövrdə bu yeddi qaridən daha üstün qarilər var imiş. Bu yeddi qarinin qiraətlərində 
də nadir qiraətlərə rast gəlinir və bu məsələni qiraət ustadları qeyd etmişlər. Dr. Sub-
hi Saleh qiraətləri yeddi qiraətdə inhisarlaşdırdığına görə İbn Mücahidi qınayarkən 
belə yazır: “Yeddi sayı çoxlarını yanlışlığa salmış və onlar elə guman etmişlər ki, bu 
qiraətlər Peyğəmbər (s) hədisində sözükeçən “əhrufu səb`ə”dir.”
1
Qiraətlərin qeyri-mütəvatir olması barədə saysız dəlillər mövcuddur və aşağı-
da bu dəlillərin bir neçəsini nəzərinizə çatdırırıq:
1. Ravilərin tərcümeyi-halını, habelə, qarilərin Quranın qiraətlərini başqala-
rından əxz etdikləri yolları araşdırdıqda qiraətlərin mütəvatir olmadığı üzə çıxır.
2. Qarilərin öz qiraətlərinin düzgünlüyünə dair dəlil-sübut gətirmələri qiraətin 
“nəql” və “sima” yolu ilə olmadığını, əksinə, qiraətlərin qarilərin ictihadına, yəni 
şəxsi rəy və nəzərlərinə söykəndiyini göstərir. Bu isə, qiraətlərin qeyri-mütəvatir 
olmasına bir dəlildir. Çünki əgər qiraətlər mütəvatir olsaydı, dəlil-sübut gətirməyə 
və qiraətlərdə ictihad etməyə ehtiyac qalmazdı. 
3. Bəzən müxtəlif qiraətlərdən qaynaqlanan fərqli və  hətta bir-birinə zidd 
mənaların ortaya çıxması qiraətlərin qeyri-mütəvatir olmasına bir sübutdur. Çün-
ki bu, qeyri-mümkündür Peyğəmbər (s) Quranı elə bir surətdə qiraət etsin ki, 
bu qiraətdən fərqli və bir-birinə zidd mənalar başa düşülsün. Halbuki, Qurani-
Kərimdə buyurulur:
.ﺍًﺮﻴِﺜَﻛ ﺎًﻓ َﻼِﺘ ْﺧﺍ ِﻪﻴِﻓ ﺍﻭُﺪَﺟَﻮَﻟ ِﷲ ِﺮْﻴَﻏ ِﺪﻨِﻋ  ْﻦِﻣ  َﻥﺎَﻛ ْﻮَﻟ َﻭ  َﻥﺍَءْﺮُﻘْﻟﺍ  َﻥﻭُﺮﱠﺑَﺪَﺘَﻳ  َﻼَﻓَﺃ
“Məgər onlar Quran (onun maarifi) barəsində düşünmürlərmi? Əgər o, Allah-
dan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar.”
2
4. Əgər qiraətlər mütəvatir olsaydı, kimin səlahiyyəti çatardı ki, bu qiraətlərdən 
bəzilərini inkar etsin?! Lakin biz görürük ki, bir çox böyük qiraət ustadları hətta 
“yeddi qari”nin qiraətlərini inkar edirlər. Məsələn, Təbəri  İbn Amirin qiraətini 
inkar edir, digər qarilərin də qiraətlərinə iradlar bildirir. Yaxud bu sahədə nəzər 
1
  “Məbahisun fi Ulumil-Quran”, s.249. 
2
  Nisa surəsi, ayə: 82. 


165
sahibi olan bəzi ailmlər Həmzənin, bəziləri Əbu Əmrin və bəziləri də İbn Kəsirin 
qiraətlərinə iradlar bildirirlər.
1
5. Qiraətlərin “mütəvatir”, “məşhur”, “ahad”, “şazz” və s. qisimlərə bölün mə-
sinin özü qiraətlərin qeyri-mütəvatir olmasına bir sübutdur. Bəziləri yeddi məşhur 
qiraətin mütəvatir qiraətlər olduğunu sübuta yetirməyə cəhd göstərsələr də, lakin 
İbn Cəzri – belə ki, Siyuti bu məsələdə onun nəzərini əsaslı bir nəzər hesab edir 
– belə deyir: “Əgər bir qiraət ərəb dilinin qaydalarına və Osmani mushəflərdən 
birinin qiraətinə müvafiqdirsə, habelə, “sənədi düzgün”dürsə, bu qiraət düzgün 
qiraətdir və onu inkar etmək olmaz. Bu qiraət “əhrufu səb`ə”dən sayılır və camaat 
onu qəbul etməlidir. İndi bu qiraət istər yeddi qarinin, istər on qarinin, isrəsə də 
qiraəti qəbul olunmayan başqa qarilərin qiraətlərindən olmuş olsun...”
2
Baxmayaraq ki, İbn Cəzrinin “qiraətin düzgünlüyü” üçün qeyd etdiyi şərtlər 
və meyarlar barədə geniş danışmaq mümkündür – biz bu barədə beşinci fəsildə 
söhbət açacağıq – amma onun sözlərinə diqqət yetirdikdə aydın olur ki, o, yuxarıda 
sözükeçən şərtlərə və meyarlara müvafiq olan qiraəti düzgün qiraət hesab edir, bu 
qiraətin mütəvatir olduğunu bildirmir. İbn Cəzri təkidlə bildirir ki, Əbu Əmr Dani, Əbu 
Muhəmməd Məkki ibn Əbu Talib və Əbu Şamə bu məsələdə onunla eyni fikirdədirlər 
və onun müasirlərindən olan alimlərin heç biri bu məsələdə ona etiraz etməmişlər.
3
Əbu Şamə “Murşidul-vəciz” əsərində yazır: “Bu doğru deyil ki, “yeddi qari”yə 
mənsub qiraətlər diqqətlə araşdırılmasın və bu qiraətlər düzgün hesab edilərək 
onlar barəsində: “Quran məhz bu surətdə nazil olmuşdur” - deyilsin...”
4
Zərqani isə bildirir: “Bəziləri yeddi qiraət xüsusunda ifrata varmış və demişlər: 
“Hər kim guman etsə ki, yeddi qiraətin mütəvatir olmasına lüzum yoxdur, küfür 
demişdir. Çünki bu, Quranın qeyri-mütəvatir olmasına gətirib çıxarır.” Bu fikir 
Əndəlusun müftisi ustad Əbu Səid Fərəc ibn Lubbə  mənsub edilmişdir. Lakin 
onun əsaslandığı dəlil qəbul olunmur. Çünki qiraətlərin qeyri-mütəvatir olması-
nı qəbul etmək Quranın qeyri-mütəvatir olmasını qəbul etməyə gətirib çıxarmır. 
Quran bu qiraətlərdən qeyri qiraətlərdə mütəvatir ola bilər, yaxud bütün qarilərin 
qəbul etdiyi qiraətlərdə mütəvatir ola bilər, yaxud da bir dəstənin – belə ki, bu 
dəstənin yalan ətrafında ittifaqı mümkün deyildir və istər bu fərdlər qari olsun-
lar, istərsə  də qari olmasınlar - qiraətində mütəvatir ola bilər. Bu halda “yeddi 
qiraət” arasında qiraətlərin fərqli olduğu məqamlarda bir qiraətin rəvayətində 
“hər mərtəbə”də yalan ətrafında ittifaq etmədiklərindən xatircəm olduğumuz bir 
dəstə olmazsa, qiraətlər qeyri-mütəvatirdir.”
5
 
1
  “əl-Bəyan”, s.152.
2
  “ən-Nəşru fil-qiraa l-əşr”, c.1, s.9; “əl-İtqan”, c.1, s.236.

 Əvvəlki qaynaq.

 Əvvəlki qaynaq.
5
  “Mənahilul- irfan”, c.1, s.435-436.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə