Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə54/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   110

161
təsiri və hər ləhcənin hərfləri müxtəlif şəkildə tələffüz etməsi idi. Məsələn, İbn 
Muhəysin “Muminun” surəsinin 15-ci ayəsində “ﻥﻮُﺘﱢﻴَﻤَﻟ” sözünü “ﻥﻮُﺘِﺋﺎَﻤَﻟ” qiraət 
etmişdir.
1
4. Qarilərin şəxsi rəy və nəzərləri:
Müxtəlif qiraətlərin yaranmasının mühüm amillərindən biri də qarilərin ictiha-
dı, yəni öz şəxsi rəy və nəzərlərini tətbiq etmələri olmuşdur. Quranın qiraətinin 
düzgün olma şərti “ﻉﺎَﻤِﺳ” (eşitmək) və “ﻞْﻘَﻧ” (nəql etmək) olduğu bir halda, bəzən bu 
zəruri şərtə riayət olunmurdu. Vahid mushəf yaradıldıqdan və həmin mushəflərlə 
birlikdə Quran qariləri müxtəlif şəhərlərə ezam edildikdən sonra bəzən elə olurdu 
ki, hansısa bir şəhərdə “erab” və “ecam”ı olmayan Osmani mushəfin qiraətində 
həmin qari müəyyən yerlərdə tərəddüd edirdi. Belə məqamlarda o, ehtimal verdi-
yi ən uyğun variantı seçərək həmin sözü qiraət edir və öz gümanına əməl edirdi, 
hətta öz rəyinə sübut da gətirirdi. Bir çox əsərlər, o cümlədən, “əl-Huccətu lil-
qurrais-səb`ə” və ya “əl-Kəşfu ən vucuhil-qiraatis-səb`ə” əsərləri elə bu məqsədlə 
qələmə alınmış, qarilərin müxtəlif qiraətlərini bir sıra qrammatik qaydalarla 
əsaslandırmışlar.
2
Müxtəlif qiraətlərin yaranmasına səbəb olan bu amillərdən başqa digər amillər 
də mövcuddur. Qiraətlər mövzusunda yazılan kitablarda bəzi qarilərin qiraətinə 
rast gəlinir ki, həmin qiraətlər nadirdir (şazz) və məşhur qiraətlərə ziddir. Əlbəttə, 
ilk baxışda zehndə bu sual yarana bilər: “Axı necə ola bilər ki, hansısa bir qari 
əksər hallarda digər qarilərin qiraətindən fərqli qiraət etmişdir?” Lakin təəssüf 
hissi ilə etiraf etmək lazımdır ki, hicri ikinci və üçüncü əsrlərdə Quranın qiraətinin 
bazarı rövnəq tapdığı bir dövrdə bir dəstə qari böyük şöhrət qazandı. Şan-şöhrət 
düşkünü olan bəzi qarilər də, dırnaqarası nadir qiraətlər yaratmaqla məşhurlaşmaq 
istədilər. Onlar Quranı başqalarının oxumadığı bir tərzdə oxumağa səy göstərdilər 
və əlbəttə ki, qiraətlərini müxtəlif qrammatik qaydarlarla əsaslandırmağa çalışdı-
lar. Baxmayaraq ki, Quran tədqiqatçılarının nəzərincə belə nadir qiraətlər qeyri-
məqbuldur, lakin bütün qiraətlərə xüsusi ehtiram gözü ilə baxanlar belə qiraətləri 
qoruyub saxlamağa səy göstərmişlər. Osman ibn Cunəyy “əl-Muhtəsəb fi-təbyini-
vucuhi-şəvazzil-qiraat” adlı əsərini bu məqsədlə qələmə almışdır.
Fəslin əsas mətləbləri:
1. Quranın qiraətinin keçdiyi mərhələlər aşağıdakılardan ibarətdir:
Birinci mərhələ: Peyğəmbər (s) Quranın qiraətini bəzi səhabələrinə təlim et-
miş və onlar da qiraəti Peyğəmbərə (s) təqdim etmişlər, yəni o həzrətin hüzurunda 
Quranı qiraət etmişlər. Bu səhabələrdən ən məşhurları bunlardır: Əli ibn Əbu Ta-
1
  Geniş məlumat əldə etmək üçün müraciət edin: “ət-Təmhid”, c.2, s.27-30.

 “ət-Təmhid”, c.2, s.30-34.


162
lib (ə), Osman ibn Əffan, Ubəyy ibn Kə`b, Abdullah ibn Məs`ud, Zeyd ibn Sabit, 
Əbu Musa Əş`əri, Əbud-Dərda.
İkinci mərhələ: “Birinci mərtəbə”də  qərar tutan səhabə qarilər Quranın 
qiraətini başqa səhabələrə təlim etmişlər. “Birinci mərtəbə”də qərar tutan səhabə 
qarilərin qiraətinin və mushəfinin geniş yayılması, qiraətlərin  şəxslərə  mənsub 
edilməsi.
Üçüncü mərhələ:  Xəlifə Osman tərəfindən vahid qiraətin yaradılması  və 
mərkəzi  şəhərlərə “vahid mushəf”in nüsxələrinin göndərilməsi və qiraətlərin 
şəhərlərə mənsub edilməsi.
Dördüncü mərhələ: Hicri birinci əsrin ikinci yarısından etibarən yenidən fərqli 
qiraətlərin ortaya çıxması və müxtəlif şəhərlərdə, o cümlədən, Mədinə, Məkkə, 
Kufə, Bəsrə və Şamda Quran hafizlərinin və qarilərinin yeni nəslinin meydana 
gəlməsi.
Beşinci mərhələ:  Hicri ikinci əsrdə böyük qarilərin və qiraət ustadlarının 
yetişməsi, belə ki, “yeddi qari” də bu qarilərin arasındadır.
Altıncı mərhələ: Hicri üçüncü əsrdə qiraətlərin qeyd edilərək əsərlər qələmə 
alınması. Bu müəlliflərdən Əbu Ubeyd Qasim ibn Səlam, Əbu Hatəm Sicistani, 
Əbu Cəfər Təbərinin adını çəkmək olar.
Yeddinci mərhələ: İbn Mucahid tərəfindən qiraətlərin yeddi qiraətdə inhisar-
laşdırılması və bu iş hicri dördüncü əsrin əvvəllərində həyata keçirildi. Bundan 
sonra “yeddi qiraət” mövzusunda əsərlər qələmə alındı.
2.  Fərqli və müxtəlif qiraətlərin ortaya çıxmasının bəzi səbəbləri bunlardır: 
mushəflərdə sözlərin hərəkəsinin və hərflərin nöqtəsinin olmaması, sözlərin orta-
sında “əlif” hərfinin qoyulmaması, müxtəlif ərəb ləhcələri, qarilərin şəxsi rəy və 
nəzərləri.    


163
İkinci fəsil
Qiraətlərin qeyri-mütəvatir olması
Qurani-Kərimin (mətninin) mütəvatir olmasını bütün müsəlmanlar qəbul 
edirlər. Ümumiyyətlə, dini maarif və şəriət qanunlarının ən mühüm mənbəyi sa-
yılan Qurani-Kərimin höcciyyəti onun “mütəvatir” və “qət`iyyus-sudur” olma-
sından qeyri bir yolla təsbit olmur. Ayətullah Xoi deyir: “Hansı firqə və məzhəbə 
mənsub olmasından asılı olmayaraq bütün müsəlmanlar eyni əqidədədirlər ki, 
Qurani-Kərimin təsbiti yalnız “mütəvatir olma” yolu ilə mümkündür. Şiə  və 
sünni alimlərinin əksəriyyəti Quranın mütəvatir olmasına bu dəlilli gətirirlər ki, 
Qurani-Kərim dinin əsas mənbəyi və ilahi möcüzə olduğu üçün onun ayələrini 
nəql etməkdə maraq və məqsəd çox olmuşdur. Bu isə Quranın “mütəvatir xəbər” 
olması ilə nəticələnmişdir. Bu səbəbdən də “vahid xəbər” yolu ilə nəql edilən hər 
hansı bir mətn, şübhəsiz ki, Quran olmayacaqdır.”
1
Qurani-Kərimin mətninin mütəvatir olması məlum məsələdir. Amma görəsən 
Quranın qiraətləri də mütəvatirdirmi? Müxtəlif qiraətlərin ortaya çıxması tarixini 
və buna səbəb olan amilləri araşdırdıqda bu sualın cavabı tam aydın olur. Şiə 
məhzəbinin etiqadına görə, Quran bir qiraətlə nazil olmuşdur. İmam Baqirin (ə) 
belə buyurduğu nəql edilir: 
.ِﺓﺍَﻭﱡﺮﻟﺍ ِﻞَﺒِﻗ  ْﻦِﻣ ُءﻰِﺠَﻳ  َﻑ َﻼِﺘْﺧ ْﻹﺍ  ﱠﻦِﻜٰﻟ َﻭ ٍﺪِﺣﺍَﻭ ِﺪْﻨِﻋ  ْﻦِﻣ َﻝَﺰَﻧ ٌﺪِﺣﺍَﻭ  َﻥﺍَءْﺮُﻘْﻟﺍ  ﱠﻥﺇ
“Quran bir olan Allah tərəfindən bir qiraətdə nazil olmuşdur. Lakin müxtəlif 
qiraətlər Quran ravilərindən qaynaqlanır.”
2
 
Təbərsinin qeyd etdiyinə görə, şiə hədis qaynaqlarında Quranın bir qiraətdə 
nazil olduğuna dəlalət edən saysız hədislər mövcuddur.
3
Əhli-sünnə alimlərindən olan Zərkeşi isə belə deyir: “Quran və qiraət iki ay-
rıca həqiqətdir. Quran “bəyan” və “möcüzə” üçün Peyğəmbərə (s) nazil olan 
vəhydir. Lakin qiraətlər, həmin vəhyin sözlərindəki hərflərin kitabətində  və ya 
key fiyyətində ortaya çıxan fərqli nəzərlərdir.”
4
Qiraətlərin qeyri-mütəvatir olmasının məlum məsələ olduğuna baxmayaraq, 
iki amil qiraətlərin mütavatir hesab edilməsinə səbəb olmuşdur:

 “əl-Bəyan”, s.123-124.
2
  “Usuli-kafi”, fəsil: Fəzlul-Quran, bölüm: ən-Nəvadir.

 “Məcməul-bəyan”, c.1, s.79.
4
  “əl-Burhan”, c.1, s.465.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə