Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə51/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   110

150


151
BEšŽNCŽ HŽSSé 
QURAN¯N TARŽXŽ (4)
 
QURAN¯N 
QŽRA€TL€RŽ


152
Beşinci hissə: Quranın qiraətləri
Birinci fəsil: Quranın qiraətinin keçdiyi mərhələlər
İkinci fəsil: Qiraətlərin qeyri-mütəvatir olması
Üçüncü fəsil: Əhrufu-səb`ə
Dördüncü fəsil: Yeddi qiraət
Beşinci fəsil: Qiraətlərin qəbul edilmə meyarları
Bu hissədə nəzərdə tutulan hədəflər:
- Hicri dördüncü əsrə qədər Quranın qiraətinin keçdiyi mərhələlərə 
qısa baxış;
- Vahid mushəf yaradıldıqdan sonra müxtəlif qiraətlərin ortaya çıxma-
sı və bunun səbəbləri;
- Qiraətlərin mütəvatir olması barədə söylənilən fikir və bu fikirə bildirilən 
iradlar;
- “Əhrufu-səb`ə” məzmunlu hədislər barədə aparılan araşdırma və bu 
hədisin mənası;
- Qiraətlər barədə qələmə alınan əsərlər və qiraətlərin yeddi qiraətdə 
inhisarlaşdırılması;
- Yeddi qari və onların raviləri ilə tanışlıq;
- Qiraətin düzgün olma meyarı və bu barədə alimlərin nəzərləri;
- Digər qiraətlər arasında Asimin qiraətinin özünəməxsus cəhətləri. 
Bu hissədə istifadə olunan əsas mənbələr:
əl-Bəyan fi təfsiril-Quran;  əl-İtqan, növ: 22-27; əl-Burhan, növ: 
11, 22, 23; Mənahilul-irfan, altıncı və on birinci mövzuHəqaiqun 
hammətun həvləl-Quranil-Kərim,  fəsil: 3;  ət-Təmhid fi Ulu-
mil-Quran, c.2; Ulumil-Quran indəl-mufəssirin; Məbahisun fi 
Ulumil-Quran; Kitabul-Məsahif; Kitabu əs-Səb`ətu fil-qiraat; 
əl-Huccətu lil-qurrais-səb`əti; Hirzul-əmani və  vəchut-təhani 
(Şatibiyyə);  əl-Kəşfu  ən vucuhil-qiraatis-səb`i;  ən-Nəşru fil-
qiraatil-əşr;  ət-Təysiru fil-qiraatis-səb`i;  əl-Hiccətu fil-qiraatis-
səb`i; əl-Muhtəsib; Tarix-e qiraat-e Qurani-Kərim.  


153
Birinci fəsil
Quranın qiraətinin keçdiyi mərhələlər
Quranın qiraəti müxtəlif mərhələləri keçmişdir:
Birinci mərhələ: Bu mərhələdə Həzrət Peyğəmbər (s) Quranı öz səhabələrinə 
qiraət etmişdir. Beləliklə, bir dəstə səhabə Quranın qiraətini birbaşa və arada heç 
bir vasitə olmadan Həzrət Peyğəmbərdən (s) təlim almışdır. Bu səhabələrdən 
Əli ibn Əbu Talib (ə), Osman ibn Əffan, Ubəyy ibn Kə`b, Abdullah ibn Məs`ud, 
Zeyd ibn Sabit, Məaz ibn Cəbəl və başqalarının adını  çəkmək olar. “Qarilər 
mərtəbələri”ndə bu səhabə qarilər “birinci mərtəbə”də qərar tutur. Belə ki, on-
lar Peyğəmbərdən (s) öyrəndikləri Quranı o həzrətə təqdim etmiş, o həzrətin hü-
zurunda qiraət etmişlər. Zəhəbi “Mərifətul-qurra” əsərində “birinici mərtəbə”də 
qərar tutan qarilərin siyahısını aşağıdakı şəkildə qeyd etmişdir: 
1. Osman ibn Əffan
2. Əli ibn Əbu Talib 
3. Ubəyy ibn Kə`b
4. Abdullah ibn Məs`ud
5. Zeyd ibn Sabit
6. Əbu Musa Əş`əri
7. Əbud-Dərda
1
İkinci mərhələ: Quranı Peyğəmbərdən (s) təlim alan “birinci mərtəbə”nin səhabə 
qariləri Quranı və onun qiraətini təlim etmək vəzifəsini daşıyırdılar. Peyğəmbərin 
(s) vəfatından sonra bəzi səhabələr Quranın qiraəti sahəsində xeyli məşhurlaşdılar. 
Belə ki, onların qiraətləri və mushəfləri müsəlmanlar arasında geniş yayıldı və ta-
nındı. Kitabın üçüncü hissəsində bəzi səhabələrin, o cümlədən, Ubəyy ibn Kə`bin 
və Abdullah ibn Məs`udun mushəflərinin əsas xüsusiyyətləri barədə söhbət açdıq.
Bu mərhələdə - yəni Quranın qiraətinin bəzi səhabələr tərəfindən təlim edilməsi 
mərhələsində - diqqəti çəkən əsas cəhət, hər bir bölgənin tanınan və böyük nüfuz 
sahibi olan səhabələrinin qiraətinin həmin bölgədə geniş yayılması idi. Odur ki, 
qiraətlər  şəxslərin adı ilə tanınırdı, məsələn:  İbn Məs`udun qiraəti, Ubəyy ibn 
Kə`bin qiraəti, Məazın qiraəti, Əbu Musanın qiraəti və b. Beləliklə, bu mərhələnin 
əsas cəhəti qiraətlərin şəxslərə mənsub edilməsi idi və həmin cəhət bu mərhələni 
növbəti mərhələdən ayıran əsas cəhət hesab oluna bilər. Qarilər mərtəbələrində 
1  
“Mərifətul-qurrail-kibar”, s.24-42.


154
“ikinci mərtəbə”də qərar tutan qarilər, öz qiraətlərini “birinci mərtəbə”də qərar 
tutan qarilərə təqdim edən qarilər idi.
1
Üçüncü mərhələ: Kitabın dördüncü hissəsinin dördüncü fəslində qeyd etdik 
ki, fəthlər nəticəsində İslam dini müxtəlif məntəqələrə nüfuz etdi. İslam dinini 
qəbul edən müxtəlif qövmlər, millətlər arasında bu səmavi dinin müqəddəs kita-
bının öyrənib öyrədilməsi tədricən fərqli qiraətlərin ortaya çıxmasına bais oldu. 
Bir tərəfdən mushəflərin üzünün köçürülməsi ilə saysız Quran nüsxələrinin or-
taya çıxması, digər tərəfdən hər bir şəhərdə səhabələrdən birinin qiraətinin ge-
niş yayılması, eləcə də, ermənilərlə müharibə zamanı müsəlman ordusunda İraq 
və  Şam qoşunlarının döyüşçüləri arasında Quranın qiraəti zəminində yaranan 
mübahisələri və çəkişmələri müşahidə edən Huzeyfə ibn Yəman dövrün xəlifəsinə 
vahid qiraətin yaradılması təklifini verir. Xəlifə Osman da bu məqsədlə bir neçə 
nəfərdən ibarət heyət təşkil edir, İslam məmləkətinin bütün bölgələrində yayı-
lan mushəfləri cəm edir və vahid mushəf yaradaraq onları həmin dövrün mühüm 
və mərkəzi şəhərlərinə yollayır. Xəlifə Osman bölgələrə göndərilən hər mushəflə 
birlikdə bir qari də ezam edir. Həmin qarilər aşağıdakılardan ibarətdir:
1. Məkkəyə ezam edilən Abdullah ibn Saib Məxzumi (vəfat tarixi: təxminən 
hicri 70-ci il).
2. Kufəyə ezam edilən Əbu Əbdurrəhman Suləmi (vəfat tarixi: hicri 47-ci il).
3. Bəsrəyə ezam edilən Amir ibn Əbd Qeys (vəfat tarixi: hicri 55-ci il).
4. Şama ezam edilən Muğeyrə ibn Şəhab.
Mədinədə saxlanılan mushəfin qarisi isə Zeyd ibn Sabit idi. 
Bu dövrdən etibarən Quranın qiraətinin üçüncü mərhələsinin başlandığını de-
mək olar. Bu mərhələdə qiraətlər artıq şəxslərin deyil, şəhərlərin adı ilə hallanır-
dı.
2
 Bu mərhələdə qiraətlər arasında ortaya çıxan fərqli məqamlar artıq həmin 
şəhərə mənsub edilirdi. 
Bunu da qeyd etməliyik ki, baxmayaraq xəlifə Osmanın məqsədi müsəlmanlar 
arasında yayılan fərqli qiraətləri ortadan qaldırmaq və vahid qiraət yaratmaq idi, 
lakin o, heyət üzvlərinə belə bir tapşırıq vermişdi: “Sözlər və ifadələr elə bir şəkildə 
yazılsın ki, müxtəlif qiraətləri qəbul etmək imkanına malik olsun. Belə bir işi 
görmək mümkün olmayan hallarda isə fərqli qiraətlərdən biri mushəflərin birində 
öz əksini tapsın və beləcə, mötəbər qiraətlər mushəflər arasında paylansın.”
3
 “Vahid 
mushəf” hicrətin üçüncü onilliyində, daha dəqiq desək, hicri 25-ci ildə yaradıldı. 
Dördüncü mərhələ: Vahid mushəfin yaradılmasından çox keçməmişdi ki, 
müxtəlif bölgələrə göndərilən mushəflər arasında yenidən fərqli qiraətlər orta-

 “Mərifətul-qurrail-kibar”, s.43-61.

 Sicistani, “Kitabul-məsahif”, s.39.
3
  “əl-İtqan”, c.1, s.157; “ən-Nəşru fil-qiraa l-əşr”, c.1, s.7.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə