Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə53/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   110

158
ortaya çıxdı ki, öz ustad və ya ustadlarından Quran qiraətini təlim alan şagird
bir qədər sonra özü də  bəzi Quran ayələri barədə  rəy və  nəzər sahibi olurdu. 
Bu vəziyyət bir neçə müddət davam etdi və elə bu səbəbdən də dördüncü əsrin 
başlanğıcında Quranın qiraəti zəminində inqilab baş verdi. İbn Mücahid böyük 
qətiyyətlə Quranın qiraətində “ictihad qapısı”nı (rəy və  nəzər sahibi olmaq) 
həmişəlik olaraq bağladı. O, hicri ikinci əsrin tanınmış qarilərindən yeddisinin 
qiraətini seçərək “əs-Səb`ə” əsərini qələmə aldı və etiraz mövqeyindən çıxış edən 
müasirlərini artıq qəbul olunmuş  qərar qarşısında üz-üzə qoydu. Beləliklə, bu 
mərhələdə Quranın qiraətinin “yeddi qiraət”də inhisarlaşdırılması baş verdi. 
Yuxarıda qeyd olunanlar hicri dördüncü əsrə qədər Quranın qiraətinin keçdi-
yi mərhələlərin müxtəsər izahı idi. Bəzi Quran tədqiqatçıları isə öz əsərlərində 
Quranın qiraətinin keçdiyi mərhələləri deyil, “qarilər məryəbələri” barədə bəhs 
etmişlər. Zəhəbi (v. t.: hicri 748-ci il) “Mərifətul-qurrail-kibar” adlı  əsərində 
hicri səkkizinci  əsrədək on səkkiz mərtəbədə  qərar tutan 734 qarinin adını  və 
tərcümeyi-halını qeyd etmişdir.
1
Müxtəlif qiraətlərin yaranmasına
 səbəb olan amillər
Bir qədər  əvvəl Quranın qiraətinin keçdiyi mərhələləri izah etdik. İndi isə 
müxtəlif qiraətlərin yaranmasına səbəb olan amilləri araşdıracağıq. Bu sual çoxla-
rını maraqlandıra bilər ki, xəlifə Osmanın dövründə Quranın vahid qiraətlə oxun-
masını təmin etmək məqsədilə vahid mushəf yaradıldıqdan sonra nə üçün yenidən 
müxtəlif qiraətlər ortaya çıxdı? Bu sualı cavablandırmaqdan ötrü bu vəziyyətin 
yaranmasına səbəb olan bir neçə amili nəzərdən keçirək:
1. Osmani mushəflərdə “erab” və “ecam”ın olmaması: 
Vahid mushəf yaradıldıqdan sonra yenidən müxtəlif qiraətlərin yaranması-
nın başlıca amillərindən biri Osmani yazı  xəttinin bir sıra xüsusiyyətləri idi, o 
cümlədən, sözlərdə hərəkələrin və hərflərdə nöqtələrin olmaması. Qərb şərqşünası 
Qoldziher bu fikirdədir ki, ərəb yazı xəttində oxşar yazılışı olan hərflər müxtəlif 
şəkillərdə səslənə bilirdi və hərflərin ayırd edilməsindən ötrü onların üstündə və ya 
altında müxtəlif sayda nöqtələr qoyuldu. Lakin bu, kifayət etmədi və “hərəkə”lər 
müəyyən sözün hansı cümlə üzvü olduğuna dəlalət etdiyinə görə onları düzgün 
qiraət etməmək müxtəlif qiraətlərin yaranmasına səbəb oldu. 
Osmani mushəflərdə “erab” və “ecam”ın mövcud olmamasının iki səbəbi açıqlan-
mışdır: 1. Həmin dövrdə yazı xətti ibtidai idi.
2
 2. Xəlifə Osman yazılan mushəflərdə 
1
  “Mənahilul-irfan”, c.1, s.412-416; “ət-Təmhid”, c.2, s.177-224.

 “Tarix-e qiraat-e Qurani-Kərim”, s.125-126.


159
nöqtə və hərəkələrin qoyulmamasını göstəriş vermişdi və bu ondan ötrü idi ki, Qura-
nın yeddi surətdə oxunması mümkün olsun.
1
 Beləcə, Osmani mushəflərin yazı xətti 
elə bir şəkildə idi ki, yaddaşa arxalanmadan mushəfi üzündən oxumaq qeyri-müm-
kün nəzərə çarpırdı. Qurani-Kərimdə sözlərin çoxunu müxtəlif şəkillərdə qiraət etmək 
olurdu. Bu amildən qaynaqlanan müxtəlif qiraətlərdən bir neçəsinə nəzər salaq:
Hərflərdə nöqtələrin olmamasından qaynaqlanan fərqli qiraətlər:
1- Kəsai belə qiraət etmişdir: “ﺍﻮُﺘﱠﺒَﺜَﺘَﻓ ٍﺈَﺒَﻨِﺑ ٌﻖِﺳﺎَﻓ ْﻢُﻛَءﺎَﺟ  ْﻥﺇ”. Halbuki, başqaları belə 
qiraət etmişlər: “ﺍﻮُﻨﱠﻴَﺒَﺘَﻓ”.
2
2- İbn Amir və kufəlilər belə qiraət etmişlər: “ﺎَﻫُﺰِﺸْﻨُﻧ”. Başqaları isə belə qiraət 
etmişlər: “ﺎَﻫُﺮِﺸْﻨُﻧ” .
3
3- İbn Amir və Həfs belə qiraət etmişlər: “ْﻢُﻜْﻨَﻋ ُﺮﱢﻔَﻜُﻳ”. Başqaları isə belə qiraət 
etmişlər: “ُﺮﱢﻔَﻜُﻧ”.
4
4- Asimdən başqa Kufə qariləri belə qiraət etmişlər: “ْﻢُﻬﱠﻨَﻳﱢﻮَﺜُﻨَﻟ”. Başqaları isə 
belə qiraət etmişlər: “ْﻢُﻬﱠﻨَﺋﱢﻮَﺒُﻨَﻟ”.
5
5-  İbn Suməyqə belə qiraət etmişdir:  “َﻚِﻧَﺪَﺒِﺑ  َﻚﻴﱢﺤَﻨُﻧ  َﻡْﻮَﻴْﻟﺎَﻓ”.  Başqaları isə belə 
qiraət etmişlər: “َﻚﻴ ﱢﺠَﻨُﻧ”.
6
Sözlərdə hərəkələrin olmamasından qaynaqlanan fərqli qiraətlər:
1- Həmzə və Kəsai belə qiraət etmişlər: “ ٌﺮﻳِﺪَﻗ ٍء ْﻲَﺷ ﱢﻞُﻛ ﻰَﻠَﻋ َﷲ  ﱠﻥﺃ ْﻢَﻠْﻋِﺍ”. Başqaları 
isə belə qiraət etmişlər: “ُﻢَﻠْﻋَﺃ”.
7
2- Nafe belə qiraət etmişdir:  “ﻢﻴِﺤ َﺠْﻟﺍ  ِﺏﺎ َﺤ ْﺻَﺃ   ْﻦَﻋ  ْﻝَﺄْﺴَﺗ   َﻻ  َﻭ”.  Başqaları isə belə 
qiraət etmişlər: “ُﻝَﺄْﺴُﺗ  َﻻ”.
8
 
2. Sözün ortasında “əlif” hərfinin yazılmaması: 
Bu amil də bir çox məqamlarda müxtəlif qiraətlərin ortaya çıxmasına bais ol-
muşdur.
1- Bu ayənin: “ِﻦﻳﱢﺪﻟﺍ ِﻡْﻮَﻳ ِﻚِﻟﺎَﻣ”  qiraətində bəziləri “ﻚِﻟﺎَﻣ” və bəziləri “ﻚِﻠَﻣ” qiraət 
etmişlər.
9
1
  Üçüncü fəsildə bu barədə söhbət açılacaqdır. 
2
  Hucurat surəsi, ayə: 6.
3
  Bəqərə surəsi, ayə: 259.

 Bəqərə surəsi, ayə: 271.
5
  Ənkəbut surəsi, ayə: 58.

 Yunus surəsi, ayə: 92. 
7
  Bəqərə surəsi, ayə: 259.

 Bəqərə surəsi, ayə: 119.

 Müraciət edin: “Mu`cəmul-qiraa l-Quraniyyə”, c.1, s.7.


160
2- “ٌﺓَﻮ ٰﺸِﻏ” sözü
1
 bu şəkillərdə qiraət edilmişdir: 
ًﺓَﻮْﺸَﻏ ،ٌﺓَﻮْﺸَﻏ ،ٌﺓَﻭﺎَﺸِﻏ ،ٌﺓَﻭﺎَﺸَﻏ ،ٌﺓَﻭﺎَﺸُﻏ
Hətta bundan başqa şəkillərdə də qiraət edilmişdir.
2
3- “ َﻥﻮُﻋَﺪ ْﺨَﻳ” sözü
3
 bu şəkillərdə qiraət edilmişdir:
َﻥﻮُﻋﱠﺪَﺨُﻳ ، َﻥﻮُﻋَﺪ ْﺨَﻳ ، َﻥﻮُﻋَﺩﺎَﺨُﻳ ، َﻥﻮُﻋِﺩﺎَﺨُﻳ
Hətta bundan başqa şəkillərdə də qiraət edilmişdir.
4
4- “ﺹﺎَﺼِﻗ” sözü
5
 “ﺺَﺼَﻗ” şəklində qiraət edilmişdir.
6
5- “ﻦﻴِﻜْﺴِﻣ” sözü
7
 “ﻦﻴِﻛﺎَﺴَﻣ”  şəklində qiraət edilmişdir.
8
Bu qəbildən onlarla başqa nümunə vardır ki, maraqlananlar “Mu`cəmul-qiraat” 
kitabına müraciət edə bilərlər. 
 3.  Müxtəlif ləhcələr:
Qurani-Kərim ərəb ləhcələri arasında ən üstün və fəsahətli ləhcə sayılan Qureyş 
ləhcəsi ilə nazil olmuşdur. Lakin Quran qariləri müxtəlif ləhcələrə sahib olduq-
larından çox güman ki, müəyyən sözləri öz ləhcələrində qiraət etmiş və nəticədə 
müxtəlif qiraətlər ortaya çıxmışdır.
1- “ُﺪُﺒْﻌَﻧ” sözü
9
 bəzi ərəb ləhcələrində “ُﺪُﺒْﻌِﻧ” tələffüz edilir.
2- “ﻦﻴِﻌَﺘْﺴَﻧ” sözü
10
 bəzi ərəb ləhcələrində “ﻦﻴِﻌَﺘْﺴِﻧ” tələffüz edilir.
3- Bəzən müxtəlif ləhcələr sözün bir hərfinin qabağa və ya geriyə keçirilməsinə 
bais olurdu, məsələn, Bəni-Təmim  “ﻪَﻘِﻋﺎَﺻ”  və  “ﻖِﻋﺍَﻮَﺻ”  sözlərini  “ﻪَﻌِﻗﺎَﺻ”  və 
“ﻊِﻗﺍَﻮَﺻ” tələffüz edirdi.
11
4- Huzeyl qəbiləsi kəsrəli “ﻭ” hərfini dəyişib kəsrəli “ﺍ” edirdi, məsələn, “ءﺎَﻋِﻭ” 
sözünü “ءﺎَﻋِﺇ” tələffüz edirdi.
12
5- “İzhar və idğam”, “işmam”, “mədd və qəsr”, “imalə” və s. bu kimi qayda-
lardan qaynaqlanan fərqli qiraətlərin səbəbi də əksər hallarda müxtəlif ləhcələrin 

 Bəqərə surəsi, ayə: 7.

 “Mu`cəmul-qiraa l-Quraniyyə”, c.1, s.22-24.

 Bəqərə surəsi, ayə: 9.

 “Mu`cəmul-qiraa l-Quraniyyə”, c.1, s.25.
5
  Bəqərə surəsi, ayə: 179.

 “Mu`cəmul-qiraa l-Quraniyyə”, c.1, s.140.

 Bəqərə surəsi, ayə: 184.

 “Mu`cəmul-qiraa l-Quraniyyə”, c.1, s.142.
9
  Həmd surəsi, ayə: 5.
10
  Həmd surəsi, ayə: 5.
11
  “ət-Təmhid”, c.2, s.22.
12
  “ət-Təmhid”, c.2, s.25.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə