Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə61/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   110

181
barəsində bu meyardan kənara çıxdı və baxmayaraq ki, onun özü Kufə şəhərində 
Həmzənin qiraətinin tanınmış və qəbul edilən bir qiraət olduğunu təsdiqləyirdi, 
lakin Asim və Kəsainin qiraətini də Həmzənin qiraəti kənarında qərar verdi. İbn 
Mücahidin İbn Şənbuza – belə ki, İbn Şənbuz mushəfin qiraətinə zidd olan qiraəti 
izacəli hesab edirdi – və İbn Miqsəmə – belə ki, İbn Miqsəm ərəb dilinin qaydala-
rı baxımından düzgün olan qiraəti icazəli hesab edirdi, hətta qiraətin rəvayətinin 
sənədi zəif olsa belə – qarşı çıxması onu göstərir ki, İbn Mücahid mushəfə zidd 
olma və qiraətin rəvayətinin sənədinin zəif olma amillərini qiraətin “şazz qiraət” 
olma amililərindən hesab etmişdir. O, “əs-Səb`ə” adlı əsərində ərəb dilinin qay-
dalarına zidd olma amilini də qiraətin “şazz qiraət” olma amillərindən üçüncüsü 
kimi dəfələrlə vurğulamışdır.
1
 
“əs-Səb`ə” əsərini mütaliə etdikdə bu qənaətə gəlirsən ki, İbn Mücahid qiraətləri 
sadəcə nəql edən və gələcək nəsilə ötürən bir alim olmamışdır. O, yeri gəldikdə 
rəvayətlərin sənədi və eləcə də, ərəb dilinin qaydaları baxımından qiraətləri araş-
dırmış, öz iradlarını bildirmişdir.
Heç şübhəsiz, İbn Mücahidin mənsəbi və nüfuzu “yeddi qiraət”in qarilər ara-
sında təsbitləşməsinə səbəb olan əsas amillər idi. Belə ki, hicri dördüncü əsrin 
birinci yarısında sözügedən “yeddi qiraət” barədə bir neçə əsər qələmə alındı.
2
Söz yox ki, qiraətlər barədə ictihad qapısının bağlanması istiqamətində  İbn 
Mücahidin atdığı addım onun müasirləri olan bir dəstə alimin etirazına səbəb oldu. 
Amma İbn Mücahidin bu işdə əldə etdiyi uğurun səbəbi kimi, “yeddi qiraət”in 
seçimində onun məharət və zirəngliyini qeyd etmək olar. “Yeddi” sayı, Osmani 
mushəflərin sayı (bir rəvayətə görə) ilə üst-üstə düşürdü. Bundan daha mühüm 
isə, “əhrufu-səb`ə” məzmunlu hədislərə uyğun gəlirdi. Odur ki, bu seçim böyük 
əksəriyyət tərəfindən qəbul edildi. İbn Cubeyr İbn Mücahiddən qabaq Quranın 
qiraətləri barəsində “Səmaniyyə” adlı əsər qələmə almışdı
3
, lakin bu əsər çox tez 
bir zamanda unudularaq istifadəsiz qaldı.
1
  İbn Mücahid Bağdadda qarilərin rəisi mənsəbinə keçdikdən sonra o, iki tanınmış qariyə qarşı  e raz 
mövqeyində qərar tutdu. İbn Mücahidin tələbi ilə Bağdadın qarilərindən və nəhv alimlərindən olan “İbn 
Miqsəm” adı ilə tanınan Məhəmməd ibn Həsən ibn Yəqub (v.t: hicri 354-cü il) və “İbn Şənbuz” adı ilə tanınan 
Məhəmməd ibn Əhməd ibn Əyyub üçün ayrı-ayrılıqda vəzir İbn Muqlənin iş rakı ilə məhkəmə quruldu. Bir 
halda ki, İbn Mücahid, İbn Miqsəm və İbn Şənbuzun hər üçün İbn Şazanın (Əbulfəzl Razi) qiraət məktəbinin 
şagirdləri idilər. Bu mühakimənin səbəbi barədə belə qeyd etmişlər ki, İbn Miqsəm ərəb dili qaydalarına 
müvafiq olan hər bir qiraə  – baxmayaraq ki,  bu qiraət rəvayətə və ya Osmani mushəflərin xə nə ziddir 
– qəbul edirmiş. İbn Şənbuz isə mushəfə zidd qiraə  icazəli hesab edir və Ubəyy ibn Kə`b və Abdullah ibn 
Məs`uddun qiraə ndən bildikləri əsasında qiraət edirdi. İbn Muqlə hicri 323-cü ildə qazilərin, fəqihlərin və 
qarilərin iş rakı ilə - belə ki, qarilərin başında İbn Mücahid dayanırdı – o iki qarini mühakiməyə çəkdi. İbn 
Şənbuz ona nisbət verilənləri e raf etdi və buna görə vəzirin göstərişi ilə ona şallaq vuruldu, həbs edildi 
və tövbə etməyə vadar edildi. İbn Miqsəm də onun üçün qurulan məhkəmədə öz səhvini e raf etdi... (“əl-
Məbahisu fi Ulumil-Quran, s.251-252; “əs-Səb`ə” əsərinin müqəddiməsi, s.18; “ət-Təmhid”, c.2, s.232. )   
2
  “Böyük İslam ensiklopediyası”, c.4, s.583.
3
  “əl-Əbanə ən məanil-qiraat”, s.90.


182
İbn Cəzri deyir: “Kifayət qədər məlumatı olmayanlar deyirlər ki, düzgün qiraətlər 
yalnız bu yeddi qarinin qiraətləridir və Peyğəmbərin (s) qeyd etdiyi “əhrufu-
səb`ə” bu qarilərin qiraətlərindən ibarətdir. Hətta məlumatsız olan bir çox şəxslər 
belə güman etmişlər ki, düzgün qiraətlər “Şatibiyyə” və “Təysir”də
1
 mövcud olan 
qiraətlərdir və bu qiraətlər Peyğəmbərin (s) həmin məşhur hədisində işarə etdiyi 
qiraətlərdir. Hətta bəziləri bu iki kitabda yer almayan qiraətləri “şazz qiraət” hesab 
etmişlər. Onlar yeddi qaridən qeyri qarilərin qiraətlərini “şazz qiraət” hesab etmişlər. 
Halbuki, bu kitabda qeyd edilməyən və yeddi qaridən də nəql edilməyən qiraətlər 
var idi ki, onların qiraətindən daha düzgün idi. Camaatı yanlışlığa salan məsələ bu 
idi ki, onlar əvvəlcədən “əhrufu-səb`ə” hədisini eşitmişdilər və sonra “yeddi qiraət” 
məsələsini eşitdilər. Bu vaxt elə güman etdilər ki, bu qiraətlər elə “əhrufu-səb`ə”dir. 
Bu səbəbdəndir ki, İbn Mücahiddən sonra yaşayan alimlər onun Quran qiraətlərini 
məhz “yeddi qiraət”də inhisarlaşdırdığından narazı qalmış, bildirmişlər: Nə üçün 
İbn Mücahid az və ya çox sayı seçməmişdir? Nə üçün bu işdə olan məqsədini ay-
dınlaşdırmamışdır ki, məlumatsız insanlar səhv gümanlara düşməsinlər?”
Əhməd ibn Əmmar Məhdəvi deyir:
Məmləkət əhalisinin “yeddi qiraət”lə kifayətlənməsi bəzi qədim alimlərin seçiminə 
görə idi. Lakin camaat bunu vacib bir əməl hesab etdi və buna qarşı çıxmağı böyük 
günah bilib belə şəxsləri təkfir etdi (kafir adlandırdı). Halbuki, bu yeddi qaridən daha 
məşhur qarilər var idi. Qiraətləri “yeddi qiraət”də inhisarlaşdıran alim elə bir iş gördü 
ki, bu işi görməsəydi daha yaxşı olardı və o, camaatı yanlışlığa saldı...
2
Müasir alimlər arasında da İbn Mücahidə belə iradlar bildirənlər vardır. O 
cümlədən, Subhi Saleh deyir:
Belə bir gümanın yaranmasına (yəni “əhrufu-səb`ən”nin bu “yeddi qiraət” ol-
ması barədə yaranan güman) görə ən çox İbn Mücahid adı ilə tanınan böyük qari 
Əhməd ibn Musa ibn Abbas məzəmmət olunmalıdır. Belə ki, o, hicri dördüncü əsrin 
əvvəllərində Məkkə, Mədinə, Kufə, Bəsrə və Şamın məşhur qarilərinin qiraətləri 
arasından yeddi qiraəti seçdi. Əlbəttə, onun bu seçimi təsadüfi idi, çünki məşhur 
qarilər arasında bu yeddi qaridən daha yüksək dərəcədə olan qarilər var idi.
3
Hər halda, camaat istər-istəməz tez bir zamanda “əhrufu-səb`ə” hədisi ilə “yed-
di qiraət”i əlaqələndirdilər və bu, sözügedən qiraətlərə elə bir müqəddəslik bəxş 
etdi ki, sonralar qiraətlər aləmində İbn Mücahidin adı dillərə düşdü. Hicri dördün-
cü əsrin ikinci yarısında İbn Mücahidin şagirdləri və müasirləri onun işini təbliğ 
1
  Əbu  Əmr Daninin (v.t: hicri 444-cü il) qələmə aldığı  “ət-Təysir”  əsəri “yeddi qiraət” zəminində  qələmə 
alınmış ən yaxşı əsərlərdən biridir. Bu əsəri “Şa bi” adı ilə tanınan Qasim ibn Firruh (v.t: 590-cı il) “Hirzul-
əmani və  vəchut-təhani” adlı  əsərində 1173 beytdə  nəzmə  çəkmişdir. “Şa biyyə”  əsəri “yeddi qiraət” 
zəminində qələmə alınan asərlər arasında elə bir şöhrət qazandı ki, bu əsərə qırxa yaxın şərh yazıldı.
2
  “ən-Nəşru fil-qiraa l-əşr”, c.1, s.36.
3
  Məbahisun fi Ulumil-Quran, s.247.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə