Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə58/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   110

172
İbn Quteybə deyir: “Mütəal Allahın lütfü idi ki, Öz Peyğəmbərinə (s) göstəriş 
verdi: Hər qəbiləyə Quranı onların öz ləhcəsində qiraət et! Məsələn, Huzeyl 
qəbiləsi “ﻦﻴِﺣ ﻰﱠﺘَﺣ” ifadəsini
1
 “ﻦﻴِﺣ ﻰﱠﺘّﻋ” kimi tələffüz edirlər. Bəni-Əsəd qəbiləsi 
“ﻩﻮُﺟُﻭ ُﺩﱠﻮَﺴَﺗ ،ُﻢَﻠْﻌَﺗ ، َﻥﻮُﻤَﻠْﻌَﺗ” fellərindəki indiki zamanı bildirən “ﺕ” hərfini, “kəsrə” ilə 
tələffüz edirlər. Qureyş ləhcəsində “təxfifi-həmzə” bir qaydadırsa, Bəni-Təmim 
qəbiləsində “izhari-həmzə” bir qaydadır.  Əgər əmr verilsəydi ki, hər bir qəbilə 
öz ləhcəsini kənara qoyub – bir halda ki, onlar arasında uşaqlar, cavanlar və yaş-
lılar var idi – yalnız bir ləhcə ilə Quranı qiraət etsinlər, bu vaxt böyük çətinliklə 
üzləşərdilər. Mütəal Allah böyük rəhməti və lütfü sayəsində onlara dində asanlıq 
yaratdığı kimi, Quranın qiraətində də asanlıq yaratdı.”
Hədislərin birində  İbn Abbas nəql edir ki, Peyğəmbər (s) camaata Quranı 
bir ləhcədə qiraət edirdi. Bu onlara çətin gəlirdi. Cəbrail nazil olub dedi: “Ey 
Məhəmməd, hər bir qəbiləyə öz ləhcəsində Quranın qiraətini təlim et!”
Əbu Şamə deyir: “Doğrusu da elə budur, çünki Quranı qeyri-qureyş ləhcəsində 
qiraət etmək icazəsi ərəblərin işini asanlaşdırdı. Quranın qiraətinin təkcə bir qəbilə 
üçün asan olması düzgün olmazdı. Beləcə, heç kim bacarığından artıq yüklənmir. 
İnsanın adət etdiyi ləhcəni kənara qoyub sözləri fərqli  şəkildə  tələffüz etməsi 
çətinlik törətmirmi?!”
2
Cəlaləddin Siyuti “əhrufu-səb`ə” ifadəsinin  şərhində söylənilən müxtəlif fi-
kir ləri sadalayarkən onuncu bənddə qeyd edir: ““Yeddi hərf”, “yeddi ləhcə” de-
mək dir.  Əbu Ubeyd, Sə`ləb, Zuhri, İbn  Ətiyyə, Beyhəqi və başqaları bu fikrin 
tərəfdarlarıdır.”
Amma bu ləhcələrin hansı qəbilənin ləhcələri olması barədə fikirayrılığı vardır. 
Əbu Hatəm Sicistani deyir: “Quran Qureyş, Huzeyl, Təmim, Əzd, Rəbiə, Həvazin 
və Sə`d ibn Bəkr qəbilələrinin ləhcələrində nazil olmuşdur.”
Əbu Şamə öz böyüklərindən nəql edir ki, Quran əvvəlcə ərəb dilinin fəsahətli 
ləhcəsi olan Qureyş və onun şaxələrinin ləhcəsində nazil olmuşdur. Sonra ərəblərə 
icazə verildi ki, hər kəs adət etdiyi ləhcə ilə Quranı qiraət etsin.
Amma Siyuti İbn Quteybənin nəqlinə istinadən deyir: “Quran təkcə Qureyş 
ləhcəsində nazil olmuşdur. Bunu: “ِﻪِﻣْﻮَﻗ ِﻥﺎَﺴِﻠِﺑ  ﱠﻻﺇ ٍﻝﻮُﺳَﺭ  ْﻦِﻣ ﺎَﻨْﻠَﺳْﺭﺃ ﺎَﻣ َﻭ” ayəsi də təsdiq 
edir. Bu məsələni (Quranın yeddi ləhcədə nazil olduğunu) yalnız o təqdirdə qəbul 
etmək olar ki, həmin yeddi ləhcənin Qureyş ləhcəsinin şaxələrindən olduğunu qəbul 
edək.”
3
Siyuti Ömərdən nəql edilən hədisə istinad edərək – həmin hədisdə Ömər Qu-
ranın “Muzər” ləhcəsində nazil olduğunu deyib – Quranın “Muzər” ləhcəsində 
1
  Muminun surəsi, ayə: 54.
2
  “ət-Təmhid”, c.2, s.99-100.

 “əl-İtqan”, c.1, növ: 16, məsələ: 3.


173
nazil olduğunu qeyd etdikdən sonra bildirir: İbn Əbdul-Birrdən nəql olunur ki, 
“Muzər” yeddi tayfaya ayrılır: Huzeyl, Kənanə, Qeys, Zəbbə, Təyyim ər-Rubab, 
Əsəd ibn Xuzeymə və Qureyş.
1
Bu barədə başqa bir fikir də söylənilibdir:
“Əhrufu-səb`ə”nin mənaları arasında  ən uyğunu – belə ki, əksər  əhli-sünnə 
alimləri, habelə, “Qamus” əsərinin müəllifi və bir çox müasir alimlər, o cümlədən, 
Dr. Əbdul-Həlim Nəccar, Mustafa Sadiq Rafei və başqaları həmin mənanı digər 
mənalardan üstün hesab etmişlər – budur ki, Quran yeddi ərəb ləhcəsində nazil 
olmuşdur. Çünki ərəb yarımadasında yayılan ləhcələr yeddi əsas ləhcəyə qayıdır: 
Qureyş, Huzeyl, Səqif, Həvazin, Kənanə, Təmim və Yəmən.
2
Bura qədər “əhrufu-səb`ə”nin mənası barədə söylənilən müxtəlif fikirləri qeyd 
etdik. Lakin bunu da qeyd etmək lazımdır ki, ərəb ləhcələrinin dəqiq sayını, hansı 
ləhcənin daha üstün ləhcə olduğunu sübut edən dəlil yoxdur. Bir sözlə, “əhrufu-
səb`ə”nin mənası barədə mövcud olan bu qədər fikirayrılığı bu hədisə istinad 
etmək zəminində tərəddüd doğurur.
Azad mütailə 
Qiraətlər arasındakı fərqlərin qisimləri
Bu sual çoxlarını düşündürə bilər ki, görəsən qiraətlər arasındakı fərqlər hansı 
şəkildədir? Görəsən bu fərqləri qruplaşdırmaq mümkündürmü? Ətraflı araşdır-
malar bu suala müsbət cavab verməyi mümkün etmişdir. Baxmayaraq ki, Quranın 
qiraətləri arasındakı fərqlərin böyük hissəsi müxtəlif ləhcələrdən irəli gəlmişdir, 
lakin başqa səbəblər də bu məsələdə rol oynamışdır. Xüsusilə də, hansısa bir sö-
zün qabağa və ya geriyə keçirilməsi, söz (bitişik əvəzliklərin) və ya önqoşmala-
rın çoxaldılıb-azaldılması, erabların müxtəlif surətlərdə oxunması – gördüyünüz 
kimi, bunların heç birinin ləhcə ilə bağlılığı yoxdur – müxtəlif və fərqli qiraətlərin 
ortaya çıxmasına səbəb olmuşdur.
Bəzi tədqiqatçı alimlər Quranın qiraətləri arasındakı  fərqləri “əhrufu-səb`ə” 
hədisi əsasında yeddi qisimdə qruplaşdırmağa səy göstərmişlər. Hətta onlardan 
bəziləri sözügedən hədisi “ləhcələr arasındakı fərqlər” deyil, “qiraətlər arasındakı 
yeddi qisim fərq” kimi mənalandırmışlar.
3
Qiraətlər arasındakı fərqlərin qisimlərini qeyd etməmişdən öncə aşağıdakı iki 
məqama toxunmağı məqsədəuyğun hesab edirik:

 Əvvəlki qaynaq.
2
  Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Qurani-Kərim”, s.257-258.
3
  “əl-İtqan”, c.1, növ: 16, məsələ: 3.


174
1. Qiraətlər arasındakı  fərqləri yeddi qisimdə qruplaşdırmaq istəyən bəzi 
tədqiqatçılar bir növ özlərini məhdudiyyətlə qarşı-qarşıya qoymuşlar. Çünki on-
lar bəzən müxtəlif qisim fərqləri bir qisimdə qruplaşdırmağa məcbur qalmışlar. 
Məlum məsələdir ki, “əhrufu-səb`ə” hədisinə verdikləri böyük əhəmiyyət onları 
bu işi görməyə vadar etmişdir. 
2. Qiraətlər arasında mövcud fərqlərin müxtəlif qisimlərdə qruplaşdırılması bu 
bölgünün şəxsi rəy və fikir əsasında olduğunu göstərir.
A) Qiraətlər arasındakı fərqlərin qisimləri İbn Quteybənin nəzərində:
1. Sözün qrafik şəkli və  mənası  dəyişmədən  hərəkələr arasındakı  fərqlər, 
məsələn: 
“ْﻢُﻜَﻟ ُﺮَﻬْﻁَﺃ ﱠﻦُﻫ”
1
 cümləsindəki “ُﺮَﻬْﻁَﺃ” sözünün (erabı rəfdir), “َﺮَﻬْﻁَﺃ” (nəsb) oxunması. 
Yaxud “ِﻞْﺨُﺒْﻟﺎِﺑ  َﺱﺎﱠﻨﻟﺍ  َﻥﻭُﺮُﻣْﺄَﻳ َﻭ”
2
 cümləsindəki “ِﻞْﺨُﺒْﻟﺎِﺑ” sözünün, “ِﻞِﺨِﺒْﻟﺎِﺑ” (“ﺏ” və 
“ﺥ” hərflərinin “kəsrə” ilə) oxunması.
2. Sözün qrafik şəkli dəyişmədən, lakin sözün mənası  dəyişərək  hərəkələr 
arasındakı fərqlər, məsələn:
“ﺎَﻧِﺭﺎَﻔْﺳَﺃ   َﻦْﻴَﺑ  ْﺪِﻋﺎَﺑ  ﺎَﻨﱠﺑَﺭ”
3
 cümləsindəki “ْﺪِﻋﺎَﺑ” felinin (əmr formasındadır) “َﺪَﻋﺎَﺑ” 
(keçmiş zaman formasında) oxunması. Yaxud “ٍﺔﱠﻣُﺃ َﺪْﻌَﺑ َﺮَﻛﱠﺩﺍ َﻭ”
4
 cümləsindəki “ٍﺔﱠﻣُﺃ” 
sözünün, “ٍﺔَﻣَﺃ”
5
 kimi oxunması.
3. Sözün qrafik şəkli və mənası dəyişmədən hərflər arasındakı fərqlər, məsələn:
“ﺎَﻫُﺰِﺸْﻨُﻧ  َﻒْﻴَﻛ ِﻡﺎَﻈِﻌْﻟﺍ ﻰَﻟﺇ ْﺮُﻈْﻧﺍ َﻭ”
6
 cümləsindəki “ﺎَﻫُﺰِﺸْﻨُﻧ” sözünün, “ﺎَﻫُﺮِﺸْﻨُﻧ” oxunması.
4. Sözün mənası dəyişmədən, lakin qrafik şəkli dəyişərək kəlmələr arasında-
kı fərqlər, məsələn:
“ًﺓَﺪِﺣﺍَﻭ  ًﺔَﺤْﻴَﺻ   ﱠﻻﺇ   ْﺖَﻧﺎَﻛ   ْﻥﺇ”
7
 cümləsindəki “ًﺓَﺪِﺣﺍَﻭ  ًﺔَﺤْﻴَﺻ” kəlməsinin, “ًﺓَﺪِﺣﺍَﻭ  ًﺔَﻘْﻳَﺯ” 
oxunması. 
Yaxud “ﺵﻮُﻔْﻨَﻤْﻟﺍ ِﻦْﻬِﻌْﻟﺎَﻛ”
8
 ifadəsinin, “ﺵﻮُﻔْﻨَﻤْﻟﺍ ِﻑْﻮﱠﺼﻟﺎَﻛ” oxunması.
5. Sözün həm qrafik şəkli və həm də mənası dəyişərək kəlmələr arasındakı 
fərqlər, məsələn: 
“ﺩﻮُﻀْﻨَﻣ ٍﺢْﻠَﻁ”
9
 kəlməsinin “ﺩﻮُﻀْﻨَﻣ ٍﻊْﻠَﻁ” oxunması.
6. Sözlərin qabağa və ya geriyə keçirilməsi baxımından fərqlər, məsələn:
“ﱢﻖَﺤْﻟﺎِﺑ ِﺕْﻮَﻤْﻟﺍ ُﺓَﺮْﻜَﺳ  ْﺕَءﺎَﺟ َﻭ”
10
 cümləsinin, “ِﺕ ْﻮَﻤْﻟﺎِﺑ ﱢﻖَﺤْﻟﺍ ُﺓَﺮْﻜَﺳ  ْﺕَءﺎَﺟ َﻭ” oxunması.
1
  Hud surəsi, ayə: 78.
2
  Nisa surəsi, ayə: 37.

 Səba surəsi, ayə: 19.
4
  Yusuf surəsi, ayə: 45.
5
  “ﺃﹸﻡﱠﺓ” sözü “müddət, zaman” mənasını, “ﺃﹶﻡﹶﺓ” sözü isə “unutqanlıq” mənasını bildirir.
6
  Bəqərə surəsi, ayə: 259.

 Yasin surəsi, ayə: 29.
8
  Qariə surəsi, ayə: 5.

 Vaqiə surəsi, ayə: 29.
10
  Qaf surəsi, ayə: 19.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə