172
İbn Quteybə deyir: “Mütəal Allahın lütfü idi ki, Öz Peyğəmbərinə (s) göstəriş
verdi: Hər qəbiləyə Quranı onların öz ləhcəsində qiraət et! Məsələn, Huzeyl
qəbiləsi “ﻦﻴِﺣ ﻰﱠﺘَﺣ” ifadəsini
1
“ﻦﻴِﺣ ﻰﱠﺘّﻋ” kimi tələffüz edirlər. Bəni-Əsəd qəbiləsi
“ﻩﻮُﺟُﻭ ُﺩﱠﻮَﺴَﺗ ،ُﻢَﻠْﻌَﺗ ، َﻥﻮُﻤَﻠْﻌَﺗ” fellərindəki indiki zamanı bildirən “ﺕ” hərfini, “kəsrə” ilə
tələffüz edirlər. Qureyş ləhcəsində “təxfifi-həmzə” bir qaydadırsa, Bəni-Təmim
qəbiləsində “izhari-həmzə” bir qaydadır. Əgər əmr verilsəydi ki, hər bir qəbilə
öz ləhcəsini kənara qoyub – bir halda ki, onlar arasında uşaqlar, cavanlar və yaş-
lılar var idi – yalnız bir ləhcə ilə Quranı qiraət etsinlər, bu vaxt böyük çətinliklə
üzləşərdilər. Mütəal Allah böyük rəhməti və lütfü sayəsində onlara dində asanlıq
yaratdığı kimi, Quranın qiraətində də asanlıq yaratdı.”
Hədislərin birində İbn Abbas nəql edir ki, Peyğəmbər (s) camaata Quranı
bir ləhcədə qiraət edirdi. Bu onlara çətin gəlirdi. Cəbrail nazil olub dedi: “Ey
Məhəmməd, hər bir qəbiləyə öz ləhcəsində Quranın qiraətini təlim et!”
Əbu Şamə deyir: “Doğrusu da elə budur, çünki Quranı qeyri-qureyş ləhcəsində
qiraət etmək icazəsi ərəblərin işini asanlaşdırdı. Quranın qiraətinin təkcə bir qəbilə
üçün asan olması düzgün olmazdı. Beləcə, heç kim bacarığından artıq yüklənmir.
İnsanın adət etdiyi ləhcəni kənara qoyub sözləri fərqli şəkildə tələffüz etməsi
çətinlik törətmirmi?!”
2
Cəlaləddin Siyuti “əhrufu-səb`ə” ifadəsinin şərhində söylənilən müxtəlif fi-
kir ləri sadalayarkən onuncu bənddə qeyd edir: ““Yeddi hərf”, “yeddi ləhcə” de-
mək dir. Əbu Ubeyd, Sə`ləb, Zuhri, İbn Ətiyyə, Beyhəqi və başqaları bu fikrin
tərəfdarlarıdır.”
Amma bu ləhcələrin hansı qəbilənin ləhcələri olması barədə fikirayrılığı vardır.
Əbu Hatəm Sicistani deyir: “Quran Qureyş, Huzeyl, Təmim, Əzd, Rəbiə, Həvazin
və Sə`d ibn Bəkr qəbilələrinin ləhcələrində nazil olmuşdur.”
Əbu Şamə öz böyüklərindən nəql edir ki, Quran əvvəlcə ərəb dilinin fəsahətli
ləhcəsi olan Qureyş və onun şaxələrinin ləhcəsində nazil olmuşdur. Sonra ərəblərə
icazə verildi ki, hər kəs adət etdiyi ləhcə ilə Quranı qiraət etsin.
Amma Siyuti İbn Quteybənin nəqlinə istinadən deyir: “Quran təkcə Qureyş
ləhcəsində nazil olmuşdur. Bunu: “ِﻪِﻣْﻮَﻗ ِﻥﺎَﺴِﻠِﺑ ﱠﻻﺇ ٍﻝﻮُﺳَﺭ ْﻦِﻣ ﺎَﻨْﻠَﺳْﺭﺃ ﺎَﻣ َﻭ” ayəsi də təsdiq
edir. Bu məsələni (Quranın yeddi ləhcədə nazil olduğunu) yalnız o təqdirdə qəbul
etmək olar ki, həmin yeddi ləhcənin Qureyş ləhcəsinin şaxələrindən olduğunu qəbul
edək.”
3
Siyuti Ömərdən nəql edilən hədisə istinad edərək – həmin hədisdə Ömər Qu-
ranın “Muzər” ləhcəsində nazil olduğunu deyib – Quranın “Muzər” ləhcəsində
1
Muminun surəsi, ayə: 54.
2
“ət-Təmhid”, c.2, s.99-100.
3
“əl-İtqan”, c.1, növ: 16, məsələ: 3.
173
nazil olduğunu qeyd etdikdən sonra bildirir: İbn Əbdul-Birrdən nəql olunur ki,
“Muzər” yeddi tayfaya ayrılır: Huzeyl, Kənanə, Qeys, Zəbbə, Təyyim ər-Rubab,
Əsəd ibn Xuzeymə və Qureyş.
1
Bu barədə başqa bir fikir də söylənilibdir:
“Əhrufu-səb`ə”nin mənaları arasında ən uyğunu – belə ki, əksər əhli-sünnə
alimləri, habelə, “Qamus” əsərinin müəllifi və bir çox müasir alimlər, o cümlədən,
Dr. Əbdul-Həlim Nəccar, Mustafa Sadiq Rafei və başqaları həmin mənanı digər
mənalardan üstün hesab etmişlər – budur ki, Quran yeddi ərəb ləhcəsində nazil
olmuşdur. Çünki ərəb yarımadasında yayılan ləhcələr yeddi əsas ləhcəyə qayıdır:
Qureyş, Huzeyl, Səqif, Həvazin, Kənanə, Təmim və Yəmən.
2
Bura qədər “əhrufu-səb`ə”nin mənası barədə söylənilən müxtəlif fikirləri qeyd
etdik. Lakin bunu da qeyd etmək lazımdır ki, ərəb ləhcələrinin dəqiq sayını, hansı
ləhcənin daha üstün ləhcə olduğunu sübut edən dəlil yoxdur. Bir sözlə, “əhrufu-
səb`ə”nin mənası barədə mövcud olan bu qədər fikirayrılığı bu hədisə istinad
etmək zəminində tərəddüd doğurur.
Azad mütailə
Qiraətlər arasındakı fərqlərin qisimləri
Bu sual çoxlarını düşündürə bilər ki, görəsən qiraətlər arasındakı fərqlər hansı
şəkildədir? Görəsən bu fərqləri qruplaşdırmaq mümkündürmü? Ətraflı araşdır-
malar bu suala müsbət cavab verməyi mümkün etmişdir. Baxmayaraq ki, Quranın
qiraətləri arasındakı fərqlərin böyük hissəsi müxtəlif ləhcələrdən irəli gəlmişdir,
lakin başqa səbəblər də bu məsələdə rol oynamışdır. Xüsusilə də, hansısa bir sö-
zün qabağa və ya geriyə keçirilməsi, söz (bitişik əvəzliklərin) və ya önqoşmala-
rın çoxaldılıb-azaldılması, erabların müxtəlif surətlərdə oxunması – gördüyünüz
kimi, bunların heç birinin ləhcə ilə bağlılığı yoxdur – müxtəlif və fərqli qiraətlərin
ortaya çıxmasına səbəb olmuşdur.
Bəzi tədqiqatçı alimlər Quranın qiraətləri arasındakı fərqləri “əhrufu-səb`ə”
hədisi əsasında yeddi qisimdə qruplaşdırmağa səy göstərmişlər. Hətta onlardan
bəziləri sözügedən hədisi “ləhcələr arasındakı fərqlər” deyil, “qiraətlər arasındakı
yeddi qisim fərq” kimi mənalandırmışlar.
3
Qiraətlər arasındakı fərqlərin qisimlərini qeyd etməmişdən öncə aşağıdakı iki
məqama toxunmağı məqsədəuyğun hesab edirik:
1
Əvvəlki qaynaq.
2
Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Qurani-Kərim”, s.257-258.
3
“əl-İtqan”, c.1, növ: 16, məsələ: 3.
174
1. Qiraətlər arasındakı fərqləri yeddi qisimdə qruplaşdırmaq istəyən bəzi
tədqiqatçılar bir növ özlərini məhdudiyyətlə qarşı-qarşıya qoymuşlar. Çünki on-
lar bəzən müxtəlif qisim fərqləri bir qisimdə qruplaşdırmağa məcbur qalmışlar.
Məlum məsələdir ki, “əhrufu-səb`ə” hədisinə verdikləri böyük əhəmiyyət onları
bu işi görməyə vadar etmişdir.
2. Qiraətlər arasında mövcud fərqlərin müxtəlif qisimlərdə qruplaşdırılması bu
bölgünün şəxsi rəy və fikir əsasında olduğunu göstərir.
A) Qiraətlər arasındakı fərqlərin qisimləri İbn Quteybənin nəzərində:
1. Sözün qrafik şəkli və mənası dəyişmədən hərəkələr arasındakı fərqlər,
məsələn:
“ْﻢُﻜَﻟ ُﺮَﻬْﻁَﺃ ﱠﻦُﻫ”
1
cümləsindəki “ُﺮَﻬْﻁَﺃ” sözünün (erabı rəfdir), “َﺮَﻬْﻁَﺃ” (nəsb) oxunması.
Yaxud “ِﻞْﺨُﺒْﻟﺎِﺑ َﺱﺎﱠﻨﻟﺍ َﻥﻭُﺮُﻣْﺄَﻳ َﻭ”
2
cümləsindəki “ِﻞْﺨُﺒْﻟﺎِﺑ” sözünün, “ِﻞِﺨِﺒْﻟﺎِﺑ” (“ﺏ” və
“ﺥ” hərflərinin “kəsrə” ilə) oxunması.
2. Sözün qrafik şəkli dəyişmədən, lakin sözün mənası dəyişərək hərəkələr
arasındakı fərqlər, məsələn:
“ﺎَﻧِﺭﺎَﻔْﺳَﺃ َﻦْﻴَﺑ ْﺪِﻋﺎَﺑ ﺎَﻨﱠﺑَﺭ”
3
cümləsindəki “ْﺪِﻋﺎَﺑ” felinin (əmr formasındadır) “َﺪَﻋﺎَﺑ”
(keçmiş zaman formasında) oxunması. Yaxud “ٍﺔﱠﻣُﺃ َﺪْﻌَﺑ َﺮَﻛﱠﺩﺍ َﻭ”
4
cümləsindəki “ٍﺔﱠﻣُﺃ”
sözünün, “ٍﺔَﻣَﺃ”
5
kimi oxunması.
3. Sözün qrafik şəkli və mənası dəyişmədən hərflər arasındakı fərqlər, məsələn:
“ﺎَﻫُﺰِﺸْﻨُﻧ َﻒْﻴَﻛ ِﻡﺎَﻈِﻌْﻟﺍ ﻰَﻟﺇ ْﺮُﻈْﻧﺍ َﻭ”
6
cümləsindəki “ﺎَﻫُﺰِﺸْﻨُﻧ” sözünün, “ﺎَﻫُﺮِﺸْﻨُﻧ” oxunması.
4. Sözün mənası dəyişmədən, lakin qrafik şəkli dəyişərək kəlmələr arasında-
kı fərqlər, məsələn:
“ًﺓَﺪِﺣﺍَﻭ ًﺔَﺤْﻴَﺻ ﱠﻻﺇ ْﺖَﻧﺎَﻛ ْﻥﺇ”
7
cümləsindəki “ًﺓَﺪِﺣﺍَﻭ ًﺔَﺤْﻴَﺻ” kəlməsinin, “ًﺓَﺪِﺣﺍَﻭ ًﺔَﻘْﻳَﺯ”
oxunması.
Yaxud “ﺵﻮُﻔْﻨَﻤْﻟﺍ ِﻦْﻬِﻌْﻟﺎَﻛ”
8
ifadəsinin, “ﺵﻮُﻔْﻨَﻤْﻟﺍ ِﻑْﻮﱠﺼﻟﺎَﻛ” oxunması.
5. Sözün həm qrafik şəkli və həm də mənası dəyişərək kəlmələr arasındakı
fərqlər, məsələn:
“ﺩﻮُﻀْﻨَﻣ ٍﺢْﻠَﻁ”
9
kəlməsinin “ﺩﻮُﻀْﻨَﻣ ٍﻊْﻠَﻁ” oxunması.
6. Sözlərin qabağa və ya geriyə keçirilməsi baxımından fərqlər, məsələn:
“ﱢﻖَﺤْﻟﺎِﺑ ِﺕْﻮَﻤْﻟﺍ ُﺓَﺮْﻜَﺳ ْﺕَءﺎَﺟ َﻭ”
10
cümləsinin, “ِﺕ ْﻮَﻤْﻟﺎِﺑ ﱢﻖَﺤْﻟﺍ ُﺓَﺮْﻜَﺳ ْﺕَءﺎَﺟ َﻭ” oxunması.
1
Hud surəsi, ayə: 78.
2
Nisa surəsi, ayə: 37.
3
Səba surəsi, ayə: 19.
4
Yusuf surəsi, ayə: 45.
5
“ﺃﹸﻡﱠﺓ” sözü “müddət, zaman” mənasını, “ﺃﹶﻡﹶﺓ” sözü isə “unutqanlıq” mənasını bildirir.
6
Bəqərə surəsi, ayə: 259.
7
Yasin surəsi, ayə: 29.
8
Qariə surəsi, ayə: 5.
9
Vaqiə surəsi, ayə: 29.
10
Qaf surəsi, ayə: 19.
Dostları ilə paylaş: |