166
Cəlaləddin Siyuti İbn Cəzrinin nəzərini qeyd etdikdən
sonra özü bu qənaətə
gəlir ki, qiraətlər altı dəstəyə bölünür: mütəvatir, məşhur, ahad, şazz, mövzu,
mudərrəc.
1
Əlbəttə, təəccüblüdür ki, Siyuti əksər qiraətləri mütəvatir hesab edir.
Biz qiraətlərin qeyri-mütəvatir olması zəminində yuxarıda deyilənlərlə kifa-
yət lənir və geniş məlumat əldə etmək istəyənlərə Ayətullah Xoinin “əl-Bəyan”
əsərinə müraciət etməyi tövsiyə edirik.
2
Fəslin əsas mətləbləri:
1. Quran nəssinin (mətninin) mütəvatir olmasını bütün müsəlmanlar qəbul
edirlər.
2. Quran və Quranın qiraəti iki ayrıca həqiqətdir.
3. Başlıca olaraq iki amil qiraətlərin mütavatir
hesab edilməsinə səbəb olmuş-
dur: 1- Quran nəssinin mütəvatir olması ilə qiraətlərin mütəvatir olmasının qarış-
dırılması; 2- “Əhrufu-səb`ə” ilə “yeddi qiraət”in qarışdırılması.
4. Qiraətlərin ravilərinin tərcümeyi-halı, hər bir qarinin öz qiraətinin düzgün
olmasına dair dəlil-sübut gətirməsi, qarilərin bir-birinin qiraətini inkar etmələri,
müxtəlif qiraətlərdən qaynaqlanan fəqrli və bir-birinə zidd mənaların mövcud ol-
ması, İbn Cəzri kimi qiraət ustadlarının “düzgün qiraət” üçün bir sıra
qaydalar və
şərtlər müəyyən etmələri qiraətlərin qeyri-mütəvatir olmasına aydın dəlillərdir.
1
“əl-İtqan”, c.1, s.241-243.
2
“əl-Bəyan”, s.151-168.
167
Üçüncü fəsil
Əhrufu-səb`ə
Əhli-sünnə qaynaqlarında “əhrufu-səb`ə” hədisi
Əhli-sünnə hədis qaynaqlarının əksəriyyətində Peyğəmbərdən (s) bu məz-
mun da hədislər nəql olunur: “Quran “yeddi hərf”də nazil olmuşdur.” Əhli-sünnə
bu hədisi mütəvatir hədislərdən hesab edir və demək olar ki, bütün əhli-sünnə
alimləri belə bir hədisin olduğunu təsdiqləyirlər. Lakin “əhrufu-səb`ə”nin (“yeddi
hərf”) mənası barədə müxtəlif fikirlər söylənilmişdir. Məsələn, Məkki ibn Əbu
Talibin “əl-Əbanə ən məanil-qiraat” adlı əsərinin böyük hissəsini “əhrufu-səb`ə”
hədisinin şərhi təşkil edir. Bəzi müasir əhli-sünnə alimləri də “əhrufu-səb`ə”
hədisi
barədə geniş şərhlər vermişlər. Məsələn, Dr. Həsən Ziyaəddin İtr “əl-Əhrufus-
səb`ətu və mənzilətul-qiraati minha” adlı əsərini bu məzmunlu hədislərə və onlar
barədə söylənilən fikirlərə həsr etmişdir.
1
Burada əhli-sünnə qaynaqlarında olan “əhrufu-səb`ə” hədisinə diqqət yetirək:
1. İbn Abbas
nəql edir ki, Peyğəmbər (s) buyurdu:
. ٍﻑُﺮ ْﺣَﺃ ِﺔَﻌْﺒَﺳ ٰﻰَﻟِﺇ ٰﻰَﻬَﺘْﻧﺍ ﻰﱠﺘَﺣ ﻰِﻧَﺪﻳِﺰَﻴَﻓ ُﻩُﺪﻳِﺰَﺘْﺳَﺃ ْﻝَﺯَﺃ ْﻢَﻠَﻓ ُﻪُﺘْﻌَﺟﺍَﺮَﻓ ٍﻑْﺮَﺣ ٰﻰَﻠَﻋ َﻞﻴِﺋِﺮْﺒِﺟ ﻰِﻧَﺃَﺮْﻗَﺃ
“Cəbrayıl Quranı mənə bir hərfdə (qiraətdə) qiraət etdi. Sonra mən ona müraciət
etdim və ondan daha çox hərf istədim, o da bir neçə hərfdə qiraət
etdi və beləcə,
yeddi hərf oldu.”
2. Ubəyy ibn Kə`b deyir: “Mən məsciddə idim. Bu zaman içəriyə bir kişi da-
xil oldu və namaz qılmağa başladı. Mən onun qiraətini inkar etdim. Sonra başqa
bir kişi məscidə daxil oldu və o, namazı birinci kişinin qiraətindən fərqli şəkildə
qiraət etdi. Biz üçümüz Peyğəmbərin (s) yanına getdik və mən əhvalatı o həzərətə
açıqladım. Peyğəmbər (s) o iki nəfərə qiraət etməyi göstəriş verdi və dinlədikdən
sonra onların hər ikisinin qiraətini təsdiq etdi. Bu vaxt məndə bir tərəddüd yarandı.
Məni belə görən Peyğəmbər (s) sinəmə vurub buyurdu: “Mənə Quranı bir hərfdə
qiraət etmək göstəriş verildi. Mən
isə ümmətimə asan olsun deyə, onu qaytardım.
Yenidən Quran mənə göndərildi və göstəriş verildi ki, onu iki hərfdə qiraət edim.
Mən onu yenidən qaytardım. Sonra üçüncü dəfə Quran mənə göndərildi və onu
yeddi hərfdə oxumağa icazə verildi...””
1
Bu mövzuda böyük şiə alimlərindən olan Ayətullah Xoi “əl-Bəyan” əsərində (s.170-193) və Ayətullah
Mərifət “ət-Təmhid” əsərində (c.2, s.93-116) geniş bəhs etmişlər.
168
3. Bir kişi Ömərin yanında Quranı qiraət etdi və Ömər ona acıqlandı. O kişi
dedi: “Mən bunu Peyğəmbərə (s) qiraət etmişəm və o məndən səhv tutmayıb.”
Onlar məsələnin həlli üçün Peyğəmbərin (s) yanına getdilər. Həmin
kişi üzünü
Peyğəmbərə (s) tutub dedi: “Ey Rəsulallah (s), filan ayənin qiraətini siz mənə
təlim etməmisinizmi?” Peyğəmbər (s) buyurdu: “Bəli.” Bu vaxt Ömərin ürəyində
şəkk-şübhə yarandı və bu, Peyğəmbərə (s) gizli qalmadı. O, Ömərin sinəsinə vu-
rub üç dəfə buyurdu: “Şeytanı özündən uzaqlaşdır. Rəhmət ayəsi əzab ayəsinə və
əzab ayəsini rəhmət ayəsinə çevirilməyənədək Quranın hamısı birdir.”
4. Zərr ibn Hubeyş Ubəyy ibn Kə`bdən nəql edir ki, Peyğəmbər (s) Cəbraillə
görüşdükdə buyurdu: “Mən dərs oxumamış bir ümmətə göndərilmişəm və onların
arasında uşaq, yaşlı qadın və yaşlı kişi vardır.” Cəbrail dedi: “Onlara göstəriş ver
ki, Quranı yeddi hərfdə qiraət etsinlər.”
5. Əbu Hureyrə nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Həqiqətən, bu Quran
yeddi hərfdə nazil olubdur.
Qiraət edin və bilin ki, sizə heç bir qorxu yoxdur. La-
kin rəhmət ayəsini əzaba və əzab ayəsini rəhmətə çevirməyin.”
6. Əbu Hureyrə başqa bir hədisdə Peyğəmbərdən (s) belə nəql edir: “Quran
yeddi hərfdə nazil olubdur. Əlim, Həkim, Ğəfur, Rəhim (yəni bunları bir-biri ilə
əvəz etməyin eybi yoxdur!)”
7. Əbu Qulabə deyir: “Deyilənə görə Peyğəmbər (s) belə buyurdu: “Quran
yeddi hərfdə nazil olubdur: əmr, nəhy, tərğib, tərhib, cədəl, qəsəs və məsəl.””
8. İbn Məs`ud Peyğəmbərdən (s) nəql edir: “Birinci kitab bir bölümdə və bir
hərfdə nazil olmuşdur. Lakin Quran yeddi bölümdə və yeddi hərfdə nazil olubdur:
zəcr, əmr, halal, haram, möhkəm, mütəşabih və əmsal...”
9. Əbu Cuheym Ənsari deyir: “Quranın bir ayəsi barədə iki nəfər arasında fiki-
rayrılığı yarandı və onlar Peyğəmbərin (s) yanına getdilər. Peyğəmbər (s) onlara
buyurdu: “Quran yeddi hərfdə nazil olmuşdur və bu barədə mübahisə etməyin,
çünki Quran barədə mübahisə etmək küfrdür.””
10. Əmr ibn Dinar Peyğəmbərdən (s) belə nəql edir: “Quran yeddi hərfdə nazil
olmuşdur və onların hamısı şəfa verən və kifayət edəndir.”
1
Qeyd olunan bu hədislər əhli-sünnə hədis və təfsir qaynaqlarında
mövcud olan
hədislərdən nümunələrdir. İbn Cəzri bu hədisi Peyğəmbərdən (s) nəql edən 20
səhabənin adını qeyd etmişdir.
2
Bu hədislərdə sözükeçən “əhrufu-səb`ə” ifadəsinin mənasını araşdırmazdan
öncə bu mövzu ilə əlaqədar şiə qaynaqlarına nəzər salaq.
1
“əl-Bəyan”, s.171-176; “ət-Təmhid”, c.2, s.93-97; “Ulumul-Quran indəl-mufəssirin”, c.2, s.127-207.
2
“Həqaiqun hammətun həvləl-Quranil-Kərim”, s.177-178.