Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə60/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   110

178
Subhi Saleh kimi mütəfəkkir alimlərin özlərini məhdudiyyətlə qarşı-qarşıya qoy-
maları  və qiraətlər arsındakı  fərqləri yeddi qisimdə qruplaşdırmalarının səbəbi 
nədir? Halbuki, onlar yaxşı bilirlər ki, qiraətlər arasındakı fərqlər ən azı 10-dan 
çox qisimdə qruplaşdırılmışdır. Bəli, onlar da Quranın “yeddi hərf”də nazil oldu-
ğunu bəyan edən hədislərin mütəvatir olduğunu qəbul edənlər kimi – Siyutinin 
qeyd etdiyinə görə, iyirmidən çox səhabə bu hədisi Peyğəmbərdən (s) nəql etmiş-
dir – “yeddi” sayına təəssüb göstərmişlər.
Fəslin əsas mətləbləri:
1.  Əhli-sünnə qaynaqlarında Quranın “yeddi hərf”də nazil olduğuna dair 
müxtəlif hədislər mövcuddur.
2. Şiə alimləri Əhli-beyt İmamlarının (ə) hədislərinə istinad edərək Quranın bir 
“hərf”də və bir qiraətdə nazil olduğunu bildirirlər. İmam Baqir (ə) və İmam Sadiqdən 
(ə) nəql edilən hədislər Quranın “yeddi qiraət”də nazil olduğunu inkar edir.
3. Quranın “yeddi hərf”də nazil olduğunu bəyan edən hədislər şiə qaynaqların-
da olan bəzi hədislərdə “Quranın bəyan və xitablarının təsnifatı və növləri” kimi 
şərh edilmişdir, o cümlədən: əmr, zəcr, tərğib, tərhib, cədəl, məsəl, qəsəs.
4. “Əhrufu-səb`ə” hədisləri mötəbər hədislər deyildir, çünki Əhli-beyt İmamla-
rı (ə) onları inkar edirlər. Bu hədislər arasında çoxlu ziddiyyətlər vardır. “Əhrufu-
səb`ə” ifadəsinin şərhi və mənası barədə Zərkeşi “əl-Burhan” əsərində 53 məna və 
Siyuti “əl-İtqan” əsərində 35 məna qeyd etmişdir. Bundan əlavə, əhli-sünnə hədis 
qaynaqlarında olan bəzi hədislərdə Quranın bir qiraətdə nazil olduğu qeyd edilir.
5. Baxmayaraq ki, əhli-sünnə alimlərinin əksəriyyəti “əhrufu-səb`ə” ifadəsində 
“luğat və  ləhcələr”in nəzərdə tutulduğunu bildirmişlər, lakin ləhcələrin sayın-
da və onların hansı luğat və ləhcə olduğunda o qədər fikirayrılığı vardır ki, bu, 
sözügedən hədisə istinad etmək zəminində tərəddüd doğurur.
6. Bəzilərinin nəzərinə görə, qiraətlər arasındakı fərqləri yeddi qisimdə qrup-
laşdırmaq olar.
7. Bu mövzuda nəzər sahibi olan dörd alim - İbn Şazan, İbn Quteybə, İbn Cəzri 
və Subhi Saleh – arasında İbn Şazan və Subhi Saleh “qiraətlərin ümumi qayda-
ları” (ﺕﺍءﺍﺮﻗ  ﻝﻮُﺻُﺍ) zəminində müxtəlif ləhcələr arasında olan fərqləri, qiraətlər 
arasında olan fərqlərin bir qismi hesab etmişlər.
8. Qiraətlər arasındakı fərqlər ümumi bir bölgüdə belə yeddi qisimdən çoxdur. 
Amma “əhrufu-səb`ə” hədisinin vurğunları sanki bu fərqləri yeddi qisimdə qrup-
laşdırmaq məcburiyyətində qalmışlar.
9.  Qiraət elminin terminində Quranın bütün kəlmələrinin qiraətində ümumi 
qaydaları bəyan edən qaydalara “ﺕﺍءﺍﺮﻗ ﻝﻮُﺻُﺍ” və müyyən məqamlarda qiraətlər 
arasındakı fərqlərə “ﻑﻭﺮﺤﻟﺍ ﺵﺮﻓ” deyilir.         


179
Dördüncü fəsil
Yeddi qiraət
Müqəddimə
Birinci fəsildə hicri-qəməri 3-cü əsrə  qədər Quranın qiraətinin keçdiyi 
mərhələləri müxtəsər  şəkildə  nəzərdən keçirdik və qeyd etdik ki, hicri-qəməri 
2-ci əsrdə qiraət sahəsində ustad qarilərin meydana gəlməsi ilə bu sahə özünün 
çiçəklənmə dövrünü yaşadı. Müxtəlif qiraətlərin yayılması bais oldu ki, elə ikinici 
əsrin sonlarında qiraətlərin qaydaları, eləcə də, qiraətlər arasındakı fərqlər barədə 
əsərlər qələmə alınsın. Hicri üçüncü əsr boyunca bu sahədə müxtəlif əsərlər ya-
zıldı. Amma zaman keçdikcə qiraətlər arasındakı fərqlər hədsiz çoxaldı. Birinci 
fəsildə qiraətlər arasında yaranan fərqlərin bir sıra səbəblərini açıqladıq. Lakin 
bunu da nəzərdən qaçırmaq olmaz ki, şagirdlik dövrünü bitirib, Quran qiraətində 
ustad səviyyəsinə yüksələn bəzi qarilər özlərini rəy və  nəzər sahibi qələmə 
verməkdən ötrü yeni qiraətlər ortaya çıxarırdılar.
Üçüncü əsrdə fərqli qiraətlər olduqca çoxaldı. Bu dövrdə bəzi ustadlar qiraətləri 
qeydə alıb əsər qələmə aldılar. İlk dəfə Əbu Ubeyd Qasim ibn Səlam (vəfat tarixi: 
hicri 224-cü il) müxtəlif qiraətləri bir kitabda topladı və qarilərin sayını 25 nəfər 
qeyd etdi. Ondan sonra Antakya sakini Əhməd ibn Cubeyr ibn Məhəmməd Kufi 
(vəfat tarixi: hicri 258-ci il) öz kitabında beş qiraəti qeydə aldı və hər şəhərdən 
bir qarini tanıtdırdı. Üçüncü şəxs Qazi İsmayıl ibn İshaq Maliki (vəfat tarixi: hicri 
281-ci il) idi və o, öz kitabında 20 nəfərin qiraətini, o cümlədən, “yeddi qarinin” 
qiraətini qeydə aldı. Dördüncü şəxs Cərir Təbəri (vəfat tarixi: hicri 310-cu il) idi 
və o, “Cami” adlı kitabında 20-dən çox qiraəti qeydə aldı. Beşinci şəxs Əbu Bəkr 
Məhəmməd ibn Əhməd ibn Ömər Dacuni (vəfat tarixi: hicri 314-cü il) idi və o, 
qiraətlər barədə kitab qələmə almışdır.
1
Qiraətlər arasında olan bu qədər fərqlər camaatı nigaran vəziyyətdə qoymuşdu 
və onlar bu məsələnin öz həllini tapması intizarında idilər. Nəhayət, hicri dördün-
cü əsrdə Quran qiraətləri sahəsində inqilab baş verdi. 

 “ən-Nəşru fil-qiraa l-əşr”, c.1, s.34; “Quran və fehrest-e mənabe”, s.259-260.


180
İbn Mücahidin təşəbbüsü
İbn Mücahid adı ilə tanınan Bağdadın böyük qarisi Əbu Bəkr Əhməd ibn Musa 
ibn Abbas (h.q. 245-324-cü il) “yeddi qiraət”i rəsmiləşdirən ilk şəxs oldu. Qiraət 
elmində İbn Mücahidin ustadı Əbuz-Zə`ra Əbdurrəhman ibn Əbdus olmuşdur və 
İbn Mücahid dəfələrlə Quranı onun yanında Nafe, Əbu Əmr, Həmzə və Kəsainin 
qiraətində xətm etmişdir. O, öz müasirləri Məhəmməd ibn Cərir Təbəri (v. t.: hic-
ri 310-cu il), İbn Əbu Davud Sicistani (v. t.: hicri 316-cı il), Əbu Bəkr Dacuni 
(v. t. hicri 324-cü il) və hətta Əbu Bəkr Nəqqaşdan (v. t.:hicri 351-ci il) fayda-
lanmaqdan çəkinməmişdir.  İbn Mücahid Bağdadın qiraət heyətlərində yüksək 
dərəcələrə yetişdi və dövrünün qarilərindən yüksəkdə dayandı. Kufənin tanınmış 
nəhv ustadı Sə`ləb bu əqidədədir ki, hicri-qəməri 286-cı ildə Allahın kitabında 
İbn Mücahiddən biliklisi olmamışdır. İbn Mücahidin şöhrəti onun ətrafına çoxlu 
tələbələr topladı və deyilənlərə görə, heç bir qiraət ustadının onun qədər tələbəsi 
olmamışdır.  İbn Mücahidin bir tərəfdən yüksək elmi səviyyəsi, digər tərəfdən 
hökumət başçıları ilə  əlaqəsi cəmiyyətdə onun nüfuzlu şəxs kimi tanınmasına 
zəmin yaratdı. O, İbn Miqsəm və İbn Şənbuzu hicri 322-ci ildə qiraət məsələləri 
xüsusunda mühakiməyə çəkdi və onları tövbə etməyə məcbur etdi.
1
İbn Mücahid və yeddi qiraət
Hicri üçüncü əsrdə qələmə alınan əsərlərə nəzər saldıqda görürük ki, sözügedən 
“yeddi qiraət”, digər qiraətlərin kənarında yer almış, onlara xüsusi bir önəm və 
üstünlük verilməmişdir. İbn Mücahiddən qabaq qiraətlər zəminində əsər qələmə 
alan ustadlar, o cümlədən, Əbu Ubeyd Qasim ibn Səlam, Əbu Hatəm Sicistani
İsmail ibn İshaq Qazi və Məhəmməd ibn Cərir Təbəri öz əsərlərində geniş yayı-
lan iyirmidən çox qiraəti qeydə almışlar. Əslində, qiraətlərin beşiyi sayılan beş 
şəhərdən – Mədinə, Məkkə, Kufə, Bəsrə və Dəməşqdən bir nümayəndə seçməyi 
qərara alan ilk müəllif Əhməd ibn Cubeyr Əntaki (v. t: hicri 258-ci il) olmuşdur 
və o, öz əsərində beş qarinin qiraətini qeydə almışdır. 
Əntakinin bu işini İbn Mücahid tərəfindən qiraətlərin “yeddi qiraət”də inhisar-
laşdırlması işinə müqəddimə hesab etmək olar. İbn Mücahid qarilərin seçimində 
Kufə qarilərinə xüsusi önəm verdi və Kufədən bir qari deyil, üç qari seçdi.
2
İbn Mücahid hər bir şəhərdən o qarini seçdi ki, həmin şəhərin camaatı onun 
qiraətinin daha üstün qiraət olduğunu yekdilliklə  qəbul edirdi. Lakin Kufə 

 “Böyük İslam ensiklopediyası”, c.4, s.582.

 “Böyük İslam ensiklopediyası”, c.4, s.583.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə