Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə63/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   110

186
“zəl” hərflərinin izharı, kinayəni bildirən “ha” hərfinin “zəmmə” və “kəsrə”nin 
işbası ilə vəsl edilməsi, hərfi-cərdən sonra “mim” hərfinin zəmməli oxunması və 
işba edilməsi ilə “ْﻢُﻫ” zəmirinin vəsl edilməsi, işarə əvəzliklərinin xüsusi şəkildə 
oxunması, “ﻞﻳِﺰْﻨَﺗ” sözünün yerinə “ﻝﺍَﺰْﻧﺇ” sözünün seçilməsi İbn Kəsirin Məkkə 
ləhcəsindən qaynaqlanır. “Nəhv” elmində söylənilən müxtəlif nəzərləri (yəni ərəb 
dilinin qrammatik qaydaları barəsində söylənilən müxtəlif nəzərləri) rəvayətlərə 
hakim etməkdə ehtiyatlı davranması onun qiraətinin qəbul edilməsində mühüm 
amillərdən biri olmuşdur. Belə ki, o, hətta həyatda olduğu dövrdə  Məkkədəki 
rəqiblərindən üstün tutulurdu və İbn Mücahid “yeddi qiraət”i toplamağı qərara 
aldığı dövrdə də İbn Kəsirin qiraətini Məkkə qiraətinin tək nümayəndəsi olaraq 
seçdi. Şatibi hətta onun qiratini “yeddi qiraət”in əşrəfi hesab etmişdir.
İbn Kəsirin şagirdləri arasında Şibl ibn İbad və Məruf ibn Mişkan onun qira ətini 
gələcək nəsillərə ötürən əsas qarilər olmuşlar. Bizə gəlib çatan bütün məlumatlar 
onların Bəzzidən və Bəzzinin də Əkrəmə ibn Süleymandan olan müs təqim rəvayəti 
ilə nəql olunmuşdur. Elə bu səbəbdən də, İbn Xuzeymə ehtimal vermişdir ki, Bəzzi 
və ya Əkrəmə İsmail və İbn Kəsir arasındakı vasitəni qırmışlar. Halbuki, Bəzzinin 
rəvayətini nəzərə almasaq, Şafeinin və Qunbulun rəvayətində vasitə qorunmuşdur. 
İbn Kəsirin qiraətini iki ravi – “Qunbul” adı ilə tanınan Məhəmməd ibn 
Əbdurrəhman (v.t: 291-ci il) və Əhməd ibn Məhəmməd Bəzzi (v.t: 250-ci il) təlim 
və təbliğ etmişlər. İbn Kəsirin qiraətinin Bəsrə qiraəti üzərində də nəzərə çarpacaq 
dərəcədə  təsiri olmuşdur. Çünki Bəsrə qarisi və “yeddi qari”dən biri olan Əbu 
Əmr ibn Əla qiraəti İbn Kəsirdən təlim almışdır. İbn Kəsirin Əbu Əmr ibn Əla 
üzərində qoyduğu təsir, qiraətlər arasındakı fərqlərdə onların eyni fikirdə olmala-
rından görünməkdədir.
1
3. Asim: Əbu Bəkr Asim ibn Əbin-Nucud əl-Əsədi (hicri 90-127-ci il) “yed-
di qari” arasında  ən məşhur qarilərdəndir. O, qiraətin qətiliyində  və  kəlamın 
fəsahətində bir nişanə idi. O, ədib, nəhv alimi və ustadı Əbu Əbdurrəhman Sulə-
mi dən sonra Kufə qarilərinin imamı idi. Əbdul-Cəlil Razi onu Kufədə  şiələrin 
qiraət imamı hesab etmiş, demişdir: “Hərəmeyn (Məkkə və Mədinə) və İraqeyn 
(Kufə və Bəsrə) qarilərinin əksəriyyəti Əhli-beyt (ə) şiələrindən və Əhli-beytin 
(ə) imamətini qəbul edənlərdən olmuşlar.”
2
Xansari “Rəvzətul-cənnat” əsərində yazır: “O, çox zahid və təqvalı bir qari idi. 
Onun nəzəri qiraətdə ən düzgün nəzər hesab edilirdi.”
3
Qiraətlərin gələcək nəsillərə ötürülməsində digər  şəhərlərin qariləri ilə 
müqayisədə Kufə şəhərinin qarilərinin daha böyük payı olmuşdur. “Yeddi qari”ni 

 Böyük İslam ensiklopediyası, c.4, s.509-510.

 Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.321; “ət-Təmhid”, c.2, s.194.
3
  Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.321.


187
seçərkən İbn Mücahidin Kufədən üç qari seçməsi bu şəhərin hərbi, siyasi və elmi 
mövqeyini aydın şəkildə göstərməkdədir. Kufədən seçilən üç qari arasında da Asim 
digərlərindən üstün hesab edilmişdir. Asimin qiraəti müəyyən xüsusiyyətlərə ma-
likdir və bu da hal-hazırda onun qiraətinin müsəlmanlar arasında Quranın rəsmi 
qiraəti kimi tanınmasına və yayılmasına bais olmuşdur. Asimin qiraətinin ən əsas 
xüsusiyyəti onun qiraəti ilə ən böyük və tanınmış qiraət ustadlarının qiraəti ara-
sında olan möhkəm bağdır. 
Asim qiraəti “ərz” yolu ilə Əbu Əbdurrəhman Suləmidən təlim almışdır. Əbu 
Əbdurrəhman Suləminin elmi mövqeyi Quranın qiraətini Əli ibn Əbu Talibdən 
(ə) Kufə qarilərinə, o cümlədən, Asim ibn Əbin-Nucuda ötürməsi ilə səciyyələnir. 
Qiraətin ali səthlərinin öyrənilməsində Əbu Əbdurrəhman Suləminin qiraət usta-
dı olaraq səhabələr arasıda yalnız Əli ibn Əbu Talibin (ə) adı çəkilmişdir. Onun 
qiraət ustadları olaraq daha çox üç səhabənin – Əli ibn Əbu Talibin (ə), Osmanın 
və  Zeyd ibn Sabitin adı çəkilir. Bu üç ustad arasında da daha çox Əli ibn Əbu Ta-
lib (ə) üzərində dayanılır. Hətta deyilir ki, o, Quranın bir hərfinin qiraətində belə 
o həzrətin qiraətindən kənara çıxmamışdır. Rəvayətlərin birində qeyd edilir ki, 
o, Əlini (ə) qiraətdə tək bilirmiş. Əbu Əbdurrəhman Suləminin Kufənin müxtəlif 
qiraətləri, o cümlədən, “yeddi qiraət”dən olan üç qiraət üzərində böyük təsiri ol-
muşdur. Belə ki, Asimin qiraəti vasitəsiz, Həmzə və Kəsainin qiraəti ilə vasitə ilə 
Əbu Əbdurrəhman Suləmidən təsir almışdır.
1
 Bu qiraət sənədi qızıl su il yazılası 
bir sənəddir və belə sənəd digər qiraətlərdə mövcud deyildir. Əli ibn Əbu Talib 
(ə) Əbu Əbdurrəhman Suləmiyə o qədər etimad göstərmişdir ki, onu öz övladları 
Həsən (ə) və Hüseynə (ə) müəllim tutmuşdur.
2
Burada Asimin qiraət imamlarının silsiləsinə nəzər salaq:
Asim → Əbu Əbdurrəhman Suləmi → Əli ibn Əbu Talib (ə) → Həzrət Peyğəmbər (s)
Asimin qiraəti iki ravi vasitəsilə - Su`bə  (Əbu Bəkr ibn Əyaş) və  Həfs ibn 
Süleyman vasitəsilə  təlim və  təbliğ olunmuş, gələcək nəsillərə ötürülmüşdür. 
Bəziləri Əbu Əbdurrəhmandan əlavə Zərr ibn Hubeyşi də Asimin qiraət ustadı 
hesab etmişlər:
Asim → Zərr ibn Hubeyş → Abdullah ibn Məs`ud → Həzrət Peyğəmbər (s)
Asimin qiraətinin iki ravisindən biri Əbu Bəkr Əyaş demişdir: “Asim mənə 
dedi: “Əbu  Əbdurrəhmandan başqa kimsə  mənə Qurandan bir hərf belə qiraət 
etməmişdir və o da Quranı Əlinin (ə) yanında oxuyub ona təqdim etmişdir. Mən 
Əbu  Əbdurrəhmanın yanından geri qayıtdıqda, Quranı  Zərrin yanında oxuyub 
ona təqdim edirdim.””
3
1
  Böyük İslam ensiklopediyası, c.5, s.678-679.
2
  Mənahilul-irfan, c.1, s.458.
3
  “əl-Bəyan”, s.130; “ət-Təmhid”, c.2, s.245.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə