Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə64/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   110

188
Yuxarıdakı rəvayətdən əldə olunur ki, Asimin Əbu Əbdurrəhmana olan etima-
dı Zərr ibn Hubeyşə olan etimadından daha çox imiş.
Baxmayaraq ki, Həfs ibn Süleyman (Asimin qiraətinin iki ravisindən biri) 
barədə ziddiyyətli sözlər çox deyilmişdir, lakin Quran elmləri tədqiqatçıları 
Həfsin rəvayətini  Şu`bənin rəvayətinə üstünlük vermişlər. Onlar qeyd etmişlər 
ki, Həfs Asimin zövcəsinin övladı imiş  və Asimin evində  tərbiyə almışdır. Öz 
ustadından Quranı öyrənən bir uşaq kimi o da Asimin yanında şagirdlik etmişdir. 
Odur ki, Həfsin rəvayəti Şu`bənin rəvayətindən daha dəqiq və etibarlıdır.
1
4.  Əbu  Əmr:  Zəbban ibn Əla ibn Amir ibn Əryan (hicri 68-154-cü il) “yed-
di qari”dən biridir. Qeyd edilmişdir ki, qarilər arasında təkcə  Əbu  Əmr və  İbn 
Amir  ərəb soyundandırlar.  Əbu  Əmr Bəsrə, Kufə, Məkkə  və  Mədinədə bir çox 
qiraət ustadlarından dərs almışdır. Müxtəlif qiraət ustadlarından dərs alması onun 
müvəffəqiyyətində böyük rol oynamışdır və qarilərin, ravilərin tərcümeyi-halını 
qələmə alan bəzi tədqiqatçılar bunu (müxtəlif ustadlardan dərs almanı) müsbət bir 
hal kimi dəyərləndirmişlər. İbn Cəzri qeyd edir ki, “yeddi qari”dən heç biri bu qədər 
qiraət ustadından dərs almamışdır. Əbu Əmrin dərs aldığı tanınmış qiraət ustadların-
dan Məkkə qariləri olan Mucahid ibn Cəbər, Səid ibn Cubeyr, Əkrəmə ibn Xalid, Əta 
ibn Əbi Riyah, İbn Kəsir, İbn Muhəysin və Həmid ibn Qeysin, Mədinə qariləri olan 
Əbu Cəfər Yezid ibn Qə`qa və Şeybə ibn Nəssahın, Bəsrə qariləri olan Həsən Bəsri və 
Yəhya ibn Yə`mərin adını çəkmək olar. Əbu Əmr tez bir zamanda Bəsrə qarilərinin 
hörmətini qazandı və qarilərin rəisi kimi tanındı. O dövrün tanınmış şairi Fərəzdəq, 
Əbu Əmr ilə görüşdükdə onun elminin heyranı olmuş və bir şeirdə onu mədh etmiş-
dir. Əbu Əmr öz qiraətində mümkün qədər kəlmənin “təshil” və “təxfif”inə riayət 
etmiş və qiraəti çətinləşdirməkdən çəkinmişdir. Əbu Əmrin qiraətinin daha bir bariz 
xüsusiyyəti “mutəqaribeyn idğamı”na önəm verməsidir. Məsələn, “ﺩ” hərfinin “ﺹ” 
hərfində idğamı: “ٍﻕْﺪﱢﺻ ِﺪَﻌْﻘَﻣ”. Yaxud “ﻙ” hərfinin “ﻕ” hərfində idğamı: “ﺍًﺮﻳِﺪﱠﻗ ﻚﱡﺑَﺭ”.
Əbu Əmrin qiraəti ilə “yeddi qari”dən olan digər qarilərin qiraətini müqayisə 
etdikdə, onunla ustadı İbn Kəsir Məkkinin qiraəti arasında böyük oxşarlığın ol-
duğu görünür.
Əbu Əmrin şagirdləri arasında Əbu Məhəmməd Yəhya ibn Mubarək Yəzidi – 
belə ki, Əbu Məhəmməd “on dörd qari”dən biridir – onun qiraətini gələcək nəsilə 
ötürən əsas şəxs olmuşdur. Əbu Əmrin qiraətinin iki əsas ravisi – Həfs ibn Əmr 
Duri və Əbu Şueyb Saleh ibn Ziyad Susi – Yəzidinin şagirdlərindən olmuşlar.
Əbu Əmrin qiraəti Bəsrədən əlavə - belə ki, onun qiraəti Bəsrədə əsas qiraət idi 
– hicri üçüncü və dördüncü əsrlərdə Bağdadda və digər elm şəhərlərində diqqət 
mərkəzində olan qiraətlərdən olmuşdur.
2
1
  Mənahilul-irfan, c.1, s.459.
2
  Böyük İslam ensiklopediyası, c.6, s.64-66.


189
5. Həmzə: Əbul-Həsən Həmzə ibn Həbib ibn Əmmarə ibn İsmail Kufi Təmimi 
(hicri 80-156-cı illər) “yeddi qari”dən biridir. O, Kufə qarilərinin “dördüncü 
mərtəbə”sində  qərar tutmuş  və böyük fəqihlərdən biri olmuşdur. Qiraəti “ərz” 
yolu Suleyman Ə`məş və Həmran ibn Ə`yəndən təlim almışdır. “ət-Təysir vəl-
mustənir” kitabında qeyd edilir ki, o, Quranı İmam Sadiqə (ə) oxumuşdur.
1
 Şeyx 
Tusi də  Həmzəni  İmam Sadiqin (ə) səhabəsi kimi tanıtdırmışdır.  İbn Nədim, 
Həmzənin “əl-Qiraət” kitabının adını çəkdikdən sonra qeyd edir ki, Həmzə İmam 
Sadiqin (ə) səhabəsi olmuşdur.
2
 Abdullah İcli deyir: “Əbu Hənifə Həmzəyə dedi: 
“Sən iki işdə bizdən üstünsən və bu iki işdə bizim səninlə mübahisə etməyə 
səlahiyyətimiz çatmaz: biri Quranda və digəri fərizə və ehkamda.”” Sufyan Suri 
deyir: “Quranda və ehkamda Həmzə hamıdan üstün idi.”
Baxmayaraq ki, azlıq təşkil edən bəzi fərdlər ondan irad tutmağa çalışmışlar, 
amma Quranın qiraətində onun yüksək məqamını görməzdən gəlmək mümkün 
deyildir. Əbu Abdullah Zəncani onun barəsində deyir: “O, imam və huccət, eti-
barlı  və  bəsirətli  şəxs, fərizələri və ehkamı bilən,  ərəb dili alimi, hədis hafizi, 
zahid, xüşu əhli, qane və bənzərsiz idi.”
3
Quranın qiraətində Həmzənin ustadlarının silsiləsi belə qeyd edilmişdir:
Həmzə ibn Həbib → Əbu Məhəmməd Suleyman ibn Mehran Ə`məş → Yəhya 
ibn Vəsab → Zərr ibn Hubeyş → Əli ibn Əbu Talib (ə) → Həzrət Peyğəmbər (s)
Həmzə ibn Həbib → Əbu Məhəmməd Suleyman ibn Mehran Ə`məş → Yəhya 
ibn Vəsab → Zərr ibn Hubeyş → Osman Əffan → Həzrət Peyğəmbər (s)
Həmzə ibn Həbib → Əbu Məhəmməd Suleyman ibn Mehran Ə`məş → Yəhya 
ibn Vəsab → Zərr ibn Hubeyş → İbn Məs`ud → Həzrət Peyğəmbər (s)
Həmzənin əsas şagirdi Suləym ibn Hənəfi Kufidir (v.t: 188-ci il) və Həmzənin 
qiraətini o, digərlərinə ötürmüşdür. Həmzənin qiraətinin iki əsas ravisi – Xələf ibn 
Hişam (v.t: 229-cu il) və Əbu İsa Xəllad ibn Xalid (v.t: 220-ci il) onun qiraətini 
vasitə ilə Suləym ibn İsa Hənəfi Kufidən təlim almışlar.
6. Nafe: Kunyəsi “Əbu Ruveym” olan Nafe ibn Əbdurrəhman ibn Əbi Nəim 
Mədəni (h.q. 70-169-cu il) İsfahan şəhərində dünyaya gəlmişdir. O, qiraəti Əbu 
Cəfər Qaridən və tabeindən olan yeddi qaridən təlim almışdır. 
Şiə “rical” kitablarında Nafenin adı qeyd edilməmişdir. Lakin İbn Müca-
hid “yeddi qiraət”i toplayarkən birinci onun qiraətindən başlamışdır. Bir çox 
tədqiqatçılar müxtəlif ifadələrlə onun qiraətini tərifləmiş  və etibarlı bir qiraət 
olaraq tanıtdırmışlar. Bir dəstə tədqiqatçı isə Nafenin etibarlı bir ravi olmadığını 
qeyd etmişlər. Mədinədə qiraət imamlığı ona gedib çatır.
4

 “əl-Bəyan”, s.136.
2
  Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.328.
3
  Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.329-330.
4
  Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.313-314.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə