Quran elmleri dersliyi indd


ç) Kəraşinin (v.t: 680-cı il) meyarı



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə66/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   110

193
ç) Kəraşinin (v.t: 680-cı il) meyarı:
1- Qiraətin sənədi düzgün olmalıdır;
2- Ərəb dili qaydalarına müvafiq olmalıdır;
3- Osmani mushəfin yazı xəttinə müvafiq olmalıdır.
d) İbn Cəzrinin (v.t: 833-cü il) meyarı:
1- Qiraətin sənədi düzgün olmalıdır;
2- Ərəb dili qaydalarına “ümumilikdə” müvafiq olmalıdır (hətta ən zəif nəzərə 
müvafiq olsa belə);
3- Osmani mushəfin xəttinə müvafiq olmalıdır, hətta əgər fərzi və ehtimali olsa 
belə.
1
İbn Cəzri bu üç meyarı və şərti qeyd etdikdən sonra yazır:
“Bu üç şərtə malik olan qiraət səhih və düzgün qiraətdir, onu rədd və inkar 
etmək caiz deyildir (buna icazə verilmir). Belə bir qiraət “əhrufu-səb`ə”dəndir, 
hansı ki, Quran həmin qiraətlə nazil olmuşdur. Camaata da bu qiraəti qəbul etmək 
vacibdir, indi bu qiraət istər “yeddi qari”nin, istər “on qari”nin, istərsə də “on dörd” 
qarinin qiraəti olmuş olsun. Bu üç şərtdən birinə  xələl gəldikdə, qiraət “şazz”, 
“zəif” və ya “batil” hesab olunur, indi bu qiraət istər “yeddi qari”nin qiraəti olmuş 
olsun, istərsə də onlardan da üstün qarilərin qiraətləri olmuş olsun.”
İbn Cəzri sözünün davamında yazır:
“Keçmiş  və müasir tədqiqatçı alimlər də sadalanan bu meyarları  və  şərtləri 
qəbul etmişlər. İmam Əbu Əmr Osman ibn Səid Dani bu meyarları təsdiqləmiş, 
İmam Əbu Məhəmməd Məkki ibn Əbu Talib dəfələrlə bu meyarlara toxunmuşdur. 
Başqa qiraət imamları da, o cümlədən, Əhməd ibn Əmmar Məhdəvi və Əbu Şamə 
də bu mətləbi doğru hesab etmişləş və keçmiş alimlərdən heç biri sözükeçən bu 
üç meyara etiraz bildirməmişlər.”
2
İbn Cəzrinin səhih qiraət üçün qeyd etdiyi meyarlar və şərtlər ondan əvvəlki 
alimlərin qeyd etdikləri meyarlarla müqayisədə vüsətli dairəni  əhatə edir. Bu 
səbəbdən  əhli-sünnə alimlərinin  əksəriyyəti onun nəzərini qəbul etdilər. Siyuti 
“əl-İtqan” əsərində yazır: “Bu mövzuda ən üstün nəzər qarilərin imamı və bizim 
ustadların ustadı Əbul-Xeyir ibn Cəzrinindir...”
3
Zərqani “Mənahilul-irfan” və Subhi Saleh “Məbahisun fi Ulumil-Quran” 
əsərində
4
 İbn Cəzrinin nəzərini qəbul etdiklərini yazmışlar.
İbn Cəzrinin səhih qiraət üçün qeyd etdiyi meyarlar və şərtlərə diqqət yetirdikdə 
əldə edirik ki, o, Osmani mushəflərdən birinin xəttinə müvafiq olan qiraəti – hətta 
1
  “Tarix-e qiraat-e Qurani-Kərim”, s.143-144.
2
  “ən-Nəşru fil-qiraa l-əşr”, c.1, s.9.

 “əl-İtqan”, c.1, s.236.

 “əl-İtqan”, c.1, s.255.


194
əgər fərzi və ehtimali olsa belə - və eləcə də, ərəb dilinin qaydalarına müvafiq 
olan qiraəti – hətta əgər bu zəmində söylənilən müxtəlif nəzərlərdən birinə müva-
fiq olsa belə - bir qiraətin səhihliyi üçün yetərli hesab edir.
Zərqani deyir:
“Qiraətin Osmani mushəflərdən birinin xəttinə müvafiq olması dedikdə bu 
nəzərdə tutulur ki, qiraət ən azı bu mushəflərdən birində sabit olmuş olsun. Məsələn, 
İbn Amirin qiraətində “ﺍًﺪَﻟَﻭ ُﷲ َﺬَﺨﱠﺗﺍ ﺍﻮُﻟﺎَﻗ””
1
 ayəsində “ﻭ” hərfe-istinafiyyənin oxun-
maması, həmçinin onun qiraətində “ِﺮﻴِﻨُﻤْﻟﺍ ِﺏﺎَﺘِﻜْﻟﺎِﺑ َﻭ ِﺮُﺑﱡﺰﻟﺎِﺑ”
2
 hər iki ismin əvvəlinə 
“ﺏ” önqoşmasının artıtılması. Bunlar Şam mushəfində sabit idi. 
Yaxud İbn Kəsirin qiraətində Bəqərə surəsinin axırlarında yerləşən “ٍﻞﻴِﺨَﻧ  ْﻦِﻣ ٌﺔﱠﻨَﺟ 
ُﺭﺎَﻬْﻧ ْﻷﺍ ﺎَﻬِﺘ ْﺤَﺗ  ْﻦِﻣ ﻯِﺮْﺠَﺗ ٍﺏﺎَﻨْﻋﺃ َﻭ” ayəsində
3
 “ ْﻦِﻣ” önqoşmasının artırılması, belə ki, bu, 
Məkkə mushəfində mövcud idi.
İbn Cəzrinin işlətdiyi “ﺍًﺮﻳِﺪْﻘَﺗ  ْﻮَﻟ َﻭ” (hətta əgər fərzi və ehtimali olsa belə) ifadədə 
bu məna nəzərdə tutulur ki, qiraət əgər mushəfin xəttinə müvafiqdirsə, bu müva-
fiqlik sərih olmasa belə, yenə də iradı yoxdur. Məsələn, “ِﻦﻳﱢﺪﻟﺍ ِﻡْﻮَﻳ ِﻚِﻟﺎَﻣ” ayəsində 
olduğu kimi. Bu ayədəki “ﻚِﻟﺎَﻣ” sözü Osmani mushəflərin hamısında “əlif” hərfi 
qoyulmadan yazılmışdır. Odur ki, “əlif” hərfinin ixtisara salınaraq bu sözün qiraət 
edilməsi mushəf ilə “təhqiqi müvafiqət”dir, halbuki, bu sözün “əlif” hərfi ilə 
qiraəti mushəf ilə “təqdiri müvafiqət”dir.”
4
İbn Cəzri ikinci meyar – qiraət ərəb dili qaydalarına “ümumilikdə” müvafiq ol-
malıdır – barəsində belə izah verir: “Burada biz bunu nəzərdə tuturuq ki, ərəb di-
linin qaydalarına müvafiq olan qiraət, hətta əgər bu zəmində söylənilən müxtəlif 
nəzərlərdən birinə müvafiq olsa belə, səhih qiraətdir. İndi bu qiraət istər “əfsəh” 
olsun, istərsə də “fəsih” olsun, yaxud istər bu qayda hamılıqla qəbul edilən bir 
qayda olsun, istərsə də barəsində fikirayrılığı olan bir qayda olsun. Əgər qiraət 
geniş yayılan bir qiraətdirsə və qiraət imamları onu səhih sənədlə qəbul ediblərsə
ərəb dili qaydalarında olan belə fikirayrılıqları qiraətə heç bir zərər yetirmir.”
5
İbn Cəzrinin bu izahları istər-istəməz “şazz” və “zəif” qiraətləri də öz əhatəsinə 
alır. Çünki Osmani mushəfin xəttinin xüsusiyyətlərini və ərəb dili qaydalarında 
müxtəlif nəzərləri nəzərə alaraq, deyə bilərik ki, “zəif” qiraətlərin çoxunu hansısa 
bir surətdə Osmani mushəfin xəttinə  və  ərəb dili qaydalarından hansısa birinə 
müvafiq bilmək olar. Belə olduğu təqdirdə, bu üç meyar və şərt öz funksiyasını 
itirəcək və səhih qiraəti qeyri-səhih qiraətdən ayırd etmək üçün bir meyar və ölçü 
ola bilməyəcəkdir. 
1
  Bəqərə surəsi, ayə: 116.

 Fa r surəsi, ayə: 25.

 Bəqərə surəsi, ayə: 266.

 “Mənahilul-irfan”, c.1, s.418-419.

 “ən-Nəşru fil-qiraa l-əşr”, c.1, s.10.


195
“ət-Təmhid” əsərinin müəllifi İbn Cəzrinin bu meyarlarına bir sıra iradlar bil-
dirmişdir. Sonra isə bir qiraətin qəbul edilməsi üçün üç başqa meyar qeyd etmiş-
dir. “ət-Təmhid” əsərinin müəllifinin nəzərinə görə bir qiraətin səhih olma meyarı 
bunlardır: 
1- Qiraət, kəlmənin “maddə”si (məna), “surət”i (vəzn) və “yer”i (cümlə 
tərkibindəki yeri) baxımından müsəlmanlar arasında geniş yayılan səbtə (yazılan 
mushəfə) müvafiq olmalıdır, necə ki, bu, keçmiş və indiki müsəlmanlar arasında 
şərt hesab edilmişdir.
2- Qiraət, ərəb dilinin “əfsəh” (ən fəsahətli) qaydalarına müvafiq olmalıdır.
3- Qiraət, “qəti dəlil” ilə ziddiyyət təşkil etməməlidir: dəlil istər əqli dəlil ol-
sun, istər mütəvatir sünnə olsun, istər sənədi səhih və qiraət imamlarının qəbul 
etdiyi rəvayət olsun.
1
Əslində, bir qiraətin qəbul edilməsi üçün ən əsas meyar onun camaatın qiraəti 
(ﺱﺎﻧ  ﺕءﺍﺮﻗ) ilə - nəsildən-nəsilə ötürülən və elmi irs olan qiraətlə - həmahəng 
olmasıdır. Yuxarıdakı meyarlar və  şərtlər də bu əsas meyarın gerçəkləşməsinə 
zəmin yaradır.
Fəslin əsas mətləbləri:
1.  Əhli-sünnə alimlərinin hamısı  səhih qiraətlərin qeyri-səhih qiraətlərdən 
ayırd edilməsi üçün üç meyar qeyd etmişlər.
2. İbn Cəzrinin nəzərində səhih qiraətin üç meyarı bunlardır: 1- Qiraətin sənədi 
düzgün olmalıdır; 2- Ərəb dili qaydalarına “ümumilikdə” müvafiq olmalıdır (hətta 
ən zəif nəzərə müvafiq olsa belə); 3- Osmani mushəfin xəttinə müvafiq olmalıdır, 
hətta əgər fərzi və ehtimali olsa belə.
3.  İbn Cəzrinin qeyd etdiyi bu meyarlar bir çox “şazz” və “zəif” qiraətləri 
də öz əhatəsinə alır. Belə olduğu təqdirdə, bu meyarlar öz funksiyasını itirir 
və  səhih qiraəti qeyri-səhih qiraətdən ayırd etmək üçün meyar və ölçü hesab 
edilməyəcəkdir.
4. “ət-Təmhid” əsərinin müəllifi səhih qiraət üçün bu üç meyarı qeyd etmişdir: 
1- Qiraət, müsəlmanlar arasında geniş yayılan səbtə (yazılan mushəfə) müvafiq 
olmalıdır; 2- Qiraət, ərəb dilinin “əfsəh” (ən fəsahətli) qaydalarına müvafiq olma-
lıdır; 3- Qiraət, “qəti dəlil” ilə ziddiyyət təşkil etməməlidir: dəlil istər əqli dəlil 
olsun, istər mütəvatir sünnə olsun, istər sənədi səhih və qiraət imamlarının qəbul 
etdiyi rəvayət olsun.
Əslində, bir qiraətin qəbul edilməsi üçün ən əsas meyar onun camaatın qiraəti 
(ﺱﺎﻧ  ﺕءﺍﺮﻗ) ilə - nəsildən-nəsilə ötürülən və elmi irs olan qiraətlə - həmahəng 
1
  “ət-Təmhid”, c.2, s.122-154.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə