Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə69/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   110

203
 ْﻢُﻬُﺒِﺠْﻌُﻳ ُﻝﺎّﻬُﺠْﻟﺍﻭ ،ُﻪَﻧْﻮَﻋْﺮَﻳ ﻻ َﻭ ُﻪَﻧْﻭَﻭْﺮَﻳ ْﻢُﻬَﻓ ،ُﻩَﺩﻭُﺪُﺣ ﺍﻮﻓﱠﺮَﺣ َﻭ ُﻪَﻓﻭُﺮُﺣ ﺍﻮُﻣﺎﻗﺃ  ْﻥﺃ  َﺏﺎﺘِﻜْﻟﺍ ِﻢِﻫِﺬْﺒَﻧ  ْﻦِﻣ  َﻥﺎﻛ َﻭ
  .ِﺔَﻳﺎﻋﱢﺮﻠِﻟ ْﻢُﻬُﻛ ْﺮَﺗ ْﻢُﻬُﻧُﺰﺤَﻳ ُءﺎﻤَﻠُﻌْﻟﺍ َﻭ ِﺔَﻳﺍﻭﱠﺮﻠِﻟ ْﻢُﻬُﻈْﻔِﺣ
“Kitabı arxaya atmalarının nişanəsi bu idi ki, onlar Kitabın hərflərini qoruyub 
saxladılar, amma onun hüdudlarını (mənasını) təhrif etdilər. Onlar Kitabı  nəql 
etdikləri bir halda ona riayət etmirlər. Cahillər heyrətdədirlər ki, onlar Quranın 
mətnini necə  də hifz edirlər. Alimlər isə buna görə  kədər içindədirlər ki, onlar 
Kitaba riayət etmirlər...”
1
 
2- Quranın ləfz təhrifi:
a) Heç bir müsəlman  “təhrifun biz-ziyadə”ni, yəni Qurana kəlmə  və ya 
ayələrin artırıldığını qəbul etməmişdir. Bu növ təhrif şiə və əhli-sünnə tərəfindən 
inkar olunur. 
Bu təhrifin baş vermədiyinə dair əqli dəlil də mövcuddur. Əqli dəlil bun-
dan ibarətdir: Quranın  əzbərlənməsi və  məclis qurularaq qiraət edilməsinə 
müsəlmanların verdikləri böyük əhəmiyyət elə bir vəziyyət yaratmışdı ki, nazil 
olmuş Quran ayələri hamıya tanış və məlum idi. Odur ki, əgər hansısa bir cümlə 
və ya cümlələr Quran ayəsi ünvanında qələmə verilsəydi, bu, hamıya aydın olar 
və hamılıqla inkar edilərdi. Bundan əlavə, Quranın nurani ayələri elə bir misil-
siz fəsahət və gözəlliyə malikdir ki, əgər hansısa bir ayə ən bəlağətli bir xətibin 
xütbəsində yer alsaydı, qaranlıqda işıq saçan çıraq kimi görünürdü. Belə olduğu 
təqdirdə, fərz etmək olarmı ki, Quranda “təhrifun biz-ziyadə” baş vermişdir? 
Ona cümlə və ya cümlələr artırılmış və kimsə də bunu sezməmişdir? 
Əlbəttə, Qurana hərflərin artırılması və ya bəzi hərəkələrin dəyişdirilməsi eh-
timalını kimsə inkar etmir, əksinə, bunu isbat etmək də mümkündür. Lakin bu, 
Quranın toxunulmazlığına xələl gətirmir. 
Amma Qurana söz və ya sözlərin artırılmasına gəlincə, baxmayaraq ki, “va-
hid mushəf”in yaradılmasından qabaq (Osman ibn Əffanın xəlifəliyi dövründə) bu 
məqam, səhabələrin mushəflərində mövcud idi. Hətta bəzi alimlər, o cümlədən, Əbu 
Davud Sicistani səhabələrin mushəfləri arasındakı fərqli məqamları “əl-Məsahif” adlı 
əsərində qeyd etmişdir. Lakin “vahid mushəf” yaradıldıqdan və Quran, müsəlmanlar 
arasında tanınmış olduğu şəkildə yığıldıqdan sonra bu məsələ də ortaya çıxmamışdır.
2
 
b) Təhrifun bin-nəqisə, yəni Qurandan hansısa bir sözün, cümlənin, ayənin və 
ya surənin çıxarılması təhrif mövzusunun əsas bəhsidir. Baxmayaraq ki, bəzi əhli-
sünnə təriqətləri və həmçinin, şiə təriqətlərindən sayılan “Əxbarilər” Quranda bu 
növ təhrifin baş verdiyini qəbul edirlər, amma Cəfəri şiə məzhəbi təhrifin bu növü-
nü də qəti surətdə rədd edir. Bu məsələ növbəti fəsillərdə geniş şəkildə araşdırılır.
1
  “əl-Bəyan fi təfsiril-Quran”, s.227.
2
  “əl-Bəyan fi təfsiril-Quran”, s.199.


204
c)  Əgər surələrin və ayələrin yerinin dəyişdirilməsi təhrifin bir növü hesab 
edilərsə, onda deməliyik ki, bu növ təhrif Qurani-Məciddə baş vermişdir. Çünki 
Quran surələrinin hal-hazırkı ardıcıllığı, surələrin nazil olduğu ardıcıllıq ilə deyil 
və bu məsələni kimsə inkar etmir. Hətta surələrdə bəzi ayələrin tərtibi xüsunun-
da bəzi alimlər bu əqidədədirlər ki, çox nadir hallarda ayələrin yerləşdirilməsi 
səhabələr tərəfindən həyata keçirilmişdir. (Müraciət edin: bu kitabın “Quranın 
yazılması və yığılması” adlı dördüncü hissəsinə.)
Aydın məsələdir ki, surələrin yerinin dəyişdirilməsi Quranın etibarına xələl gətirmir.
Nəticə budur ki, “ləfz təhrifi” qismində təkcə “təhrifun bin-nəqisə” mübahisəli 
məsələdir və bu növ təhrifin baş verib-vermədiyi araşdırılacaqdır.
Fəslin əsas mətləbləri:
1. Qurani-Kərimin müqəddəsliyini (toxunulmazlığını) və etibarlı istinad yeri 
olduğunu isbat etmək etmək üçün bu iki etiqad isbat olunmalı və birgə qəbul olun-
malıdır: 1- Quranın möcüzə olduğu; 2- Quranın təhrifə uğramadığı.
2. Quranın  əvvəlki səmavi kitabların “muhəymin”i ola bilməsi üçün onun 
təhrifə uğramaması əsas şərtdir.
3. Təhrif mövzusu “Quranın tarixi” barədə olan mövzudur, çünki bu hadisə 
yalnız  İslam tarixinin müəyyən bir dönəmində baş verə bilərdi: 1- Həzrət 
Peyğəmbərin (s) vəfatından sonra xəlifə Osmanın dövründə vahid mushəf yara-
dı lanadək olan dönəmdə (hicri otuzuncu ilə  qədər); 2- Bu dövrdən (hicri otu-
zuncu ildən) etibarən hicri dördüncü əsrin əvvəllərində qiraətlərin İbn Mücahid 
tərəfindən yeddi qiraətdə inhisarlaşdırıldığı vaxta qədər olan dönəmdə.
4.  Kəlamı  təhrif etmək onun mənasını  dəyişdirmək, onu düzgün olmayan 
mənada mənalandırmaqdır.
5. “َﻢِﻠَﻜْﻟﺍ  َﻥﻮُﻓﱢﺮَﺤُﻳ” ifadəsi Quranda dörd dəfə işlənmiş və hamısında da “təhrif” 
sözünün lüğəvi mənası (yəni “mənanı dəyişdirmək”) nəzərdə tutulmuşdur. 
6. “Təhrif”in terminoloji mənasında “ləfz təhrifi”, yəni Qurani-Kərimin söz lə-
ri nin  və ayələrinin azaldılması və ya artırılması nəzərdə tutulur. Quranın təhrifə 
uğramadığı mövzusunda “ləfz təhrifi”nin baş verib-vermədiyi araşdırılır.
7. Ləfz təhrifin qisimləri aşağıdakılardır: 
1- Azaltma (təhrifun bin-nəqisə); 
2- Artırma (təhrifun biz-ziyadə); 
3- Ardıcıllığı pozma.
8. Quranda “məna təhrifi”nin və “ardıcıllığı pozma” təhrifinin baş verdiyi ha-
mılıqla qəbul olunur. Necə ki, “təhrifun biz-ziyadə”nin baş vermədiyi hamılıqla 
qəbul olunur. Mübahisəli məsələ təkcə “təhrifun bin-nəqisə”dir.


205
İkinci fəsil
İslam alimlərinin nəzəri
Müsəlmanlar arasında dinin bəzi inancları  və  əməli göstərişləri barədə fiki-
rayrılığı olsa da, lakin Quranın təhrif olunmadığı  məsələsində demək olar ki, 
bütün müsəlmanlar eyni əqidədədirlər. Baxmayaraq ki, şiə “əxbarilər”indən bir 
dəstəsi və bir qrup əhli-sünnə alimi yetərli və  ətraflı araşdırma aparmadan bir 
sıra hədislərin zahirinə aldanıb Quranda “təhrifun bin-nəqisə”nin baş verdiyinə 
inanmışlar, lakin şiə  və sünni alimləri arasında məşhur və  məqbul olan budur 
ki, “təhrifun bin-nəqisə” də Quranda baş verməmişdir. Yəni bizim əlimizdə olan 
bu Quran, Həzrət Məhəmməd peyğəmbərə (s) nazil olan Quranın hamısıdır və 
ondan heç nə azalmamışdır. Keçmiş və müasir böyük şiə alimlərinin nəzərlərinə 
müraciət etmək bu həqiqətə şahidlik edir.
Şeyx Mufiddən sonra şiə  məzhəbinin böyük fəqihi, müfəssiri, mütəkəllimi, 
ədibi və şairi “Seyid Mürtəza və Ələmul-huda” adı ilə tanınan Əbul-Qasım Əli 
ibn Hüseyn Musəvi (vəfat tarixi: h.q. 436-cı il) deyir: 
“Quranın mətninin düzgünlüyü barədə olan məlumat dəqiq və aydındır, böyük 
şəhərlər və hadisələr, ərəbin məşhur kitabları barədə olan məlumatlarımız kimi. 
(Yəni əldə olan sənədlərlə həmin şəhərlərin mövcud olduğunu, həmin hadisələrin 
baş verdiyini, həmin kitabların yazıldığını əminliklə söyləyə bildiyimiz kimi, Qu-
ranın da olduğu kimi və heç bir təhrifə uğramadan bizə gəlib çatdığını söyləyə 
bilərik.) Çünki Qurani-Kərimin nəql edilməsi və əzbərlənməsi üçün o qədər bö-
yük məqsədlər olmuşdur ki, sadalanan bu məqamlar heç bu qədər əhəmiyyət da-
şımamışdır. Axı Quran nüvübbət (peyğəmbərlik) üçün bir möcüzə, habelə, dini 
elmlərin və şəri hökmlərin əxz olunduğu mənbə idi. İslam alimləri onu qorumaq-
da böyük səy göstərmiş, hətta Quranın erabı, qiraəti, hərfləri və ayələri barədə 
olan fikirayrılıqlarını da öyrənmişlər. Belə olduğu təqdirdə, heç mümkündürmü 
ki, onda dəyişiklik və ya azaltma baş vermiş olsun?...”
1
Ustad Məhəmmədhadi Mərifət öz əsərində iyirmidən çox böyük şiə alimi-
nin Quranın təhrif olunmadığına dair nəzərini qeyd etmişdir. Bu alimlərdən bir 
neçəsinin adını çəkirik:
1. Şeyxul-muhəddisin Əbu Cəfər Məhəmməd ibn Əli ibn əl-Huseyn əs-Səduq 
(v.t.: 381 h.q.);
2- Əmidut-taifə Məhəmməd ibn Məhəmməd ibn Numan əl-Mufid (v.t.: 413 h.q.);
3. əş-Şərif əl-Murtəza Əli ibn əl-Huseyn Ələmul-huda (v.t.: 436 h.q.);
1
  “Mədxəlut-təfsir”, s.187.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə