Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə70/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   110

206
4. Şeyxut-taifə Əbu Cəfər Məhəmməd ibn əl-Həsən ət-Tusi (v.t.: 460 h.q.);
5. Əminul-İslam Fəzl ibn əl-Həsən ət-Təbərsi (v.t.: 548 h.q.); 
6. Əllamə Hilli (v.t.: 726 h.q.);
7. Muhəqqiq Ərdəbili (v.t.: 993 h.q.);
8. Şeyx Cəfər Kaşiful-ğita (v.t.: 1228 h.q.);
9. əl-İmam əs-Seyid Şərəfuddin əl-Amuli (v.t.: 1381 h.q.);
10. Əllamə Əmini.
Həmin kitabda müasir dövrün böyük alimləri olan Əllamə  Təbatəbainin
Ayətullah Xoinin və İmam Xomeyninin qəti nəzərləri də qeyd edilmişdir.
1
Böyük şiə mühəddisləri
2
 hamılıqla – ilk böyük mühəddis Şeyx Səduqdan, Şeyx 
Hürr Amuli və Molla Möhsin Feyz Kaşaniyə qədər - Quranın təhrifə uğraması eh-
timalını inkar etmişlər. Əlbəttə, təhrif düşüncəsi “Quranın zahirinin höcciyyətinin 
inkar edilməsi” məqsədilə  səthi düşüncəli və tez inanan əxbarilərin bir dəstəsi 
tərəfindən ortaya atılmışdır. Bu dəstənin bayraqdarı və təhrif düşüncəsini ortaya 
atan Seyid Nemətullah Cəzayiri (h.q. 1050-1112-ci illər) bəzi qəribə və şazz (na-
dir) hədislərə əsaslanmışdır. Onun “əl-Ənvarun-Numaniyyə” adlı kitabı xurafat 
və qəribə hədis və hekayətlərlə doludur. Belə ki, bu hədislərin heç biri şiə qay-
naqlarında mövcud deyildir. Bu kitab təhrif düşüncəsinin əsas mənbəyi olmuş və 
Mirzə Nuri də “Fəslul-xitab” adlı kitabında ona əsaslanmışdır.
3
 
Şeyx Mirzə Nuri və onun “Fəslul-xitab” əsəri
Mərhum Şeyx Mirzə Hüseyn Nuri (h.q.1254-1320) böyük şiə alimi və mühəd-
disidir. O, bir çox əsərlərin, o cümlədən, “Fəslul-xitab fi təhrifi Kitabi-Rəbbil-
ərbab” əsərinin müəllifidir. Bu əsər h.q.1292-ci ildə Nəcəf şəhərində qələmə alın-
mış və h.q.1298-ci ildə çap olunmuşdur.
4
 Bu kitab nəşr edildikdən sonra böyük 
şiə alimlərinin  əksəriyyəti onun nəzərinə qarşı  çıxır və bu nəzərin yanlışlığını 
ortaya qoyan əsərlər yazır. Hacı Nuri öz kitabını müdafiə etmək və Şeyx Mahmud 
Tehraninin “Kəşful-irtiyab ən təhrifil-Kitab” əsərinə cavab vermək məqsədilə fars 
dilində ayrıca bir kitab yazır və orada belə qeyd edir: “Mən razı deyiləm ki, kimsə 
bu kitabı mütaliə etmədən “Fəslul-xitab” əsərini oxusun.”
5
Hacı Nurinin şagirdi olmuş Əllamə Şeyx Ağabozorg Tehrani deyir: “Ustadı-
mız Hacı Nuri ömrünün axırlarında deyirdi: “Mən kitabıma ad qoymaqda səhvə 
yol vermişəm. Yaxşı olardı ki, kitabın adını “Fəslul-xitab fi ədəmi təhrifil-Kitab” 
qoyaydım. Çünki mən orada isbat edirəm ki, dünyada yayılan hazırkı Qurani-
1
  “Siyanətul-Quran minət-təhrif”, s.59-78.

 Hədis raviləri. Müt.
3
  “Siyanətul-Quran minət-təhrif”, s.111-113.

 “Mustədrəkul-vəsail”, c.1, s.50.
5  
Ağabozorg Tehrani, “əz-Zəriə”, c.16, s.231.


207
Şərif bütun surələri, ayələri və cümlələri ilə ilahi vəhydir. Yığıldığı vaxtdan bu 
günə kimi onda heç bir dəyişiklik, artırma və azaltma olmamışdır... Mən kitabın 
bir çox yerlərində öz əqidəmi aydın şəkildə söyləməkdə səhlənkarlıq etmişəm, 
hətta qəflət üzündən əqidəmə zidd danışmışam.”
1
Həqiqət budur ki, “Fəslul-xitab” kitabına heç bir vəchlə bəraət qazandırmaq, 
onu müdafiə etmək mümkün deyildir. Bacarıqlı mühəddis (hədis ravisi) olan Hacı 
Nuri təhlilçi bir tədqiqatçı olmadığı üçün zahirdə “Kitab”ın (Quran) təhrifinə 
dəlalət edən saysız hədislər və rəvayətlərə aldanmış, onları təhlil etmək və araş-
dırmaqda – istər “sihhəti-sudur”, istərsə də “kəlamın dəlaləti və mənası” baxımın-
dan araşdırmaqda – qəflət etmişdir. Quranın təhrifi zəminində onun qeyd etdiyi on 
iki dəlilin heç biri təhrifin isbatı üçün yetərli deyildir.
Burada bu sualı veririk ki, görəsən, bir və ya bir neçə fərdin şəxsi əqidəsini, 
nəzərini bir məzhəbə nisbət vermək, onun adına yazmaq olarmı?! Halbuki, həmin 
məzhəbin böyük alimləri, müfəssirləri və tədqiqatçılarının əksəriyyəti qədimdən 
indiyədək bu əqidəyə qarşı çıxmışlar?!
Bu cür zəif,  əsassız nəzərləri dəstavüz edib şiənin Quranın müqəddəsliyinə 
və uca məqamına olan əqidəsi qarşısında gözlərini və qulaqlarını bağlayanlar, 
görəsən, zəhərli təbliğatları ilə hansı məqsədi güdürlər?
2
Bu gün Quran islami vəhdətin mehvəri və  İslamın qanunnaməsi kimi, öz 
bələdçilik rolunu o vaxt ifa edə bilər ki, onun sənədinin etibarlılığında heç bir 
şübhə olmasın.  Əhli-beyt (ə) məzhəbini zəiflətmək, gözdən salmaq məqsədilə 
Quranın müqəddəsliyinə  xələl gətirən belə yalanları yayanlar bilərəkdən və ya 
bilməyərəkdən Quranın məqamını kiçildirlər.
Fəslin əsas mətləbləri:
1. Böyük şiə mühəddisləri hamılıqla – Şeyx Səduqdan, Molla Möhsin Feyz 
Kaşaniyə qədər - Quranın təhrifə uğradığına dair hər bir ehtimalı inkar etmişlər.
2. Quranın təhrif olunmadığına dair şiə və sünni alimlərinin böyük əksəriyyətinin 
qəti nəzəri müqabilində şiə əxbarilərindən və əhli-sünnədən bir dəstənin Quranın 
təhrif olunduğuna dair nəzəri etina olunacaq bir həddə deyildir.
3. Hicri dördüncü əsrdən indiyədək Quranın təhrif olunmadığına dair böyük 
şiə alimlərinin nəzərinə  rəğmən, Seyid Nemətullah Cəzayirinin “əl-Ənvarun-
Numaniyyə” və Mirza Nurinin “Fəslul-xitab fi təhrifi Kitabi-rəbbil-ərbab” əsəri 
təhrif mövzusu tarixində dönüş nöqtəsi sayılır. Belə ki, bu iki əsərə istinad edilərək 
şiələrə olmazın töhməti vuruldu.       
1  
“Mustədrəkul-vəsail”, c.1, s.50; “əz-Zəriə”, c.16, s.232.
2
  Bu  yazıçılardan biri Ehsan İlahi Zəhirdir. O, “əş-Şiə  vəl-Quran” kitabını Hacı Nurinin “Fəslul-xitab” kitabına 
əsasən yazmış, orada heç bir töhmət və təhqirdən yan keçməmişdir. Bu kitabın dördüncü bölümü belə adlanır:
ﻲﺳﺮﺒّﻄﻟﺍ ﻯﺭﻮﻨﻟﺍ ّﻲﻌﻴﺷ ٍﺙّﺪﺤﻤﻟ ﺏﺎﻄﳋﺍ ﻞﺼﻓ ﺏﺎﺘﻛ ﻦﻣ !ﻥﺁﺮﻘﻟﺍ ﻲﻓ ﻒﻳﺮﺤﺘﻟﺍ ﺕﺎﺒﺛﺇ ﻲﻓ ّﻲﻌﻴﺷ ﺚﻳﺪﺣ  ُﻒﻟﺍ
“Şiə mühəddisi Nuri Təbərsinin “Fəslul-xitab” kitabında Quranın təhrifini isbat edən min hədis”.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə