Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə71/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   110

208
Üçüncü fəsil
Quranın təhrif olunmadığına dair dəlillər
Quranın təhrif olunmadığına dair bir çox dəlillər vardır. Burada həmin dəlil-
lərdən bir neçəsini araşdıracağıq: 
1 - Quran ayələri:
“Biz onu qoruyarıq” ayəsi:
. َﻥﻮُﻈِﻓﺎَﺤَﻟ ُﻪَﻟ ﺎﱠﻧِﺇ َﻭ َﺮْﻛﱢﺬﻟﺍ ﺎَﻨْﻟﱠﺰَﻧ  ُﻦْﺤَﻧ ﺎﱠﻧِﺇ
“Şübhəsiz ki, bu zikri (Quranı) Biz nazil etdik və  şübhəsiz ki, Biz onu 
qoruyarıq.”
1
“Batil ona yol tapa bilməz” ayəsi:
 ...ِﻪِﻔْﻠَﺧ  ْﻦِﻣ ﻻ َﻭ ِﻪْﻳَﺪَﻳ ِﻦْﻴَﺑ  ْﻦِﻣ ُﻞِﻁﺎَﺒْﻟﺍ ِﻪﻴِﺗْﺄَﻳ ﻻ .ٌﺰﻳِﺰَﻋ  ٌﺏﺎَﺘِﻜَﻟ ُﻪﱠﻧِﺇ َﻭ ...
“Həqiqətən o (Quran), “əziz” (möhkəm, yenilməz) bir Kitabdır. Nə öndən, 
nə də arxadan batil ona yol tapa bilməz.”
2
Yuxarıdakı iki ayədə Quranın təhrif olunmadığı aydın şəkildə və təkidlə bu-
yurulur. 
Belə ki, birinci ayədə (“Hicr” surəsinin ayəsində) bir-birinin ardınca “təkid 
amilləri” qərar tutur: ayə “ismi cümlə” formasındadır, cümlədə “innə” ( ّﻥﺇ)
3
 ədatı, 
“zəmiri- munfəsil”
4
 olan “nəhnu” (ﻦﺤﻧ)
5
 və “lam-e təkid” (َﻝ) işlənir.
“Fussilət” surəsinin ayəsində də Quranın təhrif olunmadığı qəti surətdə bəyan edilir. 
“Fussilət” surəsinin 41-ci ayəsində  işlənən “ﺰﻳِﺰَﻋ” (əziz) sözünün kökü, 
“möhkəmlik” mənasını bildirən “ﺕﱠﺰِﻋ” (izzət) sözüdür. Ərəb dilində, kənar amilin 
təsiri altına düşməyən şeyə “ﺰﻳِﺰَﻋ” (əziz) deyilir. 
Ayədə buyurulur ki: “Quran əzizdir.” Yəni Quran, kənar amilin təsiri altı-
na düşməyən möhkəm və nüfuzedilməz bir kitabdır. Sonrakı ayədə (“Fussilət” 
surəsinin 42-ci ayəsi) bu həqiqət izah edilir: “Nə öndən, nə də arxadan batil ona 
yol tapa bilməz.” Yəni batil Qurana əsla yol tapa bilməz və batil müqabilində 
Quran bir müdafiə xüsusiyyətinə malikdir. Belə ki, onun ayə və cümlələri o qədər 
möhkəmdir ki, batil ona nüfuz edə bilmir.
1
  Hicr surəsi, ayə: 9.
2
  Fussilət surəsi, ayə: 41-42.

 Həqiqətən.

 Ayrı işlənən şəxs əvəzliyi.
5
  Biz.


209
Quranda baş verən hansısa dəyişiklik – istər artırma, istərsə  də azaltma – 
“qeyri-Quran”dır. “Qeyri-Quran” isə “batil”dir. 
Deməli, “batil”in Qurana yol tapmaması, “təhrif”in Qurana yol tapmamasıdır. 
Qeyd edək ki, bu ayə həm “təhrifun biz-ziyadə”ni, həm də “təhrifun bin-nəqisə”ni 
rədd edir. 
Əlbəttə, irad tuta bilərlər ki, Quranın təhrif olunmadığını isbat etmək üçün bu 
iki ayəyə o təqdirdə əsaslanmaq olar ki, bunların özü Quran ayələri olmuş olsun. 
Amma haradan məlumdur ki, bu iki ayənin özü təhrif olunmuş ayələrdən deyildir?
Bu iradın cavabında deməliyik:
Birincisi: Quranın təhrif olunduğunu iddia edənlər “təhrifun biz-ziyadə”ni 
qəbul etmirlər. Deməli, “təhrifun biz-ziyadə”nin baş vermədiyi hamılıqla qəbul 
olunur.
İkincisi: “Təhəddi” ayələrindən aydın olur ki, bizim əlimizdə olan Quran “Allah 
tərəfindən nazil olan Quran”dır. Çünki onun bənzərini ortaya qoymaq qeyri-müm-
kündür. Əlbəttə, “təhəddi ayələri” ilə Quranda azaltmanın olmadığını sübut etmək 
olmasa da, lakin artırmanın olmadığını sübut etmək olar. Beləliklə də, sözügedən 
iki ayənin təhrif olunmuş ayələrdən olması ehtimalı aradan qalxır. Daha sonra bu iki 
ayəyə əsasən, Quranda “azaltma təhrifi”nin də olmadığı isbat olunur.
2 - Hədislər: 
a) Sünni və şiə qaynaqlarında nəql olunan mütavatir “Səqəleyn” hədisinə is-
tinad etmək olar.
1
 Söz və ifadələri cüzi fərqlə nəql olunan bu hədisdə 3 mətləb 
bəyan olunur:
1) Həzrət Peyğəmbər (s) buyurur: “Mən sizin aranızda iki böyük əmanət qoyu-
ram: Allahın kitabı və itrətim (Əhli-beytim).
ﻲِﺗَﺮْﺘِﻋ َﻭ ِﷲ  َﺏﺎَﺘِﻛ ِﻦْﻴَﻠَﻘﱠﺜﻟﺍ ُﻢُﻜﻴِﻓ ٌﻙِﺭﺎَﺗ ﻲﱢﻧِﺇ
2) Nə vaxtadək ki, bu ikisindən yapışmısınız (onlara müraciət, istinad 
edəcəksiniz), azmayacaqsınız.
 ﺍﻮﱡﻠِﻀَﺗ  ْﻦَﻟ ﺎَﻤِﻬِﺑ ْﻢُﺘْﻜﱠﺴَﻤَﺗ  ْﻥِﺇ ﺎَﻣ
3) Cənnət hovuzu başında mənimlə görüşənədək onlar bir-birindən ayrılma-
yacaqlar.”
                   َﺽ ْﻮَﺤْﻟﺍ ﱠﻲَﻠَﻋ ﺍَﺩِﺮَﻳ ﻰﱠﺘَﺣ ﺎَﻗِﺮَﺘْﻔَﻳ  ْﻦَﻟ ﺎَﻤُﻬﱠﻧِﺇ َﻭ
Bu hədis Quranın təhrif olunmadığına dair qəti bir sübutdur. Hədisdə ay-
dın  şəkildə bildirilir ki, Quran Qiyamətədək təhrifdən qorunacaqdır.  Əks 
təqdirdə (yəni əgər Quran təhrif olunarsa), nə Qurandan yapışmaq olar, nə 
1
  Əlavə məlumat üçün müraciət edin: “əl-Ğədir”; “Ulumul-Quran indəl-mufəssirin”, c. 1, s. 187-206.


210
də ki itrətdən (Əhli-beyt). Çünki itrət, Qurandan ayrı “müstəqil höccət” kimi 
tanınmır.  Əgər itrət olsa, amma Quran olmasa, bu, itrətin Qurandan ayrılması 
deməkdir. Halbuki, Səqəleyn hədisi bu ikisinin heç vaxt bir-birindən ayrılmaya-
cağını deyir. 
Deməli, Səqəleyn hədisinə istinadən, Quran və itrətin “müstəqil höccət” oldu-
ğuna etiqad bəsləmək – bəzi böyük alimlər tərəfindən qəbul olunsa da
1
 – yanlış 
və qəbuledilməzdır. 
“Kitab” və “sünnə” müəyyən cəhətlərdən bir-birinə bağlı, bir-birinə ehtiyaclı-
dır. Buna görə də əgər bu ikisindən biri təhrif olunaraq aradan gedərsə, digəri də 
aradan gedər. Belə ki, “Siqlun-əkbər” (böyük əmanət) olan Quran, hüdudla-
rının və mənalarının açıqlanmasında “hədis”ə ehtiyaclıdır, baxmayaraq ki, 
Quranın höcciyyəti zatidir. “Siqlun-əsğər” (kiçik əmanət) olan hədislər isə 
özünün etibar və sənədiyyətində Qurana ehtiyaclıdır.
2
 
Həqiqətdə Quran və itrət (Əhli-beyt) yeganələşmiş vahid bir höccətdir. Onlar 
bir-birini tamamlayırlar. Bu səbəbdən də, onların birindən yapışıb digərini kənara 
qoymaq qeyri-məntiqidir. 
Əgər Quran və hədis iki müstəqil höccət kimi tanıtdırılsaydı, bu vaxt onlardan biri 
olmadığı təqdirdə digərindən yapışmaq, ona istinad etmək olardı. Halbuki, Həzrət 
Peyğəmbər (s) buyurub: “Nə qədər ki, bu ikisindən yapışmısınız, azmayacaqsınız. 
Cənnət hovuzu başında mənimlə görüşənədək onlar bir-birindən ayrılmayacaqlar.”
b)  Hədis qaynaqlarımızdakı bir sıra hədislərdə  Məsum  İmamlar (ə) dövrün 
hadisə və fitnələrində Qurana müraciət etməyi bizə tapşırır
3
, Quranı etibarlı, əmin 
bir sığınacaq kimi tanıtdırırlar. 
İndi əgər bir kitabın özü dövranın fitnələrindən amanda qalmayıbsa, görəsən o, 
başqalarını fitnələrə düçar olmaqdan qoruya bilərmi?
c) Quranın təhrif olunmadığına dair başqa bir dəlil Məsum  İmamların (ə) 
buyurduqları bu məzmunda olan hədislərdir: “Sizə çatan hədislərimizi Quranla 
tutuşdurun. Əgər Allahın kitabına uyğun gələrsə, onu götürün (qəbul edin), əks 
təqdirdə, onu kənara atın (inkar edin).”
4
.ُﻩﻭﱡﺩُﺮَﻓ ِﷲ  َﺏﺎﺘِﻛ  َﻒَﻟﺎﺧ ﺎﻣ َﻭ ،ُﻩﻭُﺬُﺨَﻓ ِﷲ  َﺏﺎﺘِﻛ َﻖَﻓﺍَﻭ ﺎَﻣ
Həmçinin buyurmuşlar: “Allahın kitabına uyğun gəlməyən hər bir söz və hədis 
batildir.”
5
. ٌﻑُﺮ ْﺧُﺯ َﻮُﻬَﻓ ِﷲ  َﺏﺎﺘِﻛ ُﻖِﻓﺍﻮُﻳ ﻻ ٍﺚﻳِﺪَﺣ ﱡﻞُﻛ َﻭ
1
  “əl-Bəyan”, s.212.

 Bu barədə bir qədər sonra “üçüncü dəlil”də geniş izah verilir.
3
  “Usuli-kafi”, c.4, s.398, bölüm: “Fəzlul-Quran”.
4
  “Vəsailuş-şiə”, c.18, bölüm: 9, hədis: 19, 29, 35.

 Əvvəlki qaynaq, hədis: 12 və 14.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə