Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə67/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   110

196
olmasıdır. Yuxarıdakı meyarlar və  şərtlər də bu əsas meyarın gerçəkləşməsinə 
zəmin yaradır.
Beşinci hissənin sualları:
1. Quranın qiraətinin keçdiyi mərhələlərdən üçünü qısa şəkildə izah edin.
2.  Nə üçün Quranın qiraətinin beşinci mərhələsi sonrakı dövrlərin qiraətləri 
üzərində həlledici təsir qoymuşdur?
3. Fərqli qiraətlərin ortaya çıxmasının amillərini qeyd edin. Hər bir amil üçün 
nümunə göstərin.
4. Qiraətlərin qeyri-mütəvatir olmasının dəlillərini açıqlayın.
5. Şiələrin nəzərində “əhrufu-səb`ə” hədisləri nə dərəcədə etibarlı hesab edilir?
6. “Əhrufu-səb`ə” hədisləri üçün qeyd edilən mənalardan dördünü açıqlayın. 
Bu mənalardan hansı daha böyük ehtimalla doğru hesab edilə bilər?
7. Qiraətlər arasındakı fərqlərin qisimləri barədə olan nəzərlərdən birini qeyd 
və təhlil edin.
8. Hicri üçüncü ildə qiraətləri bir yerə toplayanlar kimlər olmuşdur?
9. Qiraətlərin inhisarlaşdırlması təklifini kim irəli sürdü və bu təklifdə məqsəd 
nə idi? Hansı amil onun bu işdə uğur qazanmasına səbəb oldu? 
10. Yeddi qarinin adını çəkin və Asimin qiraəti barədə izah verin.
 
Araşdırma üçün suallar:
1. Hicri ikinci əsrin qarilərinin mövqeyi və onların qiraətlər üzərində qoyduq-
ları təsir barədə araşdırma aparın.
2. Hicri dördüncü əsrdə qiraətlərin bir yerə yığılması barədə araşdırma aparın.
3. Nə üçün Quranın qiraətləri zəminində başqaları ilə müqayisədə şiələr daha 
yüksək və əhəmiyyətli mövqeyə sahibdirlər?
4. Quranın qiraətləri barədə qələmə alınan əsərlərin mündəricatını tərtib edin 
və bu əsərləri onların qələmə alındığı tarix etibarilə sıralayın.
5.  Səhih qiraət üçün bir sıra meyarlar qeyd olunmuşdur. Bu barədə sizin 
nəzəriniz nədir?     
              


197
ALT¯NC¯ HŽSS€
QURAN T€HRŽF 
OLUNMAY¯B


198
Altıncı hissə: Quran təhrif olunmayıb
Birinci fəsil: Külliyyat
İkinci fəsil: İslam alimlərinin nəzəri
Üçüncü fəsil: Quranın təhrif olunmadığına dair dəlillər
Dördüncü fəsil: Quranın təhrif olunduğuna etiqad bəsləyənlərin 
dəlilləri
Bu hissədə nəzərdə tutulan hədəflər:
- Təhrif mövzusunun Quranın tarixinə aid mövzular arasında tutduğu 
yer barədə məlumatlanmaq;
- Təhrifin müxtəlif qisimləri ilə tanışlıq;
- Təhrif barədə şiə və sünni alimlərinin nəzəri ilə tanış olmaq;
- Quranın təhrif olunmadığına dair dəlilləri öyrənmək;
- Təhrifə etiqad bəsləyənlərin dəlilləri ilə tanış olmaq. 
Bu hissədə istifadə olunan əsas mənbələr:
əl-Bəyan fi təfsiril-QuranAyətullah Xoi; əl-Mizan fi təfsiril-Quran, 
c. 12, Əllamə  Təbatəbai;  Həqaiqun hammətun həvləl-Quranil-
Kərim,  Seyid Cəfər Murtəza; Siyanətul-Quran minət-təhrif
Məhəmmədhadi Mərifət;  Quranpəjuhi,  Bəhauddin Xurrəmşahi; 
Mədxəlut-təfsir,  Ayətullah Fazil; Ukzubətu təhrifil-Quran,  Rəsul 
Cəfəriyan.
 


199
Birinci fəsil
Külliyyat
Müqəddimə
“Quranın tarixi” barədə olan mövzulardan biri də bu səmavi kitabın təhrifə məruz 
qalmaması mövzusudur. Qurandan əvvəlki səmavi kitablar təhrifə, yəni dəyişikliyə az-
çox məruz qalmış, bu da onların ehtiva etdiyi maarifə etimad və etiqadı sarsıtmışdır. 
Sonuncu ilahi din olan İslam dini, üstün və mükəmməl bir din olub insanın 
həm maddi, həm də mənəvi tərəqqisi və təkamülünü təmin edən qanunları özündə 
ehtiva edir. Bu qanunların ən əsas və əbədi mənbəyi isə Qurani-Kərimdir.
Qurandan  əvvəlki səmavi kitabların təhrifə  məruz qalması bu kitabların 
mənsub olduqları ilahi dinlərin əsaslarına xələl gətirsə də, lakin səmavi kitabla-
rın yenilənməsi, yəni Allah tərəfindən növbəti bir kitabın, şəriətin göndərilməsi 
əvvəlki səmavi kitabda baş vermiş təhrifi və bu təhrifdən qaynaqlanan xəsarətləri 
demək olar ki, aradan qaldıra bilmişdir. Amma görəsən, sonuncu səmavi kitab 
olan Qurani-Kərim özünün enişli-yoxuşlu tarixində bu problemlə üzləşmişdirmi 
və təhrif əli ona da uzanmışdırmı? Yoxsa heç bir “azaltma” və ya “artırma” təh-
ri finə  uğramadan zaman körpüsünü salamatlıqla ötüb keçmiş, bu baxımdan öz 
iftixarlarına daha bir iftixar da əlavə etmişdir?
Qeyd etmək lazımdır ki, Qurani-Kərim özünü əvvəlki səmavi kitabların 
“muhəymin”i, yəni “qoruyan”ı (onların hakimi və şahidi) olaraq tanıtdırır:
.ِﻪْﻴَﻠَﻋ ﺎًﻨِﻤْﻴَﻬُﻣ َﻭ ِﺏﺎَﺘِﻜْﻟﺍ  َﻦِﻣ ِﻪْﻳَﺪَﻳ  َﻦْﻴَﺑ ﺎَﻤِﻟ ﺎًﻗﱢﺪَﺼُﻣ ﱢﻖَﺤْﻟﺎِﺑ  َﺏﺎَﺘِﻜْﻟﺍ َﻚْﻴَﻟِﺇ ﺎَﻨْﻟَﺰْﻧَﺃ َﻭ
“Biz Kitabı (Quranı) sənə haqq olaraq, özündən əvvəlki (səmavi) kitabları 
təsdiq edən və onları qoruyan kimi nazil etdik.”
1
 
Qurani-Kərim isə yalnız “ilahi bir möcüzə” və “təhrif olunmamış səmavi bir 
kitab” olduğu təqdirdə “muhəymin” ola bilər. 
İlahi bir vəhynamə olmaqla yanaşı, İslam peyğəmbərinin (s) “əbədi möcüzəsi” 
olması Qurani-Kərimi digər səmavi kitablardan üstün etmiş, müsəlmanların həya-
tın da  onun  əhəmiyyət və müqəddəsliyini bir neçə qat artırmışdır. Amma görəsən, 
Qurani-Kərimin “etibarlı mənbə və istinad yeri” olduğunu qəbul etmək üçün onun 
“möcüzə” olduğunu isbat etmək kifayət edirmi, yoxsa bunun üçün başqa bir məsə-
lə ni - Qurani-Kərimin təhrifə uğramadığını da isbat etməyə ehtiyac vardır? 

 Maidə surəsi, ayə: 48.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə