Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə65/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   110

190
Nafenin raviləri və şagirdləri arasında onun qiraətini gələcək nəsillərə ötürən 
iki ən məşhur ravi “Qalun” adı ilə tanınan Əbu Musa İsa ibn Mina (v.t: 220-ci 
il) və “Vərş” adı ilə tanınan Osman ibn Səid Misridir (v.t: 197-ci il). Bu iki ravi 
vasitəsiz olaraq qiraəti öz ustadlarından nəql etmişlər.
7. Kəsai:  Əbul-Həsən  Əli ibn Həmzə  Kəsai qiraət imamlarından və “yed-
di qari”dən biridir. Bu məşhur qari və  nəhv ustadı çox vaxt “kisa”, yəni kilim 
geyinərmiş. Onun soykökü İrandandır və  İraq camaatından olmuşdur. Həmzə 
ibn Zəyyatdan sonra o, Kufənin Quran qarilərinin rəisi olmuşdur. İmam Əhməd 
Hənbəl ondan rəvayət edərək demişdir: “Mən Əli ibn Həmzə kimi doğru danı-
şan bir şəxs görməmişəm.” Şafei isə demişdir: “Nəhv elmində alimliyə yüksələn 
bir kəs Kəsainin qabından çörək yemişdir.” Kəsai ilk əvvəl Həmzənin qiraətini 
camaata təlim edirmiş, lakin bir müddətdən sonra özü üçün bir qiraət seçmiş və 
Harunun xilafəti dövründə onu camaata təlim etmişdir.
1
İbn Nədim yazır: “Kəsainin qiraəti hansı yerdə Həmzənin qiraəti ilə fərqlidirsə, 
İbn Əbi Leylinin qiraətinə uyğundur və İbn Əbi Leyli də öz növbəsində Quranı 
Əliyə (ə) oxumuşdur.”
Seyid Həsən Sədr Kəsainin qiraətinin rəvayətlərinin aşağıdan yuxarıya doğru 
silsiləsində altıncı imamdan birinci imama qədər imamların adını çəkmiş, yaz-
mışdır: “Kəsai Quranı Həmzəyə və Həmzə İmam Sadiqə (ə), İmam Sadiq (ə) atası 
İmam Baqirə (ə), o da atası İmam Səccada (ə), o da atası İmam Hüseynə (ə), o da 
atası Əmirəl-mömininə (ə) qiraət etmişdir.”
Şiə mənbələrində olan bir çox sənədlərə istinadən, Kəsai qəbul edilmiş bir 
şəxsiyyətdir. Qarilərin əksəriyyəti Kəsainin qiraətini nəql etmişlər və onların 
arasında iki ravi – Leys ibn Xalid Mərvəzi (v.t: 240-cı il) və Həfs ibn Ömər 
Duri (v.t: 246-cı il) daha məşhurdur. Onlar Kəsainin qiraətini vasitəsiz nəql 
etmişlər.
2
“Yeddi qari” barədə bir neçə diqqətəlayiq məqam:
1. “Yeddi qari” arasında təkcə Əbu Əmr və İbn Amir ərəb olmuşlar.
3
2. Bu qarilərin hamısı hicri ikinci əsrdə yaşamışlar.
3.  Hicri üçüncü əsr boyunca Bəsrə camaatı  Əbu  Əmrin və Yəqub ibn İsha-
qın, Kufə camaatı Həmzənin və Asimin qiraəti ilə Quranı qiraət edirlərmiş. Hicri 
dördüncü əsrin əvvəllərində İbn Mücahid Kəsaini Kufə qarilərindən qərar verib 
Yəqubun adını ixtisara saldı.
4

 Dehxudanın lüğə , c.11.

 Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.235-241.

 “əl-Huccətu fil-qiraa s-səb`ə”, s.61; “əl-Burhan”, növ: 22.
4  
“əl-İtqan”, c.1.


191
4. Quranın qiraətində Kufə şəhərinin qarilərinin daha çox payı olmuşdur. İbn 
Məs`uddan sonra Ubəyy ibn Kə`bin qiraəti Kufə qiraətləri üzərində böyük təsir 
qoydu.
5. Kufəni hər üç qarisi (Asim, Həmzə və Kəsai) şiə alimlərindən və Əhli-beyt 
(ə) dostlarından olmuşlar. Hal-hazırda müsəlmanlar arasında yayılan və Quranın 
rəsmi qiraəti olan “Həfsin rəvayəti ilə Asimin qiraəti” Quranın qiraəti zəminində 
şiənin mövqeyini aydın şəkildə göstərməkdədir.
Fəslin əsas mətləbləri:
1. Hicri üçüncü əsrdə Əbu Ubeyd Qasim ibn Səlam (v.t: 224-cü il), Əhməd 
ibn Cubeyr (v.t: 258-ci il), İsmail ibn İshaq Maliki (v.t:281-ci il), Məhəmməd ibn 
Əhməd ibn Ömər Dacuni (v.t: 314-cü il) və başqaları qiraətləri bir kitabda qeydə 
aldılar.
2. Dördüncü əsrin əvvəllərində Bağdadın böyük qarisi İbn Mücahid qiraətdə 
ictihad qapısını bağladı və o, bu addımı atan ilk şəxs idi. İbn Mücahid beş şəhərdən 
– Mədinə, Məkkə, Kufə, Bəsrə və Şamdan yeddi qiraəti seçib “əs-Səb`ə” adlı ki-
tabında qeydə aldı.
3. İbn Mücahidin zirənglik göstərərək Osmani mushəflərin sayına və “əhrufu-
səb`ə” hədisinə uyğun olaraq məhz yeddi qiraət seçməsi, onun bu seçiminə xü-
susi bir müqəddəslik bəxş etdi. Belə ki, camaat digər qiraətləri kənara qoyub bu 
qiraətlərə üz tutdu.
4. Baxmayaraq ki, İbn Mücahidin bəzi müasirləri ona etiraz mövqeyindən çı-
xış etdilər, amma ondan sonra bir çox alimlər onun bu addımının tərəfdarları ün-
vanında “yeddi qiraət” barəsində bir sıra əsərlər qələmə aldılar.
5. “Yeddi qari” bunlardır: İbn Amir, İbn Kəsir, Asim, Əbu Əmr, Həmzə, Nafe, 
Kəsai.
6. Asim, Həmzə və Kəsai Kufə qiraətinin imamları olub şiə inancında idilər.
7.  Hal-hazırda müsəlmanlar arasında yayılan qiraət Həfsin Asimdən nəql 
etdiyi qiraətdir. Bu isə Quranın qiraətində  şiənin mövqeyini aydın  şəkildə 
göstərməkdədir.


192
Beşinci fəsil
Qiraətlərin qəbul edilmə meyarları
Bildiyiniz kimi, (istər “yeddi qari”, istərsə də başqa) qarilərin qiraətləri ara-
sında elə qiraətlər vardır ki, qəbul edilməmişdir. Baxmayaraq ki, bəzi qarilər 
tanınmış elmi şəxsiyyətlər olmuşlar, amma onların qiraətləri mütləq  şəkildə 
qəbul edilməmişdir. Burada belə bir sual ortaya çıxır ki, gərəsən bir qiraəti 
dəyərləndirmək üçün hansısa bir meyar və ya meyarlar vardırmı? Belə ki, bu me-
yarla üst-üstə düşən qiraət qəbul edilsin, əks təqdirdə isə inkar edilsin.
Quran tədqiqatçıları hamılıqla bu suala müsbət cavab vermiş və müəyyən me-
yarlar tanıtdırmışlar. Biz burada Dr. Əbdul-Hadi Fəzlinin “Tarix-e qiraat-e Qu-
ran” əsərinə istinadən, Quran tədqiqatçılarının tanıtdırdıqları meyarları nəzərinizə 
çatdırırıq.
Ən qədim meyar İbn Mücahidin meyarıdır və ondan sonra bir sıra alimlər, o 
cümlədən, İbn Xaləvəyh, Məkki ibn Əbu Talib, Kəraşi və İbn Cəzri bir sıra me-
yarlar qeyd etmişlər. 
a) İbn Mücahidin (v.t: 324-cü il) meyarı:
1- Qari elə şəxsiyyətlərdən olmalıdır ki, onun qiraəti yaşadığı bölgənin cama-
atı tərəfindən hamılıqla qəbul edilir;
2- Qarinin yaşadığı bölgənin camaatının onun qiraəti barəsində nəzəri, qiraətdə 
və ərəb dili qaydalarında qarinin dərin elminə dayanmalıdır.
b) İbn Xaləvəyhin (v.t: 370-ci il) meyarı:
1- Qiraət, Osmani mushəfin yazı xəttinə müvafiq olmalıdır;
2- Ərəb dilinin qaydalarına müvafiq olmalıdır;
3- Nəsildən-nəsilə ötürülən və etibarlı sənədi olan rəvayət olmalıdır.
c) Məkki ibn Əbu Talibin (v.t: 437-ci il) meyarı:
1- Qiraət, ərəb dili qaydaları baxımından qüvvətli nəzərə və tərcih edilən qay-
daya müvafiq olmalıdır;
2- Osmani mushəfin yazı xəttinə müvafiq olmalıdır;
3- Qarinin yaşadığı bölgənin camaatı onun qiraətini qəbul edərək Quranı onun 
qiraəti ilə oxumuş olsunlar.
1

  “əl-Əbanə  ən məanil-qiraat” kitabında Məkki ibn Əbu Talibdən qeyd edilən meyarlar, bu əsərdə qeyd 
edilən meyarlardan fərqlidir. 


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə