Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə62/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   110

183
etmək və təsbitləşdirməklə məşğul oldular. Böyük nəhv alimi Əbu Əli Farsi (v.t: 
377-ci il) İbn Mücahidin “əl-Qiraatis-səb`ə” adlı əsərinə “əl-Huccətu fil-qiraatis-
səb`ə” adlı şərh yazdı. Əbu Əli Farsidən sonra İbn Mücahidin şagirdlərindən olan 
İbn Xaləvəhy (v.t: 370-ci il) Əbu Əli ilə rəqabət aparıb eyni adlı əsər qələmə aldı. 
“Yeddi qiraət”i bəyan etmək və əsaslandırmaq istiqamətində başlanan yarış hicri 
beşinci əsrdə də davam etdi. Əbu Məhəmməd Məkki ibn Əbu Talib (hicri 355-
437-ci illər) hicri-qəməri 424-cü ildə  “əl-Kəşfu  ən vucuhil-qiraatis-səb`ə” adlı 
əsərini yazdı. Bu əsər  Əbu  Əli Farsinin “əl-Huccə”  əsəri  əsasında yazılmışdır. 
Məkki özü qeyd edir ki, o, “əl-Kəşf”  əsərindən qabaq hicri-qəməri 391-ci ildə 
“yeddi qiraət” barəsində kiçik həcmli bir kitab yazmışdır.
1
Əbu Əmr Dani (v.t: 444-cü il) “yeddi qiraət” barəsində ən yaxşı əsər hesab 
olunan “ət-Təysir”  əsərini qələmə almışdır və  Şatibi də onu nəzmə  çəkmişdir 
(Şatibiyyə). “Şatibiyyə”  əsəri “ət-Təysir”dən də çox şöhrət qazandı. Bütün bu 
əsərlər “yeddi qiraət”i dəlil-sübutla əsaslandırmaq məqsədilə qələmə alınmışdır.
Tədricən bəziləri, o cümlədən, Əbul-Fəth Osman ibn Cunəyy (v.t: 392-ci il) 
“şazz qiraət”ləri əsaslandırmaqdan ötrü əsər qələmə almağı qarşıya məqsəd qoy-
dular.  İbn Cunəyyin qələmə aldığı  “əl-Muhtəsəb fi təvcihil-qiraatiş-şazz” adlı 
əsəri – belə ki, bəziləri bu əsəri “şazz qiraətlər” barəsində yazılan ən yaxşı əsər 
hesab edirlər – bu məqsədi izləyirdi.
Yeddi qari
Qeyd edildi ki, İbn Mücahid Mədinə, Məkkə, Bəsrə və Şam şəhərlərinin hər 
birindən bir qari, Kufədən isə üç qari seçdi. Seçilən bu qarilər hicri ikinci əsrin 
qarilərindən idilər. Hicri ikinci əsrdə bu yeddi qari arasında axırıncı dünyasını 
dəyişən  şəxs Kəsai idi və o, hicri-qəməri 189-cu ildə  vəfat etmişdir. Beləliklə
onların qiraətlərini şagirdləri (vasitə ilə və ya vasitə olmadan) nəql edirdilər. 
İbn Mücahidin bu işdə əsas meyarlarından biri də bu oldu ki, o, bu qarilərin 
şagirdləri və raviləri arasından yalnız iki ravini seçdi və öz kitabında bu iki ravi-
nin öz ustadının qiraətindən olan rəvayətini qeyd etdi. Bu isə bais oldu ki, digər 
şagirdlərin rəvayəti tədricən unudulsun. İbn Mücahiddən sonra bu yeddi qarinin 
sırasına üç başqa qarini daxil edən və qarilərin sayını 10-a çatdıran kəslər, yaxud 
bu on qarinin sırasına daha dörd qarini daxil edib qarilərin sayını 14-ə çatdıran 
kəslər də İbn Mücahid kimi hər qari üçün iki ravi qeyd etməklə kifayətləndilər.
Biz iki cədvəldə yeddi qari və on qari və onların ravilərinin adlarını qeyd edir, 
sonra onların tərcümeyi-halını qısaca nəzərinizə çatdıracağıq. 
1
  “əl-Əbanə ən məanil-qiraat” əsərinin müqəddiməsi, s.18; “əl-Kəşfu ən vucuhil-qiraat”, s.3.


184
Yeddi qari və onların raviləri
Say
Qarilərin 
adı
Doğum 
və vəfat 
tarixi
Qiraət 
imamlığı
Birinci 
ravi
Doğum 
və vəfat 
tarixi
İkinci 
ravi
Doğum 
və vəfat 
tarixi
Qeydlər
1
İbn Amir
21-118
Şam
Hişam ibn 
Əmmar
153-245
İbn 
Zəkəvan
173-242
Hər iki ravi vasitə 
ilə qiraəti nəql 
etmişlər.
2
İbn Kəsir
25-120
Məkkə
Bəzzi
170-250
Qunbul
195-291
Hər iki ravi vasitə 
ilə qiraəti nəql 
etmişlər.
3
Asim
76-127 
və ya
128
Kufə
Həfs
90-180
Şu`bə
95-193
Hər iki ravi 
vasitəsiz qiraəti 
nəql etmişlər.
4
Əbu Əmr
68-154
Bəsrə
əd-Dəvri
246 (vəfat 
tarixi)
əs-Susi
261 (vəfat 
tarixi)
Hər iki ravi vasitə 
ilə qiraəti nəql 
etmişlər.
5
Həmzə
80-156
Kufə
Xələf ibn 
Hişam
229 (vəfat 
tarixi)
Xəllad ibn 
Xalid
220 (vəfat 
tarixi)
Hər iki ravi vasitə 
ilə qiraəti nəql 
etmişlər.
6
Nafi
70-169
Mədinə
Qalun
220 (vəfat 
tarixi)
Vərş
197 (vəfat 
tarixi)
Hər iki ravi 
vasitəsiz qiraəti 
nəql etmişlər.
7
Kəsai
189 (vəfat 
tarixi)
Kufə
Leys ibn 
Xalid
240 (vəfat 
tarixi)
əd-Dəvri
246 (vəfat 
tarixi)
Hər iki ravi 
vasitəsiz qiraəti 
nəql etmişlər.
On qari və onların raviləri
Say
Qarilərin 
adı
Vəfat tarixi
Qiraət 
imamlığı
Birinci ravi
Vəfat tarixi
İkinci ravi
Vəfat tarixi
8
Yezid ibn 
Qə`qa
130 Bağdad
İbn Vərdan
160
İbn Cəmmaz
170
9
Yəqub ibn 
İshaq
205
Bəsrə
Rəvh ibn 
Əbdul-
Mumin
234
Ruvəys
238
10
Xələf ibn 
Hişam
229
Mədinə
İshaq ibn 
İbrahim
286
İdris ibn 
Əbdul-Kərim
292


185
Azad mütaliə
Yeddi qarinin tərcümeyi-halı
1. İbn Amir: Əbu İmran Abdullah ibn Amir ibn Yəzid Yəhsubi “Şam” qarisi 
olub “yeddi qari”dən biridir. Onun soyu Yəmən qəbilələrindən olan “Yəhsub” 
qəbiləsinə çatır və qeyd edilmişdir ki, “yeddi qari” arasında təkcə o və Əbu Əmr 
ibn Əla ərəb soyundandır. Mənbələrə istinadən, İbn Amir qiraəti Muğeyrə ibn Əbi 
Şəhab Məxzumidən və Muğeyrə  də Osmandan təlim almışdır.  Şam ləhcəsinin 
İbn Amirin qiraətində  nə  qədər təsir qoyduğu barədə  əminliklə  bəhs etmək ol-
mur, lakin bəzi kəlmə və ifadələrin qiraətində, o cümlədən, “ َﺖَﺑَﺍ ﺎَﻳ” kəlməsində 
“ﺕ” hərfinin “fəthəli” oxunmasında, yaxud “vəsl” zamanı  “ﺎﱠﻨِﻜٰﻟ” sözündə “əlif” 
hərfinin saxlanılmasında (yəni tələffüz edilməsi) Şam ləhcəsinin təsiri olduğunu 
da inkar etmək olmur. “Təf`il” babının “sulasi mucərrəd”ə, felin “məlum” forma-
sının “məchul” formasına, indiki zamanı bildirən “ﺕ” hərfinin “ﻱ” hərfinə tərcih 
verilməsi İbn Amirin qiraətinin səciyyəvi xüsusiyyətidir və demək olar ki, istisna 
hallar olduqca azdır. Odur ki, bir qayda üzrə qiraət etmək etibarilə İbn Amirin 
qiraəti “qaydalı qiraət” hesab edilir və onun bəzi tərəfdarları bu cəhəti özlərinə 
bir iftixar hesab etmişlər. İbn Amirin ən mühüm şagirdi – belə ki, o, İbn Amirin 
qiraətini gələcək nəsilə ötürən əsas şəxs olmuşdur – Yəhya ibn Haris Zimaridir. 
İbn Amirin qiraətinin hər iki məşhur ravisi Hişam ibn Əmmar və İbn Zəkəvan, 
İbn Amirin qiraətini “bir vasitə ilə” Yəhyadan təlim almışlar. İbn Amirin qiraəti 
dördüncü əsrin birinci yarısında təkcə bütün Şamda deyil, ərəb yarımadasında da 
geniş yayılmışdı və Misirdə də az-çox istifadə edilirdi.
1
2. İbn Kəsir: Əbu Mə`bəd Abdullah ibn Kəsir Dari “Məkkə” qarisi olub “yed-
di qari”dən biridir. Məkkə camaatı ətir satana “dari” və ya “darani” deyirdilər. İbn 
Kəsir də bir müddət bu işlə məşğul olduğuna görə “Dari” ləqəbi ilə tanınırdı. İbn 
Kəsir Məkkədə dünyaya gəlmiş və Məkkədə də vəfat etmişdir. O, qiraəti “ərz” yolu 
ilə (ustadın yanında qiraət etmək və ustada təqdim etmək) səhabə Abdullah ibn 
Saib, Mücahid və Dərbasdan (İbn Abbasın mövlası) təlim almışdır. İbn Kəsir bəzi 
ayələrin qiraətində Məkkə mushəfinə – belə ki, Məkkə mushəfi ilə digər mushəflər 
arasında müəyyən fərqlər var idi – tebe idi. İbn Kəsirin qiraətinə hakim bəzi qayda-
lar, o cümlədən, həmzənin təxfifi və təshili (etidal həddində), imalədən çəkinmək, 
eynul-felin kəsrəli oxunması ( ُﺐِﺴ ْﺤَﻳ) Məkkə ləhcəsinin təsirinin əlamətidir. Böyük 
ehtimalla, digər xüsusiyyətlər də, o cümlədən, mutəqaribeyn idğamında “dəl” və 
1
  Böyük İslam ensiklopediyası, c.4, s.175-176.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə