183
etmək və təsbitləşdirməklə məşğul oldular. Böyük nəhv alimi Əbu Əli Farsi (v.t:
377-ci il) İbn Mücahidin “əl-Qiraatis-səb`ə” adlı əsərinə “əl-Huccətu
fil-qiraatis-
səb`ə” adlı şərh yazdı. Əbu Əli Farsidən sonra İbn Mücahidin şagirdlərindən olan
İbn Xaləvəhy (v.t: 370-ci il) Əbu Əli ilə rəqabət aparıb eyni adlı əsər qələmə aldı.
“Yeddi qiraət”i bəyan etmək və əsaslandırmaq istiqamətində başlanan yarış hicri
beşinci əsrdə də davam etdi. Əbu Məhəmməd Məkki ibn Əbu Talib (hicri 355-
437-ci illər) hicri-qəməri 424-cü ildə “əl-Kəşfu ən vucuhil-qiraatis-səb`ə” adlı
əsərini yazdı. Bu əsər Əbu Əli Farsinin “əl-Huccə” əsəri əsasında yazılmışdır.
Məkki özü qeyd edir ki, o, “əl-Kəşf” əsərindən qabaq hicri-qəməri 391-ci ildə
“yeddi qiraət” barəsində kiçik həcmli bir kitab yazmışdır.
1
Əbu Əmr Dani (v.t: 444-cü il) “yeddi qiraət” barəsində ən yaxşı əsər hesab
olunan “ət-Təysir” əsərini qələmə almışdır və Şatibi də onu nəzmə çəkmişdir
(Şatibiyyə). “Şatibiyyə” əsəri “ət-Təysir”dən də çox şöhrət qazandı. Bütün bu
əsərlər “yeddi qiraət”i dəlil-sübutla əsaslandırmaq məqsədilə qələmə alınmışdır.
Tədricən bəziləri,
o cümlədən, Əbul-Fəth Osman ibn Cunəyy (v.t: 392-ci il)
“şazz qiraət”ləri əsaslandırmaqdan ötrü əsər qələmə almağı qarşıya
məqsəd qoy-
dular. İbn Cunəyyin qələmə aldığı “əl-Muhtəsəb fi təvcihil-qiraatiş-şazz” adlı
əsəri – belə ki, bəziləri bu əsəri “şazz qiraətlər” barəsində yazılan ən yaxşı əsər
hesab edirlər – bu məqsədi izləyirdi.
Yeddi qari
Qeyd edildi ki, İbn Mücahid Mədinə, Məkkə, Bəsrə və Şam şəhərlərinin hər
birindən bir qari, Kufədən isə üç qari seçdi. Seçilən bu qarilər hicri ikinci əsrin
qarilərindən idilər. Hicri ikinci əsrdə bu yeddi qari arasında axırıncı dünyasını
dəyişən şəxs Kəsai idi və o, hicri-qəməri 189-cu ildə vəfat etmişdir.
Beləliklə,
onların qiraətlərini şagirdləri (vasitə ilə və ya vasitə olmadan) nəql edirdilər.
İbn Mücahidin bu işdə əsas meyarlarından biri də bu oldu ki, o, bu qarilərin
şagirdləri və raviləri arasından yalnız iki ravini seçdi və öz kitabında bu iki ravi-
nin öz ustadının qiraətindən olan rəvayətini qeyd etdi. Bu isə bais oldu ki, digər
şagirdlərin rəvayəti tədricən unudulsun. İbn Mücahiddən sonra bu yeddi qarinin
sırasına üç başqa qarini daxil edən və qarilərin sayını 10-a çatdıran kəslər, yaxud
bu on qarinin sırasına daha dörd qarini daxil edib qarilərin sayını 14-ə çatdıran
kəslər də İbn Mücahid kimi hər qari üçün iki ravi qeyd etməklə kifayətləndilər.
Biz iki cədvəldə yeddi qari və on qari və onların ravilərinin adlarını qeyd edir,
sonra onların tərcümeyi-halını qısaca nəzərinizə çatdıracağıq.
1
“əl-Əbanə ən məanil-qiraat” əsərinin
müqəddiməsi, s.18; “əl-Kəşfu ən vucuhil-qiraat”, s.3.
185
Azad mütaliə
Yeddi qarinin tərcümeyi-halı
1. İbn Amir: Əbu İmran Abdullah ibn Amir ibn Yəzid Yəhsubi “Şam” qarisi
olub “yeddi qari”dən biridir. Onun soyu Yəmən qəbilələrindən olan “Yəhsub”
qəbiləsinə çatır
və qeyd edilmişdir ki, “yeddi qari” arasında təkcə o və Əbu Əmr
ibn Əla ərəb soyundandır. Mənbələrə istinadən, İbn Amir qiraəti Muğeyrə ibn Əbi
Şəhab Məxzumidən və Muğeyrə də Osmandan təlim almışdır. Şam ləhcəsinin
İbn Amirin qiraətində nə qədər təsir qoyduğu barədə əminliklə bəhs etmək ol-
mur, lakin bəzi kəlmə və ifadələrin qiraətində, o cümlədən, “ َﺖَﺑَﺍ ﺎَﻳ” kəlməsində
“ﺕ” hərfinin “fəthəli” oxunmasında, yaxud “vəsl” zamanı “ﺎﱠﻨِﻜٰﻟ” sözündə “əlif”
hərfinin saxlanılmasında (yəni tələffüz edilməsi) Şam ləhcəsinin təsiri olduğunu
da inkar etmək olmur. “Təf`il” babının “sulasi mucərrəd”ə, felin “məlum” forma-
sının “məchul” formasına, indiki zamanı bildirən “ﺕ” hərfinin “ﻱ” hərfinə tərcih
verilməsi İbn Amirin qiraətinin səciyyəvi xüsusiyyətidir və demək olar ki, istisna
hallar olduqca azdır. Odur ki, bir qayda üzrə qiraət etmək etibarilə İbn Amirin
qiraəti “qaydalı qiraət” hesab edilir və onun bəzi tərəfdarları bu
cəhəti özlərinə
bir iftixar hesab etmişlər. İbn Amirin ən mühüm şagirdi – belə ki, o, İbn Amirin
qiraətini gələcək nəsilə ötürən əsas şəxs olmuşdur – Yəhya ibn Haris Zimaridir.
İbn Amirin qiraətinin hər iki məşhur ravisi Hişam ibn Əmmar və İbn Zəkəvan,
İbn Amirin qiraətini “bir vasitə ilə” Yəhyadan təlim almışlar. İbn Amirin qiraəti
dördüncü əsrin birinci yarısında təkcə bütün Şamda deyil, ərəb yarımadasında da
geniş yayılmışdı və Misirdə də az-çox istifadə edilirdi.
1
2. İbn Kəsir: Əbu Mə`bəd Abdullah ibn Kəsir Dari “Məkkə” qarisi olub “yed-
di qari”dən biridir. Məkkə camaatı ətir satana “dari” və ya “darani” deyirdilər. İbn
Kəsir də bir müddət bu işlə məşğul olduğuna görə “Dari” ləqəbi ilə tanınırdı. İbn
Kəsir Məkkədə dünyaya gəlmiş və Məkkədə də vəfat etmişdir. O, qiraəti “ərz” yolu
ilə (ustadın yanında qiraət etmək və ustada təqdim etmək) səhabə Abdullah ibn
Saib, Mücahid və Dərbasdan (İbn Abbasın mövlası) təlim almışdır. İbn Kəsir bəzi
ayələrin qiraətində Məkkə mushəfinə – belə ki, Məkkə mushəfi ilə digər mushəflər
arasında müəyyən fərqlər var idi – tebe idi. İbn Kəsirin
qiraətinə hakim bəzi qayda-
lar, o cümlədən, həmzənin təxfifi və təshili (etidal həddində), imalədən çəkinmək,
eynul-felin kəsrəli oxunması ( ُﺐِﺴ ْﺤَﻳ) Məkkə ləhcəsinin təsirinin əlamətidir. Böyük
ehtimalla, digər xüsusiyyətlər də, o cümlədən, mutəqaribeyn idğamında “dəl” və
1
Böyük İslam ensiklopediyası, c.4, s.175-176.