Quran elmleri dersliyi indd


  Söz və ya önqoşmaların çoxaldılması  və ya azaldılması



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə59/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   110

175
7.  Söz və ya önqoşmaların çoxaldılması  və ya azaldılması baxımından 
fərqlər, məsələn:
“ْﻢِﻬﻳِﺪْﻳﺃ ُﻪْﺘَﻠِﻤَﻋ ﺎَﻣ َﻭ”
1
 cümləsində “ُﻪْﺘَﻠِﻤَﻋ” sözündəki “ُﻩ” əvəzliyinin ixtisar edilərək 
“ ْﺖَﻠِﻤَﻋ” oxunması.
Yaxud “ُﺭﺎَﻬْﻧ ْﻷﺍ  ﺎَﻬَﺘ ْﺤَﺗ  ﻯِﺮْﺠَﺗ”
2
 cümləsində  “ ْﻦِﻣ” önqoşmasının artırılaraq: 
“ُﺭﺎَﻬْﻧ ْﻷﺍ ﺎَﻬِﺘ ْﺤَﺗ  ْﻦِﻣ ﻯِﺮْﺠَﺗ” oxunması.
3
  
B) Qiraətlər arasındakı fərqlərin qisimləri İbn Cəzrinin nəzərində:
İbn Cəzri deyir: 
Mən səhih,  şazz, zəif, munkir və bütün başqa qiraətləri araşdırdım və bu 
qənaətə gəldim ki, onlar arasındakı fərqləri yeddi qismə ayırmaq olar:
1.  Sözün qrafik şəkli və  mənası  dəyişmədən  hərəkələr arasındakı  fərqlər, 
məsələn: “ِﻞْﺨُﺒْﻟﺎِﺑ” sözü dörd şəkildə oxunmuşdur. 
2.  Sözün qrafik şəkli dəyişmədən, lakin sözün mənası  dəyişərək  hərəkələr 
arasındakı fərqlər, məsələn:
“ٍﺕﺎَﻤِﻠَﻛ  ِﻪﱢﺑَﺭ   ْﻦِﻣ  ُﻡَﺩﺍَء   ٰﻰﱠﻘَﻠَﺘَﻓ”
4
 cümləsində  “ُﻡَﺩﺍَء” sözü “mənsub” və  “ٍﺕﺎَﻤِﻠَﻛ” sözü 
“mərfu” oxunmuşdur:
“ ٌﺕﺎَﻤِﻠَﻛ ِﻪﱢﺑَﺭ  ْﻦِﻣ َﻡَﺩﺍَء  ٰﻰﱠﻘَﻠَﺘَﻓ”. 
Yaxud “ٍﺔﱠﻣُﺃ َﺪْﻌَﺑ َﺮَﻛﱠﺩﺍ َﻭ”
5
 cümləsindəki “ٍﺔﱠﻣُﺃ” sözünün, “ٍﺔَﻣَﺃ” kimi oxunmuşdur.
3. Sözün qrafik şəkli dəyişmədən, lakin sözün mənası dəyişərək hərflər ara-
sındakı fərqlər, məsələn:
“ﺍﻮُﻠْﺒَﺗ” sözünün “ﺍﻮُﻠْﺘَﺗ” oxunması (“ﺍﻮُﻠْﺒَﺗ”
6
 və “ﺍﻮُﻠْﺘَﺗ”
7
 sözlərinin qrafik şəkli eyni-
dir, lakin “ﺏ” və “ﺕ” hərfləri nöqtələr ilə ayırd edilmişdir).
Yaxud “َﻚﻴﱢﺠَﻨُﻧ” sözünün “َﻚﻴﱢﺤَﻨُﻧ” oxunması (“َﻚﻴﱢﺠَﻨُﻧ”
8
 və “َﻚﻴﱢﺤَﻨُﻧ” sözlərinin qrafik 
şəkli eynidir, lakin “ﺝ” və “ﺡ” hərfləri nöqtə ilə ayırd edilmişdir).
4.  Sözün mənası dəyişmədən, lakin qrafik şəkli dəyişərək hərflər arasındakı 
fərqlər, məsələn:
“ﻁﺍﺮﺼﻟﺍ”
9
 və “ﻁﺍﺮﺴﻟﺍ” sözləri, yaxud “ﺔﻄ ْﺼَﺑ”
10
 və “ﺔَﻄْﺴَﺑ”
11
 sözləri kimi.
5.  Sözün həm qrafik şəkli və  həm də  mənası  dəyişərək  hərflər arasındakı 
fərqlər, məsələn:

 Yasin surəsi, ayə: 35.
2  
Bəraət surəsi, ayə: 100.
3
  “ən-Nəşru fil-qiraa l-əşr”, c.1, s.27-28; “ət-Təmhid”, c.2, s.106-108.

 Bəqərə surəsi, ayə: 37.

 Yusuf surəsi, ayə: 45.
6
  Yunus surəsi, ayə: 30.

 Yunus surəsi, ayə: 61.
8
  Yunus surəsi, ayə: 92.
9
  Fa hə surəsi, ayə: 6.
10
  Ə`raf surəsi, ayə: 69.
11
  Bəqərə surəsi, ayə: 247.


176
“ْﻢُﻜْﻨِﻣ ﱠﺪَﺷَﺃ”
1
 və “ْﻢُﻬْﻨِﻣ ﱠﺪَﺷَﺃ”
2
 ifadələri kimi, yaxud “ِﷲ ِﺮْﻛِﺫ  ٰﻰَﻟﺇ ﺍْﻮَﻌْﺳﺎَﻓ” cümləsindəki 
“ﺍ ْﻮَﻌْﺳﺎَﻓ” sözünün “ﺍ ْﻮَﻀْﻣﺎَﻓ” kimi oxunması.
6.  Sözlərin qabağa və ya geriyə keçirilməsi baxımından fərqlər, məsələn:
“ﱢﻖَﺤْﻟﺎِﺑ ِﺕْﻮَﻤْﻟﺍ ُﺓَﺮْﻜَﺳ  ْﺕَءﺎَﺟ َﻭ”
3
 cümləsinin, “ِﺕ ْﻮَﻤْﻟﺎِﺑ ﱢﻖَﺤْﻟﺍ ُﺓَﺮْﻜَﺳ  ْﺕَءﺎَﺟ َﻭ” oxunması.
7. Söz və ya önqoşmaların çoxaldılması və ya azaldılması baxımından fərqlər.
Qiraətlər arasındakı fərqlər bu yeddi qisim fərqdən ibarətdir. Amma “izhar”, 
idğam”, “rum”, “işmam”, “təfxim və tərqiq”, “mədd və qəsr”, “imalə”, “fəth”, 
“təhqiq”, “təshil”, “ibdal”, “nəql” kimi qaydalarda söz və məna dəyişmir. Hərflərin 
tələffüzündə mövcud olan bu sifətlər və xüsusiyyətlər, sözü “eyni bir söz” olmaq-
dan xaric etmir və əgər fərz etsək ki, xaric edir, bu təqdirdə birinci qismə daxil 
olacaqdır.
4
  
C) Qiraətlər arasındakı fərqlərin qisimləri Əbulfəzl Razinin (İbn Şazan, 
vəfat tarixi: hicri 290-cı il) nəzərində: 
1.  İsimlər xüsusunda ismin tək, ikilik və  cəmdə olması, yaxud kişi və qadın 
cinsində olması, yaxud mübaliğə formasında olması və s. baxımlardan olan fərqlər.
2. Fellər xüsusunda felin keçmiş və indiki zamanda olması, əmr formasında 
olması, failin müzəkkər, müənnəs, mutəkəllim və muxatəb olması baxımından 
olan fərqlər.
3. Erablar baxımından olan fərqlər.
4. Söz və ya önqoşmaların çoxaldılması və ya azaldılması baxımından olan fərqlər.
5. Sözlərin qabağa və ya geriyə keçirilməsi baxımından olan fərqlər.
6. Hərflərin və ya sözlərin dəyişdirilməsi baxımından olan fərqlər: “ﻁﺍﺮﺼﻟﺍ” və 
“ﻁﺍﺮﺴﻟﺍ”.
7. “Luğat” baxımından olan fərqlər, məsələn, “fəth və imalə”, “tərqiq və 
təfxim”, “təhqiq və təshil”, “idğam və izhar” və s. 
Ç) Qiraətlər arasındakı fərqlərin qisimləri Subhi Salehin nəzərində:
1. Erablar baxımından olan fərqlər: istər məna olduğu kimi qalsın, istərsə də 
dəyişsin.
2. Hərflər arasındakı fərqlər: istər sözün qrafik şəkli dəyişmədən məna dəyişsin
istərsə  də  məna dəyişmədən sözün qrafik şəkli dəyişsin, məsələn: “ﻁﺍﺮﺼﻟﺍ” və 
“ﻁﺍﺮﺴﻟﺍ” sözləri.
3. İsimlərin tək, ikilik və cəmdə olması, yaxud kişi və qadın cinsində olması 
baxımından fərqlər.
1
  Tövbə surəsi, ayə: 69. 

 Rum surəsi, ayə: 9.

 Qaf surəsi, ayə: 19.
4
   “ən-Nəşru  fil-qiraa l-əşr”, c.1, s.26-27; “əl-İtqan”, c.1, növ: 16, məsələ: 3; “ət-Təmhid”, c.2, s.110-111; 
“Mənahilul-irfan”, c.1, s.159-160.


177
4. Sözün mənası dəyişmədən kəlmələr arasındakı fərqlər, məsələn:
“ﺵﻮُﻔْﻨَﻤْﻟﺍ ِﻦْﻬِﻌْﻟﺎَﻛ”
1
 ifadəsinin, “ﺵﻮُﻔْﻨَﻤْﻟﺍ ِﻑْﻮﱠﺼﻟﺎَﻛ” oxunması.
5. Sözlərin qabağa və ya geriyə keçirilməsi baxımından olan fərqlər.
6. Söz və ya önqoşmaların çoxaldılması və ya azaldılması baxımından olan 
cüzi fərqlər: belə ki, ərəb dilində bəzi hallarda “cərr” və “ətf” önqoşmalarını ixti-
sar edilir, bəzi hallarda isə qiraət edilir.
7. “Fəht”, “imalə”, “tərqiq”, “təfxim” və s. baxımlardan ləhcələr arasında olan 
fərqlər.
2
Zərqani “Mənahilul-irfan” əsərində İbn Şazanın nəzərini (bölgüsünü) digər lə-
rinin nəzərindən üstün hesab etmişdir.
3
Subhi Saleh “yeddinci qism”i qeyd etdikdən sonra belə yazır: “Həqiqət budur 
ki, yeddinci qisim daha böyük əhəmiyyət daşıyır. Çünki Quranın “yeddi hərf”də 
nazil olmasında mövcud olan böyük hikmət və  fəlsəfə bu qisimdə üzə  çıxır. 
Müxtəlif qəbilələrdən olan müsəlman ümməti üçün işin asanlaşdırılması məhz bu 
qisimdə məna kəsb edir.”
Subhi Saleh Siyutinin və başqa əhli-sünnə alimlərinin “əhrufu səb`ə” hədi si nə 
verdikləri şərhi və bu hədisi Quranın yeddi ləhcədə nazil olması kimi məna lan dır-
malarını qəbul etmir. O, təkid edir ki, Quran yalnız Qureyş ləhcəsində nazil olmuş-
dur. O, yazır: “Quran, ərəb ləhcələri arasında ən üstün olan bir ləhcədə nazil olmuş-
dur və başqa qəbilələrin ləhcələrinə riayət olunduğuna dair – belə ki, bəzi alimlər 
zəhmətə qatlaşaraq bu məsələni sübut etməyə çalışırlar – bir dəlil mövcud deyildir. 
Başqa qəbilələr də etiraf edirlər ki, Qureyş  ləhcəsi söz zənginliyi, fikri gözəl və 
dəqiq ifadə etməkdən ötrü lazım olan söz və ifadə ehtiyatı, üslub baxımından digər 
ərəb ləhcələrindən üstündür. Ərəblər özləri kitabət və şeir üçün bu ləhcəni seçirlər. 
Hətta Qureyş qəbiləsindən olmayan bir şair şeir deyərkən öz ləhcəsində deyil, Qu-
reyş ləhcəsində söz deməyə üstünlük verir... Deməli, “yeddi hərf” dedikdə, başqa 
ləhcələr deyil, Qureyş ləhcəsinin yeddi şaxəsi nəzərdə tutulur.”
Subhi Saleh özündən  əvvəlki alimlərin nəzərinə irad bildirir, yazır: “Zərqani 
“Mənahilul-irfan” əsərində Əbulfəzl Razinin nəzərini İbn Quteybə, İbn Cəzri və Qazi 
Əbu Bəkr ibn Təyyibin nəzərindən üstün hesab etmişdir. Lakin Əbulfəzl Razi “hərflər 
arasındakı fərqlər”ə toxunmadığı üçün biz onun nəzərini seçmədik. Digər üç alim isə 
ləhcələr arasındakı fərqlərə işarə etmədiklərinə görə (baxmayaraq ki, onlardan bəziləri 
bunu öz nəzərlərində tutmuşlar) onların nəzərini qəbul etməmək üçün yetərlidir.”
4
Hicri üçüncü əsrdə yaşamış İbn Şazan kimi alimin qiraətlər arasındakı fərqləri 
yeddi qismdə qruplaşdırması elə də təəccüblü deyildir. Amma görəsən Zərqani və 
1
  Qariə surəsi, ayə: 5.

 “ən-Nəşru fil-qiraa l-əşr”, c.1, s.27; “Mənahilul-irfan”, c.1, s.155; “Məbahisun fi Ulumil-Quran”, s.116.

 Mənahilul-irfan, s.1, s.157.
4  
Məbahisun fi Ulumil-Quran, s.109-116.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə