Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə56/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   110

166
Cəlaləddin Siyuti İbn Cəzrinin nəzərini qeyd etdikdən sonra özü bu qənaətə 
gəlir ki, qiraətlər altı  dəstəyə bölünür: mütəvatir, məşhur, ahad, şazz, mövzu, 
mudərrəc.
1
 
Əlbəttə, təəccüblüdür ki, Siyuti əksər qiraətləri mütəvatir hesab edir. 
Biz qiraətlərin qeyri-mütəvatir olması  zəminində yuxarıda deyilənlərlə kifa-
yət lənir və geniş məlumat əldə etmək istəyənlərə Ayətullah Xoinin “əl-Bəyan” 
əsərinə müraciət etməyi tövsiyə edirik. 
2
Fəslin əsas mətləbləri:
1.  Quran nəssinin (mətninin) mütəvatir olmasını bütün müsəlmanlar qəbul 
edirlər.
2. Quran və Quranın qiraəti iki ayrıca həqiqətdir.
3. Başlıca olaraq iki amil qiraətlərin mütavatir hesab edilməsinə səbəb olmuş-
dur: 1- Quran nəssinin mütəvatir olması ilə qiraətlərin mütəvatir olmasının qarış-
dırılması; 2- “Əhrufu-səb`ə” ilə “yeddi qiraət”in qarışdırılması.
4. Qiraətlərin ravilərinin tərcümeyi-halı, hər bir qarinin öz qiraətinin düzgün 
olmasına dair dəlil-sübut gətirməsi, qarilərin bir-birinin qiraətini inkar etmələri, 
müxtəlif qiraətlərdən qaynaqlanan fəqrli və bir-birinə zidd mənaların mövcud ol-
ması, İbn Cəzri kimi qiraət ustadlarının “düzgün qiraət” üçün bir sıra qaydalar və 
şərtlər müəyyən etmələri qiraətlərin qeyri-mütəvatir olmasına aydın dəlillərdir.  
 
 
1
  “əl-İtqan”, c.1, s.241-243.
2
  “əl-Bəyan”, s.151-168.


167
Üçüncü fəsil
Əhrufu-səb`ə
Əhli-sünnə qaynaqlarında “əhrufu-səb`ə” hədisi
Əhli-sünnə  hədis qaynaqlarının  əksəriyyətində Peyğəmbərdən (s) bu məz-
mun da  hədislər nəql olunur: “Quran “yeddi hərf”də nazil olmuşdur.” Əhli-sünnə 
bu hədisi mütəvatir hədislərdən hesab edir və demək olar ki, bütün əhli-sünnə 
alimləri belə bir hədisin olduğunu təsdiqləyirlər. Lakin “əhrufu-səb`ə”nin (“yeddi 
hərf”) mənası barədə müxtəlif fikirlər söylənilmişdir. Məsələn, Məkki ibn Əbu 
Talibin “əl-Əbanə ən məanil-qiraat” adlı əsərinin böyük hissəsini “əhrufu-səb`ə” 
hədisinin şərhi təşkil edir. Bəzi müasir əhli-sünnə alimləri də “əhrufu-səb`ə” hədisi 
barədə geniş  şərhlər vermişlər. Məsələn, Dr. Həsən Ziyaəddin  İtr “əl-Əhrufus-
səb`ətu və mənzilətul-qiraati minha” adlı əsərini bu məzmunlu hədislərə və onlar 
barədə söylənilən fikirlərə həsr etmişdir.
1
Burada əhli-sünnə qaynaqlarında olan “əhrufu-səb`ə” hədisinə diqqət yetirək:
1. İbn Abbas nəql edir ki, Peyğəmbər (s) buyurdu: 
. ٍﻑُﺮ ْﺣَﺃ ِﺔَﻌْﺒَﺳ  ٰﻰَﻟِﺇ  ٰﻰَﻬَﺘْﻧﺍ ﻰﱠﺘَﺣ ﻰِﻧَﺪﻳِﺰَﻴَﻓ ُﻩُﺪﻳِﺰَﺘْﺳَﺃ ْﻝَﺯَﺃ ْﻢَﻠَﻓ ُﻪُﺘْﻌَﺟﺍَﺮَﻓ ٍﻑْﺮَﺣ  ٰﻰَﻠَﻋ َﻞﻴِﺋِﺮْﺒِﺟ ﻰِﻧَﺃَﺮْﻗَﺃ
“Cəbrayıl Quranı mənə bir hərfdə (qiraətdə) qiraət etdi. Sonra mən ona müraciət 
etdim və ondan daha çox hərf istədim, o da bir neçə hərfdə qiraət etdi və beləcə
yeddi hərf oldu.”
2. Ubəyy ibn Kə`b deyir: “Mən məsciddə idim. Bu zaman içəriyə bir kişi da-
xil oldu və namaz qılmağa başladı. Mən onun qiraətini inkar etdim. Sonra başqa 
bir kişi məscidə daxil oldu və o, namazı birinci kişinin qiraətindən fərqli şəkildə 
qiraət etdi. Biz üçümüz Peyğəmbərin (s) yanına getdik və mən əhvalatı o həzərətə 
açıqladım. Peyğəmbər (s) o iki nəfərə qiraət etməyi göstəriş verdi və dinlədikdən 
sonra onların hər ikisinin qiraətini təsdiq etdi. Bu vaxt məndə bir tərəddüd yarandı. 
Məni belə görən Peyğəmbər (s) sinəmə vurub buyurdu: “Mənə Quranı bir hərfdə 
qiraət etmək göstəriş verildi. Mən isə ümmətimə asan olsun deyə, onu qaytardım. 
Yenidən Quran mənə göndərildi və göstəriş verildi ki, onu iki hərfdə qiraət edim. 
Mən onu yenidən qaytardım. Sonra üçüncü dəfə Quran mənə göndərildi və onu 
yeddi hərfdə oxumağa icazə verildi...””
1
   Bu  mövzuda  böyük  şiə alimlərindən olan Ayətullah Xoi “əl-Bəyan”  əsərində (s.170-193) və Ayətullah 
Mərifət “ət-Təmhid” əsərində (c.2, s.93-116) geniş bəhs etmişlər.


168
3. Bir kişi Ömərin yanında Quranı qiraət etdi və Ömər ona acıqlandı. O kişi 
dedi: “Mən bunu Peyğəmbərə (s) qiraət etmişəm və o məndən səhv tutmayıb.” 
Onlar məsələnin həlli üçün Peyğəmbərin (s) yanına getdilər. Həmin kişi üzünü 
Peyğəmbərə (s) tutub dedi: “Ey Rəsulallah (s), filan ayənin qiraətini siz mənə 
təlim etməmisinizmi?” Peyğəmbər (s) buyurdu: “Bəli.” Bu vaxt Ömərin ürəyində 
şəkk-şübhə yarandı və bu, Peyğəmbərə (s) gizli qalmadı. O, Ömərin sinəsinə vu-
rub üç dəfə buyurdu: “Şeytanı özündən uzaqlaşdır. Rəhmət ayəsi əzab ayəsinə və 
əzab ayəsini rəhmət ayəsinə çevirilməyənədək Quranın hamısı birdir.”
4. Zərr ibn Hubeyş Ubəyy ibn Kə`bdən nəql edir ki, Peyğəmbər (s) Cəbraillə 
görüşdükdə buyurdu: “Mən dərs oxumamış bir ümmətə göndərilmişəm və onların 
arasında uşaq, yaşlı qadın və yaşlı kişi vardır.” Cəbrail dedi: “Onlara göstəriş ver 
ki, Quranı yeddi hərfdə qiraət etsinlər.”
5. Əbu Hureyrə nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Həqiqətən, bu Quran 
yeddi hərfdə nazil olubdur. Qiraət edin və bilin ki, sizə heç bir qorxu yoxdur. La-
kin rəhmət ayəsini əzaba və əzab ayəsini rəhmətə çevirməyin.”
6. Əbu Hureyrə başqa bir hədisdə Peyğəmbərdən (s) belə nəql edir: “Quran 
yeddi hərfdə nazil olubdur. Əlim, Həkim, Ğəfur, Rəhim (yəni bunları bir-biri ilə 
əvəz etməyin eybi yoxdur!)”
7.  Əbu Qulabə deyir: “Deyilənə görə Peyğəmbər (s) belə buyurdu: “Quran 
yeddi hərfdə nazil olubdur: əmr, nəhy, tərğib, tərhib, cədəl, qəsəs və məsəl.””
8. İbn Məs`ud Peyğəmbərdən (s) nəql edir: “Birinci kitab bir bölümdə və bir 
hərfdə nazil olmuşdur. Lakin Quran yeddi bölümdə və yeddi hərfdə nazil olubdur: 
zəcr, əmr, halal, haram, möhkəm, mütəşabih və əmsal...”
9. Əbu Cuheym Ənsari deyir: “Quranın bir ayəsi barədə iki nəfər arasında fiki-
rayrılığı yarandı və onlar Peyğəmbərin (s) yanına getdilər. Peyğəmbər (s) onlara 
buyurdu: “Quran yeddi hərfdə nazil olmuşdur və bu barədə mübahisə etməyin, 
çünki Quran barədə mübahisə etmək küfrdür.””
10. Əmr ibn Dinar Peyğəmbərdən (s) belə nəql edir: “Quran yeddi hərfdə nazil 
olmuşdur və onların hamısı şəfa verən və kifayət edəndir.”
1
Qeyd olunan bu hədislər əhli-sünnə hədis və təfsir qaynaqlarında mövcud olan 
hədislərdən nümunələrdir.  İbn Cəzri bu hədisi Peyğəmbərdən (s) nəql edən 20 
səhabənin adını qeyd etmişdir.
2
Bu hədislərdə sözükeçən “əhrufu-səb`ə” ifadəsinin mənasını araşdırmazdan 
öncə bu mövzu ilə əlaqədar şiə qaynaqlarına nəzər salaq.
1
  “əl-Bəyan”, s.171-176; “ət-Təmhid”, c.2, s.93-97; “Ulumul-Quran indəl-mufəssirin”, c.2, s.127-207.
2
  “Həqaiqun hammətun həvləl-Quranil-Kərim”, s.177-178.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə