Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə52/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   110

155
ya çıxdı. Hicri birinci əsrin ikinci yarısında artıq “birinci mərtəbə”də qərar tutan 
qarilərin çoxu (yəni Quranı birbaşa və bilavasitə Peyğəmbərdən (s) təlim alan 
səhabə qarilər), mushəfə sahib olan, yaxud birinci və üçüncü xəlifənin dövründə 
Quranın cəm edilməsi işlərində yaxından iştirak edən qarilərin çoxu dünyasını 
dəyişdi. Beləliklə, Quran hafizlərinin və qarilərinin yeni nəsli onları əvəz etdi. 
Belə hesab edirik ki, “birinci mərtəbə”də qərar tutan qarilərin vəfat tarixinə 
nəzər salmaq Quranın qiraətinin dördüncü mərhələsində mövcud vəziyyətin ay-
dınlaşması baxımından faydalı olar: 
Əbu Bəkr (vəfat tarixi: hicri 12-ci il), Ömər ibn Xəttab (v. t.: hicri 23-cü il), 
Ubəyy ibn Kə`b (v. t.: hicri 29-cu və ya 33-cü il), Abdullah ibn Məs`ud (v. t.: hicri 
32-ci il), Əbud-Dərda (v. t.: hicri 32-ci il), Məaz ibn Cəbəl (v. t.: hicri 33-cü il), 
Huzeyfə ibn Yəman (v. t.: hicri 35-ci il), Osman ibn Əffan (v. t.: hicri 35-ci il), Əli 
ibn Əbu Talib (v. t.: hicri 40-cı il), Əbu Musa Əş`əri (v. t.: hicri 44-cü il), Zeyd 
ibn Sabit (v. t.: hicri 45-ci il), Əbu Əbdurrəhman Suləmi (v. t.: hicri 47-ci il), İbn 
Abbas (v. t.: hicri 68-ci il). 
Osmani mushəflərin kitabətində lazımi diqqətin göstərilməsinə baxmayaraq, 
həmin mushəflər bir sıra xüsusiyyətlərə malik idi ki, bunun nəticəsində  fərqli 
qiraətlər ortaya çıxdı. Fərqli qiraətlərin ortaya çıxmasında bir sıra amillərin də 
rolu olmuşdur ki, tezliklə bu barədə söhbət açılacaqdır. Tez bir zamanda İslam 
məmləkətinin mərkəzi şəhərlərində Osmani mushəfə sahib qari dəstələri əmələ 
gəldi ki, onlar Quranın qiraətini səhabələrdən və  səhabələr də öz növbəsində 
Peyğəmbərdən (s) öyrənmişdilər. 
İbn Cəzri və Dr. Əbdul-Hadi əl-Fəzli Quranın qiraətinin bu mərhələsində (dör-
düncü mərhələ) həmin mərkəzi şəhərlərdə tanınmış qarilərin adlarını sadalamışlar 
və biz də burada onların adlarını qeyd edirik:
Mədinə qariləri: 
Məaz ibn Haris (vəfat tarixi: hicri 36-cı il), Səid ibn Musəyyib (v. t.: hicri 
94-cü il), Urvə ibn Zubeyr (v. t.: hicri 95-ci il), Ömər ibn Əbdul-Əziz (v. t.: hicri 
101-ci il), Əta ibnYəsar (v. t.: hicri 103-cü il).
Məkkə qariləri:
Ubeyd ibn Umeyrat (v. t.: hicri 74-cü il), Mucahid ibn Cəbər (v. t.: hicri 103-cü il).
Kufə qariləri:
Əmr ibn Şurəhbil (v. t.: hicri 60-cı ildən sonraya təsadüf edir), Əlqəmə ibn Qeys 
(v. t.: hicri 62-ci il), Məsruq ibn Əcdə (v. t.: hicri 63-cü il), Əbu Əbdurrəhman Ab-
dullah ibn Həbib Suləmi (v. t.: hicri 74-cü il), Zərr ibn Hubeyş (v. t.: hicri 82-ci il), 
Səid ibn Cubeyr (v. t.: hicri 95-ci il), İbrahim ibn Yəzid Nəxəi (v. t.: hicri 62-ci il).


156
Bəsrə qariləri:
Amir ibn Əbd Qeys (v. t.: təxminən hicri 55-ci il), Əbul-Aliyə Rəfi ibn Mehran 
Riyahi (v. t.: hicri 90-cı il), Yəhya ibn Yə`mər Ədvani (v. t.: hicri 90-cı il), Nəsr 
ibn Asim Leysi (v. t.: təxminən hicri 100-cü ildən öncə).
Şam qariləri:
Muğeyrə ibn Əbi  Şəhab Məxzumi (v. t.: hicri 70-ci ildən sonra), Xəlid ibn 
Sə`d.
1
Beşinci mərhələ: Hicri ikinci əsrin başlanğıcında Quranın qiraətinin yeni bir 
mərhələsi başlanır. “Qarilər yeddiliyi”nə daxil olan qarilərin vəfatı da elə hicri 
ikinci əsrə təsadüf edir. “Yeddiliyə” əlavə olunan və “qarilər onluğu” və “qarilər 
on dördlüyü” arasında üçüncü hicri əsrin əvvələrinədək yalnız üç nəfər həyatda 
qalmışdı. Həmin qarilər bunlar idi:
Yəhya İbn Mübarək Yəzidi (v. t.: hicri 220-ci il), Yəqub Həzrəmi (v. t.: hicri 
205-ci il), Xələf (v. t.: 229-cu il).
Bu dövrün qarilərinin sonrakı əsrlərdə tanınan qarilərin qiraətləri üzərində qoy-
duqları mühüm təsiri nəzərə alaraq əminliklə demək olar ki, hicri ikinci əsr qiraət 
elminin çiçəkləndiyi bir dövr olmuşdur. Quran qiraətinin müxtəlif cərəyanları və 
firqələri həmin  əsrdə meydana gəlmiş, böyük qiraət ustadları yetişmişdi. Belə 
ki, gələcək nəsillər  ən yaxşı qiraət və qarini tanımaqdan ötrü hicri ikinci əsrə 
müraciət etməli olmuşlar. İndi isə hicri ikinci əsrdə beş mərkəzi şəhərdə tanınmış 
qarilərin adlarını qeyd edirik:
Mədinə qariləri:
Əbu Cəfər Yezid ibn Qə`qa “qarilər onluğu”na daxil idi (v. t.: hicri 130-cu il), 
Şeybə ibn Nəssah (v. t.: hicri 130-cu il), Nafi ibn Əbi Nəim “qarilər yeddiliyi”nə 
daxil idi (v. t.: hicri 169-cu il).
Məkkə qariləri:
Abdullah ibn Kəsir “qarilər yeddiliyi”nə daxil idi (v. t.: hicri 103-cü il), Həmid 
ibn Qeys Ə`rəc (v. t.: hicri 130-cu il), Məhəmməd ibn Muhəysin “qarilər on 
dördlüyü”nə daxil idi (v. t.: hicri 123-cü il).
Kufə qariləri:
Yəhya ibn Vəsab (v. t.: hicri 103-cü il), Asim ibn Əbin-Nucud “qarilər 
yeddiliyi”nə daxil idi” (v. t.: hicri 127-ci il), Suleyman Ə`məş “qarilər on 
dördlüyü”nə daxil idi (v. t.: hicri 148-ci il), Həmzə ibn Həbib Zəyyat “qarilər 
yeddiliyi”nə daxil idi (v. t.: hicri 123-cü il), Kəsai “qarilər yeddiliyi”nə daxil idi 
(v. t.: hicri 189-cu il).
1
   “ən-Nəşru fil-qiraa l-əşr”, c.1, s.8; “Tarix-e qiraat-e Qurani-Kərim”, Dr. Seyid Məhəmmədbaqir Huccə nin 
tərcüməsi, s.36-38.


157
Bəsrə qariləri:
Abdullah ibn Əbi  İshaq (v. t.: hicri 129-cu il), Əbu  Əmr ibn Əla “qarilər 
yeddiliyi”nə daxil idi (v. t.: hicri 154-cü il), Həsən Bəsri “qarilər on dördlüyü”nə 
daxil idi (v. t.: hicri 110-cu il), Asim Cəhdəri (v. t.: hicri 128-ci il), Qitadə ibn 
Də`amə (v. t.: hicri 117-ci il).
Şam qariləri:
Abdullah ibn Amir “qarilər yeddiliyi”nə daxil idi (v. t.: hicri 118-ci il), Ətiyyə 
ibn Qeys Kəlabi (v. t.: hicri 121-ci il), Yəhya ibn Haris Zimari (v. t.: hicri 145-ci il).
1
Hicri birinci əsrin sonlarında və ikinci əsrdə bir qrup qiraət ustadları qiraət 
elminin meydana gəlməsində mühüm rol oynadılar.
2
 
Beləliklə, qiraət elminin hicri ikinci əsrdə meydana gəlməsini, eləcə də,  Bəsrə 
və Kufə şəhərlərinin bu elmin mərkəzi hesab olunmasını söyləmək olar. 
Altıncı mərhələ: Quran elmləri tədqiqatçılarının əksəriyyəti bu qənaətdədirlər 
ki, Quranın qiraəti zəminində yazılan ilk əsər Əbu Ubeyd Qasim ibn Səlama (v. 
t.: hicri 224-cü il) mənsubdur.
3
Seyid Həsən Sədr “Təsisuş-şiə” əsərində yazır: “Əslində, Əban ibn Təğlibi (v. 
t.: hicri 141-ci il) Quranın qiraəti zəminində ilk əsər yazan alim bilməliyik.”
4
Qasim ibn Səlamdan sonra Hatəm Sicistani (v. t.: hicri 255-ci il), Əbu Cəfər 
Təbəri (v. t.: hicri 310-cu il) və İsmayıl ibn Qazi “Qiraətlər” zəminində əsərlər 
yazmışlar.
5
Hicri üçüncü əsrin böyük ədəbiyyatçısı və alimlərindən sayılan Mubərrid adı 
ilə tanınan Əbul-Abbas Məhəmməd ibn Yəzid Bəsri (v. t.: hicri 286-cı il) Quran 
mövzusunda beş əsərin, o cümlədən, “İhticacul-qiraat” əsərinin müəllifidir.
6
Beləliklə, hicri ikinci əsrdə məşhur qarilərin meydana gəlməsi ilə təməli qo-
yulan “qiraət elmi” sahəsində hicri üçüncü əsrdə əsərlər yazılmağa başladı. Qu-
ran tədqiqatçıları bu fikirdədirlər ki, üçüncü əsrdə Quranın qiraətləri zəminində 
əsərlərin yazılmasına səbəb, müxtəlif və saysız qiraətlərin ortaya çıxması və ya-
yılması olmuşdur. Mushəflərin üzünün kütləvi şəkildə köçürülməsi, sayı gündən-
günə artan qarilərin bəzən nəzər sahibi olmaları, həmçinin müxtəlif qiraətlərin 
yaranmasına səbəb olan bir çox amillər Əbu Ubeyd Qasim ibn Səlam və başqala-
rının qiraət elminin qaydalarını bir yerə toplayıb yazmalarına səbəb oldu. 
Yeddinci mərhələ: Hicri dördüncü əsrdə Quranın qiraətinin başqa bir mərhələsi 
başlandı. Hicri üçüncü əsrin sonlarında Qurani-Kərimin o qədər fərqli qiraətləri 
1
  “ən-Nəşru fil-qiraa l-əşr”, c.1, s.8-9; “Mənahilul-irfan”, c.1, s.415-416.
2
  Əvvəlki qaynaq. 

 “Mənahilul-irfan”, c.1, s.416; “Mərifətul-qurrail-kibar”, s.172.
4
  “Tarix-e qiraat-e Qurani-Kərim”, s.40.

 “Mənahilul-irfan”, c.1, s.416.
6  
“Bəyyinat”, s.97.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə