Quran elmleri dersliyi indd


“Əhrufu-səb`ə” hədisi şiə qaynaqlarında



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə57/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   110

169
“Əhrufu-səb`ə” hədisi şiə qaynaqlarında
Şeyx Tusi deyir: “Bizim alimlərin nəzəri budur ki, Quran bir hərfdə  və bir 
Peyğəmbərə (s) nazil olmuşdur. Lakin fəqihlərimiz Quranı geniş yayılan 
qiraətlərdə qiraət etməyə icazə vermişlər. Hər kəs Quranı bu qiraətlər arasında 
istədiyi qiraət ilə oxuya bilər.”
1
Əminul-İslam Təbərsi deyir: “Şiə hədis qaynaqlarında Quranın bir hərfdə nazil 
olduğuna dair çoxlu hədislər vardır. Əhli-sünnənin Peyğəmbərdən (s) nəql etdi-
yi: “Quran yeddi hərfdə nazil olmuşdur və onların hamısı şəfa verən və kifayət 
edəndir” - məzmunlu hədislərin şərhi barədə fikirayrılıqları vardır...”
2
Feyz Kaşani yazır: “Əhli-sünnə Peyğəmbərdən (s) nəql edir ki, Quran yed-
di hərfdə nazil olmuşdur. Bəziləri bu hədisin mütəvatir olduğunu iddia edirlər. 
Lakin onlar “əhrufu-səb`ə”nin mənası barədə  təxminən qırx fikir söyləmişlər. 
Əhli-sünnə qaynaqlarında nəql olunur ki, Peyğbəmbər (s) buyurub: “Quran yeddi 
hərfdə nazil olmuşdur: əmr, zəcr, halal, haram, möhkəm, mütəşabih və əmsal.” 
Hədisin məzmunundan belə başa düşülür ki, “əhruf” sözü “qisim, növ” mənasını 
bildirir.  Əli ibn Əbu Talibdən (ə) nəql edilən bir hədis bu mənanı  təsdiq edir: 
“Mütəal Allah Quranı yeddi qisimdə nazil etmişdir. Onun hər qismi şəfa verəndir. 
Həmin qisimlər bunlardır: əmr, zəcr, tərğib, tərhib, cədəl, məsəl və qəsəs.”
Şiə ravilərinə gəlincə, Şeyx Səduq “əl-Xisal” kitabında qeyd edir ki, İsa ibn 
Abdullah Haşimi öz atalarından belə nəql edir: Peyğəmbər (s) buyurdu: “Allah 
tərəfindən gələn kəs mənə dedi: “Allah əmr edir ki, Quranı bir hərfdə qiraət et!” 
Mən dedim: “İlahi, mənim ümmətimə asanlıq ver.” Allahın məmuru mənə dedi: 
“Allah sənə əmr edir ki, Quranı yeddi hərfdə oxu!””
Həmmad ibn İsa İmam Sadiqdən (ə) soruşur: “Sizin hədisləriniz müxtəlifdir.” 
İmam Sadiq (ə) buyurur: “Quran yeddi hərfdə nazil olmuşdur və imamın ən azı 
yeddi surətdə fətva verməyə haqqı var.””
Feyz Kaşani bu mövzu ilə əlaqadar hədisləri nəql etdikdən sonra “Usuli-kafi” 
hədis kitabına istinadən  İmam Baqir (ə) və  İmam Sadiqdən (ə) Quranın yeddi 
hərfdə nazil olduğunu inkar edən iki hədis qeyd etmişdir.
Zurarə İmam Baqirdən (ə) nəql edir: “Quran birdir və bir olan Allah tərəfindən nazil 
olmuşdur. Lakin (qiraətlərdə olan) fikirayrılıqları ravilər tərəfindən ortaya çıxmışdır.”
Fuzeyl ibn Yəsar  İmam Sadiqə  (ə)  ərz edir: “Camaat deyir ki, Quran yeddi 
hərfdə nazil olmuşdur.” İmam (ə) buyurur: “Allahın düşmənləri yalan deyirlər. 
Quran bir hərfdə və bir olan Allah tərəfindən nazil olmuşdur.”
3
 
1
  “Ulumul-Quran indəl-mufəssirin”, c.2, s.209 (“ət-Tibyan”, c.1, s.7-yə is nadən).
2
  “Ulumul-Quran indəl-mufəssirin”, c.2, s.210 (“Məcməul-bəyan”, c.1, s.79-80-ə is nadən).
3
  “Ulumul-Quran indəl-mufəssirin”, c.2. s.211-213 (“Safi təfsiri”, c.1, s.59-61-ə is nadən).


170
“Əhrufu-səb`ə” məzmunlu hədislər şiə alimlərinin baxışında
Ayətullah Xoi “əl-Bəyan” adlı əsərində “əhrufu-səb`ə” məzmunlu hədislərdən 
on bir ən mühüm hədisi seçib qeyd etdikdən sonra bu nəticəyə gəlir ki, bu hədislər 
Zurarənin  İmam Baqirdən (ə) və Fuzeyl ibn Yəsarın  İmam Sadiqdən (ə) nəql 
etdikləri hədislərə ziddir və buna görə  də  qəbul oluna bilməz: “Peyğəmbərdən 
(s) sonra dini işlərdə müraciət yeri yalnız və yalnız Allahın kitabı və Əhli-beytdir. 
Buna görə də Əhli-beytin kəlamı ilə zidd olan hədislər etibarlı sayılmır və artıq 
həmin hədislərin sənədini araşdırmağa lüzum yoxdur. Çünki hədisin məzmunu 
qəbul olunmadığı zaman artıq həmin hədis öz etbarını və höcciyyətini itirir. Bun-
dan əlavə, “əhrufu-səb`ə” məzmunlu hədislər arasında saysız ziddiyyətlər möv-
cuddur. Onların bəzilərində sual ilə cavab arasında uyğunluq yoxdur...”
1
“ət-Təmhid” əsərinin müəllifi, Feyz Kaşaninin təfsirinə istinadən dörd hədisi nəql 
etdikdən sonra deyir: “Əhli-beytdən nəql edilən bu hədislərin sənədləri etibarlı deyil.”
2
Əllamə  Məhəmmədcavad Bəlaği deyir: “Əhrufu-səb`ə” hədislərinə istinad 
etmək qeyri-məntiqidir, çünki:
1. Siyuti “əl-İtqan” əsərində “16-cı növ 2-ci məsələ”də deyir: “Bu fikirayrılıq-
ları həmin hədislərin qeyri-aydın olmasından, məzmun və ifadələri baxımından 
dəyişkənliyindən irəli gəlir.”
2. Əhli-sünnə qaynaqlarında “əhrufu-səb`ə” məzmunlu hədislərin bir çoxun-
da Quranın təsnifatından söz açılır. Məsələn, İbn Məs`ud Peyğəmbərdən (s) belə 
nəql edir: “Quran yeddi bölümdə və yeddi hərfdə nazil olubdur: zəcr, əmr, halal, 
haram, möhkəm, mütəşabih və əmsal...”
Əbi Qulabə isə Peyğəmbərdən (s) belə nəql edir: “Quran yeddi hərfdə nazil 
olubdur: əmr, zəcr, tərğib, tərhib, cədəl, qəsəs və məsəl.”
Həmçinin, İbn Abbas Peyğəmbərdən (s) nəql edir: “Quran dörd hərfdə nazil 
olubdur: halal, haram...”
İmam  Əli (ə) buyurub: “Quran on hərfdə nazil olubdur: bəşir, nəzir, nasix, 
mənsux, moizə, məsəl, hikəm, mütəşabih, halal və haram.”
3. Əhli-sünnə qaynaqlarındakı “əhrufu-səb`ə” məzmunlu hədislər arasında – 
belə ki, bu hədislərin sənədi onların öz nəzərində etibarlı sayılır – xurafat aşı-
layan hədislər görünür. Məsələn, hədislərin birində Peyğəmbər (s) buyurur ki: 
“Mən Quranın hərflərinin artmasını istədim və beləliklə, yeddi hərf oldu. Cəbrail 
dedi: “Bu hərflərin hamısı şəfa verən və kifayət edəndir, bir şərtlə ki, əzab ayəsi 
rəhmətə  və  rəhmət ayəsi  əzaba çevrilməsin.” Yaxud başqa bir hədisdə belə bir 
ifadə işlənib: “Sanki deyirsən: 

 “əl-Bəyan”, s.177.

 “ət-Təmhid”, c.2, s.94.


171
  ْﻞَﺠْﻋِﺍ - ْﻉَﺮْﺳِﺍ –  ْﺐَﻫْﺫِﺍ – َﻢﱡﻠَﻫ – ْﻞِﺒْﻗﺃ – ْﻝﺎَﻌَﺗ
(Yəni bunları bir-birilə əvəz etməyin heç bir maneəsi yoxdur.)”
4. Əhli-sünnə qaynaqlarındakı bəzi hədislərdə Quranın bir qiraətdə oxunması-
nı göstərən və yeddi qiraəti inkar edən bir sıra hədislər mövcuddur...
5. Şiə qaynaqlarında İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql edilən hədislər 
Quranın yeddi hərfdə nazil olduğunu təkzib edir.
1
Əllamə Təbatəbai deyir: ““Əhrufu-səb`ə” məzmunlu hədislərin  şərhi barədə 
böyük fikirayrılıqları vardır, belə ki, bu barədə  qırxa yaxın fikir söylənilibdir. 
Lakin işi asanlaşdıran budur ki, bu hədislərin özündə “əhrufu-səb`ə”nin mənası 
açıqlanmışdır. Bəzi hədislərdə  “əhrufu-səb`ə” belə açıqlanır:  əmr, zəcr, tərğib, 
tərhib, cədəl, qəsəs və məsəl. Bəzi hədislərdə isə belə qeyd olunur: zəcr, əmr, ha-
lal, haram, möhkəm, mütəşabih və əmsal. Odur ki, “yeddi hərf” ifadəsini “xitabın 
qisimləri və bəyanın növləri” kimi mənalandırmaq lazımdır.”
2
“Əhrufu-səb`ə” məzmunlu hədislər 
əhli-sünnə alimlərinin baxışında
Cəlaləddin Siyuti deyir: “Bu hədisin şərhində qırxa yaxın fikir mövcuddur: 
1. Bu hədisin mənası məlum deyildir.
2. Burada “yeddi” dedikdə, konkret yeddi sayı nəzərdə tutulmur, qiraətin asan-
laşdırılması nəzərdə tutulur. Ümumiyyətlə, yeddi sayı çoxluğu bildirir. Əyaz və 
onun davamçıları bu nəzəri qəbul edirlər.
3. Burada “yeddi qiraət” nəzərdə tutulur. Lakin bu fikrə irad bildirilir ki, Qu-
randa çoz az sayda sözlər istisna olmaqla, Quranı yeddi qiraətdə oxumaq qeyri-
mümkündür.
4. Burada “yeddi” dedikdə, yeddi və daha artıq sayda qiraət oluna bilən sözlər 
nəzərdə tutulur.
5. Burada Quranın qiraətləri arasında olan fərqlərin qisimləri nəzərdə tutulur, 
belə ki, bu fərqlər yeddi qisimdən çox deyildir...”
3
Quran elmləri tədqiqatçıları “əhrufu-səb`ə” məzmunlu hədislərin şərhində ərəb 
ləhcələrinə də toxunmuşlar. Əhli-sünnə alimlərinin əksəriyyəti bu qənaətdədirlər 
ki, Quranın yeddi ləhcədə nazil olduğunu bəyan edən  şərh “əhrufu-səb`ə” 
məzmunlu hədislər üçün qeyd edilən  ən uyğun  şərhdir. Çünki bu hədislərdə 
vurğulanır ki, Peyğəmbər (s) öz ümməti üçün asanlıq istədi və Allah da hər bir 
qəbiləyə Quranı öz ləhcəsində qiraət etməyi icazə verdi. 

 “Ulumul-Quran indəl-mufəssirin”, c.2, s.219-220 (“Alaur-Rəhman”, c.1, s.30-32-ə is nadən).
2
  “əl-Mizan”, c.3, s.74-75.

 “əl-İtqan”, c.1, növ: 16, məsələ: 3.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə