Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə42/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   110

128
Dördüncü fəsil
Quranın üçüncü xəlifə Osman ibn Əffanın 
dövründə cəm edilməsi
A) Vahid mushəfin yaradılmasına səbəb olan hadisə 
Ötən fəsildə aydın oldu ki, Peyğəmbərin (s) vəfatından sonra Qurani-Kərim 
birinci xəlifənin göstərişi ilə Zeyd ibn Sabitin başçılığı altında yaradılan bir heyət 
tərəfindən mushəfdə cəm edildi. Həmçinin qeyd etdik ki, bu işə hamıdan öncə 
Peyğəmbərin (s) vəsiyyəti ilə Əli ibn Əbu Talib (ə) başlamış və Qurani-Kərimi 
bir mushəfdə cəm edərək müsəlmanlara təqdim etmişdi. Bir çox tanınmış və nü-
fuz sahibi olan səhabələr öz üslublarında mushəf cəm etmiş və həmin mushəflər 
müsəlmanlar arasında yayılmışdı. Beləliklə, İslam məmləkətinin müxtəlif mən-
təqələrində ayrı-ayrı səhabələrin mushəfləri qiraət olunurdu. Hicri-qəməri ikin-
ci və üçüncü onilliklərində İslam torpaqlarının genişlənməsi, İslam dininə iman 
gətirənlərin sayının günü-gündən artması və müsəlmanların öz səmavi kitabına 
olan böyük sevgi və diqqəti səbəb oldu ki, oxuyub-yazmağı bacaran şəxslər öz 
imkanları daxilində hər məntəqədə tanınmış mushəflərin üzünü köçürüb yaysın-
lar. Baxmayaraq ki, ilk əvvəl Kufədə Abdullah ibn Məs`udun, Şamda Ubəyy ibn 
Kə`bin və Bəsrədə Əbu Musa Əş`ərinin mushəfləri qiraət edilirdi, lakin zaman 
ötdükcə  həmin  şəhərlərdə Quranın oxunması  və  əzbərlənməsinə artan böyük 
tələbat saysız Quran nüsxələrinin yayılmasına səbəb oldu. 
Həmin dövrdə yazı xətti olduqca ibtidai və naqis idi, belə ki, hafizəyə arxalan-
madan Quranı mushəfdən oxumaq qeyri-mümkün bir iş kimi görünürdü. Növbəti 
fəsildə qeyd edəcəyik ki, ərəblərin yazı xəttində nöqtə, hərəkə və işarələr yox idi. 
Xəlifə  Əbu Bəkrin dövründə Quranın mushəfdə  cəm edilməsi bu səmavi kita-
bın qorunub saxlanması istiqamətində atılan mühüm bir addım hesab olunsa da, 
amma müsəlmanlar arasında fərqli qiraətlərin yaranmasının qarşısını ala bilmədi. 
Zaman ötdükcə, qiraətlər arasındakı fərqlər də çoxalırdı.    
Tarixi mənbələrdə Quran qiraəti zəminində müsəlmanlar arasında yaranan qar-
şıdurmalardan söz açılır və deyilənlərə görə, elə bu qarşıdurmalara son qoymaq 
üçün bəziləri çıxış yolu axtarmağa başladılar.
Buxari “Səhih”də Ənəs ibn Malikdən aşağıdakı rəvayəti nəql etmişdir ki, Qu-
ran tədqiqatçıları bu mövzuda həmin rəvayətə istinad edirlər:


129
Ənəs ibn Malik deyir: “Huzeyfə
1
 erməni və azərbaycan ilə müharibə aparan 
Şam və İraq qoşunlarında idi. Həmin müharibədə o, Quranın qiraəti zəminində 
müsəlman qoşununda qarşıdurmaların şahidi olur və bu onu hədsiz qorxuya sa-
lır. O, Mədinəyə geri döndükdə, xəlifə Osmanın yanına gedib deyir: “Ey əmirəl-
möminin,  İslam ümməti arasında yəhudilər və  məsihilər kimi öz dini kitabları 
barədə qarşıdurma yaranmamışdan öncə onları xilas et!...”
2
Başqa bir rəvayətə əsasən, Huzeyfə müharibədən geri döndükdə Səid ibn Ası 
Azərbaycanda görür və ona deyir: “Bu müharibədə müsəlman döyüşçülər arasında 
elə bir səhnənin şahidi oldum ki, əgər bu barədə ölçü götürülməsə, Quran barədə 
müsəlmanlar arasında ixtilaf və fikirayrılığı yaranacaq. Nəticədə isə, Qurana əməl 
olunmayacaq.” Səid ondan soruşur: “Axı nə üçün?” O belə cavab verir: “Hums 
vilayətindən olanlar Quranın qiraətini Miqdaddan öyrəndiklərini səbəb gətirərək 
öz qiraətlərini digərlərindən üstün və düzgün hesab edirdilər. Dəməşqlilər də öz 
qiraətlərini üstün hesab edirdilər. Kufəlilər də həmin iddiada idilər və deyirdilər 
ki, onlar Quranı İbn Məs`udun qiraətinə uyğun qiraət edirlər və buna görə də on-
ların qiraəti düzgündür. Bəsrəlilər də öz növbəsində Əbu Musa Əş`ərinin qiraətini 
daha üstün hesab edir və onun mushəfini “Ləbabul-qulub” adlandırırdılar.” 
Huzeyfə  və  Səid ibn As
3
 Kufəyə yetişdikdə, Huzeyfə camaat arasında bu 
məsələni qaldırır. Kufədə olan səhabələrin və tabeinlərin çoxu onunla həmfikir 
olur, lakin İbn Məs`udun tərəfdarları – belə ki, onlar Kufədə İbn Məs`udun qiraəti 
ilə Quranı oxuyurdular - onlara qarşı çıxır. Huzeyfə Mədinəyə geri dönüb, xəlifə 
Osmanın yanına gedir və müharibə səfərində gördüklərini böyük narahatçılıqla 
ona danışaraq deyir: “Mən sizə xəbərdarlıq edirəm, İslam ümmətini xilas edin!”
4
İş o yerə çatmışdı ki, hətta İslam məmləkətinin mərkəzi olan Mədinədə Quran 
müəllimləri öz şagirdlərinə Quranı fərqli qiraətlərdə təlim edirdilər. 
Ənəs ibn Malik deyir: “Osmanın xilafəti dövründə iş o yerə çatdı ki, Quranın 
qiraətinə görə müəllimlərlə müəllimlər və şagirdlərlə şagirdlər davaya qalxdılar. 
Bu xəbər Osmana çatdı və o, camaata belə müraciət etdi: “Siz Mədinə camaa-
tı bizim yanımızda olduğunuz bir halda bir-birinizlə davaya qalxır, bir-birinizin 
qiraətini təkzib edirsinizsə, onda bizdən uzaqda olanlar sizdən də artıq bir-biri ilə 
1
   Huzeyfə ibn Yəman ilk müsəlmanlardan idi. O, Peyğəmbərin (s) sadiq ardıcıllarından olub “Peyğəmbərin (s) 
sirdaşı” ləqəbini qazanmışdı. Xəlifə Ömərin dövründə Mədainin valisi olmuşdur. Onun başçılıq etdiyi qoşun 
hicri 22-ci ildə Nəhavənd əyalə ni fəth etmişdir. Həmin ildə o, Azərbaycanla sülh müqaviləsi imzalamış və 
bir neçə ildən sonra həmin müqavilə icra olunmuşdu. Xəlifə Osmanın dövründə o, Azərbaycanın valisi 
olmuşdur. Həzrət Əli (ə) xilafətə gəldikdə, onunla beyət etmişdir. O, Mədaində Salman Farsinin kənarında 
dəfn edilmişdir. (Dr. Ramyar, “Tarix-e Quran”, s.412.)

  “Səhih-Buxari”, fəsil: “Fəzailul-Quran”, c. 6, s. 581; “əl-Burhan”, c.1, s.330; “əl-İtqan”, c.1, s.187; “əl-Mizan”, 
c.12, s.122.

  Hicri 30-cu ildə  xəlifə Osman ibn Əffan Vəlid ibn Uqbəni Kufənin valiliyindən kənarlaşdırıb Səid ibn Ası 
onun yerinə təyin etdi. (“əl-Kamilu fit-tarix”, c.3, s.105.)

 “əl-Kamilu fit-tarix”, c.3, s.111-112.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə