125
İbn Məs`udun mushəfinin əsas xüsusiyyətləri
1. Hər iki mənbəyə istinadən (“əl-İtqan” və “əl-Fihrist”) Abdullah ibn
Məs`udun mushəfində “Ənfal” surəsi iyirminci surə olub “məsani” surələr qru-
punda yerləşmişdir. Halbuki, bu surə Ubəyy ibn Kə`bin mushəfində “Tövbə”
surəsindən qabaq yerləşmiş və “məun” surələrin birincisidir.
2. İbn Məs`udun mushəfində surələr həcmcə böyükdən kiçiyə doğru –
“həvamim” surələr istisna olmaqla – sıralanmışdır.
3. İbn Məs`udun mushəfində “Fatihətul-Kitab” və “muəvvəzəteyn” surələri qeyd
olunmayıb. İbn Sirin belə deyir: “Abdullah ibn Məs`ud “Fatihətul-Kitab” və “muəv-
vəzəteyn” surələrini öz mushəfində yazmırdı.”
1
Onun “Fatihətul-Kitab” surə si ni öz
mushəfində yazmamasının səbəbi heç də onu bir surə kimi qəbul etməməsi deyildi.
Ümumiyyətlə, Quranın yazılmasında məqsəd, surələrin unudulmaması və qorunub
sax lanması olmuşdur və “Fatihətul-Kitab” surəsini müsəlmanlar hər namazda oxuduq-
larından onun unudulması barədə heç bir nigarançılıq yox idi. “Fələq” və “Nas” surələri
barədə İbn Məs`udun əqidəsi bu idi ki, bu iki surə sehr və ya bədnəzəri dəf etmək üçün
bir hirzdir (mühafizə edən, qoruyan zikrlər). Hədislərin birində yazılır ki, Peyğəmbər
(s) yəhudilərin sehr-cadusundan qorunmaq üçün bu iki surəyə pənah aparmışdı.
2
4. “Əqna” əsərinin müəllifi qeyd edir ki, İbn Məs`udun mushəfində “Bəraət”
surəsinin əvvəlində “Bismillah” var idi.
3
5. İbn Məs`udun mushəfində bir sözü eynimənalı sözlə əvəz etmək icazəli he-
sab olunurdu. Oun ibn Abdullah deyir:
“İbn Məs`ud bir kişiyə Quran təlim edirdi. O, Duxan surəsinin 43-44-cü
ayələrini tilavət etdi:
.ﻢﻴِﺛﻷﺍ ُﻡﺎﻌﻁ .ﻡﻮﱡﻗﱠﺰﻟﺍ ِﺕَﺮَﺠَﺷ ﱠﻥﺇ
“Bəli, zəqqum ağacı, günahkarların yeməyi.”
O kişi dedi:
.ﻢﻴِﺘَﻴْﻟﺍ ُﻡﺎﻌَﻁ
İbn Məs`ud ayəni yenidən tilavət etdi. Lakin həmin kişi “ﻢﻴِﺛﻷﺍ” sözünü tələffüz
edə bilmədi. Abdullah ibn Məs`ud ondan soruşdu: “ ﺮِﺟﺎﻔْﻟﺍ ُﻡﺎﻌﻁ deyə bilərsənmi?” O
kişi: “Bəli” - deyə cavab verdi. İbn Məs`ud dedi: “Elə isə bu cür oxu!”
4
İbn Quteybə nəql edir ki, İbn Məs`ud “Qariə” surəsinin 5-ci ayəsini belə oxuyurdu:
ﺵﻮُﻔْﻨَﻤْﻟﺍ ِﻑْﻮَﺼْﻟﺎَﻛ ُﻝﺎﺒِﺠْﻟﺍ ُﻥﻮُﻜَﺗ َﻭ ـ ﺵﻮُﻔْﻨَﻤﻟﺍ ِﻦْﻬِﻌْﻟﺎﻛ ُﻝﺎﺒِﺠﻟﺍ ُﻥﻮُﻜَﺗ َﻭ
1
“əl-Fihrist”, s.29.
2
“ət-Təmhid”, c.1, s.314.
3
“əl-İtqan”, c.1, s.204.
4
“əl-İtqan”, c.1, s.149.
126
Çünki “ِﻦْﻬِﻋ” sözü ilə “ِﻑْﻮَﺻ” sözü eyni mənanı bildirir və sözün mənası “yun”
deməkdir.
6. Onun mushəfində bəzi hallarda sözlərin yeri dəyişdirilib, qabağa və ya
geriyə atılıb. Məsələn:
1
ٍﺭﺎّﺒَﺟ ٍﺮﱢﺒَﻜَﺘُﻣ ﱢﻞُﻛ ِﺐْﻠَﻗ ٰﻰﻠﻋ ُﷲ ُﻊﺒﻄﻳ َﻚﻟﺬﻛ ـ ٍﺭﺎّﺒَﺟ ٍﺮﱢﺒَﻜَﺘُﻣ ِﺐْﻠَﻗ ﱢﻞُﻛ ٰﻰﻠﻋ ُﷲ ُﻊﺒﻄﻳ َﻚﻟﺬﻛ
7. Onun mushəfində təfsir yönlü əlavələr mövcud idi. Məsələn, o, “Hud” surəsi-
nin 71-ci ayəsində “ﺪﻋﺎﻗ َﻮُﻫ َﻭ” ifadəsini “ﺔﻤﺋﺎﻗ ﻪﺗﺃﺮﻣﺍ َﻭ” ifadəsinə əlavə etmişdir.
2
8. Əksər hallarda İbn Məs`uda nisbət verilən fərqli qiraətlər, sözləri öz ləhcəsində
qiraət etməsi ilə əlaqədar idi. Məsələn, bəzən o, “ءﺎﺣ ” hərfini “ﻦﻴﻋ ” tələffüz edirdi və
“ﻰّﺘﺣ” sözünü “ ٰﻰّﺘﻋ” kimi qiraət edirdi. Yaxud aşağıdakı sözləri belə tələffüz edirdi:
ﻖﻴِﻌَﻣ ـ ﻖﻴﻤﻋ
ﺭﻮﻓﺎﻗ ـ ﺭﻮﻓﺎﻛ
ﺮﻗﺎﺑ ـ ﺮَﻘَﺑ
Ubəyy ibn Kə`b və Abdullah ibn Məs`ud kimi iki tanınmış səhabənin
mushəflərinin əsas xüsusiyyətləri bunlardan ibarət idi. Surələrin qruplaşdırılması
baxımından digər səhabələrin mushəfləri də demək olar ki, bir-birinə oxşardır.
Lakin bəzi səhabələrin mushəfində surələr nüzul ardıcıllığı ilə sıralanmışdı.
Müfəssir Şəhristani öz təfsirinin müqəddiməsində Əli ibn Əbu Talibin (ə) yetirməsi
olan İbn Abbasın mushəfinin belə xüsusiyyətə malik olduğunu qeyd edir.
Şəhristani İmam Sadiqə (ə) mənsub mushəfin də həmin şəkildə tərtib edildi-
yini qeyd edir: İqrə, Nun, Muzzəmmil, Muddəssir, Təbbət, Kuvvirət, Ə`la, Ləyl,
Fəcr, Zuha, Ələm nəşrəh, Əsr, Adiyat, Kövsər, Təkasur...Tövbə və Maidə.
3
Fəslin əsas mətləbləri:
1. Quran xüsusunda “cəm” (ﻊْﻤَﺟ) sözü (və eyniköklü sözlər) dörd mənada
işlənibdir: Quranı əzbərləmək, Peyğəmbərin (s) dövründə ayələrin surələrdə
yazılması, Peyğəmbərin (s) vəfatından sonra Quranın bir kitab şəklində tərtib
edilməsi və yığılması, qiraətlərin cəm edilməsi (vahid mushəfin yaradılması).
2. Quran alimləri arasındakı fikirayrılığı Quranın Peyğəmbərin (s) vəfatından
əvvəl, yoxsa sonra “mushəfdə cəm edilməsi” (bir kitab şəklində tərtib edilməsi)
barədədir.
3. Saysız dəlillər və tarixi faktlara əsasən, Qurani-Kərim Peyğəmbərin (s)
vəfatından sonra birinci xəlifə Əbu Bəkrin dövründə Zeyd ibn Sabit tərəfindən
“mushəfdə cəm edilmişdir”.
1
“əl-İtqan”, c.1, s.148.
2
Dr. Ramyar, “Tarix-e Quran”, s.362.
3
Zəncani, “Tarixul-Quran”, s.77-79.
127
4. Qurani-Kərim Peyğəmbərin (s) dövründə kitab şəklində tərtib edilməmişdi,
çünki:
a) Şiə və sünni qaynaqlarında olan saysız hədislərdə qeyd edilir ki, Peyğəmbər
(s) Əli ibn Əbu Talibə (ə) onun vəfatından sonra Quranı cəm etməyi vəsiyyət et-
mişdir. Əli (ə) də onun bu vəsiyyətinə əməl etmişdir.
b) Bildiyiniz kimi, Peyğəmbərin (s) ömrünün son günlərinə qədər ona vəhy
nazil olmuşdur. Ayələrin tədrici nazil olması, Quranın Peyğəmbərin (s) dövründə
kitab şəklində tərtib edilməsinə icazə vermirdi.
c) Hədislərə istinadən, Əli ibn Əbu Talib (ə) Peyğəmbərin vəfatından son-
ra Quranı mushəfdə cəm etdi və onun mushəfində surələr nüzul ardıcıllığı ilə
yerləşdirilmişdi. Əgər qəbul etsək ki, Peyğəmbər (s) həyatda ikən hal-hazırda
mövcud olan mushəfi tərtib etmişdir, bu o deməkdir ki, Əli ibn Əbu Talib (ə)
Peyğəmbərin (s) vəfatından sonra onun mushəfini qəbul etməyib özü bir mushəf
cəm etmişdir. Bu isə qəbul edilə biləcək bir iddia deyildir!
d) Bir çox səhabələr mushəf cəm etmişlər və onların mushəfləri arasında fərqli
cəhətlər çoxdur. Bu isə, Peyğəmbərin (s) dövründə vahid bir mushəfin olmadığını
göstərir.
5. Birinci xəlifə Əbu Bəkrin dövründə Quranın kitab şəklində tərtib edilməsinə
səbəb, Yəmamə döyüşü oldu. Bu döyüşdə ən azı 70 Quran hafizi öldürüldü.
6. Peyğəmbərin (s) dövründə Quranın mushəfdə cəm edildiyini qəbul edənlərin
ortaya qoyduqları dəlillərin heç biri qaneedici deyildir.
7. Uca məqamlı səhabələr olan Ubəyy ibn Kə`b və Abdullah ibn Məs`ud Qu-
ran hafizlərindən və qarilərindən, həmçinin “vəhy katibləri”ndən olmuşlar. Onlar
Quranın təlimi və təfsiri, hədis və fiqh sahəsində böyük ustadlar idilər. Hər zaman
Peyğəmbərin (s) kənarında olmuş və Əhli-beytə (ə) vəfalı şəxslər olmuşlar. Onla-
rın mushəfləri müsəlmanlar arasında xüsusi mövqeyə malik idi.
8. Ubəyy ibn Kə`b və Abdullah ibn Məs`udun mushəflərinin hər birinin
özünəməxsus xüsusiyyətləri vardır. Ümumilikdə demək olar ki, onların hər iki-
si surələri belə qruplaşdırmışlar: tuvəl, məun, məsani, həvamim, mumtəhinat,
mufəssəlat.
Dostları ilə paylaş: |