Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə38/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   110

117
“Mushəfə baxmaq ibadətdir.”
1
Cavab: Quranı Peyğəmbərin (s) hüzurunda oxumaq və ya Quranı xətm etmək 
onun “mushəf”də cəm edildiyinə və kitab şəklində yığıldığına dəlalət etmir. 
Amma Quranı “mushəf”dən oxumağın savabı barədə olan hədislərdə “mushəf” 
sözünün işlənməsi, bu sözün indiki terminoloji mənasında olduğunu isbat etmir. Bu 
hədislərdə Quranı əlyazmadan oxumaq təkid edilir və hamıya Quranı mushəfdən 
oxumaq tövsiyə edilir. Halbuki, əgər fərz etsək, Peyğəmbərin (s) vəfatından qabaq 
azsayda səhabənin özünəməxsus mushəfi olmuşdur, heç şübhəsiz, camaatın çoxu 
belə mushəflərdən məhrum olmuşdur. Deməli, bu hədislərdə “mushəf” dedikdə, 
böyük ehtimalla, bir məcmuə deyil, Quran əlyazmaları nəzərdə tutulur. 
Başqa bir ehtimala görə isə, bir neçə surədən ibarət məcmuələr o zamanlar 
“mushəf” adlanmışdır.
8. Peyğəmbərin (s) dövründə “Həmd” surəsi “Fatihətul-Kitab” adlanmış-
dır.  Nəzərə alsaq ki, bu surə nazil olan birinci surə deyildir, onda bu qənaətə 
gəlmək olar ki, Quran elə Peyğəmbərin (s) dövründə bir kitab şəklində tərtib edil-
miş və bu məcmuədə birinci surə olan “Həmd” surəsi “Fatihətul-Kitab” adlan-
mışdır.
2
  
Cavab: Doğrudur ki, “Həmd” surəsi nazil olan birinci surə deyildir, lakin kita-
bın ikinci hissəsində qeyd etdik ki, tədqiqatçılar “Həmd” surəsinin bütövlükdə na-
zil olan birinci surə olduğunu yekdilliklə qəbul etmişlər. Bu səbəbdən də, həmin 
surənin digər adı “Fatihətul-Kitab”dır. 
9. Hədislərin birində Peyğəmbər (s) buyurub:
 ،ﻰِﻧﺎَﺜَﻤﻟﺍ ِﻞﻴِﺠْﻧﻹﺍ  َﻥﺎَﻜَﻣ  ُﺖﻴِﻄْﻋُﺍ َﻭ ، َﻦﻴِﺌَﻤﻟﺍ ﺭﻮُﺑﱠﺰﻟﺍ  َﻥﺎَﻜَﻣ  ُﺖﻴِﻄْﻋُﺍ َﻭ ،ﻝَﻮﱡﻄﻟﺍ َﻊْﺒﱠﺴﻟﺍ ﺓﺍَﺭْﻮﱠﺘﻟﺍ  َﻥﺎَﻜَﻣ  ُﺖﻴِﻄْﻋُﺍ
.ﻞﱠﺼَﻔُﻤْﻟﺎِﺑ  ُﺖْﻠﱢﻀُﻓ َﻭ
“Tövratın müqabilində mənə “yeddi böyük surə” verildi, Zəburun müqabilində 
mənə “məun” surələr verildi, İncilin müabilində mənə “məsani” surələr verildi və 
mən “mufəssəl” surələr ilə üstün edildim.”
Həzrət Peyğəmbərin (s) Quran surələrini bu şəkildə qruplaşdırması hal-hazırkı 
mushəfdə surələrin ardıcıllığına uyğundur. Deməli, Quran surələrinin sıralanma-
sı, başqa sözlə desək, Quranın bir kitab şəklində tərtib edilməsi Peyğəmbərin (s) 
vəfatından əvvəlki dövrə təsadüf edir. 
Cavab:  Bəli, Peyğəmbərin (s) vəfatından qabaq Quran surələri bu şəkildə 
qruplaşdırılmışdır və bu məsələyə bir sıra hədislərdə rast gəlmək olar.
3
 La-
kin Peyğəmbərin (s) dövründə surələrin hal-hazırkı ardıcıllıqla sıralandığı bu 
1  
“Həqaiqun hammətun həuləl-Quranil-Kərim”, s. 83-86.
2  
“Nümunə” təfsiri, c. 1, s. 8-9. 

 “Quran dər İslam”, s. 191.


118
hədislərdən  əldə edilmir. Bu hədislər sadəcə kiçikliyinə  və böyüklüyünə görə 
surələrin qruplaşdırıldığını sübut edir. 
Bundan əlavə, Peyğəmbərin (s) vəfatından sonra Həzrət Əlinin (ə) “surələrin 
nüzul ardıcıllığı” meyarı ilə  tərtib etdiyi mushəf, Quranın Peyğəmbərin (s) 
vəfatından sonra bir kitab şəklində tərtib edildiyinə yetərli bir sübutdur.
10. Hakim Nişapuri “Mustədrək” adlı kitabında Zeyd ibn Sabitdən belə 
nəql edir:
.ِﻉﺎَﻗﱢﺮﻟﺍ  َﻦِﻣ  َﻥﺍَءْﺮُﻘْﻟﺍ  ُﻒﱢﻟَﺆُﻧ ِﷲ ِﻝﻮُﺳَﺭ َﺪْﻨِﻋ ﺎﱠﻨُﻛ
“Biz Peyğəmbərin (s) yanında Quranı vərəqlərdən bir yerə yığdıq.”
1
Zeyd ibn Sabit vəhy katiblərindən idi və o, bu hədisdə aydın şəkildə bildirir 
ki, Quranı Peyğəmbərin (s) yanında (bir dəstə səhabə ilə) bir mushəfdə yığmışlar.
Cavab: Saysız hədislərdə, o cümlədən, Zeyd ibn Sabitin özünün nəql etdiyi 
hədisdə - bu hədisdə açıqlanır ki, Quranı  cəm etmək birinci xəlifə  Əbu Bəkr 
tərəfindən Zeyd ibn Sabitə təklif edildi - o vaxtadək Quranın “mushəf”də cəm 
edilmədiyi, yəni bir kitab şəklində tərtib edilmədiyi dəfələrlə vurğulanmışdır. 
Deməli, yuxarıdakı hədisdə “Quranı bir yerə yığdıq” ifadəsində, tədrici şəkildə 
nazil olan Quran ayələrinin yazılması  və aid olduğu surələrə  əlavə edilməsi 
nəzərdə tutulmuşdur. 
Əllamə Təbatəbai deyir:
“Ola bilsin ki, sözügedən hədisdə “bir yerə  yığdıq” dedikdə, bir-birinə ox-
şar surələrin, məsələn, “tuvəl”, “məun” və s. bu kimi surələrin bir yerə  yığıl-
ması nəzərdə tutulmuşdur. Yoxsa ki, Quranın bir mushəfdə cəm edilməsi yalnız 
Peyğəmbərin (s) vəfatından sonraya təsadüf edir.”
2
“Səhifələr”in bir yerə cəm edilməsi, yoxsa Quranın bir 
“mushəf”də cəm edilməsi?
Bəziləri elə  təsəvvür etmişlər ki, Quranın cəm edilməsi zəminində birinci 
xəlifə Əbu Bəkrin dövründə görülən iş, üzərində Quran ayələri və surələri yazılan 
səhifələrin, vərəqlərin bir yerə  yığılması olmuşdur. O səhifələr və  vərəqlər ki, 
Peyğəmbərin (s) dövründə iki üz qapağı arasında yerləşdirilməmiş və bir kitab 
şəklində deyildi. Bu təsəvvür “Quranın Zeyd ibn Sabit tərəfindən cəm edilməsi” 
barədə olan bəzi hədislərdə “mushəf” (ﻒَﺤ ْﺼُﻣ) sözünün yerinə “suhuf” (ﻒُﺤُﺻ) 
sözünün işlənməsindən qaynaqlanmışdır. Lakin qeyd etmək lazımdır ki, saysız 
hədislərdə Zeyd ibn Sabitin “mushəf” cəm etdiyi vurğulanır. Bu hədislərdə fərqli 

 “əl-Burhan”, c.1, s.331; “ əl-İtqan”, c.1, s.181; “əl-Mizan”, c.12, s.120.
2
  “əl-Mizan”, c.12, s.120.


119
ifadənin işlənməsi bu həqiqətə dəlalət edir ki, işlənmə yerinin tələbinə görə bəzən 
“suhuf” sözü “mushəf” və “mushəf” sözü “suhuf” mənasında işlənmişdir. 
Bu fəslin əvvəlində Quranın Zeyd ibn Sabit tərəfindən mushəfdə cəm edilməsi 
barədə bir neçə hədisi qeyd etdik. Beyhəqi və Haris ibn Əsəd Məhasibi Zeyd ibn 
Sabitin gördüyü işi “Quranın mushəfdə cəm edilməsi” olaraq qəbul edirlər. Əbu 
Bəkr Baqilani “İntisar” adlı  əsərində üçüncü xəlifə Osmanın xilafəti dövründə 
“Quranın cəm edilməsi” məsələsi barədə belə qeyd edir: “Osman ibn Əffanın 
məqsədi xəlifə  Əbu Bəkrin gördüyü işi görmək, yəni “Quranı mushəfdə  cəm 
etmək” deyildi, onun məqsədi...”
1
     
Əli ibn Əbu Talibdən (ə) belə nəql olunur:
۲
... ﺮْﻜَﺑ ﻮُﺑﺃ ﻒِﺣﺎَﺼَﻤْﻟﺍ ﻰِﻓ ﺍًﺮْﺟﺃ ﺱﺎﱠﻨﻟﺍ ُﻢَﻈْﻋﺃ
Zeyd ibn Sabitin oğlu Xaricədən nəql etdiyimiz hədisdə də “mushəf”in üzünün 
köçürülməsindən söz gedirdi.
3
Əllamə  Məhəmmədcavad Bəlaği də Zeyd ibn Sabitin işini “səhifələrin cəm 
edilməsi” deyil, “Quranın mushəfdə cəm edilməsi” bilmişdir.
4
 
Səhabələrin mushəfləri
Əvvəlki fəsillərdə Quranın birinci xəlifə Əbu Bəkrin təşəbbüsü ilə Zeyd ibn Sa-
bit tərəfindən cəm edilməsi, həmçinin Əli ibn Əbu Talibin (ə) cəm etdiyi mushəf 
barədə bəhs etdik. Peyğəmbərin (s) vəfatından sonra Osman ibn Əffanın xilafəti 
dövrünədək olan bu müddət ərzində bir çox səhabələr də Quran mushəfləri cəm 
etmişdilər. Bu səhabələrin mushəfləri İslam məmləkətinin müxtəlif əyalətlərində 
yayılmış və tanınmışdı. 
İbn  Əsir nəql edir ki, hicri-qəməri 30-cu ilə kimi İslam məmləkətinin dörd 
tərəfində bu dörd mushəf geniş yayılmışdı: Dəməşqdə Ubəyy ibn Kə`bin mushəfi, 
Kufədə İbn Məs`udun mushəfi, Bəsrədə Əbu Musa Əş`ərinin mushəfi, Humsdə 
Miqdadın mushəfi.
5
Beləliklə, şamlılar Ubəyy ibn Kə`bin mushəfi əsasında, kufəlilər Abdullah ibn 
Məs`udun mushəfi əsasında, bəsrəlilər Əbu Musa Əş`ərinin mushəfi əsasında... 
Quranı qiraət edirdilər. Qiraətlərdə ixtilaf yarandığı zaman hər məntəqənin 
əhalisi orada tanınmış səhabənin mushəfinə müraciət edirdi. Biz burada yalnız 
1
  “əl-Burhan”, c.1, s.330; “əl-İtqan”, c.1, s.189.

 “əl-Burhan”, c.1, s.333; “əl-İtqan”, c.1, s.183; “Mənahilul-irfan”, c.1, s.253.

 Səhih-Buxari, c.6, s.581.
4  
“Alaur-Rəhman”, c.1, s.18.

 Dr. Ramyar, “Tarix-e Quran”, s.337.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə