Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə46/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   110

137
ona istinad etmiş və öz ardıcıllarına camaatın qiraəti kimi qiraət etməyi göstəriş 
vermişlər. Tam əminliklə demək olar ki, Əli ibn Əbu Talibin (ə) xilafət tərəfindən 
cəm edilən mushəfə etiraz bildirməməsinin səbəbi, o həzrətin Quran təfsiri 
barədəki baxışı olmuşdur: Quran ayələri bir-birini təfsir edir, bu təfsir üslubun-
da məkki və mədəni ayələrin və surələrin nüzul ardıcıllığı ilə qeyd edilməməsi 
məzmuna və  hədəfə heç bir xələl gətirmir. Hansısa bir ayənin təfsirində bütün 
ayələr nəzərə alınmalıdır...
1
Rəvayətlərin birində nəql olunur ki, xəlifə Osmanın dövründə vahid mushəf 
yaradıldıqdan sonra Təlhə Əli ibn Əbu Talibə (ə) təklif edir ki, Peyğəmbərin (s) 
vəfatından sonra tərtib etdiyi mushəfi camaata təqdim etsin. O, Təlhəyə heç bir 
cavab vermir. Təlhə israrla deyir ki: “O mushəfi camaata təqdim etməyəcəksən?”. 
Əli ibn Əbu Talib (ə) isə ona belə cavab verir: “Ey Təlhə, bilərəkdən sənə heç bir 
cavab demədim. Mənə de görüm, Əbu Bəkrin və Osmanın cəm etdiyi Quranda 
əlavə nə isə var, yoxsa elə Quranın özüdür?” Təlhə deyir: “Onlarda heç bir əlavə 
yoxdur, başdan-ayağa Quranın özüdür.” O həzrət buyurur: “Əgər həmin mushəfin 
ehtiva etdiyini əxz etsəniz, oddan xilas olar və cənnətə daxil olarsınız. Çünki bu 
Quranda bizim dəlilimiz və haqqımız, bizə itaətin vacibliyi bəyan olunubdur.”
2
 
Əhli-sünnə qaynaqlarında Suveyd ibn Ğəfələdən nəql olunur: “Əli (ə) buyur-
du: “Osman barədə yalnız yaxşı sözlər deyin! And olsun Allaha, o, müsfəhlərin 
işlərini bizim hüzurumuzda yerinə yetirmişdir.” Daha sonra buyurdu: “Qiraət 
barəsində bu nə söz-söhbətdir? Eşitmişəm bir-birinizə deyirsiniz ki, mənim 
qiraətim səninkindən üstündür. Bu, küfrə yaxındır.” Biz ərz etdik: “Bu barədə si-
zin fikriniz nədir?” Buyurdu: “Fikrim budur ki, bütün müsəlmanlar bir mushəfdən 
qiraət etsinlər və arada heç bir fikirayrılığı olmasın.” Dedik: “Gözəl fikirdir.”
3
 
Haris Məhasibi deyir ki, Əli (ə) belə buyurdu: “Əgər mən xəlifə olsaydım, 
mushəflər barəsində eynilə Osmanın etdiyini edərdim.”
4
Yenə də Haris Məhasibi “Fəhmus-sunən” adlı əsərində qeyd edir ki, Əli ibn 
Əbu Talib (ə) belə buyurdu:
.ِﻦْﻴَﺣْﻮﱠﻠﻟﺍ  َﻦْﻴَﺑ َﻊَﻤَﺟ  ْﻦَﻣ ُﻝﱠﻭﺃ َﻮُﻫ َﺮْﻜَﺑ ﻮُﺑﺃ ُﷲ َﻢِﺣَﺭ
“Allah Əbu Bəkrə rəhmət etsin! O, (Quranı) iki lövhə arasında (iki üz qapağı 
arasında) cəm edən ilk kəs idi.”
5
Bu rəvayət “əl-İtqan” və “Mənahilul-irfan”da belə qeyd edilmişdir: “ ْﻦَﻣ ُﻝﱠﻭﺃ َﻮُﻫ 
ﷲ  َﺏﺎَﺘِﻛ َﻊَﻤَﺟ”. Yəni: “O, Allahın kitabını cəm edən ilk kəs idi.”
6
1
  “Quran dər İslam”, s.195-196.
2  
“Biharul-ənvar”, c.89. s.42.
3
  “əl-Mizan”, c.12, s.123; “əl-İtqan” c.1, s.188.

 “əl-İtqan”, c.1, s.189.

 “əl-Burhan”, c.1, s.333.

 “əl-İtqan”, c.1, s.183; “Mənahilul-irfan”, c.1, s.253.


138
Fəslin əsas mətləbləri:
1. Qurani-Kərim birinci xəlifə Əbu Bəkrin göstərişi ilə cəm edildikdən təxminən 
on üç il sonra Quran yenidən cəm edildi. Quranın yenidən cəm edilməsinə səbəb, 
müsəlmanlar arasında fərqli qiraətlərin ortaya çıxması idi.
2. Huzeyfə ibn Yəman vahid qiraətin yaradılması təklifini üçüncü xəlifəyə ver-
di. Peyğəmbər (s) səhabələri ilə məşvərət keçirildi və İbn Məs`uddan başqa hamı 
bu təklifi qəbul etdi.
3. Abdullah ibn Məs`ud “Osmani mushəflər”in cəm edilməsi üçün təşkil edilən 
heyətin üzvlərinin seçimində Osmanla razılaşmırdı.
4. Vahid mushəfin yaradılması üçün təşkil edilən heyətin ilk üzvləri bu şəxslər 
idi: Zeyd ibn Sabit Ənsari, Abdullah ibn Zubeyr, Səid ibn As və Əbdurrəhman ibn 
Haris. Bu şəxslərin xəlifə ilə səmimi münasibəti və yaxın qohumluq əlaqəsi var idi.
5. Vahid mushəfin yaradılması işinin mərhələləri bundan ibarət oldu: 
a) İslam məmləkətinin bütün mərkəzi şəhərlərindən mushəflərin yığışdırılması 
və yandırılması;
b) Əbu Bəkrin mushəfinə - bu mushəf Ömərin qızı Həfsədə idi – və Ubəyy ibn 
Kə`bin mushəfinə istinadən, həmçinin Peyğəmbərin (s) səhabələrə  təlim etdiyi 
qiraətə istinadən Quranın yazılması;
c) Mushəflərin qiraətinin eyni olduğuna və düzgün yazıldığına  əmin olmaq 
üçün yazılan mushəfləri tutuşdurmaq;
ç) Yazılan mushəflərin o dövrdə  İslam məmləkətinin mühüm və  mərkəzi 
şəhərlərinə göndərilməsi və müsəlmanlardan Quranı bu qiraətlə qiraət etmələrini 
tələb etmək.
6. Böyük ehtimalla, Osmani mushəflər beş mushəf olmuşdur. Şam, Kufə, Bəsrə 
və Məkkə şəhərlərinin hər birinə bir mushəf göndərilmiş, bir mushəf də xilafətin 
mərkəzi olan Mədinədə saxlanmışdı.
7.  Osmani mushəflərlə birlikdə bir qari də  həmin  şəhərlərə ezam edildi. Bu 
qarilər Muğeyrə ibn Şəhab,  Əbu  Əbdurrəhman Suləmi, Amir ibn Əbdul-Qeys, 
Abdullah ibn Saib və Zeyd ibn Sabit idi.
8. Osmani mushəflərdə surələrin qruplaşdırılması əvvəlki mushəflərdə olduğu 
kimi idi. Bu mushəflərdə sözlərin hərəkəsi, hərflərin nöqtəsi və heç bir işarə yox 
idi. Hal-hazırda bu müshəflərdən bir əsər qalmamışdır.
9. Quranın tarixi və onun cəm edilməsi araşdırıldıqda məlum olur ki, surələrin 
ardıcıllığı toqifi deyildir.
10.  Quranın xəlifələr tərəfindən cəm edilməsinə  Məsum  İmamların (ə) 
münasibəti müsbət idi və onlar bu işə qarşı, yaxud cəm edilən mushəflərə qarşı 
heç bir etiraz bildirməmişlər.    
  


139
Beşinci fəsil
Quranın yazı xətti
A) Quranın yazı xətti
Bəlkə də bu hissənin birinci fəslində Quranın kitabəti və vəhy katibləri barədə 
bəhs edərkən Quranın yazı xətti barədə də məlumat verməyimiz münasib olardı. 
Lakin Quranın yazı  xəttindən söz açarkən “Osmani yazı  xətti”, eləcə  də, “va-
hid mushəf” yaradıldıqdan sonra Quranın yazı xəttində aparılan dəyişikliklər və 
tətbiq edilən yeniliklər – yəni sözlərin hərəkələnməsi və hərflərin nöqtələnməsi – 
barədə məlumat verməyin lazımlı olduğunu nəzərə alaraq, bu mövzunu “Quranın 
cəm edilməsi” barədə olan bəhslərdən sonra yerləşdirdik. 
Ümumiyyətlə, yazı xəttinin yaranması və təkmilləşməsi ayrıca bir tarixi möv-
zudur. Müasir tədqiqatçıların fikrincə, ən qədim və ilk yazı xətti misirlilərin yarat-
dığı “mixi xətti” olmuşdur. Sonralar finikiyalılar hal-hazırda dünya yazı xətlərinin 
mənşəyi sayılan yazı xəttini icad etdilər. Yazı xətləri silsiləsində finikiliyalıların yazı 
xəttindən şaxələnən “arami” xətti üçüncü yerdə durur. Deyilənlərə görə, yəhudilərin 
istifadə etdikləri “ibrani” yazı  xətti “arami” yazı  xəttindən yaranmışdır.  Əslində, 
demək olar ki, “ibrani” yazı xətti “arami” yazı xəttinin yeni formasıdır. “Aramı” 
yazı xəttindən bir çox yazı xətləri, o cümlədən, “nəbti” yazı xətti şaxələnmişdir ki, 
bu xətt də öz növbəsində “nəsx” və “kufi” xətlərinin mənşəyi hesab olunur.
1
Lakin şərqşünaslar “siryani” xəttini “nəbti” xəttinin kənarında qərar verir və 
bu fikirdədirlər ki, yazı xətti Ərəbistan yarımadasına iki şəkldə daxil olmuşdur: 
“siryani” xətti və “nəbti” xətti. 

 Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.161-162.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə