132
İşin bu mərhələsində müsəlmanlardan yığılan mushəflər Mədiəyə göndərildi
və üçüncü xəlifənin göstərişi ilə ya yandırıldı, ya da isti suya atıldı.
1
Bu
səbəbdən
Osman “Hərraqul-məsahif” adlandırıldı və baxmayaraq ki, çoxları onu “vahid
mushəf”in yaradılması işində dəstəkləmişdilər, amma Quran əlyazmalarının yan-
dırılmasına göstəriş verdiyi üçün onu məzəmmət etdilər.
Heyətin istinad etdiyi mushəflərdən biri də Ubəyy ibn Kə`bin mushəfi idi. Ubəyy
sonradan heyətə daxil edilən 8 nəfərdən biri idi. Hətta bəziləri bu fikirdədirlər ki,
12 nəfərlik heyətə o başçılıq edirdi. Əbul-Aliyə deyir: “Onlar Quranı Ubəyyin
mushəfindən cəm etdilər. Ubəyy diktə edir və bir qrup onun dediklərini yazırdı.”
2
Baxmayaraq ki, xəlifə Əbu Bəkrin və Ubəyy ibn Kə`bin cəm etdiyi mushəflər
əsas istinad mənbəyi idi, lakin heyət digər Quran mushəflərini də araşdırırdı. Əbu
Qulabə Ənəs ibn Malikdən belə nəql edir: “Hansısa bir ayə barəsində fikirayrılığı
yarandığı zaman heyət bu qərara gəlirdi ki, bu ayəni Peyğəmbər (s) kimə təlim
edibdirsə, hətta Mədinədən üç fərsəx uzaqlıqda
yaşasa belə, onu çağırtdırsınlar.
Həmin şəxsdən soruşurdular: “Peyğəmbər (s) filan ayəni sənə necə təlim etmiş-
dir?” Heyət həmin şəxsin dediklərini mushəfdə boş qoyduqları yerdə yazırdılar.”
3
Başqa bir rəvayətdə Məhəmməd ibn Sirin, Kəsir ibn Əfləhdən belə nəql edir:
“Heyət üzvləri arasında hansısa bir ayə barədə fikirayrılığı yarandığı zaman həmin
ayəni yazmır, yerini boş qoyub keçirdilər.” İbn Sirin deyir: “Zənnimcə, onlar on-
dan ötrü ayəni yazmırdılar ki, bu ayəni Peyğəmbərin (s) yanında tilavət edən ən
axırıncı şəxsi tapıb onun dedikləri əsasında ayəni qeydə alsınlar.”
4
Bütün Quran mushəfləri yığıldıqdan və Quran bir qiraətlə yazıldıqdan son-
ra növbəti mərhələdə qiraətin eyni olduğuna əmin olmaqdan ötrü yazılan Quran
nüsxələri tutuşdurularaq qiraət edildi.
5
Qeyd
etdiyimiz kimi, həmin dövrdə yazı
xətti çox ibtidai idi və hərflərin nöqtələri yox idi. Sözün ortasında “əlif” hərfi
yazılmırdı, sözlərdə “hərəkə” qoyulmurdu. Bu səbəbdən də, vahid mushəfin yara-
dılması istiqamətində görülən işlər o qədər də uğurlu nəticələr vermədi. Sonralar
yenidən Quranın müxtəlif qiraətləri ortaya çıxdı.
Heyətin apardığı işin sonuncu mərhələsində yazılan mushəflər İslam məm lə-
kə tinin ən mühüm və böyük şəhərlərinə göndərildi. Quranı camaata
qiraət etsin
deyə, üçüncü xəlifə tərəfindən təyin edilən bir qari də mushəflə birlikdə həmin
şəhərlərə göndərildi. Müsəlmanlar bundan sonra göndərilən mushəfin qiraətinə
uyğun Quranı qiraət etməli idilər.
6
1
“Səhih-Buxari”, c.6, s.581; “əl-Burhan”, c.1, s.330; “əl-İtqan”, c.1. s.187; “Quran dər İslam”, s.193.
2
“ət-Təmhid”, c.1, s.347.
3
“əl-İtqan”, c.1, s.187-188; “əl-Mizan”, c.12, s.122.
4
Əvvəlki qaynaq.
5
“ət-Təmhid”, c.1, s.346.
6
“Səhih-Buxari”, c.6, s.581.
133
Ç) Osmani mushəflərin sayı
Bu barədə müxtəlif nəzərlər mövcuddur. Əbu Əmr Dani “əl-Muqniə” adlı
əsərində yazır: “Alimlərin əksəriyyəti bi fikirdədirlər ki, Osmanın mushəflərinin
sayı dörd nüsxə idi və onların hər biri bu şəhərlərə göndərildi: Kufə, Bəsrə və Şam.
Mushəflərdən biri isə Mədinədə saxlandı. Bəziləri isə mushəflərin sayının yeddi
olduğunu deyir və adı çəkilən şəhərlərdən əlavə, Məkkə, Yəmən və Bəhreynə də
Quran nüsxələrinin göndərildiyini qeyd edirlər. Lakin birinci nəzər daha düzgün-
dür və əksər Quran alimlərinin nəzəri budur.”
1
Siyuti deyir: “Əksəriyyətin nəzərincə, Osmani mushəflər beş nüsxə olmuşdur.
İbn Əbu Davud, Əbu Hatəm Sicistanidən belə nəql edir: “Yeddi mushəf yazıl-
dı və Məkkə, Şam, Yəmən, Bəhreyn, Bəsrə və Kufəyə göndərildi.
Bir nüsxə isə
Mədinədə saxlandı.”
2
Yəqubi öz tarix əsərində Osmanın mushəflərinin sayının doqquz nüsxə oldu-
ğunu qeyd edir və adı çəkilən şəhərlərdən əlavə Misirə və Əlcəzairəyə də Quran
nüsxələrinin göndərildiyini bildirir.
3
Dr. Ramyar müxtəlif nəzərləri araşdırdıqdan sonra bu nəticəyə gəlir: “Xəlifə
Osmanın dövründə ən mühüm və strateji şəhərlər Məkkə, Mədinə, Şam, Kufə və
Bəsrə idi. Osmanın mushəfləri həmin şəhərlərə göndərildi. Sonralar əsas qiraətlər
olan on qiraət də həmin şəhərlərə mənsub idi:
Mədinədə Nafe və Əbu Cəfərin
qiraəti, Məkkədə İbn Kəsirin qiraəti, Bəsrədə Əbu Əmr ibn Əlanın və Yəqubun
qiraəti, Şamda İbn Amirin qiraəti, Kufədə Asimin, Həmzənin, Kəsainin və Xələfin
qiraəti. Deməli, Osmanın ətraf məntəqələrə göndərdiyi,
eləcə də, Mədinədə saxla-
dığı mushəflərin ümumi sayı beş nüsxə idi.”
4
Bütün bu deyilənlərdən əldə olunur ki, Osmanın mushəfləri İslam məmləkətinin
o dövrdə mərkəzi şəhərlərinə göndərildi. Vahid qiraətin yaranması hədəfini
təmin etməkdən ötrü mushəflə birlikdə bir qari də ezam olundu. Belə ki, həmin
şəhərlərdə hamı xəlifənin ezam etdiyi qarinin qiraəti əsasında Quranı qiraət
və mübahisəli məqamlarda ona müraciət etməli idi. Həmçinin, yalnız həmin
məntəqəyə göndərilən mushəfin üzünü köçürə bilərdilər. Mushəflərlə birlikdə
ezam olunan qarilər bunlar idi: Abdullah ibn Saib (Məkkə mushəfi),
Muğeyrə ibn
Şəhab (Şam), Əbu Əbdurrahman Suləmi (Kufə), Amir ibn Əbdülqeys (Bəsrə) və
“imam mushəf” sayılan Mədinə mushəfinin qarisi Zeyd ibn Sabit.
5
Əgər ətraf məntəqələrə göndərilən mushəflər arasında ixtilaflı bir məqam orta-
ya çıxsaydı, Mədinədəki “imam mushəfə” müraciət olunurdu. Digər mushəflər də
1
“əl-Burhan”, c.1, s.334; “Quran dər İslam”, s.193.
2
“əl-İtqan”, c.1, s.189.
3
“Mucəzu Ulumil-Quran”, s.165; “əl-Mizan”, c.12, s.122.
4
“Tarix-e Quran”, s.459-464.
5
“ət-Təmhid”, c.1, s.350.