Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə39/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   110

120
Ubəyy ibn Kə`bin
1
 və Abdullah ibn Məs`udun
2
 mushəflərinin özəlliklərindən da-
nışacağıq.
1
   Ubəyy ibn Kə`b:
Ubəyy ibn Kə`b ibn Qeys ibn Ubeyd ibn Zeyd ənsarın Bəni-Nəccar tayfasındandır. O, Peyğəmbərin (s) 
səhabəsi və vəhy ka bi olmuşdur. Quranın qiraə , cəm edilməsi və təlimində, həmçinin təfsir və fiqhdə 
böyük ustadlardan sayılırdı. Bəzi rəvayətlərdə qeyd olunur ki, Peyğəmbər (s) onu “Əbul-Munzər” künyəsi ilə 
çağırarmış. Həmçinin rəvayət olunur ki, Peyğəmbər (s) ona “Seyyidul-ənsar” ləqəbini vermiş və o, həyatda 
ikən müsəlmanlar onu “Seyyidul-muslimin” çağırmışlar.  Ərəblər arasında oxuyub yazanların sayının az 
olduğu cahiliyyət dövründə (İslam zühur etməmişdən qabaq) Ubəyy ibn Kə`b yazmağı bacaranlardan biri 
idi. İslam zühur etdikdə o, “ikinci əqəbə”də ənsardan olan yetmiş nəfərdən biri olmuş və Peyğəmbərlə (s) 
beyət bağlamışdı. O, Bədr, Uhud, Xəndək və başqa döyüşlərdə Peyğəmbərin (s) kənarında olmuşdur. O, 
vəhy ka bliyindən əlavə, Peyğəmbərin (s) yazarı da olmuşdur. Şiə mənbələrinə is nadən, Peyğəmbər (s) 
vəfat etdikdən sonra Ubəyy ibn Kə`b Peyğəmbərin (s) canişinliyi mövzusunda e raza qalxan on iki nəfərdən 
biri olmuşdur.
Ubəyy ibn Kə`b və Quran elmləri:
O, bütün Quranı Peyğəmbərə (s) qiraət etmişdir. Məşhur bir hədisə is nadən, Peyğəmbər (s) Quranı dörd 
nəfərdən təlim almağı tövsiyə etmişdir ki, onlardan biri də Ubəyy ibn Kə`bdir. Başqa bir hədisdə qeyd olunur 
ki, Ubəyy ibn Kə`b ümmət arasında qiraə  hamıdan yaxşı bilən bir şəxsdir. Bəzi qədim rəvayətlərdən əldə 
olunur ki, Ubəyy ibn Kə`bin qiraə nin geniş yayılması “Osmani mushəfin” yazılmasından qabaqkı dövrə 
təsadür edir və onun qiraə  o dövrlərdə geniş yayılan qiraətlərdən biri idi. “Osmani mushəf” yazıldıqdan 
sonra – belə ki, Ubəyy ibn Kə`b həmin heyə n üzvlərindən biri idi – onun qiraə  yenə də diqqət mərkəzndə 
qaldı  və  gələcək nəsillərə ötürülərək sonrakı yüzilliklərdə “mötəbər qiraətlər” hesab edilən qiraətlərin 
əsas mənbələrindən biri oldu. “Yeddi qiraət” arasında Nafe və İbn Kəsirin “hicazi qiraə ”, eləcə də, “hicazi 
qiraət”dən müəyyən qədər qaynaqlanan Əbu  Əmr ibn Əlanın “bəsri qiraə ”  əsas e barilə Ubəyy ibn 
Kə`bin qiraə  əsasındadır. “Kufi qiraə ”ndə Asimin və Kəsainin qiraə  üzərində Ubəyy ibn Kə`bin qiraə nin 
böyük təsiri olmuşdur. İmam Sadiq (ə) hədislərin birində buyurur ki, Ubəyy ibn Kə`bin qiraə  Əhli-beyt (ə) 
tərəfindən təsdiqlənmişdir. 
Osmanın xilafə  dövründə “Osmani mushəf” yazılıb yığılarkən Ubəyy ibn Kə`b və Zeyd ibn Sabit on iki 
nəfərlik heyə n nüfuzlu üzvləri olmuşlar. Qədimi bir tarixi mənbədə qeyd edilir ki, bir dəstə iraqlı Ubəyy 
ibn Kə`bin oğlu Məhəmmədin yanına gəlimiş və ondan atasının mushəfini istəmişlər. Məhəmməd belə bir 
mushəfin olduğunu inkar etməmiş və demişdir ki, bu mushəfi Osman ondan almışdır. Hicri birinci əsrin ikinci 
yarısında Məhəmməd ibn Kə`b Qurəzi Ubəyyin mushəfindən birnüsxəni görmüşdür ki, Osmani mushəflə 
bu mushəf arasında elə də böyük fərqlər yox imiş. Hakim Nişaburi “Mustədrək”də yazır ki, camaat Osmana 
qarşı üsyana qalxdığı vaxt Ubəyy həyatda imiş və  Osman qətlə ye rilməmişdən qabaq o, dünyasını dəyişdi. 
(Böyük İslam ensiklopediyası, c.6, s.463-465. ) 

 Abdullah ibn Məs`ud: 
Abdullah ibn Məs`ud ibn Ğafil ibn Həbib “Huzeyl” qəbiləsindəndir. Anasının adı “Ummi-Əbd” idi və buna 
görə  də ona “İbn Ummi-Əbd” künyəsi verilmişdi.  Əbu Nəim  İsfahaninin rəvayə nə görə, iman gə rən 
al ncı şəxs idi. Hörmətli bir səhabə idi. Peyğəmbərin (s) xadimi, sirdaşı və daim o həzrə n kənarında idi. 
O, iki dəfə hicrət etmişdir: bir dəfə Həbəşəyə və bir dəfə Mədinəyə. Peyğəmbərin (s) iş rak etdiyi bütün 
döyüşlərdə iş rak etmişdir. Quran hafizi və fəqih səhabələrdən idi. Günlərin birində Ömər ona baxıb dedi: 
“Elmlə dolu xəzinədir.” Peyğəmbər (s) vəfat etdikdən sonra Kufənin beytul-malının məsulu təyin edildi 
və Osmanın xilafə  dövründə Mədinəyə gəldi. O, Əbazərin kəfn-dəfn mərasimində iş rak etmişdir. Onun 
Əmmar, Salman, Əbazər, Miqdad və Ubəyy ibn Kə`bin sırasında Əhli-bey n (ə) imamə ni tanıtdıranlardan 
olduğunu demişlər. Deyilənlərə görə, o, yetmiş surəni Peyğəmbərdən (s) eşidərək öyrənmişdir. Onun iffətli, 
fəzilətli, imanlı bir kişi olduğuna, Peyğəmbərin (s) onu mədh etdiyinə şəkk yoxdur. Hicri 32-ci ildə vəfat etdi 
və Bəqi məzarlığında dəfn edildi. Osmani mushəf cəm edilərkən Abdullah ibn Məs`ud və Osman arasında 
qarşıdurma yarandı və dördüncü fəsildə bu məsələyə toxunacağıq. (“əl-Kuniyyə vəl-əlqab”, c.1, s.216 və 
470; “Ə`lam”, Zərəkli, c.4, s.137; Dr. Ramyar, “Tarix-e Quran”, s.354.)  


121
Ubəyy ibn Kə`bin mushəfi
Cəlaləddin Siyuti “əl-İtqan”da İbn Əştənin “Məsahif” kitabındakı Əbu Cəfər 
Kufinin rəvayətinə istinadən Ubəyy ibn Kə`bə  mənsub mushəfdə surələrin 
mündəricatını qeyd etmişdir. Bu mündəricatda birinci “Həmd” surəsi, sonra 
“tuvəl” surələr, yəni Bəqərə, Nisa, Ali-İmran,  Ən`am,  Ə`raf, Maidə  və Yunus 
surələri yerləşir. Sonuncu surə isə “Nas” surəsidir.
1
 
İbn Nədim “əl-Fihrist” əsərində Ubəyy ibn Kə`bə mənsub mushəfdə surələrin 
ardıcıllığını  Fəzl ibn Şazanın rəvayətinə istinadən qeyd etmişdir. Fəzl ibn 
Şazan isə bu rəvayəti etibarlı bir ravidən nəql etmişdir ki, bu ravi Ubəyy ibn 
Kə`bə mənsub mushəfi “Qəryətul-ənsar” adlı kiçik bir kənddə Məhəmməd ibn 
Əbdulməlik Ənsari adlı bir şəxsdə görmüşdür. Ubəyy ibn Kə`bə mənsub mushəfin 
nüsxələrindən birinin hicri-qəməri 3-cü əsrin ortalarına qədər qalması isə maraqlı 
faktdır.
2
Əbu Abdullah Zəncani də Ubəyy ibn Kə`bin mushəfində surələrin ardıcıllığını 
İbn Nədimin “əl-Fihrist” əsərinə istinadən qeyd etmişdir.
3
Bu iki mənbədə (“əl-Fihrist” və “əl-İtqan” əsərlərində) qeyd olunan mündəricatı 
(Ubəyy ibn Kə`bə mənsub mushəfdə surələrin mündəricatını) müqayisə etdikdə 
görürük ki, 24-cü surəyə  qədər, yəni “Mu`minun” surəsinə  qədər heç bir fərq 
mövcud deyil. Lakin “Mu`minun” surəsindən sonra müəyyən fərqlər nəzərə çar-
pır. 
Dr. Ramyar bu iki mənbədəki fərqləri araşdıraraq deyir:
“İbn Nədimin “əl-Fihrist”  əsərində 12 surə qeydə alınmamışdır və  həmin 
surələr bunlardır: Ənkəbut, Loğman, Duxan, Zariyat, Tur, Qəmər, Təhrim, Sə`əl, 
Sail, Muzzəmmil, Muddəssir, Bələd, Əsr.
Lakin “əl-İtqan” əsərində 7 surə qeydə alınmamışdır və bu surələrdən heç biri 
“əl-Fihrist”  əsərində qeydə alınmayan surələrlə üst-üstə düşmür:  İbrahim, Fur-
qan, Səcdə, Məlaikə, Zuxruf, İnsan və Buruc.”
4
“ət-Təmhid”  əsərinin müəllifi bu iki mənbədəki mündəricatı bir-birinin 
vasitəsilə tamamlamış, nəticədə 116 surənin adını açıqlamışdır.
5
 Bu işin isə heç 
bir “nəqli” və “əqli” (elmi) əsası yoxdur. 
Qeyd etmək lazımdır ki, İbn Nədimin “əl-Fihrist” və Siyutinin “əl-İtqan” 
əsərlərində “ﻊْﻠَﺧ” və “ﺪْﻔَﺣ” adlı iki surə Ubəyy ibn Kə`bin mushəfində surələrin sı-
rasında qeyd edilmişdir. Bu iki surə “əl-Fihrist” əsərində 90-cı və 92-ci surələrdir. 

 “əl-İtqan”, c.1, s.201-202.
2
  “əl-Fihrist”, s.29-30.

 “Tarixul-Quran”, s.141-144.
4
  “Tarix-e Quran”, s.345-347.
5
  “ət-Təmhid”, c.1, s.325-331.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə