Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə36/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   110

111
fərqlər var idi. Bu tarixi gerçəklik Quranın Həzrət Peyğəmbərin (s) dövründə cəm 
edilmədiyinə başqa bir dəlildir.
Əllamə  Təbatəbai bu barədə tam qətiyyətlə bildirir: “Heç şübhəsiz, Quran 
Həzrət Peyğəmbərin (s) vəfatından sonra mushəfdə cəm edilmişdir.”
1
Burada mühüm bir sualı cavablandırmaq lazımdır və o da bundan 
ibarətdir ki, nə üçün birinci xəlifə  Əbu Bəkr Quranı  cəm etmək barədə 
fərman verdi?
Yəmamə döyüşü və onun aci nəticələri
Həzrət Peyğəmbərin (s) vəfatından bir il və neçə ay keçmişdi ki, Yəmamə 
döyüşü baş verdi və bu döyüşdə ən azı yetmiş nəfər Quran qarisi öldürüldü. Bu 
hadisə xilafəti narahat etdi. Düşündülər ki, əgər müsəlmanlar üçün başqa bir dö-
yüş qarşıya çıxarsa və qalan qairilər də öldürülərsə, “Quranı daşıyanlar”ın, yəni 
qarilərin dünyadan köçməsi ilə Quran da aradan gedər. Bu səbəbdən də Quran 
ayələrini və surələrini bir mushəfdə cəm etmək fikrinə düşdülər.
2
Yəmamə döyüşü Əbu Bəkrin xilafəti dövründə baş verən böyük hadisələrdən 
biri olmuşdur. Hicrətin 9-cu ilində  Yəmamə vilayətindən bir dəstə ilə  Həzrət 
Peyğəmbərin (s) görüşünə  gələn Museyləmə  Kəzzab, geri döndükdə mürtəd 
oldu və yazdığı məktubunda peyğəmbərlikdə şərik olduğunu iddia etdi. Həzrət 
Peyğəmbər (s) ona “kəzzab” (yalançı) ləqəbini verdi. Hicrətin 12-ci ili rəbiul-
əvvəl ayında Əbu Bəkr – belə ki, onun xilafətinin ikinci ili idi - Xalid ibn Vəlidin 
sərkərdəliyi ilə 4500 nəfərlik bir qoşunu Museyləmə  Kəzzabla döyüşə yolladı. 
Müsəlmanlar qeyri-bərabər döyüşdə qırx min nəfərlə qarşı-qarşıya dayandılar və 
ağır döyüş apardılar. Bu döyüşdə Museyləmə öldürüldü və müsəlmanlar qələbə 
çaldılar. Lakin bu qələbə 1700 nəfərə yaxın müsəlmanın  şəhid olması ilə  əldə 
edildi ki, onlardan 700 nəfər, yaxud 450 nəfər, yaxud da ən azı 70 nəfər səhabə və 
Quran hafizi, qarisi idi.
3
Belə bir hadisənin təkrarlanmasından nigaran olan Ömər ibn Xəttab xəlifə Əbu 
Bəkrə Quranı bir mushəfdə  cəm etməyi təklif etdi. Xəlifə  Əbu Bəkr bu təklifi 
qəbul edib bu işin icrasını Zeyd ibn Sabitə tapşırdı.
Bu hadisəni bəyan edən  ən məşhur rəvayət Zeyd ibn Sabitin rəvayətidir və 
Buxari onu öz “Səhih”ində qeyd etmiş, bütün Quran tədqiqatçıları bu mövzuda 
həmin rəvayətə istinad etmişlər. Zeyd ibn Sabit deyir:

 əl-Mizan, c.12, s.120.
2
  “Quran dər İslam”, s.191.

 Dr. Ramyar, “Tarix-e Quran”, s.299-301.


112
Yəmamə döyüşündən sonra Əbu Bəkr məni yanına çağırtdırdı. Mən Əbu Bəkrin 
yanına getdikdə Ömər onun yanında idi. Əbu Bəkr mənə dedi: “Ömər mənim yanıma 
gəlib dedi ki, Yəmamə döyüşündə xeyli sayda Quran qariləri və hafizləri öldürüldü. 
Əgər başqa bir döyüşdə bu qədər itki versək, çox güman ki, “Quranı daşıyanlar”ı 
itirməklə Quranı da itirmiş olacağıq. Məsləhət budur ki, Quranın cəm edilməsinə 
göstəriş verəsən.” Mən isə Ömərə dedim: “Axı Peyğəmbərin (s) görmədiyi bir işi necə 
görə bilərəm?” O mənə dedi: “And olsun Allaha ki, bu yaxşı bir işdir.” Bu söhbətdən 
sonra Ömər mənə dəfələrlə müraciət etdi və nəhayət, Allah bu işdə mənə şərhi-sədr 
verdi (mənim ürəyimi genişləndirdi), mən də bu məsələdə Ömərlə həmfikir oldum.
Hədisin davamında Zeyd ibn Sabit deyir:
Bunları danışdıqdan sonra Əbu Bəkr mənə dedi: “Sən cavan, ağıllı və etibarlı 
bir kişisən. Sən Peyğəmbər (s) üçün vəhyi yazmısan, elə isə, Quranı cəm et!” Zeyd 
deyir: “And olsun Allaha, əgər mənə dağı yerindən qoparmağı tapşırsaydılar, bu 
işdən çətin olmazdı.” Mən onlara dedim: “Axı siz Peyğəmbərin (s) görmədiyi bir 
işi necə görə bilərsiniz?” Əbu Bəkr cavabında dedi: “And olsun Allaha, məsləhət 
budur.”  Əbu Bəkr mənə bu işi yerinə yetirməyi dəfələrlə  təkid etdi, nəhayət, 
Allah-Təala Əbu Bəkrə və Ömərə verdiyi şərhi-sədri mənə də əta etdi. Beləliklə, 
mən araşdırmalara başladım və xurma budaqları, nazik daş lövhələr üzərində ya-
zılan, habelə, müsəlmanların sinələrində qorunub saxlanan Quranı cəm etdim...
1
Zeyd ibn Sabit tərəfindən Quranın cəm edilməsi 
(“ikinci cəm”) hansı üsulda aparıldı?
Xilafətin göstərişi ilə Zeyd ibn Sabitin rəhbərliyi altında qari səhabələrdən ibarət 
heyət Quran ayələrini və surələrini Həzrət Peyğəmbərin (s) evindən götürülən və 
vəhy katiblərinin dəsti-xətti ilə yazılan, yaxud qari səhabələrin  əlində olan daş 
lövhələr, səhifələr və sümüklərdən cəm edib bir mushəfdə yığdılar, sonra həmin 
mushəfin nüsxələrini ətraf məntəqələrə göndərdilər.
2
 
Yəqubinin nəqlinə istinadən, bu işdə Zeyd ibn Sabitə kömək üçün xəlifə Əbu 
Bəkrin nəzarəti altında ənsardan 25 nəfərlik bir heyət təşkil edildi. Onlara tapşı-
rıldı ki, Quranı yazıb fəsahətli şəxs kimi tanınan Səid ibn Asa təqdim etsinlər.
3
Hişam ibn Urvə atasından nəql edir: Xəlifə Əbu Bəkr Ömərə və Zeydə göstəriş 
verdi ki, məsciddə əyləşib yalnız o ayələri yazsınlar ki, bu ayələri nəql edən şəxs 
öz sözünə iki nəfəri şahid gətirir.
4
1
   Səhih-Buxari, c. 6, bölüm: Cəm`ul-Quran, s. 580-581; əl-Burhan, c.1, s.326; əl-İtqan, c.1, s.182; Mənahilul-
irfan, c.1, s.251; əl-Mizan, c.12, s.119; əl-Bəyan, s.258.
2
  Quran dər İslam, s.192.
3
  əl-Mizan, c.12, s.118.
4
  əl-İtqan, c.1, s.184; Mənahilul-irfan, c.1, s.252.


113
Bəziləri yuxarıdakı hədisə və oxşar məzmunlu hədislərə əsaslanaraq, Əbu Bəkrin 
dövründə Quranın cəm edilmə üsuluna irad bildirmişlər. İrad budur ki, Əbu Bəkrin 
təşkil etdiyi heyət Quranı ibtidai və sadə üsul ilə cəm etmişdir: onlar bir ayənin və 
hətta bütöv bir surənin yazılması üçün iki adil şəxsin şahidliyini qəbul edibmişlər. 
Halbuki, Quran iki adil şəxsin şahidliyi ilə deyil, qəti dəlil və təvatur ilə sabit olma-
lıdır. İrad bildirənlərin fikrincə, belə bir üsul Quranın təhrifinə zəmin yaradar, çünki 
lazımi zəmanətlər nəzərə alınmamış və lazımi diqqət göstərilməmişdir, nəticədə də, 
belə üsul ilə cəm edilən mushəf adətən etibarlı sayılmır.
1
Lakin bildiyiniz kimi, həmin dövrdə Quran hafizləri çox idi və Zeyd ibn Sabitin 
özü Quran hafizlərindən idi. O dövrdə Quran, Əllamə  Bəlağinin sözü ilə desək, 
minlərlə Quran hafizinin nəzarəti altında cəm edilmişdi. Buna görə də, sözügedən 
hədislərdə “iki şahid” dedikdə, nəyin nəzərdə tutulduğunu araşdırmaq lazımdır.
İbn Hicr deyir:
Belə başa düşülür ki, bu iki şahid təqdim edilən müəyyən Quran əlyazmasının 
Həzrət Peyğəmbərin (s) hüzurunda yazıldığına şahidlik etməli idilər. Yaxud şa-
hidlik etməli idilər ki, Quran bu əlyazmada olduğu kimi nazil olmuşdur.
Əbu Şamə deyir:
 “İki şahid”in şahidlik etməsini tələb etməkdə onların (heyət üzlərinin) məqsədi 
bu idi ki, yalnız Həzrət Peyğəmbərin (s) hüzurunda yazılanı əldə edib onu yazsın-
lar, öz hafizələrinə söykənməsinlər.  Buna görə də Zeyd ibn Sabit - baxmayaraq 
ki, onun özü Quran hafizi idi – “Tövbə” surəsinin axırıncı ayəsi barədə belə deyib: 
“Bu ayəni yalnız Əbu Xuzeymə Ənsaridə tapdım.” Burada Zeyd bu ayəni yazılı 
şəkildə Əbu Xuzeymə Ənsaridə gördüyünü demək istəmişdir, yoxsa ki, Zeydin 
özü və çox sayda səhabələr bu ayəni əzbər bilirdilər.
2
 
Xəlifə Əbu Bəkr tərəfindən Quranı cəm etmək barədə Zeyd ibn Sabitə verilən 
təklifi bəyan edən hədisin axırında belə qeyd edilir:
... Quranla bağlı araşdırmalara başladım və xurma budaqları, nazik daş lövhələr 
üzərində yazılan, həmçinin hafizələrdə qorunub saxlanan Quranı  cəm etdim. 
“Tövbə” surəsinin axırıncı ayəsini - “Ləqəd cə͂əkum rəsu͂lun min ənfusukum 
ʻəzi͠zun ʻələyhi mə͂ ʻənittum...” - yalnız Əbu Xuzeymə Ənsaridə tapdım...
3
 
İbn  Şəhab, Zeyd ibn Sabitin oğlu Xaricəyə istinadən nəql edir ki, Zeyd ibn 
Sabit “Əhzab” surəsinin bir ayəsi üçün də yuxarıdakı əhvalata oxşar bir əhvalatı 
nəql etmişdir:
“Mushəfin üzünü köçürdüyüm zaman “Əhzab” surəsinin bir ayəsini - belə 
ki, həmin ayəni Peyğəmbərin (s) qiraət etdiyini özüm də  eşitmişdim - yalnız 

 əl-Bəyan, s.257.
2
  əl-İtqan, c.1, s.184; Mənahilul-irfan, c.1, s.252.

 Səhih-Buxari, c.6, s.581.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə