Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə33/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   110

102
B) Quranı cəm edənlər:
Qeyd etdik ki, Həzrət Peyğəmbər (s) üçün vəhyi yazan xüsusi vəhy katibləri 
var idi. Amma bununla yanaşı, bir çox səhabələr özləri üçün də Quran ayələrini 
və surələrini yazırdılar. 
Qitadə, Ənəs ibn Malikdən soruşur: 
؟ِﷲ ِﻝﻮُﺳَﺭ ِﺪْﻬَﻋ ﻰَﻠَﻋ  َﻥﺍَءْﺮُﻘْﻟﺍ َﻊَﻤَﺟ  ْﻦَﻣ
Rəsulallahın (s) dövründə Quranı kim cəm etdi?
.ﺪْﻳِﺯ ﻮﺑَﺃ ﻭ ﺖِﺑﺎَﺛ ﻦﺑ ﺪْﻳِﺯ ،ﻞَﺒَﺟ ﻦﺑ ﺫﺎَﻌَﻣ ،ﺐْﻌَﻛ ﻦﺑ ّﻰَﺑُﺍ :ِﺭﺎَﺼْﻧَ ْﻻﺍ  َﻦِﻣ ْﻢُﻬﱡﻠُﻛ ٌﺔَﻌَﺑْﺭَﺃ
Onlar dörd nəfər idi və dördü də  ənsardan idi: Ubəyy ibn Kə`b, Məaz ibn 
Cəbəl, Zeyd ibn Sabit və Əbu Zeyd.
1
Başqa bir hədisdə  nəql edilir ki, Həzrət Peyğəmbər (s) vəfat etdikdə yalnız 
dörd nəfər Quranı cəm etmişdi: Əbud-Dərda, Məaz ibn Cəbəl, Zeyd ibn Sabit və 
Əbu Zeyd. 
2
Əbu Abdullah Zəncani deyir:
Həzrət Peyğəmbərin (s) sağlığında bəzi səhabələr bütün Quranı cəm etmişdilər. 
Bəzi səhabələr isə Quranın bir hissəsini cəm etmiş, Peyğəmbərin (s) vəfatından 
sonra onlar da öz nüsxələrini tamamlamışdılar. Məhəmməd ibn İshaq “əl-Fihrist” 
adlı  əsərində  Həzrət Peyğəmbərin (s) dövründə Quranı  cəm edənlərin adlarını 
açıqlayır: Əli ibn Əbu Talib (ə), Sə`d ibn Ubeyd ibn Nu`man ibn Əmr ibn Zeyd, 
Əbud-Dərda (Uveymir ibn Zeyd), Məaz ibn Cəbəl, Əbu Zeyd ibn Sabit ibn Zeyd 
ibn Nu`man, Ubəyy ibn Kə`b ibn Qeys, Ubeyd ibn Muaviyə və Zeyd ibn Sabit.
3
Bəzi tədqiqatçılar bildirmişlər ki, bu hədislərdə  işlənən “َﻊَﻤَﺟ” (cəm etmək) 
kəlməsi “َﻆَﻔ َﺣ” (hifz etmək, əzbərləmək) mənasını bildirir, çünki Quran hafizlərinə 
ﻉﺎّﻤُﺟ” da deyilirdi. Lakin əgər belə bir adlandırma mövcud olubsa da, qeyd edilən 
bu hədislər xüsusunda doğru deyildir. Çünki qeyd etdiyimiz kimi, Quran qariləri 
və hafizləri bu hədisdə adları çəkilənlərdən qat-qat çox olmuşdur. Hətta çoxları 
bu əqidədədir ki, Quranı yazanların sayı hədislərdə qeyd edilən rəqəmdən daha 
çox olmuşdur. Çünki saysız hədislərdə müsəlmanlar Quranı mushəfdən oxumağa 
həvəsləndirilir ki, bu da öz növbəsində Həzrət Peyğəmbərin (s) dövründə çoxsay-
da Quran əlyazmalarının mövcud olduğunu göstərir.
4
 
Hakim Nişapuri “Mustədrək”də qeyd edir ki, Quran üç dəfə cəm edilmişdir 
və Quranın birinci dəfə cəm edilməsi Həzrət Peyğəmbərin (s) dövrünə təsadüf 
edir.
5

 Səhih-Buxari , c.9, s.47; əl-Burhan, c.1, s.334.

 Biharul-ənvar, c.89, s.77.

 Tarixul-Quran, fəsil: 8, s.46.

 Həqaiqun hammətun həuləl-Quranil-Kərim, s.99-100.

 əl-Burhan, c.1, s.331; əl-İtqan, c.1, s.181. 


103
Əlbəttə, əldə heç bir sənəd-sübut yoxdur ki, Həzrət Peyğəmbərin (s) dövründə 
Quranı  cəm edənlər surələri də ardıcıllıqla sıralamışlar. Məlum olan budur ki, 
Həzrət Peyğəmbərin (s) dövründə Quran yazılmış və o həzrətin şəxsən özü bu işə 
çox ciddi yanaşmışdır.
Fəslin əsas mətləbləri: 
1. Tarix şahidlik edir ki, Quranın nazil olduğu elə ilk illərdən müsəlmanlar 
böyük şövq və ciddiyyətlə Quranı əzbərləmiş və yazmışdırlar.
2. Bəzi quranşünaslar vəhy katiblərinin sıralarında hətta qırx beş nəfərin adını 
qeyd etmişlər, lakin bütün tədqiqatçılar tərəfindən qəbul olunan vəhy katibləri 
bunlardır: Əli ibn Əbu Talib (ə), Məaz ibn Cəbəl, Ubəyy ibn Kə`b, Zeyd ibn Sabit 
və Abdullah ibn Məs`ud.
3. Tarix və hədis qaynaqlarında üzərində Quran ayələri yazılan vasitələrin ad-
ları qeyd olunub. Həmin yazı vasitələri bunlardır: usub, lixaf, riqa, ədim, əktaf, 
əqtab, əzla, hərir, qəratis və şizaz.
4. Vəhy katibləri Quran ayələrini Həzrət Peyğəmbərin (s) göstərişi əsasında 
“nüzul ardıcıllığı” ilə yazırdılar. “Bismillə͂h” nazil olduqda surənin tamamlandığı 
və yeni surənin nazil olmağa başladığı məlum olurdu. 
5. Bəzən nazil olan bir və ya bir neçə ayə Həzrət Peyğəmbərin (s) göstərişi və 
ya Cəbrailin gətirdiyi əmr ilə əvvəlki surələrin tərkibində yerləşdirilirdi.
6. Surələrdə Quran ayələrinin ardıcıllığı  və  sıralanması “toqifi”dir. Əlbəttə, 
bəzi surələrdə bəzi ayələrin ardıcıllığı səhabələrin nəzəri əsasındadır. 
7. Səhabələrin çoxu Quran hafizi idi, o cümlədən: Əli ibn Əbu Talib (ə), Ab-
dullah ibn Məs`ud, Ubəyy ibn Kə`b, Zeyd ibn Sabit, Osman ibn Əffan, Məaz ibn 
Cəbəl, Əbud-Dərda, Əbu Əyyub, Sə`d ibn Ubeyd, Əbu Zeyd.
8. Bəzi səhabələr Həzrət Peyğəmbərin (s) dövründə özləri üçün Quranı kitabət 
və cəm etmişlər.  


104
İkinci fəsil
Həzrət Əli ibn Əbu Talibin (ə) mushəfi
“Həzrət Peyğəmbərin (s) vəfatından sonra Quranın cəm edilməsi” mövzusuna 
Həzrət Əli ibn Əbu Talibin (s) cəm etdiyi mushəfdən danışmaqla başlamaq istərdik. 
Həzrət Peyğəmbərə (s) ilk iman gətirənlərdən biri olan, ümumiyyətlə, hər sahədə 
öncül olan Əli ibn Əbu Talib (ə) vəhy nazil olmağa başlayandan davamlı olaraq Həzrət 
Peyğəmbər (s) üçün vəhyi kitabət etmiş, o həzrətin xüsusi vəhy katiblərindən olmuş-
dur. Həzrət Peyğəmbər (s) ömrünün son günlərində ona Quranı cəm etməyi tapşırdı. 
Həzrət Peyğəmbərin (s) hörmətli səhabələrindən olan İbn Məs`ud deyib: “Mən 
Quranın qiraətini Əli ibn Əbu Talib (ə) kimi bilən bir kəs görmədim.”
1
 
Əbu Bəkr Həzrəmi  İmam Sadiqdən (ə) hədis edir ki, Həzrət Peyğəmbər (s) 
Əliyə (ə) buyurdu:
 ِﺖَﻌﱠﻴَﺿ ﺎَﻤَﻛ ُﻩﻮُﻌﱢﻴَﻀُﺗ  َﻻ َﻭ ُﻩﻮُﻌَﻤْﺟﺍ ﻭ ُﻩﻭُﺬُﺨَﻓ ،ِﺲﻴِﻁﺍَﺮَﻘْﻟﺍ ﻭ ِﻒَﺤْﺼُﻤْﻟﺍ ﻰِﻓ ﻰِﺷﺍَﺮِﻓ  َﻒْﻠَﺧ  ُﻥﺍَءْﺮُﻘْﻟَﺍ ،ﱡﻰِﻠَﻋ ﺎَﻳ
.َﺓﺍَﺭ ْﻮﱠﺘﻟﺍ ُﺩﻮُﻬَﻴْﻟﺍ
“Ey Əli, Quran mənim yatağımın kənarında səhifələrdə, ipək parça və kağız 
üzərindədir. Quranı cəm edin və yəhudilər Tövratı məhv etdikləri kimi siz də onu 
məhv etməyin!”
2
Beləliklə, Həzrət Əli ibn Əbu Talib (ə) Həzrət Peyğəmbərin (s) vəfatından son-
ra Quranı cəm etməyi özünün ən mühüm vəzifəsi hesab edib bu işi yerinə yetirdi.
Qəti nəss və Həzrət Peyğəmbərin (s) təsdiqi ilə Qurani-Məcidi hamıdan yaxşı 
bilən Əli ibn Əbu Talib (ə) Peyğəmbərin (s) vəfatından sonra evinə çəkilib Qurani-
Məcidi nazil olduğu ardıcıllıqla bir mushəfdə cəm etdi. Bu işi altı ay müddətində 
yerinə yetirdi və yazdığı mushəfi bir dəvənin belinə yükləyib məscidə gətirərək 
camaata təqdim etdi.
3
“Qiyamət” surəsinin 16-17-ci ayələrinin:
.ُﻪَﻧﺍَء ْﺮُﻗ َﻭ ُﻪَﻌْﻤَﺟ ﺎَﻨْﻴَﻠَﻋ  ﱠﻥِﺇ .ِﻪِﺑ َﻞَﺠْﻌَﺘِﻟ َﻚَﻧﺎَﺴِﻟ ِﻪِﺑ ْﻙﱢﺮَﺤُﺗ  َﻻ
təfsirində İbn Abbasdan nəql olunur ki, Əli ibn Əbu Talib (ə) Peyğəmbərin (s) 
vəfatından sonra Quranı altı ay müddətində cəm etdi.
4
1
  Biharul-ənvar, c.89, s. 53.
2
  Biharul-ənvar, c. 89, s. 48; Zəncani, Tarixul-Quran, s. 44. 

 Quran dər İslam, s.191.
4  
Biharul-ənvar, c. 89, s. 51.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə