Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə30/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   110

95
Ərəblər kağızı qədimdən tanıyırdılar. O zamanlar kağız Hindistanda hazırlanır 
və oradan Yəmənə gətirilirdi. Yay və qış ticarət karvanları vasitəsilə də Yəməndən 
Şama, oradan da Romaya aparılırdı. Ərəbistan o dövrdə cənub və şimal arasında 
ticarət vasitəçisi idi.
1
 
Quran ayələrinin yazılması
A) Ayələrin “nüzul ardıcıllığı” ilə yazılması:
Qeyd etdik ki, Quran ayələri nazil olduqda, Həzrət Peyğəmbər (s) vəhy 
katiblərini çağırtdırıb vəhyi diqqətlə yazmağı onlara göstəriş verirdi. 
Vəhy katibləri “Bismillə͂hir raḥmə͂nir raḥi͠m” ilə başlanan hər surənin ayələrini 
“nüzul ardıcıllığı” ilə Həzrət Peyğəmbərin (s) göstərişi əsasında yazırdılar. Ayələri 
nüzul ardıcıllığı ilə yazmaq onlara tapşırıq verilmişdi. Həqiqətdə, nazil olan ayələr 
Həzrət Peyğəmbərin (s) nəzarəti altında müəyyən ardıcıllıqla yerləşdirilirdi və 
vəhy katiblərinin heç biri öz şəxsi nəzəri ilə bu işə müdaxilə edə bilməzdi.
Nazil olan ayələr bir-birinin ardınca sıralanaraq bir “Quran surəsi”ni  əmələ 
gətirirdi. Quranın: “Əgər bacarırsınızsa, bu surələrə oxşar bir neçə surə və hətta 
bir surə gətirin!” – deyə mübarizəyə çağırışında da, elə bu “surə”lər nəzərdə tu-
tulurdu. 
“Bismillə͂hir raḥmə͂nir raḥi͠m” ayəsi nazil olduqda, Həzrət Peyğəmbər (s) və 
nazil olan ayələri “nüzul ardıcıllığı” ilə yazan vəhy katibləri başa düşürdülər 
ki, əvvəlki surə tamamlanmış və yeni surə nazil olmağa başlamışdır. Hədislərin 
birində İmam Sadiq (ə) buyurur:
 .ﻯَﺮ ْﺧُ ِﻻ ًءﺍَﺪِﺘْﺑِﺍ ﻢﻴِﺣﱠﺮﻟﺍ ِﻦ ٰﻤْﺣﱠﺮﻟﺍ ِﷲ ِﻢْﺴِﺑ ِﻝﻭُﺰُﻨِﺑ ٍﺓَﺭﻮُﺳ ُءﺎَﻀِﻘْﻧِﺍ  ُﻑَﺮْﻌُﻳ  َﻥﺎَﻛ
“Bir surənin tamamlanması, sonrakı surənin başlanğıcında “Bismillə͂hir 
raḥmə͂nir raḥi͠m”in nazil olması ilə məlum olurdu.”
2
İbn Abbas deyib:
““Bismillə͂hir raḥmə͂nir raḥi͠m” nazil olduqda, Həzrət Peyğəmbər (s) başa dü-
şürdü ki, əvvəlki surə tamamlanmış və yeni surə nazil olmağa başlamışdır.”
3
Beləliklə, Quran ayələri “təbii ardıcıllığı”, yəni “nüzul ardıcıllığı” ilə surələrdə 
yer alırdı: “məkki” ayələr “məkki” surələrdə və “mədəni” ayələr “mədəni” su rə-
lər də qərar tuturdu. Əlbəttə, bəzən ayələri hissə-hissə nazil olan bir surənin ta-
mamlanması bir müddət çəkirdi.

 Tarix-e Quran, s.277.
2
  ət-Təmhid, c.1, s. 212.

 Əvvəlki qaynaq, həmçinin “əl-Mizan”, c.12, s. 127-128.


96
*   *   *
B) Bəzi ayələrin Həzrət Peyğəmbərin (s) göstərişi  əsasında “nüzul 
ardıcıllığı”na riayət edilmədən yazılması
1

Tarixi mənbələrə istinadən, bəzən bir və ya bir neçə ayə nazil olurdu və 
Həzrət Peyğəmbər (s) vəhy katiblərinə göstəriş verirdi ki, həmin ayə  və ya 
ayələri öncədən nazil olmuş və tamamlanmış bir surənin tərkibində xüsusi yerdə 
yerləşdirsinlər. Ayə və ya ayələrin bu qaydada yerləşdirilməsi, yalnız və yalnız 
Həzrət Peyğəmbərin (s) göstərişi ilə həyata keçə bilərdi. Şübhəsiz ki, bu işdə bir 
hikmət və məsləhət var idi.
İbn Abbas deyir:
Bir müddət Həzrət Peyğəmbərə (s) bir neçə surə nazil olurdu. Bəzən o həzrətə 
müəyyən ayələr nazil olurdu və o həzrət səhabələri çağırtdırıb onlara buyururdu: 
“Bu ayələri filan xüsusiyyəti olan surədə yerləşdirin.”
2
Başqa bir hədisdə İbn Abbas deyir ki, nazil olan sonuncu ayə bu idi: 
 ... ِﷲ ﻰَﻟﺇ ِﻪﻴِﻓ  َﻥﻮُﻌَﺟ ْﺮُﺗ ﺎًﻣ ْﻮَﻳ ﺍﻮُﻘﱠﺗﺍ َﻭ
Cəbrail Əminullah Həzrət Peyğəmbərə (s) xəbər gətirdi ki, bu ayəni “Bəqərə” 
surəsinin 280-ci ayəsi qərar versin.
3
Əlbəttə, qeyd etmək lazımdır ki, Quran ayələri çox az halda bu qaydada 
yerləşdirilmişdir, nazil olan ayələr əsasən “nüzul adrıcıllığı” ilə sıralanmışdır.
Burada bu ayələrdən daha bir nümunəni nəzərinizə çatdırırıq:
Osman ibn Əbil-As deyir: Mən Həzrət Peyğəmbərin (s) yanında əyləşmişdim 
və bu vaxt Cəbrail ona nazil oldu. Həzrət Peyğəmbər (s) belə buyurdu: “Cəbrail 
mənə əmr etdi ki, bu ayəni: 
... ٰﻰَﺑ ْﺮُﻘْﻟﺍ ﻯِﺫ ِءﺎَﺘﻳِﺇ َﻭ ِﻥﺎَﺴْﺣِ ْﻹﺍ َﻭ ِﻝْﺪَﻌْﻟﺎﺑ ُﺮُﻣْﺄَﻳ َﷲ  ﱠﻥﺇ
Nəhl surəsinin bu yerində yerləşdirim.”
Həmin ayə
4
 “Nəhl” surəsində “istişhad”
5
 və “əhd”
6
 ayələrinin arasında yerləş-
dirildi.
7
*   *   *
1
   Qarşınızdakı kitabın birinci hissəsində “Quranın adları və vəsfləri” başlığı al nda olan ikinci fəsildə qeyd 
etdik ki, Quranın vəsflərindən biri “mutəşabih”dir. Yəni Quran elə bir kitabdır ki, onun ayələri bir-birinə 
bənzər, bir-birinə uyğundur. Quranın bu vəsfi, onun ayələrinin “nüzul ardıcıllığı” ilə deyil, başqa bir qaydada 
yazılması və yerləşdirilməsinə aydınlıq gə rə bilər.  
2
  əl-Burhan, c.1, s. 334; əl-İtqan, c.1, s.190, növ: 18.
3
  Məcməul-bəyan, c.2, s.394.

 Yəni “Nəhl” surəsinin 90-cı ayəsi.
5
  Şahid gə rmə.

 Bağlanılan əhd-peyman, verilən söz.
7
  əl-Mizan, c.12, s.127; əl-İtqan, c.1, s.190.


97
C) Ayələrin səhabələrin şəxsi nəzəri ilə “nüzul ardıcıllığı”na riayət edil-
mədən yazılması:
Qurani-Kərimin bəzi surələrində ayələrin ardıcıllığı “nüzul ardıcıllığı” ilə de-
yildir və bu ardıcıllığın da Həzrət Peyğəmbərin (s) göstərişi əsasında olduğuna 
dair əldə heç bir sənəd-sübut yoxdur. 
Əllamə  Məclisi “Biharul-ənvar”da “Mumtəhinə” surəsinin belə surələrdən 
olduğunu qeyd edir. Bu surənin ilk 9 ayəsi hicrətin 8-ci ilində Hatib ibn Əbi 
Bəltə`ənin barəsində nazil olub.
1
 Bu ayələrin ardınca gələn iki ayə (10-11-ci ayələr) 
Hudeybiyyə sülhündən sonra hicrətin 6-cı ilində müşriklərin əlindən fərar edən 
Səbi`ə Əsləmiyyə və ya Kulsum binti Uqbə adlı bir qadın barəsində nazil olub.
2
 
Bu surənin 12-ci ayəsi isə hicrətin 9-cu ilində qadınların Həzrət Peyğəmbərlə 
(s) beyəti barəsində nazil olub. Surənin sonuncu ayəsi isə məzmun baxımından 
surənin ilk ayələrinə uyğun gəlir.
3
Surələrdə ayələrin ardıcıllığı “toqifi”dir, 
yoxsa “ictihadi”?
Quran ayələrinin yazılma qaydası barədə yuxarıda qeyd olunan mətləblərdən 
sonra, iki mühüm sual cavablandırılmalıdır:
1- Bütün surələrdə ayələrin ardıcıllığı “toqifi”dir, yəni Həzrət Peyğəmbərin 
(s) göstərişi  əsasındadır? Yoxsa “ictihadi”dir, yəni bu işə katiblərin də 
nəzərinin müdaxiləsi olmuşdur?
2- Quran surələrinin ardıcıllığı “toqifi”dir, yoxsa “ictihadi”dir?
4

  Ha b ibn Əbi Bəltə`ə İslam dinini qəbul edib Mədinəyə mühacirət etdi, lakin zövcəsi Məkkədə qaldı. Bu 
ərəfədə Qüreyş Həzrət Peyğəmbərin (s) onlara qarşı müharibəyə qalxacağından qorxurdular. Onlar Ha bin 
zövcəsinə müraciət etdilər ki, Ha bə yazdığı  məktubunda ondan bu barədə soruşsun. Ha b zövcəsinə 
yazdığı cavab məktubunda bildirdi ki, Peyğəmbər (s) müharibəyə hazırlaşır. Ha b məktubu Səfiyyə adlı 
bir qadına verdi və bu qadın məktubu saçları arasında gizlədib Məkkəyə yola düşdü. Cəbrail nazil olub 
Peyğəmbəri (s) məsələdən xəbərdar etdi. Həzrət Peyğəmbər (s) Əli ibn Əbu Talibi (ə) və Zubeyr ibn Əvamı o 
qadını tə iş üçün yolladı. Onlar qadını yaxaladıqda Əli (ə) ona dedi: “Məktub haradadır?” Qadın deyilənləri 
dandı. Onlar qadının  əşyalarında axtarış apardılar, lakin məktubu tapmadılar. Zubeyr dedi: “Biz heç nə 
tapmadıq.”  Əli (ə)  dedi: “And olsun Allaha, Peyğəmbər (s) bizə yalan deməz.” Sonra o, üzünü qadına tutub 
dedi: “And olsun Allaha, ya məktubu verirsən, ya da ki, başını Peyğəmbərə (s) aparacağam.” Qadın bu 
sözlərdən sonra məktubu verdi.  Peyğəmbər (s) Ha bə dedi: “Tutduğun bu iş nədir?” Ha b and içib bildirdi 
ki, o münafiqlik etməyib, sadəcə Qüreyş onun zövcəsi ilə mülayim davrandığına görə onlara bir yaxşılıq 
etmək istəyib. Bu vaxt Mütəal Allah həmin ayələri Peyğəmbərə (s) nazil etdi. (“əl-Mizan”, c.29, s.235.) 

  Səbi`ə Əsləmiyyə İslam dinini qəbul edən mühacir bir qadın idi. O, kafir ərinin əlindən Mədinəyə Həzrət 
Peyğəmbərin (s) yanına qaçır. Əri onun arxasınca Mədinəyə Peyğəmbərin (s) yanına gəlir. Bu vaxtlar ar q 
Peyğəmbərlə (s) Məkkə müşrikləri arasında Hudeybiyyə sülhü bağlanmışdı. Sülhnamənin şərtlərinə görə, 
Məkkədən Peyğəmbərə (s) pənah gə rən hər bir şəxs geri qaytarılmalı idi. Bu vaxt həmin iki ayə nazil oldu. 

 Biharul-ənvar, c.89, s.67-70; ət-Təmhid, c.1, s.214.
4
  Bu sual kitabın bu hissəsinin dördüncü fəslində cavablandırılacaq.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə