Quran elmleri dersliyi indd


 Maidə surəsinin 3-cü ayəsi (Əl-yəumə əkməltu ləkum dinəkum...)



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə26/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   110

82
4. Maidə surəsinin 3-cü ayəsi (Əl-yəumə əkməltu ləkum dinəkum...)  
Tanınmış tarixçi Yəqubi yazır: “Bu ayə nazil olan sonuncu ayədir.  Ğədir-
Xumda Əli ibn Əbu Talib (ə) xəlifə və canişin təyin edildiyi gün nazil olmuşdur.”
“ət-Təmhid”  əsərinin müəllifi Yəqubinin nəzərinə üstünlük verir, çünki bu 
ayədə dinin kamil olduğu və tamamlandığı elan edilir ki, bu da öz növbəsində 
vəhyin sona yetdiyini çatdırır. 
Bəqərə surəsinin 278, 281 və 282-ci ayələri və Maidə surəsinin 3-cü ayəsinin nazil 
olan sonuncu ayə olması xüsusunda ortaq qənaət budur ki, Bəqərə surəsinin ayələri nazil 
olan sonuncu əhkam ayələri və Maidə surəsinin 3-cü ayəsi nazil olan sonuncu vəhydir.
1
*   *   *
 Nazil olan sonuncu surə barədə isə 3 nəzər mövcuddur:
1- Maidə surəsi; 2- Bəraət surəsi; 3- Nəsr surəsi.
Hədislərin birində İmam Sadiq (ə) buyurur:
 َءﺎَﺟ ﺍَﺫِﺇ ،ﻪْﻴَﻠَﻋ َﻝَﺰَﻧ ﺎَﻣ ُﺮَﺧﺍَء َﻭ ،َﻚﱢﺑَﺭ ِﻢْﺳﺎِﺑ ﺃﺮﻗﺍ ،ﻢﻴِﺣﱠﺮﻟﺍ ِﻦﻤْﺣﱠﺮﻟﺍ ِﷲ ْﻢْﺴِﺑ ،ِﷲ ِﻝﻮُﺳَﺭ ﻰَﻠَﻋ َﻝَﺰَﻧ ﺎَﻣ ُﻝﱠﻭﺃ
 .ُﺢْﺘَﻔْﻟﺍ َﻭ ِﷲ ُﺮ ْﺼَﻧ
“Rəsulallaha (s) nazil olan ilk vəhy: “Rəhman və Rəhim Allahın adı ilə. Oxu, 
yaradan Rəbbinin adı ilə...” idi.  Ona nazil olan sonuncu vəhy isə: “Allahın köməyi 
və zəfər (Məkkənin fəthi və digər zəfərlər) gəldiyi zaman...” idi.”
2
Çoxları bu əqidədədir ki, “Maidə” və “Tövbə” surələri bütövlükdə və bütün 
ayələri bir yerdə nazil olan sonuncu surələr deyildir. “Tövbə” surəsi ilk ayələri 
etibarilə nazil olan sonuncu surə hesab edilir.
Tam nazil olan, yəni bütün ayələri bir yerdə nazil olan sonuncu surə “Nəsr” 
surəsidir.
İbn Abbas deyib: ““İẕə͂ cə͂ə nəṣrulla͂h...” surəsi tam nazil olan sonuncu surədir. 
Nəql olunur ki, “Nəsr” surəsi nazil olduqda, Həzrət Peyğəmbər (s) onu 
səhabələrinə oxudu və səhabələr sevindilər. Lakin Həzrət Peyğəmbərin (s) əmisi 
Abbas bu surəni eşitdikdə  ağladı. Həzrət Peyğəmbər (s) ondan ağlamağının 
səbəbini soruşduqda, o belə cavab verdi: “Belə güman edirəm ki, bu surə sizin 
vəfatınızın yaxınlaşdığını xəbər verir.”
3
 
Fəslin əsas mətləbləri:
1. “Ələq” surəsinin ilk beş ayəsi nazil olan birinci ayələrdir.
2. “Fatihətul-Kitab” surəsi tam nazil olan birinci surə, “Nəsr” surəsi isə tam 
nazil olan sonuncu surədir.
1  
ət-Təmhid, c.1, s.128-129.
2
  əl-Mizan, c.20, s.378.
3
   Müraciət edin: Mənahilul-irfan, c.1, s.100; ət-Təmhid, c.1, s.129; Məcməul-bəyan, c.10, s.844; əl-Mizan, 
c.20, s.378.


83
Altıncı fəsil
“Məkki” və “mədəni” surələr
A) Bu bölgünün faydası
Qurani-Kərimin surələri 2 qismə bölünür: məkki surələr və  mədəni surələr. 
Bu bölgü bir sıra faydalarına görə əhəmiyyət daşıyır. Bu faydalardan bir neçəsini 
nəzərinizə çatdırırıq: 
1. Quranda gələn ilahi qanunların, hökmlərin nüzul ardıcıllığını bilmək;
2. Ayə  və surələrin nüzul ardıcıllığını bilməklə “mutləq və muqəyyəd”, 
“muxtəss və umum”, “nasix və mənsux” hökmləri tanımaq;
3. Quranın daha bir möcüzəvi cəhəti və  təhrif olunmaması  səbəbi ilə tanış-
lıq: Bu izahla ki, “mədəni” surələrin əksinə olaraq, “məkki” surələrin əksəriyyəti 
kiçik surələr olub ayələri qısa və qafiyəlidir. Bu xüsusiyyət Quranın nüzulunun 
əvvəllərində bir tərəfdən “təhəddi” zəminində Quranın möcüzəliyini nümayiş et-
dirmiş, digər tərəfdən ilahi vəhyin öyrənilməsini və əzbərlənməsini asanlaşdırdığı 
üçün onun təhrifdən amanda qalmasını təmin etmişdir.
Bu və digər faydalarına görə bir çox Quran alimləri təkidlə bildirmişlər ki, 
“məkki” və “mədəni” surələri tanımadan Quran ayələrini başa düşüb təfsir etmək 
qeyri-mümkündür.
*   *   *
B) Bu bölgünün meyarı
Ayə və surələr 3 meyar əsasında “məkki” və ya “mədəni” təyin edilmişdir: 
1- Zaman meyarı; 2- Məkan meyarı; 3- Xitab (müraciət) meyarı.
1- Zaman meyarı: Bu meyarda Həzrət Peyğəmbərin (s) hicrəti əsas götürülür. 
Belə ki, hicrətdən  əvvəl, yaxud hicrət  əsnasında – yəni Həzrət Peyğəmbər (s) 
Mədinəyə çatmamış - nazil olan ayə və surələr “məkki”,  hicrətdən sonra nazil 
olan ayə və surələr isə – hətta Məkkədə nazil olsa belə – “mədəni” hesab edilir.
2- Məkan meyarı:  Bu meyarda ayə  və surənin nazil olduğu məkan onun 
“məkki” və ya “mədəni” olmasını təyin edir. Məkkədə və onun ətrafında nazil 
olan ayə və surələr “məkki”, Mədinə və onun ətrafında nazil olan ayə və surələr 
isə “mədəni” hesab edilir. Bu meyara əsasən, nə Məkkədə, və nə də Mədinədə 
nazil olmayan ayə və surələr, “məkki” və “mədəni” hesab edilmir.


84
3- Xitab meyarı: Məkkə əhalisinə xitab, yəni  “ﺱﺎﱠﻨﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ” xitabı olan ayə və 
surələr “məkki”, Mədinə əhalisinə xitab, yəni ”ﺍﻮُﻨَﻣﺍَء ﻦﻳِﺬﱠﻟﺍ ﺎَﻬﱡﻳﺃ ﺎَﻳ ” xitabı olan ayə 
və surələr isə “mədəni”dir. (Bu, İbn Məs`udun nəzəridir.)
Əksər təfsirçilər birinci meyar əsasında ayə və surələri “məkki” və “mədəni”yə 
ayırmışlar.
1
*   *   *
C) “Məkki” və “mədəni” surələrin xüsusiyyətləri
Cə`bəri demişdir:
“Surənin “məkki” və ya “mədəni” olduğunu təyin etmək üçün 2 üsul mövcud-
dur: səma`i və qiyasi. Səma`i üsul odur ki, surənin Məkkədə və ya Mədinədə nazil 
olduğu bizə  nəql olunsun. Qiyasi üsul odur ki, təkcə  “Yə͂  əyyuhənnə͂s” xitabı 
və ya “kəllə͂” ifadəsi işlənən, yaxud “muqəttə`ə hərflər” ilə başlanan (Bəqərə və 
Ali-İmran surələri istisna olmaqla), yaxud Həzrət Adəm (ə) və İblisin əhvalatı da-
nışılan (Bəqərə surəsindən başqa), yaxud keçmiş peyğəmbərlərin və ümmətlərin 
hekayətləri nəql olunan surələr “məkki”, vacibatlar və cəza ölçüləri bəyan edilən 
surələr isə “mədəni”dir.”
2
Ümumiyyətlə, Quran ayələri və surələrinin məzmununa diqqət yetirmək və 
onları bir-birilə müqayisə etməklə, “məkki” və “mədəni” ayə  və surələr üçün 
müəyyən xüsusiyyətlər sadalamaq olar. Bu xüsusiyyətlər istisna hallar qəbul etsə 
də, lakin ayə və surələrin “məkki” və ya “mədəni” olduğunu təyin etmək üçün 
yaxşı bələdçidir.
“Məkki” surələrdə əksər hallarda mövcud olan xüsusiyyətlər bunlardır:
1. Dinin əqidə  əsaslarına dəvət: məsələn, Allaha və Qiyamət gününə iman 
gə tir məyə dəvət, sorğu-sual və haqq-hesab səhnələrinin, cənnətliklər və cəhən-
nəmliklərin təsviri;
2. Surələrin kiçik, ayələrin qısa və qafiyəli olması, müraciətlərin icazı (lakonikliyi);
3. Müşriklərin inanclarına qarşı mübarizə;
4. Allaha, Qiyamət gününə, Qurana və bu kimi müqəddəs inanc yerlərinə daha 
çox and içilməsi: “məkki” surələrdə otuza yaxın and vardır, halbuki, “mədəni” 
surələrdə yalnız iki yerdə and içilir: 
“Nisa” surəsinin 65-ci ayəsi:
...ُﻪَﻨْﻴَﺑ َﺮَﺠَﺷ ﺎَﻤﻴِﻓ َﻙﻮُﻤﱢﻜَﺤُﻳ  ﻰﱠﺘَﺣ  َﻥﻮُﻨِﻣْﺆُﻳ  َﻻ َﻚﱢﺑَﺭ َﻭ  َﻼَﻓ
“Təğabun” surəsinin 7-ci ayəsi:
...ْﻢُﺘْﻠِﻤَﻋ ﺎَﻤِﺑ  ﱠﻥُﺆﱠﺒَﻨُﺘَﻟ َّ ﱠﻢُﺛ  ﱠﻦُﺜَﻌْﺒُﺘَﻟ ﻰﱢﺑَﺭ َﻭ  ﻰَﻠَﺑ ْﻞُﻗ ...

 əl-İtqan, c.1, s.26.
2
  əl-İtqan, c.1, s.53-54.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə