Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə27/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   110

85
5. Keçmiş peyğəmbərlərin və ümmətlərin, Həzrət Adəm (ə) və  İblisin 
hekayətlərindən daha çox danışılması;
6. “Yə͂ əyyuhənnə͂s” xitabının “Yə͂ əyyuhəlləẕi͠nə ə͂mənu͂” xitabından daha çox 
işlənməsi:
1
 
Bu barədə  bəzi quranşünaslar deyib: “Ümumiyyətlə, hər hansı surədə “Yə͂ 
əyyu hənnə͂s” xitabı  işlənibsə, bu surə “məkki”dir. Lakin belə deyil, çünki 
“Bəqə rə” surəsinin “mədəni” surə olmasına baxmayaraq, onun 21-ci və 168- ci 
ayələrində “Yə͂  əyyuhənnə͂s” xitabı mövcuddur. Həmçinin “mədəni” surə olan 
“Nisa” surəsinin 1-ci ayəsində “Yə͂ əyyuhənnə͂s” xitabı vardır.
İbn Hisar demişdir: ““Həcc” surəsinin “məkki” surələrdən olduğu hamılıqla qəbul 
edilir, halbuki, bu surənin 77-ci ayəsində “Yə͂ əyyuhəlləẕi͠nə ə͂mənu͂” xitabı mövcuddur.”
2
7. Məkki ayə və surələr kəskin bəyana malikdir.
8. İnsanların dini və əxlaqi dəyərlərə, o cümlədən, sevgiyə, ixlasa, başqalarına 
ehtirama, qonşuya  əl tutmağa, valideynə yaxşılığa və s. dəvət olunması, qarşı 
tərəfdən isə çirkin əməllərdən və rəzilliklərdən, o cümlədən, qətl törətmək və qan 
tökməkdən, yetimin malını yeməkdən və s. çəkindirilməsi.
Qeyd edək ki, “Bəqərə” və “Ali-İmran” surələri istisna olmaqla, “muqəttə`ə 
hərflər” ilə başlayan bütün surələr “məkki”dir.
“Mədəni” surələrdə əksər hallarda mövcud olan xüsusiyyətlər bunlardır:
1. Surələrin və surələrdəki ayələrin uzun olması;
2. Kitab-əhlinə etiraz;
3. Münafiqlərə etiraz;
4. Cihad və onun hökmləri barədə olan ayələrin çoxluğu;
5. Vacib əməllərin, hüquqların, cəza ölçülərinin, irs məsələlərinin, siyasi-iqti-
sadi qanunların, müqavilə qaydalarının və s. bəyanı;
6. Dini maarifin dəlil-sübutlarla açıqlanması.
3
*   *   *
Ç) “Məkki” və “mədəni” surələrin nüzul ardıcıllığı ilə mündəricatı
Bu fəslin sonunda “məkki” və “mədəni” surələrin nüzul ardıcıllığını nəzərinizə 
çatdıracağıq. 
Qeyd edək ki, Cəlaləddin Siyuti və başqaları surələrin nüzul ardıcıllığını 
açıqlayarkən,  İbn Abbas və Cabir ibn Zeydin hədisinə istinad etsələr də, lakin 
bəzi tədqiqatçılar başqa fikirdədirlər:
1
  Mucizu Ulumil-Quran, s.143.

 əl-İtqan, c.1, s.52-53.

 Mucizu Ulumil-Quran, s.144.


86
Bu hədislərə heç bir vəchlə istinad edilə bilməz. Çünki məlum deyil, İbn Ab-
bas bu ardıcıllığı Həzrət Peyğəmbərin (s) özündən eşitmiş və əxz etmişdir, yaxud 
başqalarından – onların da kim olduqları məlum deyildir -. Yaxud da ola bilsin ki, 
bu onun şəxsi nəzəridir və bu təqdirdə də bu nəzər onun özü üçün höccətdir (baş-
qaları ona istinad edə bilməz). Tarixi mənbələrə görə, İbn Abbas kiçik yaşlarında 
olarkən Həzrət Peyğəmbər (s) dünyasını  dəyişmişdir və aydın məsələdir ki, bü-
tün bu surələrin nazil olmasına şahid olmamışdır. Deməli, əgər surələrin ardıcıllığı 
barədə onun nəql etdikləri şəxsi nəzəri olmasa belə, onu başqalarından eşitmiş və 
bu da sənədi olmayan bir hədisdir ki, ona istinad edilə bilməz (hoccət deyildir). 
Beləliklə də, Quran surələrinin nüzul ardıcıllığını, onların “məkki” və ya “mədəni” 
olmasını təyin etmək üçün yeganə yol onların məzmununa diqqət yetirib, hicrətdən 
əvvəlki və sonrakı şərait və vəziyyətlə tutuşdurmaqdır. Belə ki, “İnsan”, “Adiyat” 
və “Mutəffifin” surələrinin məzmunu onların “mədəni” surələr olmasına dəlalət 
edir, halbuki, bu hədislərdə onların “məkki” surələr olduğu qeyd edilir.
1
Siyuti  İbn Abbasın “məkki” və “mədəni” surələrin ardıcıllığı barədə olan 
hədisini “əl-İtqan” kitabında  (c.1, s.31-32) qeyd etmişdir. Bu hədisdə “Fatihətul-
Kitab” surəsi qeyd edilməmişdir. Amma Cabir ibn Zeydin hədisində (“əl-İtqan”, 
c.1, s.81) “Fatihətul-Kitab” surəsi “məkki” surələrin nüzul ardıcıllığında beşinci 
yerdə qərar tutmuşdur. Bu hədislərə əsasən, “məkki” surələrin sayı 86, “mədəni” 
surələrin sayı isə 28-dir. 
Əlbəttə, Qurani-Kərimin bəzi surələrinin “məkki”, yoxsa “mədəni” olması 
barədə fikirayrılığı vardır. İxtisara riayət etmək üçün burada bu mövzuya toxun-
muruq.
Biz surələrin nüzul ardıcıllığını “ət-Təmhid” əsərinə istinadən qeyd etmişik. 
Bu ardıcıllıqda hər bir surənin ilk ayələrinin nüzulu meyar götürülür. Belə ki, əgər 
bir surənin bir neçə ayəsi nazil olmuş və sonra digər bir surənin ayələri nazil ol-
mağa başlamışdırsa, daha sonra əvvəlki surənin ayələri nazil olaraq surə tamam-
lanmışdırsa, burada nüzul ardıcıllığına görə birinci surə ikinci surədən əvvəl gəlir.
* * *
Məkki surələrin nüzul ardıcıllığı: 
1- əl-Ələq; 2- əl-Qələm; 3- əl-Muzzəmmil; 4- əl-Muddəssir; 5- əl-Fatihə; 6- 
əl-Məsəd; 7- ət-Təkvir; 8- əl-Ə`la; 9- əl-Ləyl; 10- əl-Fəcr; 11- əz-Zuha; 12- əl-
İnşirah; 13- əl-Əsr; 14- əl-Adiyat; 15- əl-Kövsər; 16- ət-Təkasur; 17- əl-Ma`un; 
18- əl-Kafirun; 19- əl-Fil; 20- əl-Fələq; 21- ən-Nas; 22- ət-Tövhid; 23- ən-Nəcm; 
24- Əbəsə; 25- əl-Qədr; 26- əş-Şəms; 27- əl-Buruc; 28- ət-Tin; 29- Qureyş; 30- 
əl-Qari`ə; 31- əl-Qiyamət; 32- əl-Huməzə; 33- əl-Mursəlat; 34- Qaf; 35- əl-Bələd; 
36-  ət-Tariq; 37- əl-Qəmər; 38- Sad; 39- əl-Ə`raf; 40- əl-Cinn; 41- Yasin; 42- 
1
  Quran dər İslam, c.186-187.


87
əl-Furqan; 43- Fatir; 44- Məryəm; 45- Taha; 46- əl-Vaqi`ə; 47- əş-Şu`əra; 48- 
ən-Nəml; 49- əl-Qəsəs; 50- əl-İsra; 51- Yunus; 52- Hud; 53- Yusuf; 54- əl-Hicr; 
55- əl-Ən`am; 56- əs-Saffat; 57- Loqman; 58- Səba; 59- əz-Zumər; 60- Ğafir; 61- 
Fussilət; 62- əş-Şura; 63- əz-Zuxruf; 64- əd-Duxan; 65- əl-Casiyə; 66- əl-Əhqaf; 
67- əz-Zariyat; 68- əl-Ğaşiyə; 69- əl-Kəhf; 70- ən-Nəhl; 71- Nuh; 72- İbrahim; 
73- əl-Ənbiya; 74- əl-Mu`minun; 75- əs-Səcdə; 76- ət-Tur; 77- əl-Mulk; 78- əl-
Haqqə; 79- əl-Məaric; 80- ən-Nəbə; 81- ən-Nazi`at; 82- əl-İnfitar; 83- əl-İnşiqaq; 
84- ər-Rum; 85- əl-Ənkəbut; 86- əl-Mutəffifin.
Mədəni surələrin nüzul ardıcıllığı:
87- əl-Bəqərə; 88- əl-Ənfal; 89- Ali-İmran; 90- əl-Əhzab; 91- əl-Mumtəhinə; 
92-  ən-Nisa; 93- əl-Zilzal; 94- əl-Hədid; 95- Muhəmməd; 96- ər-Rə`d; 97- ər-
Rəhman; 98- əl-İnsan; 99- ət-Təlaq; 100- əl-Bəyyinə; 101- əl-Həşr; 102- ən-
Nəsr; 103- ən-Nur; 104- əl-Həcc; 105- əl-Munafiqun; 106- əl-Mucadilə; 107- əl-
Hucurat; 108- ət-Təhrim; 109- əl-Cumu`ə; 110- ət-Təğabun; 111- əs-Səff; 112- əl-
Fəth; 113- əl-Maidə; 114- Bəraət.  
*   *   *
D) Müstəsna ayələr
Görəsən “məkki” surələrdə “mədəni” ayələr və “mədəni” surələrdə “məkki” 
ayələr vardırmı? 
Çoxları bu suala müsbət vacab vermişlər. Cəlaləddin Siyuti öz əsərində 
müfəssəl bir açıqlama ilə “məkki” və “mədəni” surələrdə olan müstəsna ayələri 
qeyd etmişdir. Məsələn, o demişdir: ““Mədəni” surə olan “Bəqərə” surəsində iki 
ayə - 109-cu və 272-ci ayələr müstəsnadır.”
1
“ət-Təmhid”  əsərinin müəllifi müxtəlif müəlliflərin öz əsərlərində qeyd 
etdikləri “müstəsna ayələr”i qeyd etmiş, lakin özü istər “məkki”, istərsə  də 
“mədəni” surələrdə müstəsna ayələrin olduğunu qəbul etməmişdir.
2
Fəslin əsas mətləbləri:
1. Qurani-Kərimin ayə və surələri 2 qismə bölünür: məkki və mədəni.
2. Hicrətdən əvvəl nazil olan ayə və surələr “məkki”, hicrətdən sonra nazil olan 
ayə və surələr isə “mədəni”dir.
3. “Məkki” surələrin  əsas xüsusiyyətləri bunlardır: dinin əqidə  əsaslarına 
və  əxlaqi dəyərlərə  dəvət; Qiyamət səhnəsinin, Cənnət və  Cəhənnəmin təsviri; 
1
  əl-İtqan, c.1, s.43-52.
2
  ət-Təmhid fi Ulumil-Quran, c.1, s.137-203.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə