Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə25/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   110

79
Fəslin əsas mətləbləri:
1. “Ayə” sözünün lüğəvi mənası “əlamət, nişanə”dir. Bu söz Quranda “möcüzə”, 
“hökm”, “ibrət”, “məxluqat”, “peyğəmbərlər və ilahi övliyalar” və s. mənalarda 
işlənib.
2. “Ayə” sözü Quran terminində bu mənanı daşıyır: “Surənin tərkibində 
yerləşən, bir kəlmədən və ya kəlmələrdən ibarət hissədir ki, özündən qabaq və 
özündən sonrakı hissələrdən ayrılıbdır”.
3. “Surə” sözünün lüğəvi mənası “uca məqam”dır. “Bismillah”la başlayan 
(Tövbə surəsindən başqa) Quran ayələri məcmusuna “surə” deyilir. Bu məcmu 
ondan ötrü “surə” adlanıb ki, Allah kəlamıdır və yüksək məqama malikdir. Yaxud 
surəni tilavət etmək, qariyə ucalıq və əzəmət bəxş edir.
4. Quranın surələrə bölünməsinin bəzi səbəbləri bunlardır: 1- Quranda 
müxtəlif mövzuların olması; 2- Quranı öyrənməyin və əzbərləməyin asanlaşdı-
rılması; 3- Quranın təhrifdən qorunması; 4- Quranın möcüzəliyini göstərmək.
5. Quranın  əksər surələrinin bir adı vardır. Bir qisim surələrin isə iki və ya 
daha artıq adı vardır. Baxmayaraq ki, Quranın bir çox surələrinin adı  Həzrət 
Peyğəmbərin (s) zamanında geniş yayılmışdır, lakin surələrin adlandırılması to-
qifi deyildir.
6. Quran surələri bir baxımdan dörd qismə ayrılır: “Əs-səb`ut-tuvəl”, “əl-
Məun”, “əl-Məsani” və “əl-Mufəssəl”.
7. “ﻢﻳﺮﻜﻟﺍ ﻥﺍء ْﺮﻘْﻠِﻟ ﻰﺋﺎﺼﺣﻻﺍ ﻢﺠﻌﻤﻟﺍ” kitabının təqdim etdiyi rəqəmlər belədir:
Quranın surələrinin sayı – 114
Quranın ayələrinin sayı – 6236
Quranın kəlmələrinin sayı - 77807 


80
Beşinci fəsil
Birinci və sonuncu ayə. 
Birinci və sonuncu surə.
A) Nazil olan birinci ayə və birinci surə
Nazil olan birinci ayə və birinci surəni müəyyən etmək Quran ayələrinin nüzul 
ardıcıllığını, eləcə də, müəyyən bir mövzuya aid olan ayələrin zaman baxımın-
dan hansının əvvəl və hansının sonra nazil olduğunu araşdıran tədqiqatçılar üçün 
olduqca  əhəmiyyətlidir. Demək olar ki, bütün Quran alimləri Quranın nüzulu 
zəminində bu məsələni böyük diqqətlə araşdırmışlar. Qeyd olunan faydaları ilə 
yanaşı, ümumiyyətlə, Qurana aid bütün mövzular tam aydınlığı ilə açıqlanmalı, 
ortada heç bir qaranlıq məqam qalmamalıdır. Bu səbəbdən, hətta Quranla bağlı ən 
cüzi məsələlər belə böyük diqqətlə araşdırılmışdır.
Nazil olan birinci ayə  və birinci surəyə  gəlincə, Quran tədqiqatçıları bu 
qənaətdədirlər ki, nazil olan birinci surə “Ələq” surədir. Bu surənin ilk beş ayəsi 
Həzrət Məhəmmədə (s) peyğəmbərlik verilərkən nazil oldu. Hədislər də bunu 
təsdiq edir. İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur:
 ...َﻚﱢﺑَﺭ ِﻢْﺳﺎِﺑ ْﺃَﺮْﻗﺇ .ﻢﻴﺣﺮﻟﺍ ﻦﻤﺣﺮﻟﺍ ﷲ ﻢﺴِﺑ :ِﷲ ِﻝﻮُﺳَﺭ ﻰَﻠَﻋ َﻝﱢﺰُﻧ ﺎَﻣ ُﻝﱠﻭَﺃ
“Rəsulallaha (s) nazil olan ilk vəhy: “Rəhman və Rəhim Allahın adı ilə.  Oxu, 
Rəbbinin adı ilə...” idi”.
1
Buxari və Müslim öz “Səhih”lərində Ümmül-möminin Aişənin nəql etdiyi bu 
hədisi qeyd ediblər ki: Həzrət Peyğəmbərə (s) “Ələq” surəsinin ilk ayələri vəhy 
oldu və bu hadisədən sonra o həzrət Xanım Xədicənin (s.ə) evinə gəldi. O həzrət 
peyğəmbər seçildiyinə şəkk etdi və Vərəqət ibn Nofəlin yanına getdi... 
Təssüflər olsun ki, bu qeyri-mötəbər hədisi Quran elmləri alimlərinin bir çoxu, 
o cümlədən, Cəlaləddin Siyuti “əl-İtqan” və Zərqani “Mənahilul-irfan” əsərində 
qeyd etmişlər. Hətta təəccüblüdür ki, “ət-Təmhid” əsərinin müəllifi “vəhy” möv-
zusunda müxtəlif məsələlərə aydınlıq gətirərkən, məzmunu Aişənin nəql etdiyi 
hədisə oxşar bir hədisi nəql edib Vərəqət ibn Nofəlin hekayətini qəti surətdə rədd 
etmişdir, lakin “Ələq” surəsinin nazil olan birinci surə olduğunu sübut etmək 
istədikdə, iki yerdə  həmin hədisə istinad etmişdir!
2
  Həzrət Məhəmmədə (s) 
peyğəmbərlik verilərkən “Ələq” surəsinin lik beş ayəsinin nazil olması o qədər 
aydın tarixi bir faktdır ki, belə bir saxta hədisə istinad etməyə ehtiyac qalmır. 
1  
ət-Təmhid, c.1, s.124; əl-Mizan, c.20, s.378.
2  
Müraciət edin: ət-Təmhid, c.1, s. 56 və 124.


81
Bəziləri isə “Fatihətul-Kitab” surəsinin nazil olan birinci surə olduğunu 
deyirlər.
1
 Zəməxşəri “Kəşşaf” adlı əsərində bu nəzəri İbn Abbas və Mücahiddən 
nəql edərək deyir: “Əksər müfəssirlərin nəzərinə görə, nazil olan birinci surə 
“Fatihətul-Kitab” surəsidir.”
2
Amma Zəməxşərinin bu sözü doğru deyil, çünki:
birincisi, bu nəzər əksəriyyətin nəzəri deyildir, onu qəbul edənlərin sayı azdır; 
ikincisi, Quran elmləri alimləri qeyd etmişlər ki, “Həmd” surəsi tam nazil olan 
(yeddi ayəsi bir yerdə nazil olan) ilk surədir. Amma ayələrinin nüzulu baxımından 
“Ələq” surəsinin ilk beş ayəsi ondan qabaq nazil olmuşdu.
3
Cabir ibn Zeydin hədisinə əsasən, “Fatihətul-Kitab” surəsi nazil olan beşinci 
surədir, yəni nüzul ardıcıllığına görə ilk sıralarda qərar tutur. 
Tarixi mənbələrdə qeyd edilib ki, Həzrət Məhəmməd (s) be`sətin əvvəllərində 
namaz qılmış, Həzrət  Əli (ə) və Xanım Xədicə (s.ə) o həzrətə iqtida etmişlər. 
Digər tərəfdən hədislərdə belə qeyd edilib:
.ِﺏﺎَﺘِﻜْﻟﺍ ِﺔَﺤِﺗﺎَﻔِﺑ  ﱠﻻِﺇ َﺓ َﻼَﺻ  َﻻ
Yəni “Fatihətul-Kitab”sız (bu surə oxunmadan) namaz olmaz.
Deməli, Fatihə surəsi be`sətin əvvəllərində tam nazil olan Quran surələrindəndir.
*   *   *
B) Nazil olan sonuncu ayə və sonuncu surə
Nazil olan sonuncu ayə barədə çoxlu fərqli nəzərlər mövcuddur. Zərqani 
“Mənahilul-irfan” əsərində bu barədə 10 nəzəri qeyd edib və biz bu nəzərlərdən 
bir neçəsini aşağıda qeyd edirik:
1. Bəqərə surəsinin 281-ci ayəsi (İbn Abbasın və Əbi Hatəmin nəqlinə istinadən);
2. Bəqərə surəsinin 278-ci ayəsi (İbn Abbas və İbn Ömərin nəqlinə istinadən);
3. Bəqərə surəsinin 282-ci ayəsi.
Cəlaləddin Siyuti deyir: 
“Bu üç ayənin nazil olan sonuncu ayə olduğunu bəyan edən hədislər arasında 
heç bir ziddiyyət yoxdur. Çünki bu ayələr bir yerdə nazil olub. Necə ki, mushəfdə 
də ardıcıl qeyd edilib və onların hekayəti də (bəhs etdikləri mövzu) eynidir. 
Ravilərdən hər biri bu ayələrdən bəzisini nazil olan sonuncu ayə hesab etmişlər 
ki, bu da öz yerində düzgündür.”
4
Zərqani “Mənahilul-irfan”da Bəqərə surəsinin 281-ci ayəsini nazil olan sonun-
cu ayə hesab edir. O yazır: “İbn Abbasın hədisində qeyd olunur ki, bu ayə nazil 
olduqdan sonra Həzrət Peyğəmbər (s) cəmi doqquz gecə yaşadı.”

  Müraciət edin: “Səhih-Buxari”, c.1, bölüm: “Kəyfə kanə bəd`ul-vəhy”; “əl-İtqan”, c.1, s.76; “Mənahilul-irfan”, c.1, s.93.

 Kəşşaf, c.4, s.270.
3  
Dr. Ramyar, “Tarix-e Quran”, s.592.
4  əl-İtqan, c.1, s.87.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə