Quran elmleri dersliyi indd


Ç) Şə`ni-nüzul hədislərinin etibarlılığının meyarı



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə21/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   110

67
Ç) Şə`ni-nüzul hədislərinin etibarlılığının meyarı
Vahidi Nişapuri deyir:
“Şə`ni-nüzul zəminində yalnız ayələrin nüzuluna şahid və vaqif
1
 olanların 
nəqli, həmçinin hadisəni onların dilindən eşidənlərin sözü etibarlı hesab edilir.”
2
Şə`ni-nüzul hədislərini araşdıran alimlər hamılıqla Vahidi Nişapurinin bu 
nəzərinə istinad etmişlər. Amma daha çox əhli-sünnə qaynaqlarında nəql olunan 
və sayı bir neçə minə çatan bu hədislərin böyük qismi qeyri-musnəd və zəifdir
3

Şə`ni-nüzul hədislərinin digər bir iradı, bu hədislərdə çoxlu fərqli nəqllərin olma-
sıdır. Elə bu səbəbdən, Cəlaləddin Siyuti və başqaları bu məsələni həll etməyə, bu 
hədislərin etibarlılığını müdafiə etməyə səy göstərmişlər. Cəlaləddin Siyuti deyir:
Müfəssirlərin çoxu bir ayənin nüzulu barədə bir neçə səbəb qeyd etmişdirlər. 
Bu halda onların bəyanına, işlətdikləri ifadələrə diqqət yetirmək lazımdır:
a) Əgər bir ayə üçün bir hədisdə “ﺍﺬﻛ ﻰﻓ  ْﺖَﻟَﺰَﻧ” deyilib (yəni “filan hadisə ilə 
əlaqədar nazil oldu” ifadəsi işlənib) bir məsələ nəql edilirsə, başqa bir hədisdə 
ﺍﺬﻛ ﻰﻓ  ْﺖَﻟَﺰَﻧ” deyilib başqa bir məsələ nəql edilirsə, burada (yəni ikinci hədisdə) 
ayənin şə`ni-nüzulu deyil, təfsiri nəzərdə tutulur. Əgər ayənin mətni hər iki hədisə 
uyğundursa, bu iki hədis arasında ziddiyyət yoxdur.
b) Əgər bir ayə üçün bir hədisdə bir şə`ni-nüzul nəql edilirsə, lakin başqa bir 
hədisdə bundan fərqli bir şə`ni-nüzul qəti bir bəyanla nəql edilirsə, ikinci hədis 
etibarlıdır və birinci hədis “istinbat”
4
 hesab edilir.
c) Əgər hədisin birində bir səbəb, başqa bir hədisdə isə başqa bir səbəb nəql 
edilirsə, bu iki hədisdən sənədi səhih olanı etibarlıdır.
ç) Əgər hər iki hədisin sənədi eyni səviyyədə səhihdirsə, “murəccihat”
5
  va si təsilə 
- məsələn, ravilərdən birinin hadisəyə şahid olması – onlardan birinə üstünlük verilir.
d) Bəzən mümkündür ki, bir ayə bir-birinə yaxın zamanda baş verən iki və 
ya daha çox səbəbdən (=hadisədən) sonra nazil olmuşdur. Burada da müxtəlif 
hədislərin səhih olması mümkündür, belə ki, bu hədislərin hər biri xüsusi bir 
səbəbi bəyan edir.
e) Əgər səbəblər (=hadisələr) arasında zaman fasiləsi çox olarsa, bu təqdirdə 
gərək ayənin təkrar nazil olduğunu qəbul edək.
6
Əllamə Təbatəbai şə`ni-nüzul hədislərini araşdıraraq və təhlil edərək bir sıra 
dəlillər əsasında onların etibarlılığını şübhə altına salır:
1
  Bir iş barədə tam məluma  olan.    

 Əsbabun-nuzul, s.12.
3
   Qeyri-musnəd hədis “zəif hədis”lərin bir növüdür. Qeyri-musnəd hədislər, ravilər zəncirinin qırıldığı  və 
Məsuma (ə) ye şmədiyi hədislərdir. (Quran dər İslam, s.173.)

 Ravinin öz qənaə , əldə etdiyi nə cə.
5   
Usuli-fiqh terminidir. İki ziddiyyətli hədisdən birini seçmək üçün təqdim edilən meyarlara “murəccihat” 
deyilir.
6
  əl-İtqan fi Ulumil-Quran, c.1, s.101-106.


68
Birincisi: Bu hədislərin çoxunun siyaqından (mətnindən, kontekstindən) gö-
rünür ki, ravi hadisə ilə ayənin nüzulu arasındakı əlaqəni eşitmək və yadda saxla-
maq yolu ilə əldə etməyib. Əksinə, əvvəlcə hadisəni nəql edir, sonra məna baxı-
mından hadisəyə uyğun gələn ayələri onunla əlaqələndirir. Nəticədə, nəql edilən 
nüzul səbəbi “müşahidəyə və yaddaşa əsaslanan” nüzul səbəbi deyil, “nəzəri və 
ictihadi” nüzul səbəbi (ravinin öz qənaəti) olur. Bu hədislərdə rast gəldiyimiz 
çoxlu fərqli nəqllər sözümüzə sübut ola bilər. Belə ki, bir çox Quran ayələrinin 
təfsirində bir-birinə zidd olan bir neçə nüzul səbəbi nəql edilir ki, onlar arasındakı 
ziddiyyəti aradan qaldırmaq olmur. Hətta bəzən İbn Abbas kimi bir şəxsdən bir 
ayə üçün bir neçə fərqli nüzul səbəbi nəql edilmişdir. 
Bu fərqli nüzul səbəblərinin nəql edilməsinin 2 səbəbi ola bilər: 
- ya deməliyik ki, bu nüzul səbəbləri “nəqli” deyil, “nəzəri”dir; 
- ya da deməliyik ki, bütün hədislər, yaxud onların bir qismi saxtadır. 
Bu ehtimallar özünü doğrultduğu təqdirdə,  şə`ni-nüzul hədisləri öz etibarlı-
lığını itirir, hətta hədisin sənədinin səhih olması faydasız olur. Çünki məzmuna 
müdaxilə etmə (saxtalaşdırma) və şəxsi nəzəri nəql etmə ehtimalı qalmaqdadır.
İkincisi:  Danılmaz tarixi faktdır ki, Həzrət Peyğəmbərdən (s) sonra İslam 
tarixinin ilk əsrində xilafət tərəfindən hədislərin yazılmasına ciddi qadağa qo-
yuldu. Bu qadağa təxminən birinci əsrin sonunadək davam etdi. Bu vəziyyət 
hədislərin mənasının nəql edilməsi və çatdırılması yolunu zəruri həddən artıq ola-
raq ravilərin və mühəddislərin üzünə açdı. Hədislərin mənasını nəql edərkən hər 
dəfə yol verilən cüzi dəyişikliklər üst-üstə yığılır, hətta bəzən mətləbin özü itirdi. 
Bəzən elə hədislərlə rastlaşırsan ki, eyni bir hadisə barədə söz açsalar da, onlarda 
heç bir oxşar mətləb yoxdur.
1
Bəs görəsən nə etməliyik?  İctihadi və saxta hədislər bir gerçəklik olduğu 
təqdirdə, nüzul səbəbləri barədə qeyd etdiyimiz faydalar necə olacaqdır?
Düzgün yol budur ki, əgər hədis “mütəvatir”
2
 və ya “qət`iyus-sudur” olarsa
3

onun məzmununu qəbul edirik. Əks təqdirdə, bu hədisi müzakirə mövzusu olan 
ayə ilə tutuşdururuq. Əgər ayənin məzmunu və ayənin ətrafında olan qərinələr 
(əlamətlər) bu hədis ilə uyğun gələrsə, nüzul səbəbini bəyan edən hədisə etibar 
edirik. Baxmayaraq ki, bu üsul ilə şə`ni-nüzul hədislərinin çoxu etibarsız olacaq-
dır, lakin qalan hədislərə etibar etmək olar.
4
1
  Quran dər İslam, s.173-174.
2
  Bir neçə ravilər silsiləsi ilə nəql edilən hədis.
3
  Məsum (ə) tərəfindən deyildiyinə dair əlamətlərin mövcud olduğu hədis.
4  
Quran dər İslam, s.176.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə