Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə20/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   110

64
Üçüncü fəsil
Şə`ni-nüzul
A) “Şə`ni-nüzul” nədir?
Ötən fəsildə qeyd etdik ki, Quran ayələri 23 il ərzində tədricən nazil olmuşdur. 
Bu fəsildə Quranın tədrici nüzulu ilə  əlaqəsi olan mühüm bir mövzu barədə - 
“şə`ni-nüzul”, yəni “ayələrin nazil olma səbəbi” barədə bəhs ediləcəkdir.
Qurani-Kərimin ayələri bir baxımdan 2 dəstəyə bölünür:
1- Xüsusi səbəb olmadan, ümumi məqsəd olan hidayət məqsədilə nazil olan 
ayələr; 
2- Xüsusi səbəbə görə nazil olan ayələr.
Bir çox Quran ayələri və surələri Həzrət Məhəmmədin (s) peyğəmbərliyi 
dövründə baş verən hadisələrlə əlaqədar, yaxud o həzrətdən soruşulan suallara ca-
vab olaraq nazil olmuşdur. Yəni müəyyən səbəb ortaya çıxmış və müəyyən şərait 
yaranmışdır ki, bir və ya bir neçə ayə, hətta bütöv bir surə nazil olmuşdur. Bu 
səbəb və şərait “şə`ni-nüzul”, yəni “ayələrin nazil olma səbəbi” adlanır. Nümunə 
üçün bir neçə ayəyə diqqət yetirin:
“(Ey Peyğəmbər!) Səndən Zülqərneyn barəsində soruşurlar...”
1
“Səndən ruh (ruhun həqiqəti) barəsində soruşurlar...”
2
“Daim səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar...”
3
Aydın məsələdir ki, ikinci dəstə ayələrin həqiqi şə`ni-nüzulunu bilmək onların 
mənasını başa düşməkdə mühüm rol oynayır. Elə buna görə də, Quran elmləri 
alimləri və mühəddislər “şə`ni-nüzul”ların araşdırılmasına ciddi-cəhdlə yanaş-
mış, bu barədə ayrıca əsərlər qələmə almışlar.
Cəlaləddin Siyuti belə hesab edir ki, bu zəmində yazılan ən qədim əsər Buxa-
rinin ustadı Əli ibn Mədiniyə mənsubdur. Cəlaləddin Siyutinin özü də “Əsbabun-
nuzul” adlı əsərin müəllifidir.
 4
*   *   *

 Kəhf surəsi, ayə: 83.

 İsra surəsi, ayə: 85.
3  
Naziat surəsi, ayə: 42.

  Ətraflı  məlumat üçün müraciət edin: “əl-İtqan”, c.1, növ: 9; Siyu , “Əsbabun-nuzul”; Vahidi Nişapuri, 
“Əsbabun-nuzul” (Bu iki kitab Dr. Məhəmmədcəfər İslami tərəfindən tərcümə olunaraq “Şə`n-e nuzule-
ayat” (Ayələrin nazil olma səbəbi) adı ilə nəşr edilmişdir); Dr. Ramyar, “Tarix-e Quran”.


65
B) Ayələrin şə`ni-nüzulunu bilməyin faydaları
1. Quranda bəyan olunan bir hökmün səbəb və  fəlsəfəsini bilmək ayələrin 
şə`ni-nüzulunu bilməyin faydalarından biridir.
2. Bir söz və kəlam müxtəlif şəraitlərdə müxtəlif mənalar verə bilər. Sözü düzgün 
başa düşmək üçün şəraiti və bir sıra başqa cəhətləri nəzərə almaq lazımdır. Məsələn, 
kəlamda məqsədin sual və ya təkid, danlaq və ya istehza olduğunu müəyyən etmək 
üçün kəlamın bəyan tərzini, habelə, digər cəhətləri bilmək şərtdir. Şə`ni-nüzul da 
Allah kəlamının mənasını başa düşmək üçün zəruri şərtlərdən biridir.
3. Bəzən bir ayə və ya hökmün təkcə müəyyən bir fərdə və ya hadisəyə aid 
olduğu güman edilə bilər, lakin ayənin şə`ni-nüzulunu bəyan etmək bu gümanı 
aradan qaldırır.
1
4. Ümumiyyətlə, ayələrin  şə`ni-nüzulunu bilmədən onları  təfsir etmək qey-
ri-mümkündür. Həqiqətdə bu fayda, yuxarıda sadalanan faydaların xülasəsi və 
nəticəsidir.
Aşağıdakı ayəyə diqqət yetirin və görün ki, onun mənasını başa düşməkdə şəni-
nüzul nə qədər böyük rol oynayır. Bəqərə surəsinin 115-ci ayəsində buyurulur:
...ِﷲ ُﻪ ْﺟَﻭ ﱠﻢَﺜَﻓ ﺍﻮﱡﻟَﻮُﺗ ﺎَﻤَﻨْﻳَﺄَﻓ  ُﺏِﺮْﻐَﻤْﻟﺍ َﻭ ُﻕِﺮْﺸَﻤْﻟﺍ ِ ِ  َﻭ
“Məşriq və məğrib Allahındır. Odur ki, hansı tərəfə üz tutsanız, Allaha üz 
tutmusunuz...”
Ayənin zahirindən  əldə olunur ki, namazda üzü qibləyə dayanmaq - istər 
səfərdə, istərsə  də  həzərdə (vətəndə, qaldığı  məkanda) - vacib deyildir, insan 
üzünü hansı  tərəfə tutsa, düzgündür. Amma bu, “icma”ya
2
 ziddir. Ayənin  şəni-
nüzuluna baxdıqda aydın olur ki, bu hökm, səfərdə qılınan nafiləyə aiddir.
3
*   *   *
C) “Ləfzin ümumiliyi”  (ﻆﻔﻟ ﺖّﻴﻣﻮﻤﻋ), yoxsa “səbəbin xüsusiliyi” (ﺐﺒﺳ ﺖّﻴﺻﻮﺼﺧ)?
Baxmayaraq ki, bu mövzu usuli-fiqh elmində araşdırılır, amma müfəssirlər 
də usuli-fiqh alimləri kimi, ayələr üçün xüsusi şə`ni-nüzul bəyan edən hədislər 
barədə deyirlər: 
Mühüm olan, “ümumi məna”ya malik Quran nəssidir (mətnidir). “Ümumi 
məna”ya malik olan ayə - baxmayaraq ki, xüsusi bir səbəb bu ayənin nazil ol-
masına bais olmuşdur – təkcə  həmin səbəbin aid olduğu fərdlərə  şamil olmur
qeyrilərinə də şamil olur.
Siyuti deyir:
1
  Dr. Ramyar, “Tarix-e Quran”, s.262.
2
  Şəriət hökmlərinin əxz edildiyi mənbələrdən biri.
3
  əl-İtqan, c.1, s.94.


66
““Ləfzin ümumiliyi” əsas götürülür. Çünki xüsusi səbəbə görə nazil olan ayələr 
vardır ki, onların “ümumili”yi barədə alimlər eyni fikirdədirlər. Nümunə olaraq, 
Sələmə ibn Səxr barədə nazil olmuş “zihar” ayəsini, yaxud Hilal ibn Uməyyə 
barədə nazil olmuş “li`an” ayəsini göstrəmək olar.”
1
Ümumiyyətlə,  əgər qəbul etsək ki, ayələrin mənası  təkcə onların nüzul 
səbəbinə aiddir, bu halda Qurani-Kərimin əksər ayələri istifadəsiz qalar. Beləliklə 
də, Qurani-Kərim keçmişə aid olan və gələcək üçün bir sözü, ismarıcı olmayan 
bir kitab olar. Şübhəsiz ki, heç bir müsəlman bu əqidədə deyildir. Oğurluq, qəzf, 
li`an, zihar, zirar məscidi barədə olan ayələr və onlarla başqa ayə - belə ki, şə`ni-
nüzul hədislərində onların hər birinin nazil olma səbəbi qeyd edilmişdir - ümumi 
(hər dövrə aid olan) bir hökmü bəyan edir. Məsələn, əgər ayədə oğurluğun cəzası 
əlin kəsilməsi təyin edilibsə, bu cəza hökmü yalnız sözügedən ayənin nazil olma-
sına səbəb olan məqam xüsusunda icra edilmir. Əksinə, bu hökm, həmin xüsusi 
səbəbə oxşar olan bütün məqamlara aid olan ilahi bir hökmdür.
Beləliklə, müəyyən bir şəxs və ya şəxslər barədə nazil olan bir ayə “nüzul sə-
bəbi”ndə (yəni həmin şəxs və ya şəxslərdə) məhdudlaşmır. Nüzul səbəbinin sifət və 
xüsusiyyətlərinə oxşar olan bütün məqamlara sirayət edir. Hədislərdə bu məsələ “ﻯْﺮَﺟ” 
ifadəsi ilə bəyan olunur. Hədislərin birində İmam Baqir (ə) buyurur: “Əgər hansısa bir 
qövm barədə nazil olan bir ayə həmin qövm aradan getdikdə aradan getsəydi, Quran-
dan heç nə qalmazdı. Lakin bütün Quran göylər və yer durduqca caridir (qalacaqdır).”
2
Bir çox Quran ayələrinin bəyan tərzindən də “ləfzin ümumiliyi”nin əsas gö-
türüldüyü aydın olur. Belə ki, ayənin nüzul səbəbini ümumi olan ilahi hökmün 
bəyanı üçün sadəcə bir bəhanə hesab etmək olar. Nümunə üçün Bəqərə surəsinin 
215-ci ayəsinə diqqət yetirin:
...ِﻞﻴِﺒﱠﺴﻟﺍ ِﻦْﺑﺍ َﻭ  َﻦﻴِﻛﺎَﺴَﻤْﻟﺍ َﻭ  ٰﻰَﻣﺎَﺘَﻴْﻟﺍ َﻭ  َﻦﻴِﺑَﺮْﻗَ ْﻷﺍ َﻭ ِﻦْﻳَﺪِﻟﺍَﻮْﻠِﻠَﻓ ٍﺮْﻴَﺧ  ْﻦِﻣ ْﻢُﺘْﻘَﻔْﻧَﺃ ﺎَﻣ ْﻞُﻗ  َﻥﻮُﻘِﻔْﻨُﻳ ﺍَﺫﺎَﻣ َﻚَﻧﻮُﻟَﺄْﺴَﻳ
“Səndən (Allah yolunda) nə xərcləmələrini (mallarından nəyi vermələrini, 
nəyi infaq etmələrini) soruşurlar. De: “Xərcləyəcəyiniz (malınızdan verəcəyiniz) 
şey valideynlərinizə, qohumlarınıza, yetimlərə, yoxsullara və yolda qalmış 
müsafirlərə məxsusdur.”...”
Bu ayədə Allah yolunda nə xərcləmək, nə vermək barədə soruşulur, lakin ca-
vabda Allah yolunda verilən şeylərin kimlərə xərcləniləcəyi bəyan olunur. 
Bəhsin sonunda bunu da nəzərinizə çatdıraq ki, müfəssirlərin və  “şə`ni-
nüzul”ları araşdıran alimlərin qeyd etdiklərinə görə, bəzən bir ayənin bir neçə 
nüzul səbəbi olub, bəzən isə bir səbəbə görə bir neçə ayə nazil olub.
3
*   *   *
1
  əl-İtqan, c.1, s.97.

 “Quran dər İslam” (İslamda Quran), s.71.
3
  Ətraflı məlumat üçün müraciət edin: “Mənahilul-irfan”, c.1, s.116-123; “Mucizu Ulumil-Quran”, s.130-131.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə