Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə19/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   110

61
...ُﻪُﻴ ْﺣَﻭ َﻚْﻴَﻟﺇ  ٰﻰَﻀْﻘُﻳ  ْﻥﺃ ِﻞْﺒَﻗ  ْﻦِﻣ ِﻥﺍَءْﺮﻘْﻟﺎِﺑ ْﻞَﺠْﻌَﺗ  َﻻ َﻭ ...
“Sənə  vəhy edilməsi tamamlanmamışdan qabaq Quranı (oxumaqda) 
tələsmə...”
1
.ُﻪَﻧﺍَء ْﺮُﻗ َﻭ ُﻪَﻌْﻤَﺟ ﺎَﻨْﻴَﻠَﻋ  ﱠﻥﺇ .ِﻪِﺑ َﻞَﺠْﻌَﺘِﻟ َﻚَﻧﺎَﺴِﻟ ِﻪِﺑ ْﻙﱢﺮَﺤُﺗ  َﻻ
“(Quran nazil olan zaman) onu oxumağa tələsərək dilini onunla birgə 
hərəkət etdirmə! Şübhəsiz, onu cəm etmək və oxumaq Bizim öhdəmizədir.”
2
  
Quranın həqiqəti əvvəlcədən Həzrət Peyğəmbərin (s) qəlbinə nazil olduğuna 
görə o həzrət nazil olan vəhylə tanış idi. Buna görə də o həzrət, vəhy tamamlan-
mamış tələsərək Quran ayələrini oxumaqdan çəkindirilib.
3
*   *   *
B) Quranın tədrici nüzulu
Quran ayələrinin müxtəlif hadisələr və münasibətlərlə əlaqədar tədrici nüzu-
lu (yəni zaman fasilələri ilə nazil olması) tarixi bir fakt olmaqla yanaşı, bir sıra 
ayələrdə də bu məsələyə toxunulur:
 . ًﻼﻳِﺰْﻨَﺗ ُﻩﺎَﻨْﻟﱠﺰَﻧ َﻭ ٍﺚْﻜُﻣ  ٰﻰَﻠَﻋ ِﺱﺎﱠﻨﻟﺍ ﻰَﻠَﻋ ُﻩَﺃَﺮْﻘَﺘِﻟ ُﻩﺎَﻨْﻗَﺮَﻓ ﺎًﻧﺍَءْﺮُﻗ َﻭ
“Və bu Quranı Biz sənə hissə-hissə nazil etdik ki, onu insanlara tələsmədən 
(yavaş-yavaş) oxuyasan və Biz onu tədricən nazil etdik.”
4
...ًﺓَﺪِﺣﺍﻭ ًﺔَﻠْﻤُﺟ  ُﻥﺍَء ْﺮُﻘْﻟﺍ ِﻪْﻴَﻠَﻋ َﻝﱢﺰُﻧ  َﻻ  ْﻮَﻟ ﺍﻭُﺮَﻔَﻛ  َﻦﻳِﺬﱠﻟﺍ َﻝﺎَﻗ َﻭ
“Kafir olanlar dedilər: “Nə üçün Quran ona birdəfəyə (bütövlükdə) nazil 
olmayıb?”
5
Yuxarıdakı ayələr Quranın tədrici nüzuluna dəlalət edir, hətta Quranın birdəfəyə 
nazil olmaması kafirlərin etirazına səbəb olmuşdur. 
Beləliklə, Quranın ramazan ayında birdəfəyə  və bütövlükdə nazil olduğunu 
bəyan edən ayələrlə, Quranın tədrici nazil olduğunu bəyan edən ayələr arasında 
heç bir ziddiyyət yoxdur. Hər dəstə ayə Quranın müəyyən nüzuluna dəlalət edir.
Qarşıya çıxan iqtisadi və ictimai çətinliklərin həll yolları, müharibə və sülhlə 
bağlı məsələlərin hökmü, bir çox başqa məsələlərin şərhi tədrici nüzul ilə Həzrət 
Peyğəmbərə (s) çatdırılırmış.
*   *   *

 Taha surəsi, ayə: 114.
2
  Qiyamət surəsi, ayə: 16-17.
3  
əl-Mizan, c.2, s.18.
4
  İsra surəsi, ayə: 106.

 Furqan surəsi, ayə: 32.


62
C) Quranın tədrici nüzulunun səbəbləri
Nə üçün Quran tədricən nazil olmuşdur? Hətta bu məsələ kafirlərin etirazına 
səbəb olmuşdur. Bəlkə də bu düşüncə onların etirazına səbəb olmuşdur ki, insan-
ları hidayət etmək məqsədilə göndərilən səmavi kitabın  əvvəli və axırı  məlum 
olmalı, vahid bir məcmuə şəklində bəşərə təqdim olunmalı idi. Yəni əqidə, əməl 
və əxlaq prinsipləri bir məcmuə şəklində göndərilməli idi. Bəs görəsən, ayələrin 
zaman-zaman və tədricən nazil olmasının fəlsəfəsi nə idi? 
Qeyd etmək lazımdır ki, Quranın tədrici nüzulunun bir sıra səbəbləri var idi. 
Bu səbəblərdən bəzisi aşağıdakılardır:
1) “Furqan” surəsinin 32-ci ayəsində kafirlərin: “Nə üçün Quran birdəfəyə na-
zil olmayıb?” - etirazına belə cavab verilir:  
.َﻙَﺩﺍَﺆُﻓ ِﻪِﺑ  َﺖﱢﺒَﺜُﻨِﻟ َﻚِﻟﺬَﻛ ...
“(Biz onu) bu şəkildə (tədricən nazil etdik ki,) sənin qəlbinə səbat, qətiyyət verək.”
1
Müxtəlif hadisələr zamanı, xüsusilə də, böhranlı vəziyyətlərdə, müharibələrdə na-
zil olan ayələr Həzrət Peyğəmbərin (s) mübarək qəlbinə qüvvət verirdi. Məsələn, az-
ğınların sözləri qarşısında (belə ki, onlar Peyğəmbərə (s) nalayiq nisbətlər verir, onu 
şair, kahin, məcnun adlandırırdılar) Mütəal Allah Öz elçisinə belə ürək-dirək verir:
. َﻥﻮُﻨِﻠْﻌُﻳ ﺎَﻣ َﻭ  َﻥﻭﱡﺮِﺴُﻳ ﺎَﻣ ُﻢَﻠْﻌَﻧ ﺎﱠﻧﺇ ،ْﻢُﻬُﻟْﻮَﻗ َﻚْﻧُﺰْﺤَﻳ  َﻼَﻓ
“(Ya Məhəmməd!) Onların sözü səni qəmgin etməsin, həqiqətən Biz onların 
(qəlblərində) gizlətdikləri və (dildə deyib) aşkar etdikləri hər şeyi bilirik.”
2
Yaxud onlar Həzrət Peyğəmbəri (s) təkzib etdikdə Mütəal Allah o həzrətə belə 
təskinlik verir:
  ...ﺎَﻧُﺮ ْﺼَﻧ ْﻢُﻫﺎَﺗَﺃ  ٰﻰﱠﺘَﺣ ﺍﻭُﺫﻭُﺃ َﻭ ﺍﻮُﺑﱢﺬُﻛ ﺎَﻣ  ٰﻰَﻠَﻋ ﺍﻭُﺮَﺒَﺼَﻓ َﻚِﻠْﺒَﻗ  ْﻦِﻣ ٌﻞُﺳُﺭ  ْﺖَﺑﱢﺬُﻛ ْﺪَﻘَﻟ َﻭ
“Səndən qabaq da peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar bu 
təkziblərə və onlara verilən əziyyətlərə dözdülər, ta ki, Bizim köməyimiz onlara 
gəlib çatdı.”
3
Belə ayələrin təkrar nazil olması  Həzrət Peyğəmbərə (s), eyni zamanda da 
müsəlmanlara qüvvət və qətiyyət verirdi.
Heç şübhəsiz, əgər Həzrət Peyğəmbərə (s) səbir və dözümü tövsiyə edən ayələr 
birdəfəyə və öncədən nazil olmuş olsaydı, sıxıntılı və böhranlı vəziyyətlərdə onla-
rın qoyduğu təsir bu dərəcədə olmayacaqdı.
2) İsra surəsinin 106-cı ayəsində buyurulur:
 . ًﻼﻳِﺰْﻨَﺗ ُﻩﺎَﻨْﻟﱠﺰَﻧ َﻭ ٍﺚْﻜُﻣ  ٰﻰَﻠَﻋ ِﺱﺎﱠﻨﻟﺍ ﻰَﻠَﻋ ُﻩَﺃَﺮْﻘَﺘِﻟ ُﻩﺎَﻨْﻗَﺮَﻓ ﺎًﻧﺍَءْﺮُﻗ َﻭ 

 Furqan surəsi, ayə: 32.
2
  Yasin surəsi, ayə: 76.
3  
Ən`am surəsi, ayə: 34.


63
“Və bu Quranı Biz sənə hissə-hissə nazil etdik ki, onu insanlara tələsmədən 
(yavaş-yavaş) oxuyasan və Biz onu tədricən nazil etdik.”
Dini maarif - xüsusilə də, insanların vəzifələrini, rəftarlarını tənzimləyən və 
həyatda insanın səadətini təmin edən fərdi-ictimai qayda-qanunları açıqlayan dini 
maarif - tədrici şəkildə bəyan edildiyi zaman cəmiyyətdə öz yerini lazımınca tuta 
bilir. Dini maarifin tədricən nazil olması, açıqlanması seçilən ən düzgün üsuldur. 
Çünki insanlar hissə-hissə, amma davamlı olaraq nazil olan maarifi öz fərdi və 
ictimai həyatlarında tətbiq etməklə kamilliyə doğru irəliləyə bilərlər.
3) Quranın tədrici nüzulu onun təhrifə məruz qalmamasına da şərait yaratmış-
dır. Bu səbəb Quranın tədrici nüzulunun mühüm səbəblərindən biridir. 
Quranın tədrici nüzulu səhabələrin Quran ayələrini əzbərləmələrinə şərait ya-
radırdı. Bir tərəfdən Quranın fəsahət və bəlağəti, digər tərəfdən müsəlmanların öz 
səmavi kitablarına verdikləri böyük dəyər və əhəmiyyət, ayələrin tədrici nüzulu 
ilə üst-üstə düşərək ilahi vəhyin təhrifdən qorunmasını təmin etmişdir.
4) Bir çox Quran ayələri Həzrət Peyğəmbərin (s) dövründə baş verən hadisələrlə 
əlaqədar nazil olmuşdur. Belə ki, müəyyən hadisə ilə eyni zamanda və ya hadisədən 
sonra bir və ya bir neçə ayə, hətta bütöv bir surə nazil olmuşdur. Ayələrin nazil olma-
sına səbəb olan bu hadisələr “şə`ni-nüzul”, yəni “ayənin nazil olma səbəbi” adlanır.
Fəslin əsas mətləbləri:
1. Quran 2 şəkildə nazil olub: birdəfəyə və tədrici. Quranın ramazan ayında 
nüzulunu bəyan edən ayələr “birdəfəyə nüzul”a dəlalət edir.
2. Əhli-sünnə hədislərində qeyd olunur ki, Quran birdəfəyə “Beytul-izzə”yə və 
dünya səmasına nazil olub. Şiə hədislərində isə qeyd olunur ki, Quran birdəfəyə 
“Beytul-mə`mur”a və dördüncü səmaya nazil olmuşdur.
3. Əllamə Təbatəbai bu əqidədədir ki, bütün Quran Həzrət Peyğəmbərin (s) 
qəlbinə nazil olmuşdur. Çünki “Taha” surəsinin 114-cü və “Qiyamət” surəsinin 
19-cu ayəsinə istinadən, Həzrət Peyğəmbər (s) ona nazil olanlardan xəbərdar idi. 
Elə buna görə də, o həzrət, vəhy tamamlanmamış Quranı oxumaqdan çəkindirilib.
4. Quranın tədrici nüzulunun bir sıra səbəbləri vardır ki, onlardan bəziləri aşa-
ğıdakılardır: 
- Həzrət Peyğəmbərin (s) və müsəlmanların qəlbinə qüvvət, onlara qətiyyət və 
səbat bəxş etmək;
- Dini qanunların tədricən çatdırılması; 
- Quranın təhrifə məruz qalmaması;
- Quranın əzbərlənməsinə və hökmlərin öyrənilməsinə şərait yaradılması;
- Quran ayələrinin Həzrət Peyğəmbərin (s) dövründə baş verən hadisələrlə 
əlaqədar nazil olması.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə