Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə22/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   110

69
Fəslin əsas mətləbləri:
1. Bir çox Quran ayələri hansısa bir hadisə ilə əlaqədar, yaxud camaatın su-
allarına cavab olaraq nazil olmuşdur. Buna ayənin “şə`ni-nüzul”u və ya “nüzul 
səbəbi” deyilir.
2. Nüzul səbəblərini bilmək Quranda verilən hökmün səbəbini bilməyə  və 
ayələrdə nəzərdə tutulan məqsədləri daha yaxşı başa düşməyə zəmin yaradır. 
3. Xüsusi bir səbəbə görə nazil olan bir ayənin “ümumi məna”sı həmin “xüsusi 
səbəb”də məhdudlaşmır.
4. Şə`ni-nüzul hədislərində olan fərqli nəqlləri nəzərə alaraq, bir sıra dəlillər 
bu hədislərə ravilərin şəxsi nəzərinin müdaxiləsini və saxta hədislərin mövcudlu-
ğunu təsdiqləyir. Nəticədə, bu hədislərin çoxunun doğru olduğu şübhə doğurur.


70
Dördüncü fəsil
Quranda ayə və surə
Quran 114 surədən, hər surə müəyyən sayda ayədən təşkil olunub. Bu fəsildə 
“ayə” və “surə” sözünün mənaları, Quran surələrinin adları, surələrin müəyyən 
bir meyarla qruplaşdırılması, Quran ayələrinin və kəlmələrinin sayı barədə bəhs 
ediləcəkdir.
A) “Ayə” sözünün mənası
1
“Ayə” sözünün lüğəvi mənası “aydın əlamət və nişanə”dir. İbn Faris deyir: 
.ُﺔَﻣ َﻼَﻌْﻟَﺍ ُﺔَﻳٰ ْﻻَﺍ
“Ayə, əlamət deməkdir.”
2
Rağib İsfahani deyir: 
.ُﺓَﺮِﻫﺎﱠﻈﻟﺍ ُﺔَﻣ َﻼَﻌْﻟﺍ َﻰِﻫ ُﺔَﻳٰ ْﻻَﺍ
“Ayə, açıq-aşkar əlamət deməkdir.”
3
Quranda “ayə” sözü lüğəvi mənada müəyyən baxımlardan müxtəlif mənalarda 
işlənmişdir. Aşağıdakı nümunələrə diqqət yetirin:
1- Nişanə və əlamət:
... ًﺔَﻳﺍَء ﻰِﻟ  ْﻞَﻌ ْﺟﺍ  ﱢﺏَﺭ َﻝﺎَﻗ
“Dedi: Ey Rəbbim, mənə bir nişanə göstər!”
4
2- Möcüzə: 
... ًﺔَﻳﺍَء ْﻢُﻜَﻟ ِﷲ ُﺔَﻗﺎَﻧ ِﻩِﺬﻫ ...
“Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir...”
5
... َﻚَﺘَﻠْﺒِﻗ ﺍﻮُﻌِﺒَﺗ ﺎَﻣ ٍﺔَﻳﺍَء ﱢﻞُﻜِﺑ  َﺏﺎَﺘِﻜْﻟﺍ ﺍﻮُﺗﻭُﺍ  َﻦﻳِﺬﱠﻟﺍ  َﺖْﻴَﺗَﺃ  ْﻦِﺌَﻟ َﻭ
“Sən Kitab-əhli üçün hansı möcüzəni gətirsən də, onlar sənin qiblənə tabe 
olmayacaqlar...”
6

 Mənahilul-irfan, c.1, s.338-391; Dr. Ramyar, “Tarix-e Quran”, s.549.

 Məqayisul-luğət.

 Mufrədat.
4
  Məryəm surəsi, ayə: 10.
5
  Ə`raf surəsi, ayə: 73.

 Bəqərə surəsi, ayə: 145.


71
3- Məxluqat:
... ٍﺕ َﻼﱠﺼَﻔُﻣ ٍﺕﺎﻳﺍَء َﻡﱠﺪﻟﺍ َﻭ َﻉِﺩﺎَﻔﱠﻀﻟﺍ َﻭ َﻞﱠﻤُﻘْﻟﺍ َﻭ َﺩﺍَﺮَﺠْﻟﺍ َﻭ  َﻥﺎَﻓﻮﱡﻄﻟﺍ ُﻢِﻬْﻴَﻠَﻋ ﺎَﻨْﻠَﺳْﺭَﺄَﻓ
“Beləliklə, Biz (qüdrətimizin) aşkar nişanələri olaraq onlara tufan, çəyirtkə, 
gənə, qurbağalar və qan göndərdik.”
1
4- Hökm:   
...ﺎﻬِﻠْﺜِﻣ  ْﻭَﺃ ﺎَﻬْﻨِﻣ ٍﺮْﻴَﺨِﺑ ِﺕْﺄَﻧ ﺎَﻬِﺴْﻨُﻧ ْﻭﺃ ٍﺔَﻳﺍَء  ْﻦِﻣ ْﺦَﺴْﻨَﻧ ﺎَﻣ
“Biz hər hansı bir ayənin hökmünü ləğv edir və ya unutdururuqsa, ondan 
daha yaxşısını, yaxud ona bənzərini gətiririk.”
2
5- Peyğəmbərlər və ilahi övliyalar:
. َﻦﻴِﻠِﺋﺎﱠﺴﻠِﻟ  ٌﺕﺎَﻳﺍَء ِﻪِﺗَﻮ ْﺧِﺇ َﻭ  َﻒُﺳﻮُﻳ ﻰِﻓ  َﻥﺎَﻛ ْﺪَﻘَﻟ
“Həqiqətən, Yusufdə və onun qardaşlarında (onların əhvalatında) soruşan-
lar üçün ibrətlər vardır.”
3
Əllamə Təbatəbai yazır:
Möcüzə, peyğəmbərin dediklərininin haqq olduğunu və bəşərin ona bənzər bir 
işi yerinə yetirməkdə aciz olduğunu göstərən ilahi nişanədir. Təqva və təqərrüb
4
 
ilahi hökmlər və vəzifələr sayəsində əldə edildiyindən, bu hökmlər və vəzifələr 
bir nişanə, əlamətdir. Yaradılmışlar yaradanın varlığından xəbər verdiyinə görə 
ilahi nişanələrdir. Peyğəmbərlərin və ilahi övliyaların sözləri və əməlləri insanları 
Allaha doğru yönəltdiyi üçün onlar da ilahi əzəmətin nişanələridir.
5
“Ayə” sözü terminoloji mənada da Quranda bir neçə yerdə işlənmişdir:
1- Fussilət surəsi 3-cü ayədə buyurulur:
... ُﻪُﺗﺎَﻳﺍَء  ْﺖَﻠﱢﺼُﻓ  ٌﺏﺎَﺘِﻛ
 “Bu bir kitabdır ki, onun ayələri aydın bəyan edilmişdir...”
2- Rə`d surəsi 1-ci ayədə buyurulur:
...ِﺏﺎَﺘِﻜْﻟﺍ  ُﺕﺎَﻳﺍَء َﻚْﻠِﺗ .ﺮﻤﻟﺍ
“Əlif-ləm-mim-ra. Bunlar kitabın ayələridir...”
3- Yunus surəsi 1-ci ayədə buyurulur:
... ِﻢﻴِﻜَﺤْﻟﺍ ِﺏﺎَﺘِﻜْﻟﺍ  ُﺕﺎَﻳﺍَء َﻚْﻠِﺗ .ﺮﻟﺍ
“Əlif-ləm-ra. Bunlar hikmətli kitabın ayələridir...”
1  
Ə`raf surəsi, ayə: 73.
2  
Bəqərə surəsi, ayə: 106.
3
  Yusuf surəsi, ayə: 7.
4  
Allaha yaxın olma.
5  
əl-Mizan, c.1, s.250.


72
4- Ənfal surəsi 2-ci ayədə buyurulur:
...ﺎًﻧﺎَﻤﻳﺇ ْﻢُﻬْﺗَﺩﺍَﺯ ُﻪُﺗﺎَﻳﺍَء ْﻢِﻬْﻴَﻠﻋ  ْﺖَﻴِﻠُﺗ ﺍَﺫِﺇ َﻭ ...
“Onun (Quranın) ayələri onlar üçün oxunduqda imanlarını artırar...” 
“Ayə” sözünün terminoloji mənası budur: Surənin tərkibində yerləşən, bir 
kəlmədən və ya kəlmələrdən ibarət hissədir ki, özündən qabaq və özündən sonra-
kı hissələrdən ayrılıbdır.
*   *   *
B) “Surə” sözünün mənası
Nur surəsi 1-ci ayədə buyurulur:
...ٍﺕﺎَﻨﱢﻴَﺑ ٍﺕﺎَﻳﺍَء ﺎَﻬﻴِﻓ ﺎَﻨْﻟَﺰْﻧَﺃ َﻭ ﺎَﻫﺎَﻨ ْﺿَﺮَﻓ َﻭ ﺎَﻫﺎَﻨْﻟَﺰْﻧَﺃ ٌﺓَﺭﻮُﺳ
“Bu, nazil və vacib etdiyimiz bir surədir. Biz onda (surədə) açıq-aydın ayələr 
nazil etdik...”
“ﺓﺭﻮُﺳ” (surə) sözü lüğətdə  həm “məhmuz”
1
, həm də “qeyri-məhmuz”
2
 söz 
kimi qeyd edilib:
1) “Məhmuz” söz olduqda “suyun və ya başqa bir şeyin qabaqdan qalanı, 
artığı”  mənasını bildirən  “ﺭ ْﺆُﺳ”  sözündən düzəlib. Bu halda  “ﺓﺭﻮُﺳ”  sözünün 
cəm forması “ﺭﺎَﺌْﺳَﺍ” olacaqdır.
2) “Qeyri-məhmuz” söz olduqda  bəzən  “divar, qalanın hasarı”  mənasını 
bildirən “ﺭﻮُﺳ ” sözündən düzələn söz olur. Necə ki, ərəblər şəhəri əhatəyə alan 
divara “ﺔﻨﻳﺪﻤﻟﺍ ﺭﻮﺳ” deyirlər. Rağib İsfahani deyir:
.ِﺔَﻨﻳِﺪَﻤْﻟﺎِﺑ ِﺭﻮُﺴﻟﺍ َﺔَﻁﺎَﺣﺇ ﺎَﻬِﺑ ﺎًﻁﺎَﺤُﻣ ِﻪِﻧْﻮَﻜِﻟ ﺎَﻬِﺑ ﺎًﻬﻴِﺒْﺸَﺗ  َﻥﺍَءْﺮُﻘْﻟﺍ ُﺓَﺭﻮُﺳ ﻭ ﺎَﻬْﻴَﻠﻋ ُﻞَﻤَﺘْﺸُﻤْﻟﺍ ﺎَﻬُﻄِﺋﺎَﺣ ِﺔَﻨﻳِﺪَﻤْﻟﺍ ُﺭﻮُﺳ
“Qalanın hasarı, onu əhatəyə alan divar deməkdir. Quran surəsi də buna 
bənzədilir, çünki hasar şəhəri əhatəyə aldığı kimi surə də onu əhatəyə almışdır.”
3
ﺭﻮُﺳ ” bu mənada işləndikdə onun cəm forması “ﺭﺍَﻮْﺳَﺍ”  ”ﻥﺍَﺮﻴِﺳ ” olacaq.
3) “ﺓﺭﻮُﺳ” (surə) sözünün birinci lüğəvi mənası (qeyri-məhmuz söz olduqda) 
“uca məqam”dır. İbn Faris deyir:
 .ٍﻉﺎَﻔِﺗْﺭﺇ ﻭ ﱟﻮُﻠُﻋ ﻰَﻠَﻋ ﱡﻝُﺪَﻳ ٌﺪِﺣﺍَﻭ ٌﻞْﺻَﺃ ءﺍّﺮﻟﺍ ﻭ ﻭﺍﻮﻟﺍ ﻭ ﻦﻴﺴﻟﺍ
“Kök hərfləri “sin”, “vav” və “ra” hərfləri olan söz “uca məqam” mənasını 
bildirir.”
Nabiğeyi-Zibyani şeirlərinin birində Noman ibn Mənzərə xitabən deyir:
  َﺏَﺬْﺑَﺬَﺘَﻳ ﺎَﻬَﻧﻭُﺩ ٍﻚِﻠَﻣ ﱡﻞُﻛ ﻯَﺮَﺗ     ًﺓَﺭﻮُﺳ َﻙﺎَﻄْﻋَﺃ َﷲ  ﱠﻥَﺃ َﺮَﺗ ْﻢَﻟَﺃ
1
  Kök hərflərindən biri həmzə hərfi olan söz. 
2
  Kök hərflərinin heç biri həmzə hərfi olmayan söz.
3
  Mufrədat; əl-İtqan, c.1, s.165.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə