Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə24/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   110

76
Bu fikirayrılığının başqa bir səbəbini, ayələrin sayılmasında Quran qarilərinin 
fərqli üsulları hesab etmək olar. Baxmayaraq ki, Quran alimləri ayələrin müəyyən 
edilməsinin (ayənin başlanğıcı və sonunun müəyyən edilməsinin) “toqifi“ oldu-
ğunu qəbul edirlər, amma hər halda “muqəttə`ə hərflərin” müstəqil bir ayə kimi 
sayılıb-sayılmaması, yaxud iki ayəyə bölünməsi mümkün olan ayələrin bir ayə, 
yoxsa iki ayə kimi sayılıb-sayılmaması Quran ayələrinin sayı barədə müxtəlif 
nəzərlərin ortaya çıxmasına səbəb olmuşdur.
Bir daha qeyd edirik ki, sözügedən fikirayrılığı yalnız və yalnız ayələrin sayıl-
ması üsullarından irəli gəlmişdir, Quranın mətni barədə isə heç bir fikirayrılığı və 
fərqli nəzərlər yoxdur.
İslam məmləkətinin mərkəzi şəhərlərində hər bir məşhur qarinin Quran ayələrinin 
sayı ilə bağlı nəzəri olmuş və onun açıqladığı ədəd həmin şəhərin adına yazılmışdır. 
Məsələn, “Məkkə ədədi” dedikdə, məkkəlilərin, yaxud Məkkənin bir və ya bir neçə 
məşhur qarisinin nəzərinə görə Quranın ayələrinin sayı nəzərdə tutulur. 
Quran ayələrinin sayının 6236 olduğunu qəbul edənlər “Kufə ədədi”ni daha 
düzgün hesab ediblər. Bu ədəd, Həmzə ibn Həbib Zəyyat, Əbul-Həsən Kəsai və 
Xələf ibn Hişama mənsubdur. Həmzə demişdir: Bu ədədi İbn Əbu Leyla, Əbu 
Əbdur-Rəhman Suləmidən və o da Əli ibn Əbu Talibdən (ə) nəql etmişdir.
1
2- Quranın kəlmələrinin sayı:
Quranın kəlmələrinin sayı barədə də müfəssirlər və lüğət yazanlar arasında fi-
kirayrılığı vardır. Bu fikirayrılığı, ayələrin sayılmasında olduğu kimi, kəlmələrin 
sayılma üsuluna qayıdır. Təfsirçilər, Quran tədqiqatçıları və Quran kəlmələrinin 
lüğətini yazanların açıqladığı  ədədləri müqayisə etdikdə, bu ədədlər arasındakı 
fərqin 8000 söz ətrafında dəyişdiyini görürük.  
Belə hesab edirik ki, Dr. Mahmud Ruhaninin tərtib etdiyi “Qurani-Kərimin 
surə, ayə və kəlmələrinin sayı”
2
 adlı lüğət bu fikirayrılıqlarına son qoyar. Çünki 
bu lüğətdə Qurani-Kərimin kəlmə və ifadələri iki müxtəlif üsulla hesablanmış və 
nəticələr müqayisə edilmiş, əldə edilən nəticələr üstə-üstə düşmüşdür. Bu üsullar 
aşağıdakılardır:
1) Müstəqim hesablama (kəlmələrin bir-bir sayılması): 
Bu üsulda Quran kəlmələri hər surədə ayəbəayə müxtəlif cədvəllərdə sayılmış-
dır. Nəticədə, Quran kəlmələrinin ümumi sayı 77807 kəlmə olmuşdur.
2) Qeyri-müstəqim hesablama (muştəqq və qeyri-muştəqq
3
 kəlmələrin ayrı-
ayrılıqda sayılması və cəmlənməsi):

 əl-İtqan, c.1, s.211.
 ﻡﻳﺭﻛﻟﺍ ﻥﺍَءﺭﻘْﻠِﻟ ﻰﺋﺎﺻﺣﻻﺍ ﻡﺟﻌﻣﻟﺍ
  2 
 

  Ərəb qramma kasında kök hərflərdən ibarət söz “qeyri-muştəqq”, bu sözdən düzələn sözlər “muştəqq” 
adlanır.


77
Bu hesablama iki mərhələdə aparılmışdır:
1- Muştəqq kəlmələrin saylması: bu mərhələdə Quranın muştəqq kəlmələri hər surədə 
ayəbəayə sayılmış və sözün birinci kök hərfi etibarilə əlifba sırası ilə sıralanmışdır.
2- Qeyri-muştəqq kəlmələrin sayılması: bu mərhələdə qeyri-muştəqq kəlmələr 
muştəqq kəlmələr kimi sayılmış, sonra qeyri-muştəqq kəlmələrin sayı muştəqq 
kəlmələrin sayına əlavə edilərək Quran kəlmələrinin ümumi sayı çıxarılmışdır.
Əldə edilən nəticə isə belə idi: 
Surələrin sayı - 114
Ayələrin sayı - 6236
Kəlmələrin sayı - 77807
Adı  çəkilən lüğətdə ayə  və  kəlmələrin hesablanması zamanı  əsas götürülən 
meyarlar və şərtlər qeyd edilərkən vurğulanmışdır ki, “Bismillah” ayəsi digər Qu-
ran lüğətləri ilə həmahənglik məqsədilə yalnız “Həmd” surəsində hesablanıb.
*   *   *
E) Quran surələrinin adları
Qurani-Kərimin əksər surələrinin bir adı vardır. Bir qisim surələrin isə iki və 
ya daha artıq adı vardır. Nümunə üçün iki, üç və daha artıq adları olan surələri 
aşağıda qeyd edirik:
İki adı olan surələr:
Şura: Ha-mim-ayn-sin-qaf;
Casiyə: əş-Şəri`ə; 
Muhəmməd: Qital;
ər-Rəhman: Ərusul–Quran.
Üç adı olan surələr:
Maidə: əl-Uqud, əl-Munqizə;
Ğafir: ət–Tul, əl-Mu`min.
Bir neçə adı olan surələr: 
Tövbə: Bəraət, əl-Fazihə, əl-Hafirə. (Cəlaləddin Siyuti bu surənin 10-dan çox 
adını qeyd etmişdir.
1
)
Mübarək “Həmd” surəsi üçün iyirmidən çox ad sadalamışlar: 
əl-Həmd, Fatihətul-Kitab, Ummul-Kitab, Ummul-Quran, Fatihətul-Quran, əl-
Quranil-Əzim, əs-Səb`ul-məsani, əl-Vafiyə, əl-Kənz, əl-Kafiyə, əl-Əsas, ən-Nur, 
əş-Şukr, əl-Həmdul-ula, əl-Həmdul-qusra, ər-Raqiyə, əş-Şəfa, əş-Şafiyə, əs-Səlat, 
əd-Dua, əs-Sual, əl-Munacat, ət-Təfviz.
2
1
  əl-İtqan, c.1, s.172-173. 

 Müraciət edin: “əl-İtqan”, c.1, s.167-171; “Pəjuheşi dər tarix-e Quran”, s.100; “əl-Burhan”, c.1, s.367. 


78
Quran surələri müxtəlif cəhətlər, meyarlar əsasında adlandırılıb:
1. Surədə bəhs edilən mövzu: məsələn, Nisa, Həcc, Tövhid, Ənbiya, Əhzab, 
Mu`minun, Munafiqun, Kafirun surələri.
2. Surədə hekayəti danışılan peyğəmbərlər və ya şəxslərin adı: məsələn, Nuh, 
Hud, İbrahim, Yunus, Yusuf, Süleyman, Məhəmməd, Loğman, Məryəm, Ali-İm-
ran, Mu`min və Kəhf surələri.
3. Surənin əvvəlində (birinci ayəsində) olan “muqəttə`ə hərflər”: məsələn, Qaf, 
Sad, Yasin və Taha surələri.
4. Surədə müəyyən xüsusiyyətindən danışılan heyvanların adı: məsələn, 
Bəqərə, Nəhl, Nəml və Ənkəbut surələri.
5. Surənin mühüm mövzusu: məsələn, Cümə, Fəth, Vaqiə, Hədid və Mutəffifin 
surələri.
6. Surədə and içilən ilk söz: məsələn, Fəcr, Şəms, Zuha, Tin və Adiyat surələri.
Ümumiyyətlə, surələrin adlandırılmasında əsas meyar həmin surədə bəhs olu-
nan mühüm mövzu olmuşdur. 
*   *   *
Ə) Surələrin adlandırılması “toqifi”dir, yoxsa “ictihadi”? 
Bir qrup alimlərin  əqidəsinə görə, surələrin adlandırılması “toqifi”dir. Yəni 
yalnız Həzrət Peyğəmbər (s) surəyə ad verə bilərdi və başqalarının buna icazəsi 
yox idi.
Cəlaləddin Siyuti deyir: 
“Bir çox surələr bu surələrdə hekayəti danışılan peyğəmbərlərin və ya müxtəlif 
qövmlərin adları ilə adlandırılıb. Amma Quranda “Musa” və ya “Adəm” adlı surə yox-
dur, halbuki, Musa peyğəmbərin (ə) adı Quranda dəfələrlə çəkilmiş və onun hekayəti 
geniş bəyan edilmişdir. Hətta bəziləri deyiblər ki,  Quran elə Həzrət Musa (ə) haqqın-
dadır! Həzrət Adəmin (ə) hekayətindən də bir neçə surədə söz açılıb. Bu onu göstərir 
ki, surələrin adlandırılması toqifi olmuşdur.  Əks təqdirdə, daha düzgün olardı ki, 
müsəlmanlar “Taha”, “Qəsəs” və “Ə`raf” surələrindən birini – belə ki, bu surələrdə 
Həzrət Musanın (s) əhvalatı geniş bəyan olunur – o peyğəmbərin adı ilə adlandırsınlar.”
1
Zərkeşi də  “əl-Burhan”  əsərində surələrin adlandırılmasının toqifi olduğunu 
qeyd edib.
2
Lakin Əllamə Təbatəbai bu əqidədədir ki, surələrin adlandırılma meyarları bu 
işin toqifi olduğunu rədd edir. Bu adların çoxu Həzrət Peyğəmbərin (s) dövründə 
çox işləndiyi üçün surələrin adı kimi tanınmış və heç bir “şəri toqifi” yoxdur.
3
1
  əl-İtqan, c.1, s.178.
2  
əl-Burhan, c.1, s.368-369.
3  
Quran dər İslam, s.219.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə