Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə34/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   110

105
İbn Sirin deyir:
Əli (ə) belə buyurdu: “Peyğəmbər (s) vəfat etdikdən sonra and içdim ki, Quranı 
cəm etməyənə qədər cümə namazından qeyri vaxtlarda əbamı çiynimə salmayım.”
1
 
Əbu Rafenin nəql etdiyi hədislərdə qeyd edilir:
Peyğəmbər (s) Əliyə (ə) Quranı cəm etməyi vəsiyyət etdikdən sonra o, Quranı 
bir örtüyə büküb evinə apardı. Peyğəmbər (s) vəfat etdikdən sonra evində oturub 
Quranı Allah nazil etdiyi kimi yığdı. Əli (ə) bu işə bələd idi.
2
Məhəmməd ibn Sirin Əkrəmədən belə nəql edir ki, camaat Əbu Bəkrə beyət etdikdən 
sonra Əli ibn Əbu Talib (ə) evində oturdu. Əbu Bəkrə xəbər çatdırdılar ki, Əlinin sənə 
beyət etməyə ikrahı vardır. Əbu Bəkr onu çağırtdırıb dedi: “Mənə beyət etməkdən bo-
yun qaçırmısan?” Əli (ə) dedi: “Xeyr, and olsun Allaha. Gördüm ki, Allahın kitabına 
əlavələr edilir. Odur ki, Quranı cəm etməyənə qədər namazdan qeyri vaxtlarda əbamı 
çiynimə salmayacağıma söz verdim.” Əbu Bəkr dedi: “Necə də yaxşı bir işdir!” 
Məhəmməd ibn Sirin deyir: Mən Əkrəmədən soruşdum ki, başqaları Quranı 
nazil olduğu ardıcıllıqla yığdılar? O dedi: “Əgər cin və ins bir yerə toplaşıb Qura-
nı Əlinin (ə) yığdığı kimi yığmaq istəsələr, bacarmazlar.”
3
Həzrət Əlinin (ə) mushəfinin üstünlükləri
Həzrət Əlinin (ə) mushəfinin həm ondan əvvəl mövcud olan, həm də ondan 
sonra ortaya çıxan mushəflər ilə müqayisədə bir sıra üstünlükləri və özəllikləri 
olmuşdur. Bu üstünlüklərdən bəziləri aşağıdakılardan ibarətdir:
1. Surələr nazil olduğu ardıcıllıqla yığılmışdı:
Siyuti “əl-İtqan”da bu barədə deyir: “Birinci surə “İqrə`”, sonra “Muddəssir”, 
sonra “Nun”, sonra “Muzzəmmil”, sonra “Təbbət yəda”, “Təkvir” və ... ardıcıl-
lıqla yığılmışdı.”
Şeyx Mufid də “Məsailun sərviyyə” adlı əsərində qeyd edir ki, Əli ibn Əbu 
Talib (ə) Quranı nazil olduğu ardıcıllıqla yığmışdı; “məkki” surələr “mədəni” 
surələrdən və “mənsux” ayələr “nasix” ayələrdən qabaq yerləşirdi. Bir sözlə, hər 
şey öz yerində yerləşdirilmişdi.
4
 
2. Əli ibn Əbu Talibin (ə) mushəfinin qiraəti eynilə Peyğəmbərin (s) qiraəti kimi idi;
3. Bu mushəfdə şə`ni-nuzul, ayələrin nazil olduğu məkan, ayələrin nazil olma-
sına səbəb olan hadisələr və şəxslər qeyd olunmuşdu;
4. Bu mushəfdə ayələrin ümumi tərəfləri açıqlanmışdı ki, bir ayə təkcə xüsusi 
bir zamana, məkana və ya şəxsə aid edilməsin.
5
1
  əl-İtqan, c.1, s.183.

 Biharul-ənvar, c. 89, s.52.
3
  əl-İtqan, c.1, s.183; Zəncani, Tarixul-Quran, s.48; Biharul-ənvar, c.89, s.74.

 Biharul-ənvar, c.89, s.74.

 ət-Təmhid, c.1, s.228-229.


106
Əli ibn Əbu Talibin (s) mushəfinin taleyi
Şiə hədis qaynaqlarında qeyd olunur:
Əli ibn Əbu Talib (ə) cəm etdiyi mushəfi məscidə gətirib oradakı camaata təqdim 
etdi. Üzünü onlara tutub buyurdu: “Peyğəmbər (s) buyurdu: “Mən sizin aranızda elə 
bir əmanət qoyub gedirəm ki, əgər ondan yapışsanız, heç vaxt azmazsınız: Allahın 
kitabı və mənim Əhli-beytim.” Sonra Əli (ə) camaata buyurdu: “Bu, Allahın kita-
bıdır və mən də Peyğəmbərin (s) Əhli-beyti.” Bu vaxt bir nəfər ayağa qalxıb dedi: 
“Sənin  əlindəki Qurandan bizim də  əlimizdə var. Bizim sənin kitabına və  Əhli-
beytə ehtiyacımız yoxdur.” Həzrət  Əli (ə) höccəti tamamlayıb (sözünü deyib və 
bəhanə yeri qoymayıb) cəm etdiyi mushəfi götürdü və geri döndü.
1
Bəzi alimlər bu əqidədədirlər ki, Həzrət Əlinin (ə) cəm etdiyi mushəf irs kimi 
bir Məsum İmamdan (ə) digərinə çatmışdır. 
Hədislərin birində qeyd edilib ki, Təlhə Həzrət Əlidən (ə) cəm etdiyi mushəfi 
özündən sonra kimə verəcəyi barədə soruşur. Həzrət  Əli (ə) cavab verir: 
“Mushəfimi Peyğəmbərin (s) buyurduğu  şəxsə - övladım Həsənə verəcəyəm. 
O, məndən sonra mənim canişinimdir. Sonra Həsən onu o biri övladım Hüseynə 
verəcək. Ondan sonra da həmin mushəf Hüseynin övladlarına isr çatacaq və bir-
birinin ardınca onların əlində olacaqdır...”
2
Bir çox tədqiqatçıların nəzərincə, bəzi muzeylərdə və kitabxanalarda Əli ibn 
Əbu Talibin (ə) mushəfi və ya mushəfin nüsxəsi kimi tanıtdırılan Quranlar, tarixi 
faktlara istinadən, o həzrətə mənsub ola bilməz.
3
      
Fəslin əsas mətləbləri:
1. Şiə və sünni qaynaqlarında olan hədislərə istinadən, Həzrət Peyğəmbərin (s) 
vəfatından sonra Quranı ilk cəm edən şəxs Əli ibn Əbu Talib (ə) olmuşdur. O, bu 
işi Həzrət Peyğəmbərin (s) vəsiyyəti və göstərişi ilə yerinə yetirmişdir.
2. Əli ibn Əbu Talibin (s) cəm etdiyi mushəfin bir sıra özəllikləri və üstünlükləri 
olmuşdur. O cümlədən: surələr nazil olduğu ardıcıllıqla yığılımış, ayələrin  şəni-
nüzulu və nazil olduğu məkan qeyd edilmiş, ayələrin ümumi tərəfləri açıqlanmışdır.
3. Bu mushəf irs olaraq bir Məsum İmamdan (ə) digərinə çatmışdır.
1
  Biharul-ənvar, c.89, s.40-52.

 Biharul-ənvar, c.89, s.42.
3
  Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.413-418.


107
Üçüncü fəsil
Birinci xəlifə Əbu Bəkrin dövründə Quranın cəm edilməsi
Müqəddimə
Bu fəslin mövzusu Quran tarixinin mübahisəli mövzularından biri olub quran-
şünasları 2 dəstəyə ayırmışdır: 
Bir dəstə Quranın Həzrət Peyğəmbərin (s) dövründə – hal-hazırkı mushəflərdə 
mövcud olan tərtibat və ardıcıllıqla – cəm edildiyini qəbul edir, digər bir dəstə isə 
Quranın rəsmi olaraq Həzrət Peyğəmbərin (s) vəfatından sonra birinci xəlifə Əbu 
Bəkrin dövründə mushəfdə (ﻦْﻴَﺘﱠﻓﱠﺪﻟﺍ  َﻦْﻴَﺑ) cəm edildiyini qəbul edir.
Bu mövzunu araşdırmazdan öncə mühüm bir məsələyə diqqət yetirmək la-
zımdır. Deyəsən, bir çox alimlər arasında kəskin mübahisələrə səbəb də elə bu 
məsələyə diqqətsizlik olmuşdur. Əslində, yuxarıda adı keçən 2 dəstəni qarşı-qar-
şıya qoyan əsas səbəb, mübahisə mövzusuna lazımi diqqətin yetirilməməsidir. 
Əgər mübahisə mövzusu tam aydınlaşarsa, bu 2 dəstə arasındakı sərt qarşıdurma-
lar da səngiyər. 
Məsələ bundan ibarətdir ki, tarixi mətnlərdə və hədislərdə “cəm” (ﻊْﻤَﺟ) sözü 
(və bu sözlə eyniköklü sözlər) həmişə eyni bir mənada işlənməmişdir. Burada 
“cəm” (ﻊْﻤَﺟ) sözünün müxtəlif manalarına nəzər salaq:
1.  “ﻥﺍَء ْﺮُﻗ  ﻊْﻤَﺟ” -  “Quranı  əzbərləmək”  mənasında işlənib:  İslamın erkən 
çağlarında Quran hafizlərini “ﻥﺍَء ْﺮُﻗ ﻉﺎّﻤُﺟ” adlandırırdılar, çünki onlar Quranı öz 
hafizələrində, yaddaşlarında cəm edirdilər. Zərqani “Quranın kitabəti və hifzi” 
(Quranın yazılması və əzbərlənməsi) barədə incə bir ifadə işlətmişdir: “Kitabət” 
Quranı sətirlərdə cəm etmək, “hifz” isə Quranı sinələrdə cəm etməkdir.
1
İbn Nədim “ﻰﺒﱠﻨﻟﺍ ِﺪْﻬَﻋ ﻰَﻠَﻋ ِﻥﺍَءْﺮُﻘْﻠِﻟ ُﻉﺎّﻤُﺠﻟﺍ” başlığı altında bir dəstə səhabənin adını 
sadalamışdır ki, Əli ibn Əbu Talibin (ə) adını birinci çəkmişdir.
2
2. “ﻥﺍَء ْﺮُﻗ  ﻊْﻤَﺟ”  - “Quranın kitabəti”  mənasında işlənib: Yəni hər surənin 
ayələri ardıcıllıqla yazılmış, lakin surələr müəyyən bir ardıcıllıqla sıralanmamış-
dır.  “Cəm” sözünün bu mənasına görə, bütün Quran (Həzrət Peyğəmbərin (s) 
dövründə) cəm edilmiş, lakin mushəfdə cəm edilməmişdi (bir kitab şəklində yı-
ğılmamışdı).
1  
Mənahilul-irfan, c.1, s.239.
2  
Seyid Məhəmmədbaqir Huccə , “Tarix-e Quran”, s.219.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə