Quran elmleri dersliyi indd


“Quran ayələrinin yazılması”



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə31/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   110

98
Yuxarıda “Quran ayələrinin yazılması” başlığı altında qeyd edilən “A” və 
“B”  bəndlərindən  əldə edilir ki, surələrdə ayələrin ardıcıllığı “toqifi”dir, yəni 
Həz rət Peyğəmbərin (s) göstərişi əsasındadır. Lakin “C” bəndi əvvəlki iki bəndin 
əksini sübut edir. 
Görəsən, “Mumtəhinə” surəsi kimi surələrdə ayələrin mövcud ardıcıllığı necə 
izah oluna bilər? 
Görəsən, bütün surələrdə ayələrin ardıcıllığı “toqifi”dirmi? Yaxud, əksər su rə-
lər də ayələrin ardıcıllığı “toqifi”, az sayda surələrdə isə “ictihadi”dir? Yaxud da 
surələrin bir qismində ayələrin ardıcıllığı “toqifi”, digər bir qismində “ictihadi”dir?
Bu sualları cavablandırmaq ona görə əhəmiyyətlidir ki, Quranın yazılma və 
yığılma qaydası barədə təsəvvürün yaranmasında böyük rol oynayır.
Təfsirçilərin və Quran tədqiqatçılarının əksəriyyəti Quranın (bütün surələrdə 
ayələrin ardıcıllığının) “toqifi” olduğunu təsdiqləyiblər.
Cəlaləddin Siyuti deyir: “İcma və saysız “nusus” ayələrin ardıcıllığının “toqi-
fi” olduğuna dəlalət edir və bu məsələdə heç bir şübhə yoxdur.”
1
O, bu zəmində bir neçə hədisə
2
 istinad edərək deyir:
Ayələrin ardıcıllığının “toqifi” olduğuna icmalən dəlalət edən nususdan biri, Həzrət 
Peyğəmbərin (s) müxtəlif zamanlarda və məkanlarda müxtəlif Quran surələrini qiraət etdi-
yini bəyan edən hədislərdir. Məsələn, “Səhih-Buxari”də qeyd olunub ki, Həzrət Peyğəm-
bər (s) məğrib namazında “Ə`raf” surəsini qiraət edərdi. Yaxud “...ِﻥﺎﺴْﻧ ْﻹﺍ ﻰَﻠَﻋ  ٰﻰﺗﺃ ْﻞَﻫ”
3
 və  
“ﻞﻳِﺰْﻨَﺗ ﻢﻟﺍ”
4
 surələrini cümə günü sübh namazında qiraət edərdi...
5
Qazi Əbu Bəkr Baqilani “İntisar” adlı əsərində yazır: “Ayələrin ardıcıllığı va-
cib bir göstəriş idi. Cəbrail deyirdi: “Filan ayəni filan yerdə yerləşdir.”
Qazi Əbu Bəkr Baqilani həmçinin bu əqidədədir ki, ümmət hər surədə ayələrin 
ardıcıllığını və yerini Həzrət Peyğəmbərin (s) buyurduğu qaydada qeydə alıbdır, 
necə ki, qiraətləri o həzrətdən təlim almışdır. 
Məkki və başqaları deyir: “Surələrdə ayələrin ardıcıllığı Həzrət Peyğəmbərin 
(s) göstərişi ilə olmuşdur və o həzrət “Bəraət” surəsində “Bismillə͂hir raḥmə͂nir 
raḥi͠m”in yazılmasını göstəriş vermədiyi üçün bu surə “Bismillah”sız yazıldı.”
6
 
İbn Həssar bu əqidədədir ki, ayələrin yerləşdirilməsi yalnız və yalnız vəhy ilə 
həyata keçmişdir. Həzrət Peyğəmbər (s) şəxsən buyururdu ki, filan ayəni filan 
surədə yerləşdirin. Mütəvatir hədislərdə Həzrət Peyğəmbərin (s) bu mövcud ardı-
cıllıqla tilavət etdiyi bəyan edildiyindən, bu məsələ barədə yəqinlik yaranmışdır.
7
 

 əl-İtqan, c.1, s.189, növ: 18.
2
  Bu hədislərdən ikisi “Quranın yazılma qaydası” başlığı al nda yer alan “B” bəndində qeyd olunub.

 İnsan surəsi.
4
  Səcdə surəsi.
5
  əl-İtqan,  c.1, s.191-192.
6
  əl-İtqan, c.1, s.193.
7  
əl-İtqan, c.1,  s.194.


99
Beyhəqi də İbn Həssarla eyni əqidədədir.
1
Zərkeşi bu zəmində başqa bir dəlil gətirir:
Səhabələr Quranı Peyğəmbərdən (s) eşitdikləri kimi yazdılar: heç bir ayənin 
yerini dəyişmədən, ayəni öz yerindən qabağa və sonraya keçirmədən. Səhabələrin 
Quranı  cəm etmələri başqa bir iş idi, Qurana yeni bir tərtibat vermək deyildi. 
Çünki Quran “Lövhi-məhfuz”da hal-hazırkı mushəflərdə mövcud olan tərtibatla 
yazılmışdı. Allah bir mərhələdə onu bütövlükdə dünya səmasına nazil etdi. (Qura-
nın ramazan ayında və Qədr gecəsində nazil olduğunu bəyan edən ayələri nəzərə 
alaraq.) Sonra hissə-hissə və tədricən Peyğəmbərə (s) nazil edildi.
2
Zərkeşi,  Əbul-Huseyn ibn Farisdən (Əhməd ibn Faris ibn Zəkəriyya) nəql 
edir ki, surələrdə ayələrin ardıcıllığı  və  sıralanması “toqifi”dir və bu iş  Həzrət 
Peyğəmbərin (s) nəzarəti altında olmuşdur.
3
Amma görəsən bu, həqiqətən də belədirmi? Görəsən Quranın bütün 
surələrində bütün ayələrin ardıcıllığı “toqifi”dirmi?
Əgər belədirsə, onda bütün “məkki” ayələr “məkki” surələrdə  və bütün 
“mədəni” ayələr “mədəni” surələrdə yerləşməlidir. Halbuki, bu nəzərin iddiaçı-
ları olan Siyuti, Zərkeşi və başqaları öz əsərlərində “müstəsna ayələr”dən (yəni 
“məkki” ayələrin “mədəni” surələrdə, yaxud əksinə, “mədəni” ayələrin “məkki” 
surələrdə yerləşdiyindən) geniş  bəhs etmiş, “müstəsna ayələrin” nümunələrini 
sadalamışlar.  Əgər deyilsə ki, bəzən Həzrət Peyğəmbərin (s) özü bu ardıcıllığı 
pozmuşdur və bunun özü də “toqifi” deməkdir, cavab budur: əvvəldə qeyd etdi-
yimiz kimi, tarix və hədis qaynaqlarına istinadən, Həzrət Peyğəmbərin (s) belə 
göstərişi – yəni yeni nazil olan ayənin öncədən nazil olmuş və nüzulu tamam-
lanmış bir surənin tərkibində yerləşdirilməsinə dair verdiyi göstəriş - yalnız bir 
neçə nümunəyə şamil olur. Bütün surələrdə bütün ayələrin ardıcılığının “toqifi” 
olduğunu söyləyənlərin  əksəriyyəti, bu nümunələrə istinad etmişlər. Onlar bü-
tün ayələr üçün Osman ibn Əbil-Asın və ya İbn Abbasın nəql etdikləri bir hədis 
əsasında “ümumi hökm” çıxarmışlar, halbuki, Osman ibn Əbil-Asın və ya İbn 
Abbasın hədisi yalnız “bir ayə”nin yerinin təyin edilməsi barədədir.
Bütün ayələrin ardıcıllığının “toqifi” olduğuna dair Cəlaləddin Siyutinin gətirdiyi 
dəlil də tam deyildir. O, bu məsələyə Həzrət Peyğəmbərin (s) müxtəlif zaman və 
məkanlarda müxtəlif Quran surələrini qiraət etdiyini dəlil gətirir, halbuki:
birincisi: Bu, bütün surələrə şamil olmur;
ikincisi: Burada surənin qiraətindən deyil, surədə ayələrin ardıcıllığından və 
yığılmasından söz gedir. Quran həm Həzrət Peyğəmbər (s) həyatda ikən, həm də o 

 əl-İtqan, c.1,  s.195.

 əl-Burhan, c.1, s.331.

 Əvvəlki qaynaq.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə